Əsgər Rəsulov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/60
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#42880
1   ...   4   5   6   7   8   9   10   11   ...   60

 
 
19 
yalnız  kontekst  vasitəsilə,  sözün  sintaktik  vəzifəsi  ilə  müəyyən  etmək  mümkündür.Bu 
mənada F.Zeynalov doğru yazır ki,”cümlə daxilində qrammatik semantikasını mühafizə 
edən,sintaktik  cəhətdən  qoşmalara  oxşayan  bu  tipli  sözlər  köməkçi  adlar  kimi 
xarakterizə oluna bilər.”( 1, s148.) 
Nəzərdə  saxlamaq  lazımdır  ki,  qoşmaların  köməkçi  nitq  hissəsi  kimi  əsas  leksik 
vahid  ilə  şəkilçi  arasında  durduqları  üçün  bəzən  sözün  qoşmaya,  yaxud  da  şəkilçilərə 
aid edilməsi çətin olur.  
Başqa    bir  cəhətdən  qoşmaların  bir  qismi  (qeyri-sabit  qoşmalar)    başqa  nitq 
hissələri  ilə,  xüsusilə  zərflərlə  qarışdırılır.  Bunun  əsas  səbəbi  ondan  ibarətdir  ki,  belə 
qoşmaların məzmununda onun predmetlik mənası qalmaqdadır. 
Bu baxımdan da Fərhad Zeynalov qoşmaları leksik-qrammatik bir kateqoriya kimi 
qəbul etməyi təklif edir. (2, səh.61) 
Bir  sözlə,  qoşmaların  bildirdiyi  mənalar  nə  təkcə  qoşmanın  semantikası,  nə  də 
qoşmadan  əvvəl  gələn  sözün  leksik  mənası  ilə  bağlıdır.  Məsələn:  ”kadar”  qoşmasının 
həm  kəmiyyət  mənası  bildirməsi,  həm  zaman  mənası,  həm  də  komparativ  məna  əks 
etdirməsi dediklərimizə bir sübutdur. 
Bəzi  diqər  qoşmalar  da  demək  olar  ki,  funksiya  etibarilə  bu  qoşma  ilə  eynilik 
təşkil edir. 
Diqqəti çəkən məsələlərdən biri də qoşmaların (eyni bir qoşmanın) müxtəlif məna 
çalarlıqlarını  ifadə  etməsi  dilçilər  arasında  fikir  ayrılığına  səbəb  olur.  Yuxarıda  qeyd 
olunduğu  kimi  qoşmalar  məna  müxtəlifliyinə  görə  bəzi  alimlər  qoşmaları  qrammatik 
məna bildirən vahidlər hesab edir. (8, с.274) 
Bəzən də qoşmaları hal kateqoriyası ilə eyniləşdirmək cəhdləri də olmuşdur. Məs: 
Senin  için  güzel  bir  kitap  aldım.  Sana  güzel  bir  kitap  aldım.İsmin  hal  kateqoriyasının 
izahındakı  fərqliliklərin  birmənalı  şəkildə  məhz  bununla  bağlı  olduğunu  izah  etmək 
olar: 
1) İsmin adlıq halı ilə işlənən qoşmalar: Erkek çocuklar gibi ata binmesini,sil
â

atmasını,  birdir  bir,  esiralmaca  oynamasını  çok  seviyordu.(  Ö.Seyfettin,  s.175)  Cansız 
bir  heykel  gibi  hiç  kımıldamıyordu...Deli  gibi  koşmaya  başladı.  Kestirme  gitmek  için 
hendeklerden  atladı.  (Ö.Seyfettin,  s.176.)Cami  meydanından  geçerken  Kurt  Hocanın 
çaylak gibi minareye konduğunu gördü.( Ö.Seyfettin,s.180.) 
2)  İsmin  yiyəlik  halı  ilə  işlənən  qoşmalar:  Benim  için  yapamayacağı  bir  şey 
yoktu.(F.Pekşen,s.31)  Benim  hayatta  senin  kadar  tecrübem  yok.(  S.Ali,  s.310.)  Fakat 
Sörlerde  okuyan  kızlarının  kaleminden  bu  renklere  boyanmak,  o  biçareler  için  bir 
mecburiyet, bizim için bir usuldü.( R.N.Güntekin, s.214.) 
3)  İsmin  yönlük  halı  ilə  işlənən  qoşmalar:  Mavi  aba  terliklerinden  boynunun 
görebildiği  yerlerine  kadar  bütün  vücudunu  dikkatle  süzdü...Demek  kendini  sıkan  bu 
evde  ölünceye  kadar  mahpus  kalacaktı.(  Ö.Seyfettin,  s.175.)  Şimdiye  kadar  bir  kişinin 
iki  pehlivanla  güreştiği  işitilmemişti.(  Ö.Seyfettin,s.178.)  Bütün  tedbirlere,  tedavilere 
rağmen günden-güne ilerleyen bir veremi vardı.(R.N.Güntekin,s.209.) 
4)  İsmin  yerlik  halı  ilə  işlənən  qoşmalar:  Türbeden  evvel  iki  ev  de  yangından  
kurtulmuştu.(  Ö.Seyfettin.s.168)  İki  haftadan  sonra  Ali  Hoca  yeşil  boyalı  dükkânın 
kapısında göründü.(Ö.Seyfettin, s.170.) Ondan sonra yaptığım değil, hatta düşündüğüm 
fenalıkların  bile  vicdanımda  tutuşturduğu  nihayetsiz  cehennem  azapları  içinde  hâlâ 
kıvranıyorum.( Ö.Seyfettin,s.171)
 
Köməkçi  nitq  hissələrində  və  qoşmalarda  ənənəvi  meyl  çox  hiss  olunur.  Bu  ba-
xımdan  da  qoşmalarla  ədatlar  qarışdırılır.  Əslində  qoşmalar  ədatlara  tabe  edilir.  Tahir 
Nejat Gencan köməkçi nitq hissələrini 3 əsas hissəyə  ayırır: ədat, bağlayıcı və nidalar. 
Müəllifin  bu  əsərində  zərflərlə  qoşmalarda  eyniləşmə  cəhətləri  hiss  olunur.  (6,  s.369-
394) 


 
 
20 
Qoşmalardan bəhs edərkən sanki, nitekim sözlərini də onlara daxil etmişdir. Bizə 
elə  gəlir  ki,  müəllif  burada  yanlışlığa  yol  vermişdir.  Göründüyü  kimi  nitekim,  sanki 
sözləri  qoşmaların  qoşulduğu  sözlə  birlikdə  məna  qazanma  meyarına  uyğun 
gəlmir.”Sanki”  sözü  bənzətmə  ifadə  edən  modal  söz  kimi,  bəzən  də  bağlayıcı  kimi 
işlənə bilir. 
Bu  məsələdə  diqqətimizi  çəkən  edatlara  verdiyi  tərifdə  olan  anlaşılmazlıqdır. 
Tədqiqatçı  alim  yazır:  “Sözcükler  kavram  arasında  anlam  ilgisi  kurmaya  yarayan  ve 
ancak bu görevleri için kullanılan sözcüklere ilgeç denir” (6, s .369-394)  
Əgər verilmiş tərifə diqqət etsək, sanki və nitekim sözlərini də ilgeçler bölməsinə 
daxil etmək olar. Bu mövzu ilə əlaqədar M.Hüseynzadənin fikri çox diqqəti çəkəndir. O, 
yazır: “Qoşmalar əsas söz köklərindən əmələ gəlmiş, şəkilçiyə doğru inkişaf etdirilən və 
hər  ikisindən  (həm  müstəqil  mənalı  söz  köklərindən,  həm  də  müstəqil  mənaya  malik 
olmayan şəkilçilərdən) tamamilə fərqlənən bir nitq hissəsi kimi xarakterizə edilmişdir”. 
(2, 101.) 
Biz düşünürük ki, türk dilçiləri qoşmaları araşdırarkən qrammatik və ya semantik 
xüsusiyyətə  əsasən  daha  çox  yer  verdiklərinə  görə  onların  qruplaşdırılmasında  və  iza-
hında təxminən eyni  mövqedə  dururlar. Həmişə  prinsipial bir mövqedə duran M.Ergin 
köməkçi  nitq  hissələrini  “Edatlar”  başlığı  altında  verərək,  onları  belə  xarakterizə 
etmişdir: “Edatlar manaları olmayan sadece gramer vazifeleri bulunan kelimelerdir. Tek 
başlarına  manaları  yoktur.  Hiçbir  nesne  veya  hareketi  karşılamazlar.  Fakat  manalı 
kelimelerle  birlikte  kullanılarak  onları  desteklemek  suretiyle  bir  gramer  vazifesi 
görürler.  Onun  için  manalı  kelimeler  olan  isimlerin  ve  fiillerin  yanında  edatlara  da 
vazifeli kelimeler de diyebilirsiniz.” 
Məlum olduğu kimi ədatların leksik mənaları yoxdur, onlar mətnə daxil olduqda , 
ya  da  cümlə  içərisində  məna  qazanırlar.  Çox  qəribədir  ki,  M.Ergin  qoşmaları  “son 
çekim edatları” kim təqdim etmişdir. Deyilən fikirlərə hörmətlə yanaşaraq, bir iradımızı 
dilə  gətirmək  istəyirik.  Fikrimizcə,  hər  bir  dildə  köməkçi  nitq  hissələrinin,  hər  birinin 
adı  olması  daha  doğru  olardı.  Onları  bir  terminlə  (edat)  izah  etmək  məntiqi  cəhətdən 
doğru deyildir.Bu istər-istəməz qarışıqlığa və qeyri-müəyyənliyə zəmin yaradır. 
 Yuxarıda  da  qeyd  etmişdik  ki,  nazaran,  nisbette  və  s.  sözlər  qoşmalara  aid 
edilmişdir.  Necmettin  Hacıeminoğlunun  sözlərinə  gəldikdə  isə  ona  haqq  qazan-
dırmağımızın səbəbi odur ki, hər bir dilin ümumi qrammatik kateqoriyalarının olması da 
məhz bununla əlaqədardır. 
Rus  dilindən  türk  dilinə  tərcümə  əsasında  o  dildəki  predloqların(  önşəkilçilər  və 
ya  önqoşmaların)    türk  dilinə  bəzən  leksik  məna  bildirən  sözlərlə  tərcümə  edilməsi 
bunları eyniləşdirməyə əsas verir. Məs: “У окна”  türk dilinə “pencerenin yanıbaşında” 
tərcümə olunursa, “На улице” isə “sokakta kimi” tərcümə edilecektir. Rus dilində “У” 
predloqlarının  müraciət  mənası  (məkanı)  olduğu  və  onun  konkret  predmet  bildirmə 
mənası  olmadığı  halda  türk  dilində,  yanıbaşında  sözünün  konkret  predmetlik  mənası 
vardır. (4, səh.5) 
Türk  dilçilərindən  M.Necmettin  Hacıeminoğlu  “Türk  dilində  edatlar”  kitabında, 
Brokelmanı, J.Deni və s. kimi avropalı alimlər türk dilindəki bir sıra sözlərin tərcüməsi 
prosesində  “isim  muazaf  olmuş  ve  çekim  ekimi  almış  bir  çok  kelimeleri  (içinde,  dı-
şında,  karşısında,  yanında  ve  s.)  kendi  dillerine  kıyasla  edat  saymalarını  doğru  bul-
madığımızı belirtmek isteriz.”fikirlərini irəli sürür. (4, səh.5) 
Demək  olar  ki,  müəlliflə  fikirlərimiz  üst-üstə  düşür.  Müəllifin  bir  əsərində  kö-
məkçi  nitq  hissələrinin  təsnifatı  məsələsi  öz  həllini  tapmamış,  onların  hamısı  ədatlara 
aid edilmişdir. 
Nazaran,  nisbetle  və  s.  sözlər  qoşmalara  aid  edilmişdir.  N.  Hacıeminoğlunun 
fikirlərinə gəldikdə isə ona haqq qazandırmağımızın səbəbi odur ki, hər bir dilin ümumi 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə