Əsgər Rəsulov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə11/60
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#42880
1   ...   7   8   9   10   11   12   13   14   ...   60

 
 
25 
nəzərinə  çatdırılır.  Elə  ilk  fəsildəcə  Mevlananın  şagirdi  Əflaki  Əhməd  Dədənin  (XIV 
əsr) göstərdiyi və elmi-ədəbi dairələrdə qəbul edilmiş rəsmi doğum tarixi olan 1207-ci 
ili şübhə altına alan Ahmet Kabaklı yazır: 
“Ancak  gayretli  hayranı (Mevlananın – J.Ə.) Eflakinin,  yanlış  bilgi  aldığı,  yahut 
yüce Pirine genç yaşlarda daha harikalı işler yakıştırmak için, onu sekiz, on yıl daha geç 
doğmuş gösterdiği, bizzat Mevlananın “Fihi Mafih”indeki  şu kayıttan anlaşılmaktadır.” 
(1,  s.  13.)  Mevlananın  qeydində  isə  1207-ci  ildə  Xarəzmşah  Səmərqəndi  mühasirə 
edərkən onun bu şəhərdə olması və o zaman müşahidə etdiyi hadisələri sonralar qələmə 
aldığı  göstərilir. Buradan da Ahmet Kabaklı belə bir doğru elmi qənaətə  gəlir ki, kiçik 
Cəlaləddinin o zaman ən azı 6-7 yaşı olarmış və onun doğum tarixini 1200-cü il saymaq 
daha düzgündür. 
Bu  elmi-bioqrafik  dəqiqləşdirmədə  sonra  yenə  də  mənbələr  üzərindəki 
tədqiqatlarnı davam etdirən alim məlumatları saf-çürük etməklə onlardan analitik üsulla 
daha  obyektiv  informasiyanı  ayıraraq  oxucuya  çatdırmağa  çalışır.  Axı  orta  əsr 
mənbələri  çox  zaman  elmi  həqiqətlər  əvəzinə  müxtəlif  mifik-mistik  əhvalatları  təqdim 
etməyə  daha  çox  üstünlük  verirdilər.  Bu  isə  özlüyündə  bir  növ  o  dövrün  elmi-ədəbi 
üsulu sayılırdı və oxucular tərəfindən təbii qarşılanırdı. 
Mevlananın  həyatı  ilə  bağlı  sirr  pərdəsinə  bürünmüş  ən  maraqlı  səhifələrdən  biri 
də, onun Şəms Təbrizi ilə münasibətləridir. Təbii ki, Ahmet Kabaklı da bu hadisəyə öz 
monoqrafiyasında  geniş  yer  vermiş  və  bunu  belə  qiymətləndirmişdir:  “Mevlana 
olmasaydı belki Şems hiç duyulmayacak, “Makalat”ında muammamsı şeyler söylemiş, 
tasavvuf tarixinin coşkun bir dervişi olarak kalacaktı. Ama Tebrizli Şems de olmasaydı 
Mevlana  sadece  ilmi  ve  hikmetleri  ile  bilinecekti.  Ömrünün  ve  bir  çok  ömürlerin 
hayretverici  “macerasınl”  yaşayamayacak;  manevi  aşk  semasının  en  parlak  yıldızı 
olamayacak ve şüphesiz o bütün sınırları aşarak Allah katında  söylenmiş olduğu sezilen 
şiirlerini söyleyemeyecekti.” (1, s. 29.) 
Şəms Təbrizi haqqındakı cüzi məlumatları araşdıran professor Ahmet Kabaklı belə 
bir  maraqlı  elmi  nəticəyə  gəlir  ki:  “Şems   hakkında  menkıba  ve  övgülerden   süzülen 
tarixi bilgilər: 
Onun,  belki  de  Azeri  Türklerinden   olduğu  (seçmə  bizimdir  –  J.Ə.),  1185 
yıllarında  doğup1247-də  (Aralık  ayı)  Konyada  öldüyü,  1244  Ekimində  Konyaya  gəlip 
Mevlana ile buluşduğudur.” (1, s. 33.) 
Burada  daha  çox  maraq  doğuran  cəhət,  alimin  Şəmsin  “Azəri  Türklərindən” 
olduğunu  ehtimal  etməsidir  ki,  bu  da  onun  Azərbaycana,  Azərbaycan  xalqına, 
Azərbaycan  ədəbiyyatına səmimi sevgisinin və hörmətinin ən bariz əlamətlərindən biri 
hesab edilə bilər. 
Monoqrafiyanın  böyük  bir  hissəsi  Mevlana  Cəlaləddin  Ruminin  ədəbi-fəlsəfi 
irsinin 
təhlilinə 
həsr 
edilmişdir 
və 
aşağıdakı 
bölümlərdən 
ibarətdir: 
Mevlananın Fikirləri
Mevlanada Təsəvvüf; 
Mevlanada İnsan; 
Mevlanada Əxlaqi Görüş; 
Mevlananın Sosial Görüşləri. 
Zənnimizcə, bunlar arasında “Mevlanada İnsan” bölümü daha önəmli yer tutur və 
bunun üzərində bir qədər ətraflı dayanmağı lazım bildik. 
Böyük  mütəfəkkirin  insan  haqqında  düşüncələrini  təhlil  edərək  ümumiləşdirən 
professor Ahmet Kabaklı “Fihi Mafih”  əsərindən gətirdiyi  böyük bir sitata əsaslanaraq 
aşağıdkı doğru elmi nəticəyə gəlmişdir: 
Bu metnde insanın büyüklüğü  ve ayrıca bağışlama ve düşmanı  bile severek islah 
etme  fikri  vardır.  Bu  tutumda  insanın  “Tanrı  sevgilisi”  olmasının  payı  bulunduğu,  her 


 
 
26 
azizliyin o noktaya dayandığı açıkça görünmektedir. Mevlana bu geniş sevgisini, din ve 
mezhep  farkı  gözetmeksizin  bütün  insanlara  yaydığı  için  "beşeri"  oluyor.  Bundan  da 
elbette “insan və insanlık sevgisi” çıkıyor. Mevlananın İslam röntgeni altında yedi asır 
önce  gördüğü  ve  ifade   ettiği  bu  hakikatleri,   Batı  dünyası  ancaq  200  yıldır,  o  da 
beceriksiz ve inanmamış bir hava içinde talaffuz etmeğe çalışmaktadır.” (1, s. 110.) 
Mevlananın  müasirliyini,  müasir  dünya  üçün,  insanların  xilası  və  rifahı  üçün 
əhəmiyyətini  xüsusi  olaraq  nəzərə  çatdıran  bu  fikirlərdə,  əslində  həm  də  müasir  dillə 
desək,  Mevlananın  multikulturalizmi,  onun  multikultural  dəyərlərə  necə  yüksək  önəm 
verdiyinin  elmi  ümumiləşdirməsi  özünün  əksini  tapmışdır.  Doğrudan  da,  bu  gün 
multikulturalizmin  iflasa  uğradığını  elan  edən  “Batı  dünyası”  üçün  bu,  ən  tutarlı 
cavabdır.  Bu  həm  də  onu  göstərir  ki,  “multikulturalizmin  həyat  obrazı  olduğu 
Azərbaycan”  (Prezident  İlham  Əliyev)  kimi,  qardaş  Türkiyədə  də,  bu  yüksək  bəşəri 
dəyərlərin  çox  qədim  bir  tarixi  və  ənənəsi  vardır.  Bu  yöndə  fikirlərini  davam  etdirən 
alim yazır: 
“Bunun  içindir  ki,  Mevlananın  meclisleri   ve  etrafı  yalnız  Müslümanlar  ve 
sufilerle değil, kafir diye anılan Hırıstian ve Musevilerle de dolup taşıyor. (Aslında kafir 
terimi, Allah tanımazları ifade içindir. Ama dilimizde Müslüman olmayanlar manasında 
da  kullanılmıştır.)  Etrafında  Rum  və  Yahudilerin  de  bulunduğu,  bunların  bir  kısmının 
onun  cazibesiyle  Müslüman  oldukları,bir  kısmının  ise  dinlerini  değiştirmeden  ona  ve 
tarikatine  gönül  verdikleri hem  Sultan Veled   Eflaki ve Sipehsaların eserlerinden, hem 
de bilhassa kendisinin "Fihi Mafih”inden anlaşılıyor.” (1, s. 110-111.) 
Monoqrafiyanın  qiymətli  hissələrindən  biri  də,  “Mevlanada  əxlaqi  görüş” 
bölümüdür.  Apardığı  araşdırma  nəticəsində  alim  bu  qənaətə  gəlir  ki,  “Mevlana 
Celaleddinin  tasavvuftaki  bütün  anlayışları  ve  diğer  fikirleri  gibi,  "Ahlak"  telakkisi  de 
İslamın  özüne,  Kuran   ve  Hadis  esaslarına   dayanmaktadır.  Bu  ahlak  anlayışı,  günlük 
davranış ve rastgele kişi münasebetlerinden cihanı kucaklayan insanlık sevgisine kadar 
aynı  pürüzsüz  rahatlıkla  çıkmaktadır.  “Pirimiz”,  zaten  o  perdeden  konuşmaktadır  ki, 
kendi oğluna veya hayranı ve müridi olan bir halifaya telkin ettiği iyilik, fazilet, ululuk 
düşüncesi  bütün  insanlığa  düstur  olacaq  vəcizələrindən  ayırd  edilməməkdədir.”  (1,  s. 
121.) 
Əlbəttə,  bu,  həqiqətən  də  belədir  və  istər  Türk,  istərsə  də  başqa  xalqların 
ədəbiyyatında  bunun  çox  zəngin  ənənələri  öz  bədii  əksini  tapmışdır.  Bu  baxımdan 
Mevlananın sələflərindən olan dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 
ölməz  “Xəmsə”sinə  daxil  olan  poemalarının  giriş  hissələrindəki  “Oğluma  nəsihət” 
bölmələri  çox  zəngin  material  verir.  Belə  ki,  Nizaminin  də  müdrik  nəsihətləri  təkcə 
konkret  bir insana deyil, bütün bəşəriyyətə  ünvanlanmışdır. “Yeddi  gözəl” poemasının 
yazıldığı  1191-ci  ildə  artıq  yeniyetmə  gənc  olan  Məhəmmədə  verdiyi  nəsihət  böyük 
şairin bütün insanlara, bütün gənclərə verdiyi və günümüzdə də əhəmiyyətini itirməmiş 
əvəzsiz müdrik öyüdlərdir: 
 
Kim ki, ibrət dərsi alıb dünyadan 
Sözün lövhəsini öyrənən zaman  
Eləmiş sənəti elmə xəznədar,  
 Dünyanın müşkülü belə açılar.  
Hər alim evini süpürdu, atdı,  
Yuxusu gələndə yıxıldı yatdı.  
Ey oğul, sənədir sözüm, yaxşı bax,  
Çünki mən yatıram, sənsə qal oyaq.  
Adına yaxşılıq sikkəsini çal,  
Böyük şöhrət qazan, göylərə ucal!  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə