Əsgər Rəsulov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə13/60
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#42880
1   ...   9   10   11   12   13   14   15   16   ...   60

 
 
30 
İ.B.KАЗЫМОВ  
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun müasir  
Azərbaycan dili şöbəsinin müdiri,  
filologiya elmləri doktoru, professor 
 
QUR TAYFALARI VƏ SUNQUR TÜRKLƏRİ 
(Qurlardan sunqurlara) 
 
Ключевые  слова:  сунгуры,  Керманшахская  провинция,  сунгурский 
диалект, персидский язык, курдский язык. 
 
Sunqurlar türk dünyasının ulu boylarındani (qur tayfaları) biri olub özünəməxsus 
xüsusiyyətləri ilə hazırda İran ərazisində bir struktur daxilində təşəkkül tapan, keçmişin 
bir  parçasıdır.  Onların  tarixi  təşəkkülündə  aborigen  və  gəlmə  türklərin  böyük  rolu 
olmuşdur. 
Onlar  tarixi  Girmanşah  əyalətinin  Sunqur  şəhərində  yaşayırlar.  Əvvəlcə  bu 
şəhərin  məktəbləri,  mədrəslələri,  yolları  və  s.  haqqında  məlumat  veirik.  Sonra  isə 
onların  tarixi,  mədəniyyəti,  adət-ənənəsi,  folkloru  və  dili  haqqında  hələlik  qısa 
məlumatlarla  kifayətlənəcəyik.  Sunqurlar  haqqında  hələ  elm  aləminə  bəlli  olmayan 
fikirlər növbəti yazılarda təhlil olunacaq. 
Sunqur  şəhərində  22  min  imami  məktəb  oxucusu  vardır.  Yüksək  məktəblər 
universitetlərdir. Bura Azad universitetlər deyilir. Kənd təsərrüfatı və tibb universitetləri 
Girmanşahın  ən  önəmli  universitetlərindəndir.  İmam  Xomeyninin  adını  daşıyan 
mədrəsədə güclü dini təhsil verilir.  
İcazəsiz  tikintilər  Sunqur  şəhərinin  gözəlliyini  bir  qədər  itirib  xoşagəlməz  bir 
mənzərə yaradıb. 
Sunqur  şəhərini  birləşdirən  yollar  əsli  yol,  birinci  dərəcəli  yol,  kənd  yolları 
olmaqla bir neçə yerə bölünür. Kəmərbəni yollar Kəlbəlaya gedən yola qovuşur. Yollar 
İtaliya  mütəxəssisləri  tərəfindən  inşa  edilib.  Sunqur  şəhəri  qədimdən  Kərbala  yolunun 
üstündədir, buradan karvanlar keçib. 
Sunqur  şəhəri  Tehrandan  442  km,  İsfəhandan  225  km,  Məşhəddən  325  km, 
Təbrizdən 526 km, Həmədandan 107 km. aralıda yerləşir. 
İdman  bu  şəhərdə  güclü  inkişaf  edib.  Əhali  daha  çox  piyada  gəzir, 
velosipedlərdən istifadə edirlər.  
Sunqur  şəhərində  radio  verilişləri  1958-ci  ildən  6  proqramla  rəsmi  fəaliyyətə 
başlamışdır. 
Sunqur  şəhərində  televiziya  şəbəkəsi  2001-ci  ildən  yaranmış  və  inkişaf  etmişdir. 
Verilişlərdə  sosial,  siyasi,  kültür,  elmi  proramlar  əsas  yer  tutur.  Sunqur  türkçəsində 
proqramlar  həyata  keçirilmir.  Özlərinin  dediyi  kimi  bu  dil  bir  insani  kültürəl  miras 
olaraq- varlıq sayılıraq beyinlərdən getməkdədir. 
Qəzetlər. İnqilabdan öncə, Pəhləvi şahın dövründə Sunqur şəhərində 3 qəzet nəşr 
edilirir.  Adları:  «Nidayi-İslam»,  Sahabi-sadıq»,  Sitari-sorq»  («Qırmızı,  parlaq  ulduz») 
indilikdə də bir neçə həftəlik qəzet çıxır. 
Türk  dilləri  və  dialektləri  tarixi  Avrasiya  coğrafiyasının  bütün  bölgələrində  yer 
tutur, buna görə də qanaqlarda yazılan və danışılan dillər olaraq sosiolinqvistik səciyyəli 
yayılmaları  ilə  təsvir  olunur.  Həmin  dil  və  dialektlər  sadəcə  olaraq  ədəbi  mətn  və 
dialekt-şivə  xarakterli  dil  diferensiallığı  və  ümumiliklərinə  görə  dərk  edilirsə  və 
kateqoriyallaşdırılırsa həmin məsələ həllini o zaman tapa bilməz. Beləliklə, türk dilləri 
və  dialektləri  arasındakı  diferensiallıq  və  eyniliklər  deyil,  oxşarlıqlar  da,  variantlar  da 
birincilər və ikincilərlə sinkretik və sinxron olaraq müqayisəli-təsviri xarakterli dilçilik 


 
 
31 
istiqamətində  tədqiq  edilir.  Bu  aspektdə  fonetik,  fonoloji,  qrammatik,  morfoloji  və 
sintaktik, leksik-semantik və frazeoloji və bu ləhcələrə dair mətnlər linqvistik cəhətdən 
təhlil edilməlidir. 
İran  türkcələrin  bol  olduğu,  bol  işləndiyi  ölkələrdəndir.  Azərbaycan  dili  İranın 
Tehran,  Kərəc,  Savə,  Qəzvin,  Şiraz,  İraq,  Qum,  Xorasan,  Həmədan,  Ərdəbil,  Qərbi 
Azərbaycan  (Urmiya),  Şərqi  Azərbaycan  (Təbriz),  Zəncan  və  s.  diyarlarında  danışılır. 
Böyük  klinikalarda  Azərbaycan  dili  mənşəcə  fars  olan  həkimlərin  də  əsas  danışıq 
vasitəsidir. 
 İrandakı  türk  dilləri  haqqında  İranda,  Türkiyədə,  Azərbaycanda  və  digər 
ölkələrdə tədqiqatlar aprarılır. İrandakı türk dilləri haqqında tədqiqatlar ilk dəfə 1960-cı 
illərin  sonunda  başlamışdır.  Gerhard  Doerfer  və  tələbələri  1968-1973-cü  illər  arasında 
İranın türklər yaşayan bölgələrinə gəlmiş, əsasən xalaç və xorasan dilləri üzərində ciddi 
tədqiqatlar aparmışlar. Bu dialektlərə ərəb, fars, kürd və s. dillərin ekstralinqvistik təsiri 
də  göstərilmişdir.Tədqiqat  aparan  araşdırıcılardan  Semih  Tezcan,  V.Hesche,  S.  Fazsy, 
M.F.Bozkurt,  S.  Tulu  və  başqalarının  zəhmətini  qiymətləndirmək  lazımdır.  G.Doerfer 
və tələbələri Xalaççayı hövzəsinin spesifik dilini kəşf edərək türkoloji aləmdə tanındılar 
(1, s. 264-266; s. 1-11) 
İranda  türk  dilinin  bir  sıra  dialektləri  mövcuddur.  Maraqlıdır,  nüfuz  etibarı  ilə 
kiçik  türk  topluluqlarının  (xalaçların,  türkmənlərin,  xorasanların,  qaşqayların  və 
sunqurların) dilləri İranda daha çox araşdırma obyektinə çevrildiyi halda, ən böyük türk 
topluluğu  olaraq  tanınan  Azərbaycan  türklərinin  dili  yetərincə  tədqiq  edilməmişdir. 
Bəllidir ki, İranda bu dilin araşdırılmasına imkan verilməmişdir. 
 Dialekt araşdırmaları, dil və xalqın tarixinə, mədəniyyətinə, etnomədəni mühitinə 
dair  önəmli  faktlar  verə  bilir.  Məsələn,  Xalaç  türkcəsinin  kəşfi,  əski  Anadolu 
türkcəsindəki  dil  əlamətlərini  daha  çox  qoruyub  saxlayan  Xorasan  türkcəsinə  aid 
aparılmış  tədqiqatlar  türk  dili  və  dialektlərini  yenidən  təsnif  etmək  məcburiyyətini 
ortaya atmışdır. Professor Elbrus Əzizovun tədqiqatları bu cəhətdən önəmlidir (2, s.34) 
Tarixi xarakterli etnik yerləşim əraziləri və nüfuz sayımları ilə seçilən türklərdən 
biri  də  sunqurlardır.  Sunqur  türkcəsi  40  min  sunqurlunun  ana  dilidir.  Sünqur  türkləri 
İranın  Girmanşah  vilayətinin  Sunqur  bölgəsində  yaşayan  Azərbaycan  türkləridir.  Ana 
yurddan  ayrı  düşmüş  bir  bölüyüdür.  Sunqurların  yaşadığı  ərazi  əsasən  dəniz 
səviyyəsindən  1700  km.  yüksəklikdə  yerləşir.  Bu  ərazi  qədim  Azərbaycan  əyaləti  olsa 
da,  hazırda  İranın  Gürdüstan  əyalətinə  verilib.  Şəhər  əhalisinin  əksəriyyəti  sunqur 
dilində  danışır.  Sunqurlular  farslarla,  kürdlərlə  qaynayıb  qarışmışlar.  Bir-birinə  qız 
verib,  qız  almışlar.  Danışıq  dili  əsasən  türkcədir.  Onların  40  mindən  çox  cəmiyyətləri 
(əhalisi)  vardır.  Sunqur  şəhəri  İran-İraq  müharibəsindən  əvvəl  türklərin  şəhəri  olub. 
Savaşdan  sonra  burada  kürdlər  də  məskunlaşıblar.  1991-ci  ilin  statistikasına  görə 
əhalinin sayı 37.772, sonradan ataraq 44.559 nəfərə çatmışlar. Sunqur şəhəri İranın 181-
ci şəhəridir.Onlar Bəxtiyari bölgəsinin quzey hissəsində yaşayırlar. Fərqli təbiəti, iqlim 
şəratiti vardır. Sunqur şəhəri ətraf Zaqras dağları ilə əhatə olunub. 
Nəsillərin yaddaşı sunqurluların etnik mədəniyyəti ilə də köklənir. Folklor onların 
həyat eşqi, dünyagörüşü, mənəviyyatı və canlı tarixidir. Ümumtürk mədəniyyətinin bir 
qolu  olan şifahi xalq  örnəklərində  sunqurluların əyilməz ruhu, bitib-tükənməyən daxili 
enerjisi cəmləşmişdir. 
 Sunqurluların  özünəməxsus  adət-ənənələri  vardır.  Sunqurlularda  belə  bir  adət-
ənənə  var.  Təzə  doğulan  körpənin  qulağına  əzan  oxunar,  adı  da  elə  oradaca  verilər. 
Tayfa böyükləri bu mərasimdə hədiyyələr gətirərlər. 
Ailə  qurmaq  mərasimi:  qız  bəyənmək,  kəbin  kəsmək,  məsləhət  aşı,  dəvətnamə, 
otaq gecəsi, xına yaxdı, ayaqaçdı, bayramlıq və s. 
Yas  mərasimi:  yasdan  çıxarmaq,  qara  bayram,  mal-davar  kəsmək,  şərbət  içmək, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə