Əsgər Rəsulov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə14/60
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#42880
1   ...   10   11   12   13   14   15   16   17   ...   60

 
 
32 
sarı şilə yeməyi, həlim paylanması, imamlara sevgi, ehsan və s. 
Sunqurların damğaları (onqonu) Ağ sunqurlardır; ağ sunqur quşu totemidir. 
Sunqurluların  zəngin  tarixi,  mədəniyyəti,  hələ  də  öyrənilməmiş  dili  onların 
onomastikasında  da  qorunub  saxlanılır.  Araşdırma  göstərir  ki,  Sunqur  toponimi  etnik 
müxtəlifliyin mövcud olduğu bir şəraitdə, əsasən də qıpçaq, oğuz, hun-bulqar, kürd və 
başqa tayfa adları ilə bağlı əmələ gəlmişdir.. 
Onların  kökü  «qur»  tayfalarına  gedib  çıxır.  Tarixdə  Onoqur,  Azqur  (Azquri, 
Azkuri,  Gürcüstanda,  Azqurlar  Rumiyada,  Qazaxstanda  da  yaşayırlar),  Sam,  Samqur 
(Samkure), Samqori (Gürcüstan) türk tayfaları da olmuşdur. 
Axısqalıların  quzey  ərazisində  Azqur  kəndi  var.  Bunun  az  (qədim  türk  tayfası, 
Orxon  abidələrində  adı  keçən  və  Azərbaycan  adındakı  az)  və  qur  (quz\\oqur\\uqur 
türk  etnonimləri)  hissələrindən  ibarət  olması  göz  qabağındadır  (akademik  Tofiq 
Hacıyev). 
Sunqurun  ikinci  komponenti  ümumhun  etnik  adı  olan  «qur»la  (məşhur  hun 
tayfaları: onoqur, saraqur, uyğur, utiqur, kurtiqur və s.) əlaqədardır (Kazımov İ. Axısqa 
türkləri: Dil, tarix və folklor. Bakı, «Elm və təhsil», 2012, s.169) 
Qara  sunqurlar  da  var,  onlar  Ağ  sunqurlardan  fərqlənirlər.  Sunqur\Sunqar-şahin, 
laçın.  Tarixən  bu  tayfalar  qoçaq,  zirək,  döyüşkən  olmuşlar.  Onların  ad-sanı  göylərə 
ucalmışdır. Sunqur «Kitabi-Dədə Qorqud»da Toğan quş kimi təsvir olunur. Toğan quş-
sunqur-KDQ-də  adı  çəkilən  quşdur.  «Duxa  Qoca  Dəli  Domrul  boyu»nda  Əzrayıl 
göyərçin  donuna  girib  uçduqda  Dəli  Domrul  öz  ov  quşu  toğanıyla  onu  ovlamağa 
yollanır.  «Qanlı  qoca  oğlı  Qanturalı  boyu»nda  Qanturalı  özünü  toğan  quşa  bənzədir. 
Boydan  bəlli  olur  ki,  Selcan  xatun  izinsiz  olaraq  Qanturalıyla  döyüşə  gəlmiş  yağıyla 
vuruşur. Bu isə Oğuzda adəti pozma deməkdir. Odur ki, Qanturalı Selcana deyir: 
«Dəstursızca yağıya girmək 
Bizim eldə eyib olur. 
Mərə, yüri! 
Toğan quş oluban uçayınmı? 
Saqalınla boğazından tutayınmı? 
Gafillücə başın mən kəsəyinmi» (D-196 -5) 
Göründüyü tək, hər iki halda toğana ov quşu olaraq tanıdılır: Boylarda dönə-dönə 
ov  quşu  şahindən  söz  açılsa  da  («...yumruğumda  talbınan  şahin  bənim  quşumu  alur 
gördüm»  (D-42  -13),  «Sıçrayıb  şahin  kibi  kafirin  boğazın  ələ  aldı»  (D-252  -3), 
«Gördilər, bir süri qaz oturar. Qazan şahini saldı» (D- 272 -5) və s. həm də toğan eyni 
xidməti yerinə yetirən quş tək təqdim edilir. 
Toğana  quşunun  başqa  bir  adı  da  Sunqurdur.  Sunqur  Kayı  boyunun  quşudur. 
Kayılar tarixdə tanınan tayfalardandır. 
KDQ-də  bir  kərə  ağ  sunqurun  adı  çəkilir.  Burada  Qazan  xan  öz  kökünün  həmin 
quşla bağlılığını belə bildirir: 
«Ağ sunqur quşı erkəgində bir köküm var
Ala ördək, qara qazun uçurmaya». (D-280 12) 
Qaynaqlardan  öyrənirik  ki,  «toğan»  bütövlükdə  ov  quşlarına  verilmiş  ümumi 
addır.  Deməli,  KDQ-dəki  «toğan  quş»  da  ümumi  ad  olub  yəqin  ki,  daha  çox  şahinə 
aiddir (Bəhlul Abdulla) 
İslam  Sadıq  yazır  ki,  Qazan  xan  özünü  tanıdarkən  maraqlı  poetik  kodlardan 
istifadə etmişdir ki, bunların kökləri məhz həmin qədim təsəvvürlərlə bağlıdır: 
Ağ qayanın qaplanının erkəyində bir köküm var. 
Ağ sazın aslanında bir köküm var. 
Ağ  sunqur  quşu  erkəyində  bir  köküm  var  (3,  s.  147)  Bu  kodlar  vasitəsilə  Qazan 
xanın kökünü-əcdadını tapmaq mümkündür (4, s.52) 


 
 
33 
 Ağsunqurların Marağa hakimliyi barədə də tarixi məlumatlar mövcuddur. 1117-ci 
ildə  əl-Əhmədili  İsmaili  təriqətinin  radikal  qollarından  biri  olan  nizarit  agentləri 
tərəfindən Bağdadda öldürüldü. Onun keçmiş qulu, türk mənşəli Ağsunqur əl-Əhmədili 
yaranmış  bu  əlverişli  şəraitdən  istifadə  edərək  Marağada  hakimiyyətini  ələ  keçirib 
Ağsunqirilər sülaləsinin  əsasını  qoydu. O, Marağadan başqa, Rəvanduz qalasını  da ələ 
keçirdi. İraq Səlcuq sultanı II Mahmudun sarayında böyük nüfuza malik olan Ağsunqur 
onun oğlanları Davudun və Məsudun atabəyi olmuşdur. 1131-ci ildə xəlifə əl Müstərcid 
yeni  sultan Məsudun  adına xütbə  oxunması  üçün  əmr verdi. Tezliklə Sultan Məsud  öz 
atabəyi Ağsunqur əl-Əhmədili və çoxlu türk əmri ilə birlikdə Aərbaycana gəldi. 1133-cü 
ildə  Ağsunqur  Həmədanda  nizaritlər  tərəfindən  öldürüldü...1221-ci  ilin  əvvəllərində 
Marağa  yenidən  Ağsunqurilərin  əlinə  keçdi.  1227-ci  ildə  Sülafə  xatunla  evlənən 
Xarəzmşah  öz  əmrini  Marağaya  hakim  təyin  etdi  və  beləliklə,  Ağsunqurilər  sülaləsinə 
son qoyuldu (Bax: Tarix.info) 
 Dağlıq Sunqurlar haqqında da mənbələrdə müəyyən məlumatlara rast gəlinir. 
Sunqur  şivəsi  ilk  dəfə  Vindir  For  tərəfindən  öyrənilmiş  İran  türklərinin 
ləhcələrindən  biridir.  Girmaşahın  şimal  –şərq  hissəsində  və  onun  Fərhadxan  qalasında 
bu dildə danışırlar Bu bölgənin camaatı kürd və farsdırlar, amma türkdilidirlər.  
 «Varlıq»  jurnalında  Ərak  (İraq)  və  Sunqur-Qurvə  ləhcələri  barədə  bəzi  dağınıq 
yazılara təsadüf etmək olur. 
Girmanşahın  qədim  Azərbaycan  ərazisi  olub-olmaması  barədə  fikirlər  dolaşır. 
Böyük Rəsullunun «Cənubi Azərbaycanda türk ləhcələri» məqaləsi 1997-ci ildə (22.06) 
«Ədəbiyyat»  qəzetində  çap  edilmişdir.  O,  məlumat  veririr  ki,  bu  ərazidə  türk  və 
kürdlərin kəndləri tamamən türkləşmişdir. Fars dili danışıqda öz nüfuzunu sanki itirmək 
üzrədir (5) 
Bu günkü İran kürdüstanına məxsus toponimik adlar və hətta şəhər nüfuzu (bicar, 
qürvə,  sunqur)  türkdür  və  fars  rejimi  neçə-neçə  şəhəri  Azərbaycandan  qoparıb  kürd 
əyaləti idarəçiliyinə verib. 
Dr.Cavad  Heyət  «Türklərin  tarixi  və  mədəniyyətinə  bir  baxış».  II,  (Bakı,  1998) 
kitabında (6, 352 s.) Sunqur türkcəsi barədə də bəzi bilgilər vermişdir. 
M.Musaoğlu yazır ki, «Sonkor dili və ya türkcəsi danışıq dili səviyyəsində ana dili 
kimi  işlənir,  cəmi  35  min  adam  tərəfindən  İranın  Sonkor  şəhərində  və  Fərhad  Xan 
yaşayış yerində danışılır. Sözügedən dil və ya ədəbi dil səviyyəsinə malik olmadığından 
ümumtürk dilinin və ya oğuzcanın bir dialekti kimi qiymətləndirilə bilər» (7, s.39) 
Sunqurların  dili  G.Dörferə,  Tələt  Təkinə  və  Məhmət  Ölməzə  görə  əcdad  dil 
türkcədən  (prototürk)  gələn  bir  dialektdir  (8,  s.  71;  8,  s.  168).  Sunqur  dilinin 
Azərbaycan  dili  ilə  iç-içə  olması  və  onun  oğuz  qrupu  türk  dillərinin  arasında 
mövcudluğu sosiolinqvistik baxımdan şərtləndirilir. Deyildiyi kimi, bu dil-dialekt ədəbi 
dil  səviyyəsinə  yüksələ  bilmir.  Bu  əcdad  dilin  xüsusiyyətləri  müəyyən  kriteriyada 
bilavasitə  qorunduğundan  ümumtürk  dilinin,  oğuzcanın  bir  şivəsi-dialekti  kimi 
dəyərləndirilə bilər. 
Sunqurların dili də türk və kürd millətləri arasında ünsiyyət vasitəsi olaraq istifadə 
olunur.  İranın  digər  türk  dialektlərinin  daşıyıcıları  da  bu  dili  başa  düşür  və  bir-biri  ilə 
danışırlar. 
Dünyanın  bir  sıra  yerlərində  sunqurların  adı  qorunub  saxlanmışdır.  «Son 
ilərədək  Ermənistan  ərazisində  Sonqurlu  oykonimi  (Artik  rayonu)  qalmaqda  idi. 
Hal-hazırda  bu  yaşayış  məntəqəsinin  adı  dəyişdirilmiş,  Ayreyants  adlanır.  Kəndin 
yaşlı sakinləri Sonqurlunun qədim adını izah edə bilməmişlər. Lakin tarixdə bu adda 
şəxs  məlumdur.  Z.Bünyadov  öz  əsərində  qeyd  edir  ki,  XII  əsrdə  Arranın  hakimi 
Qara  Sunqur,  Marağa  (Cənubi  Azərbaycan)  hakimi  isə  Ağ  Sunqur  idi  (9,  s.23). 
Mənbələrin birində 1139-cu ildə Gəncədə baş vermiş zəlzələ zamanı ölənlər arasında 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə