Əsgər Rəsulov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə15/60
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#42880
1   ...   11   12   13   14   15   16   17   18   ...   60

 
 
34 
Arranın hakimi Qara Sunqurun ailəsinin də olduğu qeyd edilir (10, s.35). 
Toponimlər  yaranmasında  sunqur  tayfasının  da  böyük  rolu  olmuşdur.  Sitarə 
Mirmahmudova  «Ermənistan  ərazisində  Azərbaycan  mənşəli  oykonimlər  və  onların 
erməniləşdirilməsi siyasəti» ( TEAS PRESS Nəşriyyat evi, 2015, s.77-78) adlı kitabında 
yazır:  «Ermənistan  SSR  ərazisində  türk  tayfaları  ilə  əlaqədar  bir  çox  toponimlər  də 
vardır: Qafan, Kəmərli, Sonqurlu, Samurlu və s. 
Ehtimal ki, Sunqur sözü toponimiyada öz əksini tapmış ya tayfa, ya da şəxs adıdır. 
Görünür, bu tayfanın müəyyən hissəsi bir vaxtlar Ermənistan ərazisinə köçmüşdür (11, 
s.81). 
İrana  bir  neçə  dəfə  səfərim  zamanı,  ümumiyyətlə,  burada  ölüb  getməkdə  olan 
türkcələrin  taleyi  ilə,  xüsusən  də  sunqur  türkləri  ilə  maraqlandığımızı  bildirdik. 
Hörmətli  Hüseyn  Məhəmməd  oğlu  Xoşbati  onların  yaşadığı  ərazi  ilə,  məşğuliyyətləri 
ilə,  tarixi  ilə  və  bugünkü  durumu  ilə  məni  məlumatlandırdı.  Hüseyn  müəllim  onların 
şifahi xalq örnəklərindən ibarət xeyli səs yazılarını, xalq mahnılarını, deyimlərini və s. 
toplayaraq  bizə  hədiyyə  verdi.  Bu  örnəklər  əsasən  bayatı  formasındadır.  Sunqur 
türkcəsində olan mətnlərin bəziləri ilə hörmətli oxucularımızı tanış etmək istəyirəm. 
 
Mətn 1. 
Damnən damə damimiz 
Yaxindi iyvanimiz 
Sən ördə dur mən bürdə 
Kür olsi düşmənimiz 
 
Kükdə qarələn bulid  
Rəngi saralən bulid 
Yari yarılərdən ayirdu 
İndi aralən bulid 
 
Damnən damə gəlmişəm 
Gül dərmağa gəlmişəm 
Bir cüt maralim itirmişəm 
Əxtərmağa gəlmişəm 
 
Ala gözli ceyranə  
Axtarməğə gəlmişəm 
 
Qızıl gül əbrim əbrim 
Kəsili tabu tükənib 
Yarım gəzən yerlərdərdədir  
Qazılsın mənim qəbrim. 
 
Gök at kişnədi gəldə 
Buxa dişlədi gəldə 
Qurban ulum qardaşə 
Tüyüm başadi gəldi. 
 
Gecələr yuxum gəlməz 
Gündüz işimdən oldim. 
 
Mətn 2. 


 
 
35 
 
Ab kələk, sari kələk (yemiş) 
 Çərxi siniydi fələk 
Ya nəsib, ya qismət 
Birdə bir-birin görək 
 
Bu bağə gələn oğlan 
Qızıl gül dərən oğlan  
Xəbər bil ki, ayibdiyilmi ? 
Bilərzik görən oğlan 
 
Bu bağə girməmişəm 
Qızıl gül dərməmişəm 
Xəbər bil ki ayıbdeyilmi 
Bilərzik görməmişəm 
 
Su gəlüb lülə-lülə 
Yar gəlib gülə gülə 
Abi dəsmal əlində 
Gül tərin silə silə 
 
Mətn 3. 
Dağdan enen ineksen 
Göyden enen meleksen 
Heyatımın menesi 
Omrumun antinası 
 
Atesden siyneleriz alev dokumaz bize 
Sevgiyle heyat hosdur 
Sevgisiz heyat bosdur. 
 
Sari geyinib guneş olarsan 
Qirmizi geyinib cicek olarasan, olarsan 
Bir gun aq qeyinib menim olarsan 
 
Şerefinii senii sevmek 
Senle ağlayıb gülmek 
Güvenme vefasızın tekine 
Bugün över yarın söver. 
 Sunqurlu şairin şeirindən bəzi parçalar
 Qəzəl  «Qərib  toprax»  adlanır,  müəllifi  Əli  Məhəmməd 
Qurani İmranidir. 
 Bəhari tən bölən dünya 
Açılmaz gül xəzanindən 
Bu dünya bostanindən 
Mürvətsiz fələk çərxi 
Vəfa afləatünə satmə 
Ələ çatmsa 
Bu dünyanın tikanindən 
 


 
 
36 
Nə hasil gördü 
Həsrət qaldi canindən 
tir ayrılmaz kəmanından 
 
Keçər öz aşinayindən 
Bu dünyanın tikanindən 
Nə hasil gördü 
Müsafir kərvanlərdə 
Qubadu- Cəm (şid)bu torpaxdə 
Biləx fərman rəva imişlər 
Qardaş 
Hekayətlər deyər dünya 
Keçən günlərdə İmrani 
Görmədi heç kəs 
Bu dünya bustaninən 
Vəfa 
Əla çatmaz 
Bu dünyanın 
Ki həsrət 
Qanad 
Əcəl tip ayrılmaz kərvanindən 
Fələk 
Mühacir quş xəzanindən 
Pir ayrılmaz kamanindən 
Bir sunqurlu şair də vətəninə bir uzun şeir yazıb.  
Şeir «Sunqurum» adlanır: 
Vətənim, sunqurum, sənin torpağın mənim məzarim 
Ey torpağımım sürmə  
Düzlərə 
Gülən üzlərə 
Sunqur, danış ürəkləri şad eylə 
Yıxılmış ürəkləri şad eylə 
Sunqur, aç qucağın 
Sunqur, ürək dərdi mənə 
Başda keçən günlərə 
Əyran içən günlərə 
Su içən günlərə 
Mərdanəlüx günlərə 
Çayda gələn qız açılan bəxtinə 
Damədə durar toya baxər 
Aqşəm başa baxmaqləri 
Yari gecə xəmir çatan  
Çörək yapən gecələr 
Söz eşidən qulaxlər 
Dər bilən uşaqlər 
 Həsrətəm 
Naməz vaxti 
Nənə otaq  
Yekə nənə qapı-bəcəni sulardi. 
Biganəlik var idi. 


 
 
37 
Qardaş qardaşa baxmazdi. 
 Ay tutu alan gecələr və s. 
 
Sunqurluların sevgi aləmi şeirlərdə belə tərənnüm olunur: 
Seni çok seviyorum 
Unutma sevgili beni 
Nereden aşık oldum sana 
Gecemde sensin gündüzümde 
Umrumda değilsin diyemiyorum 
Rüzgar esiyor uzaktan (Sunqurlara aid şeir) 
 
Məsəl  var  deyərlər:  «Səncər  durarsa,  Sunqur  durar».  Bu  məsəl  İran  türklərinin 
nitqində  tez-tez  işlənir.  Bunun  əvəzində  onlar  Səncər  tursa  Sonqur  turqay  kimidir 
ifadəsindən  də  istifadə  edirlər.  Şərti  cavabı  şərti  qabaqlayaraq  «Sonqur  turğay  Səncər 
tursa demək də olar». «Keçmişdə şərt mənasının ifadəsi üçün «Səncər qalxmış olsa idi, 
Sunqur  qaxmış  idi»  mənasında  «Səncər  turmışmıssa,  Sonqur  turmışdı»-cümləsi  də 
işləkdir. (12) 
Sunqur  sözü  tarixi  bir  söz  olduğu  üçün  onun  tərkibi  də  fonetik  cəhətdən 
mənbələrdə  dəyişmiş  formada  təqdim  olunur.  T.Əhmədov  (13,  s.224)  kitabında 
məlumat verir ki, Azərbaycan toponimiyasında qədim s-ş dialekt elementlərini qoruyan 
bir çox toponimik adlara rast gəlinir. Belə ki, istər qədim qıpçaq –türk abidələrində və 
istərsə də müasir qıpcaq qrupu türk dillərində s əvəzinə, əsasən ş səsinin işlənməsi (14, 
s.5-17)  göstərir  ki,  toponimiyamızda  əks  olunan  ş  ünsürü  məhz  erkən  orta  əsrlərdə 
Azərbaycan  ümumxalq  danışıq  dilinin  formalaşmasında  əsas  rol  oynamış  qıpcaq  tipli 
savir-xəzər  dil  ittifaqlarının  elementlərindəndir.  Qədim  Azərbaycan  dilinin  bu  arxaik 
dialekt  ünsürünə  Qəbələ  rayonundakı  Şonqar  dağı  və  Şonqar  bulağı  toponimlərinin 
(15,s.76-84),  respublika  ərazisindəki  Şalbuz  dağı  oroniminin,  Qaradağ  rayonuna  daxil 
olan  Şonqar  kənd  adının,  Quba  və  Şabran  rayonları  ərazisindən  axan  Şabrançay 
hironiminin  və  həmin  rayonların  həmsərhəd  zonasında  mövcud  olan  qədim  Şabran 
qalası xarabalığı adının əvvəllərində rast gəlinir. Bu cəhətdən Qobustandakı Süngürdağ 
və  Şonqardağ  oronimləri  diqqəti  daha  çox  cəlb  edir.  Belə  ki,  həmin  oronmlərin  əsas 
komponentləri  yerində  işlənmiş  süngür  və  şonqor  sözləri  əsasında  formalaşan  hər  iki 
coğrafi  adın  eyni  regionda,  kiçicik  bir  ərazidə  mövcudluğu  vaxtilə  burada  iki  qohum 
dialektin  fəaliyyət  göstərdiyini  əyani  şəkildə  sübut  edir. Həm  qədim türk abidələrində, 
həm də müasir türk dilləri və dialektlərinin bir çoxunda s-ş uyğunluğuna rast gəlinməsi 
də  bu  fikri  əsaslandırmağa  imkan  verir:  şonqar  «şahin»  abidələrdə  sonğur  (16,  s.508), 
sunqur  (16,  s.514),  sunğar  (16,  s.525),  qırğız  dilində:  sunkar;  türk  dilində:  şunkar 
*(Türkiyeden  bir  gün  ucar  Oğuz  Şahın  sunguru...  (17,  349  s.);  özbək  dində: 
şunkor\surkur\sunqlar; uyğur,  altay dillərində: şunkar; qazax dilində:  sunkar və s. (18, 
s.12). 
Cəbrayıl  rayonununda  Diri  dağının  ətəyində  yerləşən  qədim  və  xarabalıqları 
qalmış  qəbiristanlıq  yerli  əhalinin  dediyinə  görə  şunqurların  olmuşdur.  Bu  ərazinin 
tarixi  (Mazannənə  piri,  ətraf  qədim  çinarlar,  Aşıq  Qurbanin,  Pərinin  qəbirləri  və  s.) 
öyrənilərsə, şunqurların da həmin ərazilərdəki izləri aydınlaşar. 
Əslən Sungurlu olan bir türklə-müəllimlə klinikada tanış oldum. İlk dəfə eşitdiyim 
üçün  sunqur  türkləri  barədə  ondan  məlumat  almaq  istədim:  «Ağa,  İranın  Girmanşah 
şəhərindən  70  km.  quzeyə  doğru  Sungur  adlanan  bir  şəhər  var.  Bu  şəhərin  əhalisi 
Sungur türkcəsində danışırlar. Sungur türkləri monqollar dönəmində bu bölgəyə gələrək 
məskunlaşmışlar.  Danışığımızda  xeyli  sayda  monqol  kəlmələri  də  qalıb.  Məsələn, 
monqollar  «solqoy»  deyir,  biz  isə  «solaqay»  (Cəbrayıl  keçid  şivəsində  «solaxay»  (sol 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə