Əsgər Rəsulov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə16/60
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#42880
1   ...   12   13   14   15   16   17   18   19   ...   60

 
 
38 
əlililə  işləyən  adam),  onlar  «buxa»  deyir,  biz  isə  «buğa»,  onlar  «xonin»  deyir,  biz  isə 
«koy», «qoyun» deyirik, monqollar «toqoruu» deyir, biz isə «turna» (durna) deyirik. Bu 
dil  yoxolma  təhlükəsi  qarşısındadır.  Yörədə  yaşayan  fars  və  kürdlər  tərəfindən 
sıxışdırılır.  Sungur  türkləri  deyərlər:  Ceyranlar  qatar  geler,  Dincəlib  yatar  geler. 
Yataxtan  su  içmeye,  Dözer  gün  batar  geler.  Qaradağın  alçası  Döşenibdi  xalçası,  Bir 
gözəl qız semişem, Qızıl gülün qonçası». 
 Bu fikrə əlavə olaraq göstərə bilərik ki, türk və monqol dillərinin müqayisəsi ilə 
məşğul  olan alimlər müəyyən qədər söz kökünün hər iki dil qrupunda uyğun oduğunu 
üzə çıxarmışdır. Qazax alimi T.Nominxanov 3 nitq hissəsi üzrə araşdırma apararaq, 938 
isim, 145 sifət və 477 feil kökünün eyni olduğunu müəyyən emişdir. (19, s.10) 
Ə.Abdullayev  də  araşdırmalar  nəticəsində  Azərbaycan  dilində  işlənən  «mal 
güdən,  mal  saxlayan,  malotaran,  tarlaçı,  kəndli,  atçı,  qoyunçu,  çoban,  sağıcı,  suçu,  su 
daşıyan, maldar, dəyirman, elçi, çiçəklik» və s. sözlərin bəzi dəyişmələrlə (mal xariulaq, 
malçi, tarlaçin, aduuçin, xonçin, saalçin, ueçin, malçin, teeremq, elçin, tsitsieqlek və s.) 
monqol  dilində  də  işləndiyini  müqaisə  yolu  ilə  müəyyənləşdirmişdir  (20,  s.282);  (21, 
s.330). 
İrandakı  türk  dialektləri  bir-birindən  əsas  etibarı  ilə  fonetik  variantlara  görə 
fərqlənir. Azərbaycan, sungur (sonkur), xorasan, qaşqay, xalaç türkcələri bu və ya digər 
dil cəhətinə, səviyyələrinə görə bir-birindən seçilir. Amma bunların arasında xalaçların 
dili ən çox fərqlilik kəsb edir. Hətta qaşqay və sungur türkcələri Azərbaycan türkcəsinin 
şivələri kimi qeyd və təsbit olunur.  
Sözün  düzü,  İran  azərbaycanlıların  dialektləri,  şivələri  haqqında  yazılan 
tədqiqatlardan  xəbərsizik.  Türkiyədə  bu  mövzuya  maraq  güclü  olmuş,  bir  sıra 
tədqiqatlar  aparılmışdır.  Təqdir  olunasıdır  ki,  2012-ci  ildə  Türkiyənin  Hacıtəpə 
Universitetində  IV  Uluslararası  Türkiyat  araştırmaları  Sempoziyumu  «Dilləri  və 
kültürləri  yoxolma  təhlükəsinə  məruz  türk  topluluqları»  adlı  tədbir  keçirilmiş, 
YUNESKO  xətti  ilə  müəyyən  olunmuşdur  ki,  dünyada  6700  dilin  yarısı  yox  olmaq 
üzrədir.  Onların  içərisində  qaşqay  və  sunqur  türkcəsi,  xorasan  və  xalaç  türkcələri  də 
vardır.  Odur  ki,  bu  türkcələrin  mətnlərini  toplamaq,  onların  leksik-qrammatik 
incəliklərini öyrənmək yaxşı olardı. 
Müşahidələrim  göstərdi  ki,  bu  dilin  fonetik,  leksik,  qrammatik  və  s. 
xüsusiyyətlərini  dərindən  öyrənmək  üçün  Azərbaycanda  mərkəz  olan  Dilçilik 
İnstitutunda  xüsusi  bir  qrup  yaradılmalıdır.  Bu  qrup  İranın  kəndlərində,  əyalətlərində, 
şəhərlərində müxtəlif təbəqədən olan insanlarla görüşməli və onların söhbətləri əsasında 
ayrı-ayrı dialektlərin tipik və xarakterik xüsusiyyətlərini öyrənməlidirlər. 
İran  toponimləri  haqqında  az  yazılıb.  Bu  toponimlərin  türk  və  fars  layı  tədqiq 
olunmalıdır. 
 Çatışmayan tədqiqatlara yol açılmalıdır. Quzey və Güney azərbaycanlılarının dil 
və  dialektləri  müqayisə  olunmalıdır.  Minilliklər  boyu  dilin  dərin  qatlarında  özünə  yer 
etmiş  ümumi  və  fərqli  cəhətlər  müəyyənləşdirilməlidir.  Mətnlər  müxtəlif  dialektlərdən 
toplanmalı  və  müqayisə  edilməlidir.  İranın  Muğanı  ilə  bizim  Muğanın  şivələri 
qarşılaşdırılmalıdır. 
Tarixi faktlar sübut edir ki, Azərbaycan coğrafiyasında bir çox tarixi adlarımız da 
əlimizdən  alınmışdır.  Bunların  içərisində  Sunqur,  Qürvə,  Bicar  və  s.  Bunlar 
Azərbaycana qaytarılmalıdır. 
Sunqur  dil-dialektinin  bəzi  xüsusiyyətləri.  Hələ  50-ci  illərdə  V.S.Sokolova 
yazırdı  ki,  sunqurların  danışdığı  dil  qarışıqdır.  Burada  digər  İran  dillərinin  (fars,  türk, 
xorasan,  kürd  və  s.)  güclü  təsiri  olmuşdur.  Bu  təsir  imkanları  genişliyi  ilə 
öyrənilməlidir» (22, , s.78). 
 Əsas  dil  xüsusiyyətləri  türk  və  fars  dillərində  işlənən  sözlərin  interferensiya 


 
 
39 
formalarıdır. Bu formalar Sunqur dialektinə özünəməxsusluq gətirir. 
Fonetik  xüsusiyyətlər.  Sunqur  türkcəsində  7  sait  səs  vardır.  Yəni  Azərbaycan 
türkcəsi ilə müqayisədə qısa i və ö yoxdur, əlavə olaraq u saiti, o saiti u saitinə çevrilir: 
ö- ü saitinə çevrilir, ö-ü, e-i- yə çevirilib. Məs.: qul (qol), göz (güz), gör (gür), gül (göl), 
güy (göy); ir (ər), iv (ev) və s. 
i  saitini  e  saiti  əvəz  etmişdir:  bez  (biz),  sez  (siz);  a-e  əvəzlənməsi  özünü 
göstərir:beyrax (bayrax), qeynamax (qaynamaq), eyran (ayran) və s. 
A-saiti ə kimi tələffüz olunur: qərqə, qərə, örtə (orta) və s. 
Ö- ü əvəzlənməsi: qüdə (gödək), ürdək (ördək) və s. 
Danışıqda səs uzanmaları: biiz, siiz. 
 Samitlər: k samiti sözlərin sonunda xüsusilə incə saitdən sonra ğ- x kimi tələffüz 
olunur: çörəh, gərçəg, inəh, çux, çomağ, elex (ələk) və s.  
 Morfoloji xüsusiyyətlər: Sifətin müqayisə dərəcəsi: rax, tər. Sarıtər, ağrax; feillər: 
xəbər forması mənəm, sənsə, uri(odur) bizax, ulardilə (onlardırlar), gəlmək feili indiki 
zamanda; gəlirəm, gəlləm (gələrəm), gəlisə (gələrsən), gəlisə (gəlirsən), gəlüri (gəlürax, 
gəlarax,  gəlürsiz,  gələsiz,  gəlurlar,  gəllə,  keçmiş  zamanda:  gəllim,  gəllu  (gəldin),  gəlli 
(gəldi),  gəllux,  gəlluz,  gəllərə,  keçmiş  nəqli  zaman:  gəlmisən,  gəlmişux,  gəlni, 
gəlmişax,  gəlmuşuz,  gəlmişlə;  keçmiş  davamedici  zaman:  gəlürdüm,  gəlurdi,  gəlurdi, 
gəludux, gəluduz, gəllurə; isim və əvəzlik formaları. Mənsubiyyət kateqoriyası şəkilçisi 
(kişi  evi  (kişinin  evi),  əlin  bərmağı  (əlimin  barmağı),  Mənsubiyyət  şəkilçili  söz:  men 
gəli,  men  gəldə,  siz  gəlün,  gəlmüşüm,  gəlmüşüx,  gəlmüşdux;  yiyəlik  şəkilçisi  (əlim  tut 
(əlimi tut), ikinci şəxsdə aluvi tut, amma başqa hallarda samitərlən sonra i- və saitlərdən 
sonra  ni-  olur.  Tamamlıq,  lokativ  tamamlıq  həmişə  ə-dir:  əlüvə,  burdə  (burda),  əlinə 
(əlində), ödə, övdən yerinə), bu kitabı evdə gəttim. İnstrumental (vəsilə şəkilçisi)- la,-ilə 
(iynə  şəkilçisindən  istifadə  qələminə  (qələmiynə),  passiv  şəkilçisi  –im,  əlim,  -u  -əlu 
(əli), i-əli, imiz- əlimiz, üz-əlüz, ləri (əlləri), şəxs əvəzlikləri: mə, sə, u (o), biz, siz, lar; 
yiyəlik əvəzlikləri:: sənün, sənu, unu, bizim, sizün, ulari (onları) 
Xəbər  forması:  sənsə,  uri  (odur),  bizax  (bizik),  sissiz,  ulardilə  (onlardırlar), 
gəlmək  feili  indiki  zamanı,  gəlirəm,  gəlləm,  gəlürsə  (gələrsən),Ö  gəlisə,  gəluri,  gəli 
(gələr),  gəlurix,  gələrax,  gəlürsiz,  gələsiz,  gəlürlər,  gələllə,Əmr  forması.  Gəlüm, 
gəlginən, gəə, gəsi, gələ, gəlax, gəllux, gəluz, gəssə, gələcək z şəkilçi  yox, gəsi, gəlax, 
gəluz,  gəzsilə,  gələcək  zaman  şəkilçiləri  yoxdur,  köməkçi  feldən  istifadə  oluneur: 
ismiyusan gələsən (istəyirəm gələm), isyu gələ (istəyir gələ), istüyürux gələsiz, isuyurlar 
gələlər, lazım forması: gəlməluyam,  gəlməlusə, gəlməlu, gəlməlusiz, şərt şəkilçisi: sa,-
sə (so); gəlurdux. 
Sual ədatı, -mi yoxdur.Keçmiş zaman: gəlmişdux, gəlmişduz 
Morfoloji göstəricilər:  
xanə-şəkilçili:  doktorxanə,  karxanə,  çayxanə,  mərizxanə,  buzxanə,  memanxanə, 
dərmanxanə və s. 
ban\van  şəkilçili:  baqvan  (bağban),  bərxvan  (sürü  gözləyən),  qazvan  (qaz 
saxlayan), aşvan (dəyirmançı) və s. 
 
Yiyəlik halda söz: qiza (n)-qızın, mara (n), dara (n), küna (n) və s. 
Çıxışlıq halda söz belə işlənir: evdəm (evdən), çöldəm (çöldən) və s. 
 
Leksik xüsusiyyətlər:  
İctimai sözlər: farsca ya ərəbcədir: dada, aba, baci, qardəş, oğəl (oğul), uşax, üz, 
üzgə,  baş,  güz,  bırın,  ağız,  bil  (bel),  əmçək,  ürəy,  qarın,  qul  (qol),  duz  (diz  bağarux 
(bağırsaq),  işək  (eşşək),  balux  (balıq),  inni  (indi),  üs  (üst),  iv  ev,  yəxçi  (yaxşı),  günüz 
(gündüz), əşaği yaxçi (5,6,7,8 səs) 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə