Əsgər Rəsulov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/60
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#42880
1   2   3   4   5   6   7   8   9   ...   60

 
 
11 
 
Şeirin  tərcüməsində  bir-neçə  səhv  nəzərə  çarpır.  Türkçədəki  derken  sözü 
dilimizdəki  kimi  demək  feilindən  düzəlsə  də  fərqli  mənada  işlənən  yalançı 
ekvivalentdir.  Belə  ki,  türkcədə  bu  söz  zaman  zərfliyidir  və  mənası  o  anda,  o  əsnada, 
tam  bu  vaxt,  bu  zaman  mənalarında  işlədilməkdədir.  Mütərcim  isə  onu  deyilirkən  feli 
bağlaması  şəklində  verməklə  misranın  məna  və  poetik  yükünü  tamamilə  ortadan 
qaldırıb. Quşlar ötür, deyilirkən misrası nə bu şeirdə, nə də əlahiddə  götürüldükdə heç 
bir məna ifadə etmir. 
Burada  Türkiyənin  dövlət  himni  olan  məşhur  “İstiqlal  marşı”nın  bir  misrasının  
dilimizə səhv tərcüməsini də qeyd etmək istərdik: Ulusun, korkma, nasıl böyle bir imanı 
boğar / Medeniyet dediğin tek dişi kalmış canavar. 
Birinci  misradakı  ulu  sözünü  dilimizdəki  “ulu,  böyük,  uca”  mənasında  qəbul 
edilərək  “Ulusan,  qorxma,  necə  böylə  bir  imanı  boğar...”  şəklində  başa  düşülür. 
Halbuki,  bu  misralarda  Qərb  mədəniyyəti  ilə  Şərq  mədəniyyəti  müqayisə  edilir,  Qərb 
sivilizasiyası tək dişi qalmış yırtıcıya, vəhşi heyvana oxşadılır. Şair türk millətini yırtıcı 
heyvanın ulamasından qorxmamağa çağırır və buradakı ulusun kəlməsində vurğu ikinci 
yox,  üçüncü  hecanın  üzərinə  düşür,  ulamaq  felinin  əmr  şəklinin  III  şəxs  təkidir 
(Ulasın!),  dilimizdəki  ulu  kəlməsi  ilə  aldadıcı  oxşardan  başqa  bir  şey  deyildir,  yəni 
yalançı ekvivalentdir. 
Bir  misal  da  türk  şair  və  tənqidçisi  Kiçik  İskəndərin  qanadlı  sözlərindən  birinin 
tərcüməsində  rastlaşdığımız  yalançı  ekvivalentdən  gətirmək  istərdik.  Orijinalı  belədir: 
Karpuz  seçerken  gösterdiğimiz  özenin  yarısını sevgili  seçerken  de  gösterseydik,  bu 
kadar  kelek  aşklar  yaşamazdık.  Tərcümədə  oxuyuruq:  Qarpız  seçəndə  göstərdiyiniz 
diqqəti sevgili seçəndə də göstərsəydiniz bu qədər kələk yaşamazdınız. (6) 
Tərcüməçi deyimdəki söz oyununa diqqət etməyib. Türkçədə bir neçə mənası olan 
kələk  kəlməsinin  dilimizdə  olmayan  kal,  yetişməmiş,  xam  çalarları  da  vardır  və 
aforizmdə  məhz  bu  mənada  –  eşq  kəlməsinin  təyini  kimi  (kelek  aşk)  işlədilir.  Müəllif 
vurğulayır  ki,  diqqətli  seçmədikdə  kal  qarpız  ala  biləcəyimiz  kimi,  eşq-məhəbbət 
məsələlərində  də  xam  davranarsaq,  əsl  sevginin  nə  olduğunu  dadmamış  qalarıq,  saxta 
sevgiylə qarşılaşa bilərik. 
Sıx-sıx rastlaşdığımız yalançı ekvivalentlərdən biri də “kişi” kəlməsidir. Məsələn, 
Ziya  Paşanın  aforizmə  çevrilmiş  və  dilimizdə  tez-tez  müraciət  edilən  məşhur  “Âyinesi 
iştir kişinin lafa bakılmaz / Şahsın görünür rütbe-i aklı eserinde" misraları Ayinəsi işdir 
kişinin, lafa baxılmaz,/  Şəxsin  görünür rütbeyi-əqli  əsərində  şəklində verilir ki,  burada 
nəzərdə tutulan kişi deyil, ümumilikdə insandır.  
 


 
 
12 
ƏDƏBİYYAT 
 
1.
 
A.Qədir. On beş gün Sovet İttifaqında. “Azərbaycan”. Bakı, 1974, № 4 
2.
 
Güntəkin R.N. Çalıquşu. Bakı, İşıq, 1987 
3.
 
Güntəkin R.N. Dodaqdan qəlbə. Bakı, Azərnəşr, 1969 
4.
 
Ədəbiyyat qəzeti.14 iyun 2006 
5.
 
İki zirvə: Yunis İmrə, Aşıq Veysəl. Bakı, 1982 
6.
 
http://kulis.az/print/3729
, 11 yanvar 2013 
7.
 
Küçük İsgəndərin aforizmləri. Kulis.az. 12 mart 2014 
8.
 
Orxan Vəli. Şeirlərindən tərcümələr. Kulis.az. 12.07.2013 
9.
 
Rəsulov  Ə.  Tərcümə  nəzəriyyəsi  müstəvisində  Türkiyə  türkcəsi  və    Azərbaycan 
dili. Bakı, Nurlan, 2007 
10.
 
Rəsulov Ə. Tərcümə nəzəriyyəsi və təcrübəsi. Bakı, Elm və təhsil, 2015 
11.
 
Rəsulov Ə. İzahlı türkcə-azərbaycanca yalançı ekvivalentlər lüğəti. Bakı, Elm və 
təhsil, 2015  
12.
 
Resulov  Asker.  Akraba  Diller  ve  “Yalancı  Eş  Değerler”  Sorunu.  Türk  Dili  
dergisi, 1995, Ağustos, Sayı: 524, s.916-924 
13.
 
http:tersceviroku.blogspot.com /2008/12/dinle-neyden-duy-neler-syler-sana.  
 
 
Xülasə 
 
 Orijinal  və  tərcümə  dillərindəki  leksik  vahidlər  tərcümə  prosesinin  ümumleksik 
problemləri baxımından dörd əsas qrupda toplanır: təkmənalı leksik vahidlər; çoxmənalı 
leksik  vahidlər;  ekvivalentsiz  leksik  vahidlər;  yalançı  ekvivalentlər.  Bu  məqalədə 
sonuncu  qrupa  daxil  olan  sözlər  Azərbaycan  dili  və  Türkiyə  türkcəsinin  materialları 
əsasında nəzərdən keçirilir. 
Açar sözlər: tərcümə, yalançı, dil, ekvivalent, qohum 
 
Аскер Расулов 
доктор филологических наук, профессор  
 
Проблемы ложных эквивалентов в родственных языках 
 
Резюме: Лексические единицы языка оригинала и перевода с точки зрения 
общелексикологических  проблем  переводческого  процесса  делятся  на  четыре 
основные группы: oднозначные лексические единицы; многозначные лексические 
единицы;  безэквивалентные    лексические  единицы;  ложные  эквиваленты.  В 
настоящей  статье  рассматривается  последняя  группа  слов  на  материале 
азербайджанского и турецкого языков. 
Ключевые слова: перевод, ложный, язык, эквивалент, родственный 
 
 


 
 
13 
                                                                                          R.Ə.RÜSTƏMOV 
 
TÜRK VƏ AZƏRBAYCAN DİLLƏRİNDƏ  
SADƏ CÜMLƏ PROBLEMİ 
 
Açar sözlər: sintaksis, sadə cümlə, təktərkibli cümlələr, qeyri-müəyyən şəxsli 
cümlə, şəxssiz cümlə, söz cümlə. 
 
İnsanda şüur formalaşdığı zamandan, dil ünsiyyət vasitəsi olmuşdur. Bu ünsiyyət 
vasitəsini  həyata  keçirmək  üçün  cümlədə  sözlərin  və  söz  birləşmələrinin,  forma  və 
mənaca bir-birinə bağlanması mütləqdir. Göstərilən proses baş verməsə, dil əmələ gələ 
bilməz  və  cümləyə  verilən  tərif  özünü  doğrultmaz.  Unutmamalıyıq  ki,  cümlənin 
qurulmasında cümlənin bütün vasitələri, bütün ünsürləri iştirak edir. 
Məlumdur ki, cümlə dilin öz daxili qanunları əsasında formalaşır. 
Müasir türk  ədəbi  dilində  cümlənin  quruluşu iki  ünsürdən, mübtəda və xəbərdən 
ibarət  olur.  Təktərkibli  cümlələrdə  bu  qütblərin  hər  ikisinin  də  eyni  zamanda  iştirakı 
vacib deyildir. Məsələn: Yazdır. Soğuktur. Kıştır... 2015` in ilkbaharıydı... 
  Türk dillərində sadə cümlə problemi sintaksisin çox maraq doğuran sahələrindən 
biridir. Bu problem mürəkkəb və mübahisəli, həm də geniş və çoxcəhətlidir. Burada baş 
üzvlərin  iştirakına  görə  təktərkibli,  cüttərkibli  sadə  cümlələr,  ikinci  dərəcəli  cümlə 
üzvlərinin iştirakına görə müxtəsər və geniş cümlələr, bütöv və yarımçıq cümlələr və s. 
bu kimi bir çox məsələlər daxil olur. 
Müasir  türk  ədəbi  dilində  sintaksis  məsələsi  digər  türk  dillərinə  nisbətən  az 
işlənmiş  sahələrdən  biridir.  Əsastürk  dilində  mövcud  olan  sadə  cümlələri  tədqiqata 
çevirmək, bu bümlə növü barədə söylənmiş fikirlərə münasibət bildirməkdir. 
  Bir sadə cümləni  yaradarkən, orada  yalnız baş üzvlərindən birinin iştirakı  tələb 
olunur.  Belə  sadə  cümlələr  mübtəda  və  xəbər  qütblərinə  görə  formalaşır.  Cümlə  hər 
hansı bir informasiyanı verməlidir. Cümlə bu vəzifəsinə görə digər sintaktik vahidlərdən 
fərqlənir.  Göründüyü  kimi,  nitqin  əsas  vahidlərindən  biri  olan  cümlənin  hərtərəfli 
araşdırılması vacibdir.  
  Cümlələr quruluşlarına, xüsusiyyətlərinə görə müxtəlif şəkildə adlanırlar. Cümlə 
deyilən  hər  hansı  bir  sintaktik  konstruksiya  bütövlüyü  ilə  seçilməlidir,  nitq  aktında 
bütöv  bir  fikrin  ifadəsi  olmalıdır.  Cümlə  üzvlərini,  cümlənin  struktur-semantik 
xüsusiyyətlərini öyrənmədən ünsiyyətin düzgün qurulması mümkün deyildir.  
  Türk  dillərində  cümlə  problemi  sintaksisin  maraq  doğuran  sahələrindən  biridir. 
Bu  problemə  elmi  cəhətdən  ciddi  yanaşdıqda  məlum  olur  ki,  sadə  cümlə  problemi 
mürəkkəb  və  mübahisəli,  eyni  zamanda    həm  geniş,  həm  də  coxcəhətlidir.  Cümlədə 
üzvlərin iştirakına görə təktərkibli sadə cümlələr, cümlənin ikinci dərəcəli üzvləri,sadə 
müxtəsər,  sadə.  geniş  cümlələr,  bütöv  yarımçıq  cümlələr  və  s.  həllini  gözləyən 
problemlərdən  biridir.  Bunu  demək  bizə  əsas  verir  ki,  yuxarıda  göstərilən  məsələlər 
hələlik istənilən şəkildə geniş tədqiq edilməmişdir. 
  Bu  məsələnin  həlli  yolları  olmasına  baxamayaraq  türk  dilçiləri  cümlə 
probleminə  səthi  yanaşmışlar.  Cümləyə  tərif  verən  bir  neçə  dilçinin  fikrini  çatdırmaq 
istəyirəm: 
“Bir ya da bir çok sözcükten oluşan yargılı anlatım biçimi tümcedir” .(1, s.17) 
“Kendi kendime yeten bir yargı bir cümle sayılır”. (2, s.522) 
“Cümle  en  yalın  tanımla  isteğimizi  anlatmaya  yarıyan  bir  yargı  bilimidir”  .(3,-
292) 
Bir yargı bildirmek üzere, tek başına kullanılan çekimli bir eyleme, veya  çekimli 
bir  eylemle  birlikte  kullanılan  sözcükler  dizisine  tümcü  denir.(4,  s.99)  Müəllif  “Git”, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə