Çinə məxsus balıqçı qayığı
Cənubi Koreyanın qərb sahil
suları yaxınlığında aşıb.
Baenqyonq adası yaxınlığında aş-
mış qayığı Cənubi Koreya sahil müha-
fizə xidmətinin patrul qayığı yanvarın
20-də gecə saat 12:00 radələrində aşkar
edib. Dərhal axtarış-xilasetmə işlərinə
başlanılıb. Aşmış qayıq adanın sahilinə
təxliyə edildikdən sonra içəridə 3 heyət
üzvünün cəsədi tapılıb. Qayıqdakılar-
dan kiminsə xilas olması barədə heç bir
iz yoxdur.
Hazırda qayığın aşdığı yerdə Cə-
nubi Koreya sahil mühafizə xidməti-
nin 3 gəmisi, bir xilasetmə qayığı və
2 təyyarə axtarış işlərini davam etdirir.
Əlverişsiz hava şəraiti axtarış işlərini
çətinləşdirib.
Cənubi Koreya tərəfi qayıqda olan-
ların sayının dəqiqləşdirilməsi üçün
Çin tərəfinə müraciət edib.
Ən vacib sığorta insan həyatı-
nın sığortalanmasıdır. Məhz buna
görə dövlət tərəfindən icbari tibbi
sığortanın tətbiqi üçün praktiki
struktur formalaşdırılıb. Lakin
həm cəmiyyət, həm xəstəxanalar,
həm də sığorta şirkətlərinin bu
prosesə necə hazır olması məsələ-
si maraq doğurur. Bu və digər
məsələlərlə bağlı araşdırmaçı-ya-
zar, Prezident mükafatçısı, “Də-
nizçilər poliklinikası” MMC-nin
həkimi Adıgözəl Məmmədovla mü-
sahibəni təqdim edirik. Qeyd edək
ki, A.Məmmədov 90-cı illərdən
tibbi sığortanın növləri və tətbiqi
ilə bağlı araşdırma aparır.
- tibb müəssisələrində aparılan
islahatlar nə dərəcədə öz müsbət ef-
fektini göstərir?
- Ölkəmizdə demokratik islahat-
ların aparılması yeni düşüncə və mə-
dəniyyətlərin də formalaşmasına ehti-
yacın olduğunu göstərir. Bu baxımdan
son illərdə dövrün tələbi kimi tibb
müəssisələrində aparılan islahatları da
qeyd etmək lazımdır. Çünki dövləti-
mizin ən vacib strategiyalarına vətən-
daşlarımızın sağlamlığı da daxildir.
Həyata keçirilən islahatlar nə-
ticəsində respublikamızın region-
larında bütün tələblərə cavab verən
müalicə-diaqnostika mərkəzləri və
xəstəxanalar istifadəyə verilib. Bu
tibb müəssisələri ən son model tibbi
avadanlıqlarla təmin edilib. Eyni za-
manda ölkədə kifayət qədər peşəkar
kadr potensialı da var. Azərbaycan
Tibb Universitetinin təhsil sistemi
dünyanın inkişaf etmiş bir çox ölkələ-
rinin ali məktəblərinin tədris səviyyə-
si ilə eynidir.
Amma formalaşmış stereotiplər
nəticəsində etiraf edək ki, Azərbay-
canda bir çox insanlar yalnız vəziy-
yətləri tam ağırlaşanda həkimə müra-
ciət edirlər. Bunun üçün isə tərəflərin
- həm cəmiyyətin, həm xəstəxanala-
rın, həm də sığorta şirkətlərinin mü-
nasibətləri sivil formada qurulmalıdır
və məlumatlılıq səviyyəsi artırılmalı-
dır. Sevindirici hal budur ki, son za-
manlar dövlətimizin qeyri-neft sek-
torunun inkişafı istiqamətində həyata
keçirilən siyasət artıq öz bəhrələrini
verməkdədir. Prezident İlham Əliye-
vin “Ölkə iqtisadiyyatının əsas his-
səsi qeyri-neft sektorunun üzərinə
düşməlidir” tapşırığı uğurla həyata
keçirilməkdədir. Bu baxımdan da sə-
hiyyə sahəsindəki islahatlar və əha-
liyə tibbi xidmətin göstərilməsinin,
inkişaf etmiş ölkələrdəki kimi yüksək
səviyyəyə qaldırılması dövlət siyasə-
timizin prioritet istiqamətlərindən
birinə çevrilib. Yüksək səviyyənin
təmin edilməsinə hesablanan bu döv-
lət idarəsi, səhiyyə sahəsində davamlı
islahatlara da güclü təkan verir. Ha-
zırda bu istiqamətdə müəyyən ciddi
addımlar atılır. Belə ki, 1999-cu ildə
Milli Məclis tərəfindən “İcbari tibbi
sığorta” haqqında qanun qəbul edilib.
2007-ci ildə isə həmin qanuna əlavə
və dəyişikliklər olunub. Prezident İl-
ham Əliyevin 4 aprel 2014-cü ildə
“Tibbi sığorta haqqında” qanunda də-
yişiklik edilməsi barədə qərar əsasın-
da 16 fevral 2016-cı ildə Azərbaycan
Respublikası Nazirlər Kabineti yanın-
da İcbari Tibbi Sığorta üzrə Dövlət
Agentliyi yaradılıb. Agentliyin ma-
liyyə mənbəyi isə respublikanın döv-
lət büdcəsinin maliyyə vəsaiti, icbari
tibbi sığorta haqları, büdcədənkənar
vəsaitlər, kreditlər və qrantlar, ianələr
hesabına formalaşır. Bu agentliyin
əsas vəzifələrindən biri də icbari tibbi
sığorta olunanlara müvafiq proqrama
uyğun tibbi yardım göstərilməsi üçün
səhiyyə müəssisələri ilə müqavilələr
bağlayıb, onlara keyfiyyətli xidmətin
yüksəldilməsi üçün strategiyalar hə-
yata keçirməkdir. Eyni zamanda da
tibb müəssisəsinin və ya tibb işçisinin
təqsiri üzündən sığorta olunana vu-
rulmuş zərərin ödənilməsi məqsədilə
agentliklərə məhkəməyə müraciət et-
mək hüququ verilir. Agentlik, həmçi-
nin sığorta olunanlara göstərilən tibbi
xidmətlərin həcminin və keyfiyyətlə-
rinin monitorinqini həyata keçirmək
hüququna da malikdir.
- bu baxımdan, tibbi sığorta
şirkətləri öz işlərini istənilən səviy-
yədə görə bilirmi?
- Azərbaycanda tibbi sığorta
şirkətlərinin zəif olması hələ də bu
və ya digər formada qeyd etdiyimiz
səviyyəyə çatmaq baxımından müəy-
yən maneələr yaradır. Əsas problem
fərdin tibbi sığorta bazasının hansı şə-
kildə formalaşa bilməsindən asılıdır.
Yəni istənilən şəxsin sığorta paketi-
nin ödənilməsi və ya maliyyə mən-
bəyinin tapılması müəyyən yeni stra-
tegiyaların yaranmasını zəruri edir.
Belə ki, sovet səhiyyə sistemindən
qalma tibb müəssisələrinin bazasında
yenidən strukturlaşdırılma aparılma-
sına böyük ehtiyac var. Yəni müasir
idarəetmə mexanizmlərində müstəqil
maliyyə fəaliyyətlərini formalaşdıra
biləcək hüquqi şəxs statusunda yeni
müəssisələrin yaranması mümkündür.
Payçı mülkiyyətlərə “Azərbaycan
Respublikası Səhmdar Cəmiyyətlə-
ri” haqqındakı qanuna uyğun olaraq
müasir tələblərə cavab verən tibb
müəssisələri təsis etmək olar. Tibb
müəssisələrinin təsisində və ya yeni-
dən strukturlaşdırılmasında idarəe-
dilmə paketi mənsub olduğu profil
təşkilatlarına və ya tabeçiliyindəki
tibb müəssisəsi işçilərinin əldə edə
biləcək səhm paketləri hesabına özü-
nüidarəetmə hüququ statusuna malik
kollektiv təsərrüfatlara aid ola bilər.
Bundan başqa, tibb müəssisələ-
rinin maddi-texniki bazasının təmin
edilməsi üçün və həmçinin tibbi xid-
mətin səviyyəsinin yüksəldilməsi
baxımından kənardan “intervent in-
vestisiya” cəlb oluna bilər. “İntervent
investisiya” tibb müəssisəsinin səhm-
lərini əldə etməklə və ya müəyyən
dövr həcmində gəlir fondundan pay
almaqla iştirak edə bilər. Bu, qarşılıq-
lı razılaşmalar nəticəsində idarəetmə
paketinə malik tərəflə intergent sub-
yekti arasında həll edilir.
- tibb müəssisələri öz maliyyə
imkanlarını necə gücləndirə bilər?
- Tibb müəssisəsi əgər müstəqil
hüquqi şəxsdirsə və ya payçı səhm-
dar cəmiyyətdirsə, idarəetmə paketi-
ni əlində saxlayan tərəf və ya tərəflər
maddi-texniki bazanın təkmilləşdiril-
məsi, əhaliyə tibbi xidmətin səmərə-
liliyinin artırılması baxımından li-
zinqlər şəklində banklarla əməkdaşlıq
edə bilər. Bank orada payçı tərəf kimi
və ya gəlir fondundan müddətli emisi-
yalar əldə edə bilər.
Tibb müəssisələri Azərbaycan
qanunları çərçivəsində beynəlxalq
strukturlardan və ya beynəlxalq ma-
liyyə mərkəzləri tərəfindən subsidiv
investisiyaların əldə olunması və bu
istiqamətdə qarşılıqlı xidmət göstər-
məsi baxımından vacib məsələlərdən
biridir. Bütün bunlar Azərbaycan sə-
hiyyəsində həm özəl, həm də dövlət
sektorunun inkişafını təmin edəcək.
Bu cür sistemin tətbiqi, eyni zamanda
tibbi personalın əməkhaqlarının yük-
səlməsinə səbəb olacaq. Əlbəttə, bu
tip tibb müəssisələrini idarə edənlərin
əsas qayəsi o olacaq ki, sağlam rəqa-
bətə tab gətirmək üçün yüksək peşə-
kar mütəxəssisləri cəlb etsinlər. Həm-
çinin marketoloji xidmət göstərib ən
müasir avadanlıqlarla təmin edərək
yüksək gəlir əldə etməyi düşünəcək-
lər. Bu komponentləri özündə birləş-
dirən tibb müəssisəsi səviyyəli xidmət
göstərərək, daha çox gəlir əldə edərək
tibb personalına yüksək əməkhaqları
verəcək. Əks təqdirdə yaxşı xidmət
göstərməyən tibb müəssisələrinə mü-
raciətlərin sayı azalacaq və sığorta
şirkətləri də onlardan üz döndərəcək.
- bəs tibbi sığorta bazarını necə
inkişaf etdirmək olar?
- Tibbi sığorta bazarının güclən-
məsi üçün özəl sektorda tibbi sığorta
şirkətlərinin inkişafına xüsusi ehti-
yac var. İkinci isə, tibb müəssisələ-
rinə müstəsna rəqabət çox olduğun-
dan, bəzən merkantin maraqlar işin
içinə girir, çünki icbari tibbi sığorta
şirkətləri ilə müqavilə bağlayan idarə
və müəssisələr sığorta şirkətləri tərə-
findən onlara təqdim olunmuş tibb
müəssisələri çərçivəsində seçim edə
bilir. Amma elə tibb müəssisələri var
ki, sığorta şirkətlərinin siyahısında
təmsil olunmuş tibb müəssisələrindən
qat-qat üstün tibbi personala və mad-
di-texniki bazaya malik olur.
Vəziyyətdən çıxış yolu kimi tibb
müəssisələri özləri müstəqil olaraq
müəssisənin marketinqini həyata ke-
çirmək imkanına malik olmalıdır. Ola
bilər ki, mövcud qanunlar çərçivəsin-
də tibb müəssisələri xidmət paketlə-
rini müəssisə və təşkilatlara təqdim
edir. Müəssisə və təşkilatlar da öz
əməkdaşlarına tibbi xidmətin göstə-
rilməsi müqaviləsini ya birbaşa, ya
da tibbi sığorta təşkilatları vasitəsilə
həyata keçirmək imkanını əldə edir.
İkinci bir tərəfdən isə bu yanaşma
müstəqil hüquqi statusa malik və ya
payçı səhmdarlardan təsis olunmuş
tibb müəssisələrinin fəaliyyət prin-
siplərindən irəli gələrək tibbi sığorta
şirkətlərinə müraciət etmədən alterna-
tiv maliyyə mənbəyini formalaşdıra
bilər. Eyni zamanda qarşılıqlı anlaş-
malardan irəli gələn xəstələrin müa-
yinə və müalicəsi zamanı üzə çıxa
biləcək problemli hüquqi vəziyyətlə
əlaqəli sığorta şirkətləri ilə hissəvi pa-
ketli müqavilə imzalaya bilər. Bunun
üçün də tibb müəssisəsi müəyyən sı-
ğorta ödəmələrini sığorta şirkətlərinə
ödəyir. Hissəvi paketli müqavilə 3
tərəf arasında (tibb müəssisəsi, xid-
mət haqqını ödəyən təşkilat və sığorta
şirkəti) razılaşdırılmış formada im-
zalanaraq həyata keçirilə bilməlidir.
Həmçinin könüllü sığorta haqları və
ya depozit tibbi sığorta ilə hər bir şəxs
özünü və ailə üzvlərini müstəqil qay-
dada sığortalaya bilər. Ənənəvi tibbi
sığortada şirkət hər əməkdaşına görə
müəyyən məbləğ ödəyə bilsə (sığor-
ta haqqı), onun müqabilində müəy-
yən çərçivədə tibbi xidmətlər almaq
hüququna malik olurdu (sığorta məb-
ləği). Depozit tibbi sığortada isə heç
bir limit yoxdur, çünki bütün tibbi
xərclər müraciət edənin öz hesabından
ödənilir. Yalnız bundan sığorta şirkəti
müəyyən faizlərini götürür. Depozit
tibbi sığortanın əsas üstünlüyü isə
həyata keçirilən müalicəyə nəzarət et-
məsidir. Sığorta şirkəti imkan vermir
ki, həkim xəstəni lüzumsuz xidmət-
lərə yönəltsin və şəxsi mənafelərinə
görə ucuz dərmanlar əvəzinə, analoji,
amma qat-qat baha olan dərmanla-
rın təyinatının qarşısını alır. Hissəvi
paketli müqavilədə də 3 tərəf arasın-
da (tibb müəssisəsi, xidmət haqqını
ödəyən təşkilat və sığorta şirkəti) ra-
zılaşdırılmış formada qarşılıqlı öhdə-
liklər şərtlərində tibbi sığorta şirkətinə
həyata keçirilən müalicəyə nəzarət et-
məsi hüququnun verilməsi psixoloji
olaraq balanslaşdırılmış bir situasiya
yaradır. Tibbi sığorta təşkilatı xidmət
paketinə malik olmaq üçün, müstəqil
şəkildə işçilərinə xidmət göstərəcək
müəssisə ilə müstəqil müqavilə bağ-
lamış tibb müəssisəsinin qüsurlarını
üzə çıxarmaqda maraqlı olur.
- sosial müdafiəyə ehtiyacı olan
təbəqəyə nə kimi güzəştlər müm-
kündür?
- Əgər tibb müəssisəsi payçı-
lardan biri və ya bir neçəsi hüquqi
şəxsdirsə, onda o, payçı təşkilatlar
qarşısında öhdəliklər götürərək həmin
təşkilatın əməkdaşlarına öz gəlir fon-
dundan ayırmalar edərək təmənnasız
müayinə və müalicə edilə bilər. Bu,
payçılararası razılaşmalarla həyata
keçirilə bilir.
Digər intervent investisiya forma-
larından biri kimi, tibb müəssisələri
öz səhmlərini istiqraz vərəqələrinə
çevirərək maliyyə mənbəyinin forma-
laşmasında iştirak edəcək. Yəni bu,
istiqrazları əldə edən hüquqi və fiziki
şəxslərə müəyyən dövr ərzində və ya
həmişəlik təmənnasız xidmət edə bil-
məsi imkanın yaradılmasıdır.
Tibb müəssisələri sosial cəhət-
dən müdafiə olunan təbəqəyə xidmət
etmək müqabilində idarə və təşkilat-
larda çalışan işçilərin məvacib fon-
dundan icbari sığorta təşkilatlarına
ayrılan maliyyəni əldə etmək üçün
müqavilələr bağlamaq yolu ilə, əha-
linin işləməyən təbəqəsinə xidməti
üçün isə sosial müdafiə fondları ilə
birbaşa müqavilə bağlamaqla öz xid-
mətlərini həyata keçirmək imkanları-
na malik olmalıdır.
Fuad Hüseynzadə
ABŞ hərbi
dəniz qüvvələ-
ri Yaponiyanın
cənub-qərbinə
göyərtəsində
F-35B qırıcıları
olan yeni univer-
sal desant gəmisi
yerləşdirib.
NHK
telekana-
lı xəbər verir ki, ABŞ
hərbi dəniz qüvvələri-
nin “Wasp” adlı gəmisi
Naqasaki prefektura-
sının Sasobe limanına yanvarın 14-də səhər
saat 9:00 radələrində yan alıb. Onun ABŞ
hərbi dəniz qüvvələrinin “Bonhomme Ric-
hard” universal desant gəmisini əvəz etdiyi
bildirilir.
“Wasp” gəmisinin uzunluğu 250 metr, su
tutumu 40 min tondur. Gəminin heyət üzvlə-
rinin sayı 1100 nəfər təşkil edir. Bununla ya-
naşı, gəmi 1600 dəniz piyadasını da göyərtə-
sinə qəbul edə bilər.
Yeni gəminin Yaponiya sahillərinə yan
alması Şimali Koreyanın nüvə-raket proq-
ramlarının davam etdiyi və Çinin Asiya-Sa-
kit okean regionunda fəallaşdığı bir vaxta
təsadüf edir.
ABŞ hərbi dəniz qüvvələrinin yaydığı
məlumata görə, “Wasp” gəmisinin Yapo-
niyaya yerləşdirilməsi həmin regionda ən
müasir hərbi vasitələrin yerləşdirilməsinə
yönələn uzunmüddətli ümumi planın tərkib
hissələrindən biridir.
Vüqar Ağayev
abş hərbi dəniz qüvvələri
yaPoniyaya yeni universal desant
Gəmisi yerləşdirib
balıqçı qayığı aşıb
Hindistanın qərb sahil-
ləri yaxınlığında şagirdləri
daşıyan qayığın qəzaya
uğraması nəticəsində azı 4
uşaq həlak olub.
Hindistanın ANI agent-
liyinin yaydığı məlumata
görə, insident yanvarın 13-
də səhər saatlarında ölkənin
qərbində yerləşən Maha-
raştra ştatının Dahanu şəhəri
sahillərində qeydə alınıb.
Qəza zamanı qayıqda 40 məktəbli
olub. Onlardan 25-i xilas edilib.
Hazırda hadisənin baş verdiyi
ərazidə axtariş-xilasetmə əməliyya-
tı aparılır.
Liviya sahilləri yaxınlığın-
da miqrantları daşıyan qayığın
batması nəticəsində azı 50 nəfər
həlak olub.
TASS informasiya agentliyi
xəbər verir ki, qayıq Liviyadan İta-
liyaya doğru hərəkət edirdi. Qəza-
dan sonra, həmçinin 100-ə yaxın
miqrant itkin düşüb. Hələlik 17
nəfəri xilas etmək mümkün olub.
Liviyanın sahil mühafizəsi miqrant-
ları daşıyan ümumilikdə üç qayıq
aşkarlayıb.
Liviya hakimiyyət orqanları ha-
zırda ölkə ərazisində 700 minədək
qaçqının olduğunu bildirir.
Beynəlxalq Miqrasiya Təşki-
latının məlumatına əsasən, 2017-ci
ildə Aralıq dənizi vasitəsilə Avro-
paya gələn mühacir və qaçqınların
sayı 171 min nəfərdən çox olub.
Həmçinin köç zamanı 3 mindən çox
insan həyatını itirib. İtaliya ötən il
təxminən 119 min mühacir qəbul
edib.
qəza nəticəsində azı
50 miqrant həlak olub
40 şaGirdi aParan qayıq çevrilib
Tailandın cənubundakı
Phiphi adası yaxınlığında 27
çinli turistin və 5 yerli sakinin
olduğu sürətli qayıqda baş
verən partlayışda bir nəfər
ölüb, 16 nəfər yaralanıb.
“China Daily” qəzeti xə-
bər verir ki, yerli vaxtla 13:00
radələrində baş verən hadisədə
ölən şəxs heyət üzvüdür.
Bildirilir ki, partlayışa ya-
nacaq sızması səbəb olub. Belə
ki, kapitan mühərriki yoxlamağa
gedərkən partlayış baş verib, ar-
dınca alov başlayıb. Sərnişinlər
və heyət üzvü suya tullanaraq,
xilasedici vasitələrdən istifadə
etməklə suyun üzündə qalmağa
çalışıblar. Köməyə gələn gə-
milər heyət üzvlərini və çinli tu-
ristləri xilas ediblər.
Yaralılar
xəstəxanalara
yerləşdirilib. Hazırda axtarış-
xilasetmə işləri aparılır.
Şahin Cəfərov
26 yanvar 2018-ci il № 5-8 (9191)
6
www.seanews.az
“müəssisələr öz əməkdaşlarına tibbi xidmətin
Göstərilməsini ya birbaşa, ya da tibbi sığorta
təşkilatları vasitəsilə həyata keçirə bilərlər”
Partlayışa yanacaq
sızması səbəb olub