Böyük Ermənistan


Çinə məxsus balıqçı qayığı



Yüklə 486,67 Kb.
Pdf görüntüsü
səhifə6/8
tarix14.04.2018
ölçüsü486,67 Kb.
#38384
1   2   3   4   5   6   7   8

Çinə məxsus balıqçı qayığı 

Cənubi Koreyanın qərb sahil 

suları yaxınlığında aşıb.

Baenqyonq  adası  yaxınlığında  aş-

mış qayığı Cənubi Koreya sahil müha-

fizə  xidmətinin  patrul  qayığı  yanvarın 

20-də gecə saat 12:00 radələrində aşkar 

edib.  Dərhal  axtarış-xilasetmə  işlərinə 

başlanılıb. Aşmış qayıq adanın sahilinə 

təxliyə edildikdən sonra içəridə 3 heyət 

üzvünün  cəsədi  tapılıb.  Qayıqdakılar-

dan kiminsə xilas olması barədə heç bir 

iz yoxdur.

Hazırda  qayığın  aşdığı  yerdə  Cə-

nubi  Koreya  sahil  mühafizə  xidməti-

nin  3  gəmisi,  bir  xilasetmə  qayığı  və 

2 təyyarə axtarış işlərini davam etdirir. 

Əlverişsiz  hava  şəraiti  axtarış  işlərini 

çətinləşdirib.

Cənubi Koreya tərəfi qayıqda olan-

ların  sayının  dəqiqləşdirilməsi  üçün 

Çin tərəfinə müraciət edib.



Ən vacib sığorta insan həyatı-

nın sığortalanmasıdır. Məhz buna 

görə dövlət tərəfindən icbari tibbi 

sığortanın tətbiqi üçün praktiki 

struktur formalaşdırılıb. Lakin 

həm cəmiyyət, həm xəstəxanalar, 

həm də sığorta şirkətlərinin bu 

prosesə necə hazır olması məsələ-

si maraq doğurur. Bu və digər 

məsələlərlə bağlı araşdırmaçı-ya-

zar, Prezident mükafatçısı, “Də-

nizçilər poliklinikası” MMC-nin 

həkimi Adıgözəl Məmmədovla mü-

sahibəni təqdim edirik. Qeyd edək 

ki, A.Məmmədov 90-cı illərdən 

tibbi sığortanın növləri və tətbiqi 

ilə bağlı araşdırma aparır.

- tibb müəssisələrində aparılan 

islahatlar nə dərəcədə öz müsbət ef-

fektini göstərir?

-  Ölkəmizdə  demokratik  islahat-

ların aparılması yeni düşüncə və mə-

dəniyyətlərin də formalaşmasına ehti-

yacın olduğunu göstərir. Bu baxımdan 

son  illərdə  dövrün  tələbi  kimi  tibb 

müəssisələrində aparılan islahatları da 

qeyd  etmək  lazımdır.  Çünki  dövləti-

mizin ən vacib strategiyalarına vətən-

daşlarımızın sağlamlığı da daxildir.

Həyata  keçirilən  islahatlar  nə-

ticəsində  respublikamızın  region-

larında  bütün  tələblərə  cavab  verən 

müalicə-diaqnostika  mərkəzləri  və 

xəstəxanalar  istifadəyə  verilib.  Bu 

tibb  müəssisələri  ən  son  model  tibbi 

avadanlıqlarla  təmin  edilib.  Eyni  za-

manda  ölkədə  kifayət  qədər  peşəkar 

kadr  potensialı  da  var.  Azərbaycan 

Tibb  Universitetinin  təhsil  sistemi 

dünyanın inkişaf etmiş bir çox ölkələ-

rinin ali məktəblərinin tədris səviyyə-

si ilə eynidir. 

Amma  formalaşmış  stereotiplər 

nəticəsində  etiraf  edək  ki,  Azərbay-

canda  bir  çox  insanlar  yalnız  vəziy-

yətləri tam ağırlaşanda həkimə müra-

ciət edirlər. Bunun üçün isə tərəflərin 

-  həm  cəmiyyətin,  həm  xəstəxanala-

rın,  həm  də  sığorta  şirkətlərinin  mü-

nasibətləri sivil formada qurulmalıdır 

və məlumatlılıq səviyyəsi artırılmalı-

dır. Sevindirici hal budur ki, son za-

manlar  dövlətimizin  qeyri-neft  sek-

torunun inkişafı istiqamətində həyata 

keçirilən  siyasət  artıq  öz  bəhrələrini 

verməkdədir.  Prezident  İlham  Əliye-

vin  “Ölkə  iqtisadiyyatının  əsas  his-

səsi  qeyri-neft  sektorunun  üzərinə 

düşməlidir”  tapşırığı  uğurla  həyata 

keçirilməkdədir. Bu baxımdan da sə-

hiyyə  sahəsindəki  islahatlar  və  əha-

liyə  tibbi  xidmətin  göstərilməsinin, 

inkişaf etmiş ölkələrdəki kimi yüksək 

səviyyəyə qaldırılması dövlət siyasə-

timizin  prioritet  istiqamətlərindən 

birinə  çevrilib.  Yüksək  səviyyənin 

təmin edilməsinə hesablanan bu döv-

lət idarəsi, səhiyyə sahəsində davamlı 

islahatlara  da  güclü  təkan  verir.  Ha-

zırda  bu  istiqamətdə  müəyyən  ciddi 

addımlar atılır. Belə ki, 1999-cu ildə 

Milli  Məclis  tərəfindən  “İcbari  tibbi 

sığorta” haqqında qanun qəbul edilib. 

2007-ci  ildə  isə  həmin  qanuna  əlavə 

və dəyişikliklər olunub. Prezident İl-

ham  Əliyevin  4  aprel  2014-cü  ildə 

“Tibbi sığorta haqqında” qanunda də-

yişiklik edilməsi barədə qərar əsasın-

da 16 fevral 2016-cı ildə Azərbaycan 

Respublikası Nazirlər Kabineti yanın-

da  İcbari  Tibbi  Sığorta  üzrə  Dövlət 

Agentliyi  yaradılıb.  Agentliyin  ma-

liyyə mənbəyi isə respublikanın döv-

lət büdcəsinin maliyyə vəsaiti, icbari 

tibbi  sığorta  haqları,  büdcədənkənar 

vəsaitlər, kreditlər və qrantlar, ianələr 

hesabına  formalaşır.  Bu  agentliyin 

əsas vəzifələrindən biri də icbari tibbi 

sığorta olunanlara müvafiq proqrama 

uyğun tibbi yardım göstərilməsi üçün 

səhiyyə  müəssisələri  ilə  müqavilələr 

bağlayıb, onlara keyfiyyətli xidmətin 

yüksəldilməsi  üçün  strategiyalar  hə-

yata  keçirməkdir.  Eyni  zamanda  da 

tibb müəssisəsinin və ya tibb işçisinin 

təqsiri  üzündən  sığorta  olunana  vu-

rulmuş  zərərin  ödənilməsi  məqsədilə 

agentliklərə məhkəməyə müraciət et-

mək hüququ verilir. Agentlik, həmçi-

nin sığorta olunanlara göstərilən tibbi 

xidmətlərin həcminin və keyfiyyətlə-

rinin  monitorinqini  həyata  keçirmək 

hüququna da malikdir.



-  bu  baxımdan,  tibbi  sığorta 

şirkətləri öz işlərini istənilən səviy-

yədə görə bilirmi?

-  Azərbaycanda  tibbi  sığorta 

şirkətlərinin  zəif  olması  hələ  də  bu 

və  ya  digər  formada  qeyd  etdiyimiz 

səviyyəyə çatmaq baxımından müəy-

yən  maneələr  yaradır.  Əsas  problem 

fərdin tibbi sığorta bazasının hansı şə-

kildə  formalaşa  bilməsindən  asılıdır. 

Yəni  istənilən  şəxsin  sığorta  paketi-

nin  ödənilməsi  və  ya  maliyyə  mən-

bəyinin tapılması müəyyən yeni stra-

tegiyaların  yaranmasını  zəruri  edir. 

Belə  ki,  sovet  səhiyyə  sistemindən 

qalma tibb müəssisələrinin bazasında 

yenidən  strukturlaşdırılma  aparılma-

sına  böyük  ehtiyac  var. Yəni  müasir 

idarəetmə  mexanizmlərində  müstəqil 

maliyyə  fəaliyyətlərini  formalaşdıra 

biləcək  hüquqi  şəxs  statusunda  yeni 

müəssisələrin yaranması mümkündür. 

Payçı  mülkiyyətlərə  “Azərbaycan 

Respublikası  Səhmdar  Cəmiyyətlə-

ri”  haqqındakı  qanuna  uyğun  olaraq 

müasir  tələblərə  cavab  verən  tibb 

müəssisələri  təsis  etmək  olar.  Tibb 

müəssisələrinin təsisində və ya yeni-

dən  strukturlaşdırılmasında  idarəe-

dilmə  paketi  mənsub  olduğu  profil 

təşkilatlarına  və  ya  tabeçiliyindəki 

tibb  müəssisəsi  işçilərinin  əldə  edə 

biləcək səhm paketləri hesabına özü-

nüidarəetmə  hüququ  statusuna  malik 

kollektiv təsərrüfatlara aid ola bilər.

Bundan  başqa,  tibb  müəssisələ-

rinin  maddi-texniki  bazasının  təmin 

edilməsi üçün və həmçinin tibbi xid-

mətin  səviyyəsinin  yüksəldilməsi 

baxımından  kənardan  “intervent  in-

vestisiya” cəlb oluna bilər. “İntervent 

investisiya” tibb müəssisəsinin səhm-

lərini  əldə  etməklə  və  ya  müəyyən 

dövr  həcmində  gəlir  fondundan  pay 

almaqla iştirak edə bilər. Bu, qarşılıq-

lı  razılaşmalar  nəticəsində  idarəetmə 

paketinə  malik  tərəflə  intergent  sub-

yekti arasında həll edilir.



-  tibb  müəssisələri  öz  maliyyə 

imkanlarını necə gücləndirə bilər? 

-  Tibb  müəssisəsi  əgər  müstəqil 

hüquqi  şəxsdirsə  və  ya  payçı  səhm-

dar  cəmiyyətdirsə,  idarəetmə  paketi-

ni əlində saxlayan tərəf və ya tərəflər 

maddi-texniki bazanın təkmilləşdiril-

məsi,  əhaliyə  tibbi  xidmətin  səmərə-

liliyinin  artırılması  baxımından  li-

zinqlər şəklində banklarla əməkdaşlıq 

edə bilər. Bank orada payçı tərəf kimi 

və ya gəlir fondundan müddətli emisi-

yalar əldə edə bilər.

Tibb  müəssisələri  Azərbaycan 

qanunları  çərçivəsində  beynəlxalq 

strukturlardan  və  ya  beynəlxalq  ma-

liyyə  mərkəzləri  tərəfindən  subsidiv 

investisiyaların  əldə  olunması  və  bu 

istiqamətdə  qarşılıqlı  xidmət  göstər-

məsi baxımından vacib məsələlərdən 

biridir.  Bütün  bunlar Azərbaycan  sə-

hiyyəsində  həm  özəl,  həm  də  dövlət 

sektorunun  inkişafını  təmin  edəcək. 

Bu cür sistemin tətbiqi, eyni zamanda 

tibbi personalın əməkhaqlarının yük-

səlməsinə  səbəb  olacaq.  Əlbəttə,  bu 

tip tibb müəssisələrini idarə edənlərin 

əsas qayəsi o olacaq ki, sağlam rəqa-

bətə tab gətirmək üçün yüksək peşə-

kar mütəxəssisləri cəlb etsinlər. Həm-

çinin  marketoloji  xidmət  göstərib  ən 

müasir  avadanlıqlarla  təmin  edərək 

yüksək  gəlir  əldə  etməyi  düşünəcək-

lər. Bu komponentləri özündə birləş-

dirən tibb müəssisəsi səviyyəli xidmət 

göstərərək, daha çox gəlir əldə edərək 

tibb  personalına  yüksək  əməkhaqları 

verəcək.  Əks  təqdirdə  yaxşı  xidmət 

göstərməyən tibb müəssisələrinə mü-

raciətlərin  sayı  azalacaq  və  sığorta 

şirkətləri də onlardan üz döndərəcək. 



- bəs tibbi sığorta bazarını necə 

inkişaf etdirmək olar?

-  Tibbi  sığorta  bazarının  güclən-

məsi üçün özəl sektorda tibbi sığorta 

şirkətlərinin  inkişafına  xüsusi  ehti-

yac  var.  İkinci  isə,  tibb  müəssisələ-

rinə  müstəsna  rəqabət  çox  olduğun-

dan,  bəzən  merkantin  maraqlar  işin 

içinə  girir,  çünki  icbari  tibbi  sığorta 

şirkətləri ilə müqavilə bağlayan idarə 

və müəssisələr sığorta şirkətləri tərə-

findən  onlara  təqdim  olunmuş  tibb 

müəssisələri  çərçivəsində  seçim  edə 

bilir. Amma elə tibb müəssisələri var 

ki,  sığorta  şirkətlərinin  siyahısında 

təmsil olunmuş tibb müəssisələrindən 

qat-qat üstün tibbi personala və mad-

di-texniki bazaya malik olur. 

Vəziyyətdən çıxış yolu kimi tibb 

müəssisələri  özləri  müstəqil  olaraq 

müəssisənin  marketinqini  həyata  ke-

çirmək imkanına malik olmalıdır. Ola 

bilər ki, mövcud qanunlar çərçivəsin-

də  tibb  müəssisələri  xidmət  paketlə-

rini  müəssisə  və  təşkilatlara  təqdim 

edir.  Müəssisə  və  təşkilatlar  da  öz 

əməkdaşlarına  tibbi  xidmətin  göstə-

rilməsi  müqaviləsini  ya  birbaşa,  ya 

da  tibbi  sığorta  təşkilatları  vasitəsilə 

həyata  keçirmək  imkanını  əldə  edir. 

İkinci  bir  tərəfdən  isə  bu  yanaşma 

müstəqil  hüquqi  statusa  malik  və  ya 

payçı  səhmdarlardan  təsis  olunmuş 

tibb  müəssisələrinin  fəaliyyət  prin-

siplərindən  irəli  gələrək  tibbi  sığorta 

şirkətlərinə müraciət etmədən alterna-

tiv  maliyyə  mənbəyini  formalaşdıra 

bilər.  Eyni  zamanda  qarşılıqlı  anlaş-

malardan  irəli  gələn  xəstələrin  müa-

yinə  və  müalicəsi  zamanı  üzə  çıxa 

biləcək  problemli  hüquqi  vəziyyətlə 

əlaqəli sığorta şirkətləri ilə hissəvi pa-

ketli müqavilə imzalaya bilər. Bunun 

üçün də tibb müəssisəsi müəyyən sı-

ğorta ödəmələrini sığorta şirkətlərinə 

ödəyir.  Hissəvi  paketli  müqavilə  3 

tərəf  arasında  (tibb  müəssisəsi,  xid-

mət haqqını ödəyən təşkilat və sığorta 

şirkəti)  razılaşdırılmış  formada  im-

zalanaraq  həyata  keçirilə  bilməlidir. 

Həmçinin  könüllü  sığorta  haqları  və 

ya depozit tibbi sığorta ilə hər bir şəxs 

özünü və ailə üzvlərini müstəqil qay-

dada  sığortalaya  bilər.  Ənənəvi  tibbi 

sığortada şirkət hər əməkdaşına görə 

müəyyən  məbləğ  ödəyə  bilsə  (sığor-

ta  haqqı),  onun  müqabilində  müəy-

yən  çərçivədə  tibbi  xidmətlər  almaq 

hüququna malik olurdu (sığorta məb-

ləği). Depozit tibbi sığortada isə heç 

bir  limit  yoxdur,  çünki  bütün  tibbi 

xərclər müraciət edənin öz hesabından 

ödənilir. Yalnız bundan sığorta şirkəti 

müəyyən  faizlərini  götürür.  Depozit 

tibbi  sığortanın  əsas  üstünlüyü  isə 

həyata keçirilən müalicəyə nəzarət et-

məsidir. Sığorta şirkəti imkan vermir 

ki,  həkim  xəstəni  lüzumsuz  xidmət-

lərə  yönəltsin  və  şəxsi  mənafelərinə 

görə ucuz dərmanlar əvəzinə, analoji, 

amma  qat-qat  baha  olan  dərmanla-

rın  təyinatının  qarşısını  alır.  Hissəvi 

paketli müqavilədə də 3 tərəf arasın-

da  (tibb  müəssisəsi,  xidmət  haqqını 

ödəyən təşkilat və sığorta şirkəti) ra-

zılaşdırılmış formada qarşılıqlı öhdə-

liklər şərtlərində tibbi sığorta şirkətinə 

həyata keçirilən müalicəyə nəzarət et-

məsi  hüququnun  verilməsi  psixoloji 

olaraq  balanslaşdırılmış  bir  situasiya 

yaradır. Tibbi sığorta təşkilatı xidmət 

paketinə malik olmaq üçün, müstəqil 

şəkildə  işçilərinə  xidmət  göstərəcək 

müəssisə  ilə  müstəqil  müqavilə  bağ-

lamış  tibb  müəssisəsinin  qüsurlarını 

üzə çıxarmaqda maraqlı olur. 

- sosial müdafiəyə ehtiyacı olan 

təbəqəyə  nə  kimi  güzəştlər  müm-

kündür?

-  Əgər  tibb  müəssisəsi  payçı-

lardan  biri  və  ya  bir  neçəsi  hüquqi 

şəxsdirsə,  onda  o,  payçı  təşkilatlar 

qarşısında öhdəliklər götürərək həmin 

təşkilatın əməkdaşlarına öz gəlir fon-

dundan  ayırmalar  edərək  təmənnasız 

müayinə  və  müalicə  edilə  bilər.  Bu, 

payçılararası  razılaşmalarla  həyata 

keçirilə bilir.

Digər intervent investisiya forma-

larından  biri  kimi,  tibb  müəssisələri 

öz  səhmlərini  istiqraz  vərəqələrinə 

çevirərək maliyyə mənbəyinin forma-

laşmasında  iştirak  edəcək.  Yəni  bu, 

istiqrazları əldə edən hüquqi və fiziki 

şəxslərə müəyyən dövr ərzində və ya 

həmişəlik təmənnasız xidmət edə bil-

məsi imkanın yaradılmasıdır.

Tibb  müəssisələri  sosial  cəhət-

dən müdafiə olunan təbəqəyə xidmət 

etmək  müqabilində  idarə  və  təşkilat-

larda  çalışan  işçilərin  məvacib  fon-

dundan  icbari  sığorta  təşkilatlarına 

ayrılan  maliyyəni  əldə  etmək  üçün 

müqavilələr  bağlamaq  yolu  ilə,  əha-

linin  işləməyən  təbəqəsinə  xidməti 

üçün  isə  sosial  müdafiə  fondları  ilə 

birbaşa müqavilə bağlamaqla öz xid-

mətlərini həyata keçirmək imkanları-

na malik olmalıdır.

Fuad Hüseynzadə

ABŞ hərbi 

dəniz qüvvələ-

ri Yaponiyanın 

cənub-qərbinə 

göyərtəsində 

F-35B qırıcıları 

olan yeni univer-

sal desant gəmisi 

yerləşdirib.

NHK 


telekana-

lı  xəbər  verir  ki,  ABŞ 

hərbi  dəniz  qüvvələri-

nin “Wasp” adlı gəmisi 

Naqasaki  prefektura-

sının Sasobe limanına yanvarın 14-də səhər 

saat  9:00  radələrində  yan  alıb.  Onun  ABŞ 

hərbi  dəniz  qüvvələrinin  “Bonhomme  Ric-

hard” universal desant gəmisini əvəz etdiyi 

bildirilir.

“Wasp” gəmisinin uzunluğu 250 metr, su 

tutumu 40 min tondur. Gəminin heyət üzvlə-

rinin sayı 1100 nəfər təşkil edir. Bununla ya-

naşı, gəmi 1600 dəniz piyadasını da göyərtə-

sinə qəbul edə bilər.

Yeni  gəminin  Yaponiya  sahillərinə  yan 

alması  Şimali  Koreyanın  nüvə-raket  proq-

ramlarının davam etdiyi və Çinin Asiya-Sa-

kit  okean  regionunda  fəallaşdığı  bir  vaxta 

təsadüf edir.

ABŞ  hərbi  dəniz  qüvvələrinin  yaydığı 

məlumata  görə,  “Wasp”  gəmisinin  Yapo-

niyaya  yerləşdirilməsi  həmin  regionda  ən 

müasir  hərbi  vasitələrin  yerləşdirilməsinə 

yönələn uzunmüddətli ümumi planın tərkib 

hissələrindən biridir.



Vüqar Ağayev

abş hərbi dəniz qüvvələri 

yaPoniyaya yeni universal desant 

Gəmisi yerləşdirib

balıqçı qayığı aşıb

Hindistanın qərb sahil-

ləri yaxınlığında şagirdləri 

daşıyan qayığın qəzaya 

uğraması nəticəsində azı 4 

uşaq həlak olub.

Hindistanın ANI  agent-

liyinin  yaydığı  məlumata 

görə,  insident  yanvarın  13-

də səhər saatlarında ölkənin 

qərbində  yerləşən  Maha-

raştra ştatının Dahanu şəhəri 

sahillərində  qeydə  alınıb. 

Qəza  zamanı  qayıqda  40  məktəbli 

olub. Onlardan 25-i xilas edilib.

Hazırda  hadisənin  baş  verdiyi 

ərazidə axtariş-xilasetmə əməliyya-

tı aparılır.

Liviya sahilləri yaxınlığın-

da miqrantları daşıyan qayığın 

batması nəticəsində azı 50 nəfər 

həlak olub.

TASS  informasiya  agentliyi 

xəbər verir ki, qayıq Liviyadan İta-

liyaya  doğru  hərəkət  edirdi.  Qəza-

dan  sonra,  həmçinin  100-ə  yaxın 

miqrant  itkin  düşüb.  Hələlik  17 

nəfəri  xilas  etmək  mümkün  olub. 

Liviyanın sahil mühafizəsi miqrant-

ları  daşıyan  ümumilikdə  üç  qayıq 

aşkarlayıb.

Liviya hakimiyyət orqanları ha-

zırda ölkə ərazisində 700 minədək 

qaçqının olduğunu bildirir.

Beynəlxalq  Miqrasiya  Təşki-

latının məlumatına əsasən, 2017-ci 

ildə  Aralıq  dənizi  vasitəsilə  Avro-

paya gələn mühacir və qaçqınların 

sayı  171  min  nəfərdən  çox  olub. 

Həmçinin köç zamanı 3 mindən çox 

insan həyatını itirib. İtaliya ötən il 

təxminən  119  min  mühacir  qəbul 

edib.


qəza nəticəsində azı 

50 miqrant həlak olub

40 şaGirdi aParan qayıq çevrilib

Tailandın cənubundakı 

Phiphi adası yaxınlığında 27 

çinli turistin və 5 yerli sakinin 

olduğu sürətli qayıqda baş 

verən partlayışda bir nəfər 

ölüb, 16 nəfər yaralanıb.

“China  Daily”  qəzeti  xə-

bər  verir  ki,  yerli  vaxtla  13:00 

radələrində  baş  verən  hadisədə 

ölən şəxs heyət üzvüdür.

Bildirilir  ki,  partlayışa  ya-

nacaq  sızması  səbəb  olub.  Belə 

ki, kapitan mühərriki yoxlamağa 

gedərkən partlayış baş verib, ar-

dınca  alov  başlayıb.  Sərnişinlər 

və  heyət  üzvü  suya  tullanaraq, 

xilasedici  vasitələrdən  istifadə 

etməklə  suyun  üzündə  qalmağa 

çalışıblar.  Köməyə  gələn  gə-

milər heyət üzvlərini və çinli tu-

ristləri xilas ediblər.

Yaralılar 

xəstəxanalara 

yerləşdirilib.  Hazırda  axtarış- 

xilasetmə işləri aparılır.



Şahin Cəfərov

26 yanvar 2018-ci il   № 5-8 (9191)

6

www.seanews.az

 “müəssisələr öz əməkdaşlarına tibbi xidmətin 

Göstərilməsini ya birbaşa, ya da tibbi sığorta 

təşkilatları vasitəsilə həyata keçirə bilərlər” 

Partlayışa yanacaq 

sızması səbəb olub 


Yüklə 486,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə