Böyük Ermənistan


“Azadlıq carçıları”. “Azər-



Yüklə 486,67 Kb.
Pdf görüntüsü
səhifə2/8
tarix14.04.2018
ölçüsü486,67 Kb.
#38384
1   2   3   4   5   6   7   8

“Azadlıq carçıları”. “Azər-

baycan Xəzər Dəniz Gəmiçili-

yi” Qapalı Səhmdar Cəmiyyəti  

dənizçilərinin 28 il əvvəl 20 

Yanvar faciəsi günlərində 

göstərdikləri böyük şücaət və  

qəhrəmanlığından bəhs edən 

sənədli film belə adlanır. 

Filmdən  bəlli  olur  ki,  sovet 

hərbi  gəmilərinin  hərəkətinə  yol 

verməmək  üçün  Bakı  buxtasına 

gedən yolu kəsən  Azərbaycan də-

nizçiləri  bütün  xəbərdarlıqlara  və 

hədələrə baxmayaraq bir addım belə, 

geri çəkilmirlər.

“Sabit  Orucov“  gəmisində  qərar-

gah və 7 kapitandan ibarət Kapitanlar 

Şurası  yaradılır.  SOS  siqnalı  vermək 

qərarına gələn dənizçilərin hazırladıq-

ları  mətn  Azərbaycan,  rus  və  ingilis 

dillərində yayımlanır. 

Yanvarın  20-si  səhər  saat  11.30-

dan 21-nə keçən gecəyədək 4 dəfə tək-

rar  olunan  SOS  siqnalının  ilk  mətni-

nin əks sədasını dənizçilər bir saatdan 

sonra Kalininqraddan, Qara dənizdən, 

Baltik  dənizindən  verilən  radioqram-

lardan alırlar. 50-dən çox ölkənin də-

nizçiləri  radioqramlarla  Azərbaycan 

dənizçiləri  ilə  həmrəy  olduqlarını  və 

bu faciənin bütün dünyaya çatdırılma-

sına kömək edəcəklərini bildirirlər. Bu 

həm də dünya dənizçilərinin həmrəy-

lik  nümayiş  etdirdiyi  ilk  hadisə  kimi 

tarixə düşür. 

Dənizçilərimizə təzyiq və hədələr 

durmadan  artır.  SSRİ  müdafiə  nazi-

rinin  müavini  admiral  Sidorovun  və 

digər yüksək çinli rəhbərlərin 

buxtanın  dərhal  boşaldılması 

tələbinə  Azərbaycan  dəniz-

çiləri  birmənalı  olaraq  “yox” 

deyirlər.

Dənizçilərimiz geri çəkil-

mədiyindən  hərbçilər  mülki 

gəmilərimizi  müxtəlif  silah-

lardan  atəşə  tuturlar.  Həmin 

atəş izləri hələ də bəzi gəmilə-

rin üzərində durur. 

Hadisələrdən  sonra  40-a 

yaxın kapitanımız həbs edilir, 

onların barəsində cinayət işi açılır...

“Azadlıq  carçıları”  sənədli  filmi 

həm    də  onu  sübut  edir      ki,  o  vaxt 

dənizçilərimizin  cəsarətli  addımları 

sovet hərbi gəmilərinin Bakı buxtası-

na yan almasının və sovet əsgərlərinin 

törətdiyi qətliamı davam etdirməsinin 

qarşısını almaqda mühüm rol oynayıb. 

Bəli, film təkcə 20 Yanvar faciəsi-

nin ağrı-acılarını özündə əks etdirmir. 

Ən azı  elə buna görə “Azadlıq carçı-

ları”na baxmağa dəyər.



26 yanvar 2018-ci il   № 5-8 (9191)

www.seanews.az

2

Kim deyir ki, o gecə

Atanı vururdular?

Küçədə gəzəndən çox

Evində dincələni,

Yatanı vururdular.

Atanı vurdular ki?

Harda idi bir də axı

Silah bizdə -

Mərmi bizdə, “Qrad” bizdə?

Əlimizdən

Babalardan miras qalan

Təklüləli tüfəngi də

Min hiyləylə

Çoxdan,

Çoxdan almışdılar,

Silah nədi, yaraq nədi,

Güllə nədi, daraq nədi?

Dəmir adda nə vardısa-

Yaba, balta, orağı da,

Dəryaz, dırmıx, darağı da...

“Soyuq silah” adı ilə 

Yığmışdılar,

Özgə tələ qurmuşdular

Qudurmuşlar,

Bilə-bilə,

Bizi xain qonşularla

Ədalətli savaşımda

Əliyalın qoymuşdular...

Kimə gəldi atırdılar

insafsızlar,

Gözlərinə dəyənləri

Tanklarının 

Qabağına qatırdılar

O qansızlar.

Sağımdakı şəhid oldu,

Solumdakı şəhid oldu.

Yolumdakı şəhid oldu,

Qolumdakı şəhid oldu,

Şəhid oldu qoca, cavan,

Şəhid oldu körpə...

Yalan?

Bu qan yerdə qalmalıdır?

Şəhid varsa, 

Şahid varsa

Lap üstündən 

Qərinələr keçsə belə,

Günahkarlar 

Cəzasını almalıdır.

Şəhidlərin öz zirvəsi,

Şahidlərin öz borcu var.

Şəhidlərə yanmaq ilə 

İş bitməz ki!

Şəhidləri anmaq ilə 

İş bitməz ki!

Gözümüzdə yaş quruyar,

İçimizdən dərd getməz ki!

Haqq yerini tutsun gərək,

Etməliyik gen dünyanı

Əli qana batanların

Hər biriyçün

Biz mütləq dar.

Bəlkə onda şəhidlərin 

Ruhları da dinclik tapar.

Rasif  İMANOĞLU

20 yanvar şəhidlərinin xatirəsi böyük ehtiramla yad edildi

Yanvarın 18-də “Azərbaycan 

Xəzər Dəniz Gəmiçiliyi” Qapalı 

Səhmdar Cəmiyyətində 20 Yanvar 

faciəsinin 28-ci  ildönümünə həsr 

olunmuş anım mərasimi keçirilib.  

Əvvəlcə  Azərbaycanın  müstəqilli-

yi, ərazi bütövlüyü  uğrunda canların-

dan  keçən  şəhidlərimizin  xatirəsi  bir 

dəqiqəlik sükutla yad edilib.

Mərasimdə çıxış edən “Azərbaycan 

Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhm-

dar  Cəmiyyətinin  sədri  Rauf  Vəliyev 

bildirib ki, 1990-cı ilin 20 yanvar günü 

Azərbaycan  tarixində  qanla  yazılmış 

bir  səhifədir,  ancaq    təkcə  faciə  deyil. 

Bu tarix həm də Azərbaycanın istiqlal 

yolunun ilk zirvəsi, uzun illər Sovet im-

periyasının  əsarətində  yaşayan  xalqın 

azadlıq  səsini  ucaltdığı,  öz  suverenli-

yi  uğrunda  cəsarət  nümayiş  etdirdiyi 

şərəfli bir gündür.

Gəmiçiliyin  rəhbəri  qeyd  edib  ki,  

20  Yanvar  faciəsi  xalqı  daha  da  bir-

ləşdirib,  onun  yenilməzliyini,  Vətənə, 

torpağa sədaqətini, azadlığa qovuşmaq 

istəyini bütün dünyaya nümayiş etdirib.

Rauf  Vəliyev  başımıza  gətirilən 

müsibətlərin dünya ictimaiyyətinə çat-

dırılması üçün Ulu Öndər Heydər Əli-

yevin  atdığı  qətiyyətli  addımlardan  da 

ətraflı  söz  açıb.  Diqqətə  çatdırıb  ki, 

Ümummilli liderimiz Moskvada xüsusi 

nəzarət altında ola-ola, özünün və ailə 

üzvlərinin  həyatını  açıq  təhlükə  qar-

şısında  qoyaraq,  hadisələrdən  bir  gün 

sonra  Azərbaycanın Moskvadakı daimi 

nümayəndəliyinə gələrək təcavüzə kəs-

kin etirazını  bildirib, qoşunların Bakı-

dan çıxarılmasını tələb edib.

Gəmiçiliyin rəhbəri  20 Yanvar ha-

disələrinə ilk dəfə hüquqi-siyasi qiymə-

tin verilməsinin də Ulu Öndər Heydər 

Əliyevin adıyla bağlı olduğunu diqqətə 

çatdırıb.  Şəhidlərin  xatirəsinin  əbə-

diləşdirilməsi,  onların  ailə  üzvlərinə 

kömək  üçün  imzaladığı  sənədlər  isə 

Ümummilli liderin bu insanların xatirə-

sinə nə qədər böyük ehtiram bəslədiyi-

nin sübutudur.

Rauf  Vəliyev  Ümummilli  liderin 

siyasi  kursunu  uğurla  davam  etdirən 

möhtərəm  Prezidentimiz  İlham  Əli-

yevin  də  Azərbaycanın  müstəqilliyi 

uğrunda  həlak  olmuş  şəhidlərimizin  

ailələrinə  və  sağlamlıqlarını  itirmiş 

şəxslərə  xüsusi  qayğı  ilə  yanaşdığını 

vurğulayıb.  Onun  sözlərinə  görə,    bu 

qədirbilənlik  xalqımızda  qələbə  əz-

mini  gücləndirir.  Bu  qələbəyə  həm  də 

Azərbaycanın bugünkü hərtərəfli uğur-

ları, bütün dünyada gündən-günə artan 

nüfuzu,  dövlətimizin    başçısı, Ali  Baş 

Komandan,  Prezident  İlham  Əliyevin 

bu  istiqamətdə  qətiyyətli  addımları  da 

zəmanət verir.

Gəmiçiliyin    rəhbəri  onu  da  qeyd 

edib ki, müharibə veteranlarının, şəhid 

ailələrinin, əlillərin problemləri Birinci 

vitse-prezident Mehriban xanım Əliye-

vanın və onun rəhbərlik etdiyi, həyata 

keçirdiyi  layihələr,  xeyirxahlıq  missi-

yası ilə nəinki ölkəmizdə, bütün dünya-

da tanınan Heydər Əliyev Fondunun da 

hər  zaman  diqqət  mərkəzindədir.  Belə 

ki, Heydər Əliyev Fondu 20 Yanvar şə-

hidlərinin xatirəsinin əbədiləşdirilməsi, 

faciə qurbanlarının ailələrinin problem-

lərinin  həlli,  sağlamlığının  bərpası  is-

tiqamətində mühüm işlər görür.

Rauf Vəliyev xalqımız üçün o ağır  

günlərdə  dənizçilərin göstərdiyi fəda-

karlıq və qəhrəmanlıqlardan da danışıb.  

Bildirib ki, dənizçilər sovet hərbçiləri-

nin  təcavüzünə  qətiyyətlə  sinə  gərmə-

yi, birlik nümayiş etdirməyi bacarıblar. 

Həyatlarını  riskə  atıb,  Vətən  uğrunda 

ölümlərini gözə alıblar.  

Sonra  Azərbaycan  Respublikası 

Milli Məclisinin deputatları Qənirə Pa-

şayeva, Aydın Mirzəzadə və “İki sahil” 

qəzetinin baş redaktoru Vüqar Rəhim-

zadə çıxış ediblər. Onlar keçmiş sovet 

dövlətinin  hərb  maşınının  həmin  gün 

Azərbaycan xalqına qarşı həyata keçir-

diyi  təcavüzün  insanlığa  qarşı  törədil-

miş ən ağır cinayətlərdən biri olduğunu 

vurğulayıblar. Qeyd ediblər ki, 1990-cı 

ilin  yanvar  hadisələri  nə  qədər  faciəli 

olsa da, Azərbaycan xalqının iradəsini, 

milli azadlıq uğrunda mübarizə əzmini 

qıra bilmədi. 

Daha sonra qanlı yanvar hadisələri-

nin canlı şahidi – veteran dənizçi  Ağa-

lar İbrahimov faciəmizi dünya ictimaiy-

yətinə çatdırmağa, sovet imperiyasının 

törətdiyi  qırğın  və  vəhşiliyin  qarşısını 

almağa  çalışan  həmkarlarının    şücaə-

tindən  və  qəhrəmanlığından  iftixarla 

danışıb. Bildirib ki, o günlər  dənizçilər 

bütün  dünyanın  diqqətini  Bakıdakı 

qanlı faciəyə yönəltmək üçün  gəmilə-

rimizdən hər saat “SOS” siqnalı verir-

dilər. Bununla da  qəhrəman  dənizçilər  

həyatlarını riskə ataraq Bakı buxtasında 

imperiya ordusu ilə qeyri-bərabər mü-

barizəyə  qalxmışdılar.  Həmin  dövrdə  

əksər gəmilərimiz ciddi zədə aldı, bəzi 

gəmilərdə mindən çox güllə, mərmi iz-

ləri vardı.

Dənizçilərimiz  Qanlı  Yanvardan 

sonra başlamış kütləvi repressiyalardan 

da  əziyyət çəkiblər. Həbs edilən 40-a 

yaxın  dənizçi işgəncələrə məruz qalıb.

Sonda  tədbir  iştirakçıları  20  Yan-

var  faciəsi  günlərində  böyük  şücaət 

göstərən  və  xalqımızın  haqq  səsini  öz 

həmkarlarının köməyi ilə dünya ictima-

iyyətinə  çatdıran  “Azərbaycan  Xəzər 

Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cə-

miyyəti  dənizçilərinin qəhrəmanlığına 

həsr olunan “Azadlıq carçıları” sənədli 

filminə baxıblar.



Günahkarlar cəzasını almalıdır

(20 Yanvar şəhidlərinin xatirəsinə)

“azadlıq carçıları”na baxmağa dəyər

...20  yanvar  faciəsi  şəhidlərinin azərbaycan  tarixində  xüsusi  yeri var... onlar  

heç  bir  vuruşa  Girmədən  öz vətəninin,  xalqının  azadlığı  yolunda  şəhid olmuş-

lar.

...eyni  zamanda  onu  qeyd  etmək  lazımdır  ki,  o  qanlı  yanvar  Günü  xalqımız öz  

əziz  vətəndaşlarını  itirsə  də,  öz namusunu,  şərəfini  qoruya  bilmişdir. xalqımız  

sübut  etmişdir ki,  onun  iradəsini qırmaq  olmaz.

HEYDƏR  ƏLİYEV,

ÜMUMMİLLİ  LİDER

2O  YANVAR  GÜNÜ  BİZİM  BÖYÜK  FACİƏMİZDİR,  ANCAQ  EYNİ  ZAMANDA  AZƏRBAYCAN  TARİXİ-

NİN  QƏHRƏMANLIQ  SƏHİFƏSİDİR.  AZƏRBAYCAN  XALQI  ÖZ  İRADƏSİNİ  GÖSTƏRDİ.  O  GÜNDƏN  

KEÇƏN  MÜDDƏT  ƏRZİNDƏ  AZƏRBAYCAN  DEMƏK  OLAR  Kİ,  TAMAMİLƏ  YENİ  MƏRHƏLƏYƏ  QƏ-

DƏM  QOYDU...

İLHAM  ƏLİYEV,

AZƏRBAYCAN  RESPUBLİKASININ  PREZİDENTİ

imPeriya ordusu ilə qeyri-bərabər mübarizəyə qalxmış dənizçilərimiz 

20 yanvardan sonra başlamış kütləvi rePressiyalardan da  əziyyət çəkiblər


Yüklə 486,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə