12
Əbülqasim Əlyan Nejadi
Yoxsa, orucla bağlı idi? Halbuki, oruc hicrətdən sonra vacib olmuş
və ona göstəriş verilməsindən on üç ilə yaxın bir müddət keçmişdi.
Cihadın hicrətin ikinci ilindən başlamasına baxmayaraq, görəsən,
cihada göstəriş verməklə bağlı idimi? Yoxsa, həccə aid idi?
Cavab:
İnsaf, adı çəkilən məsələlərdən heç birinin olmamasını
deməkdədir. Peyğəmbərin (s) iyirmi üç illik zəhmətlərindən sonra,
yer üzərində hansı mühüm məsələnin deyilməmiş qaldığını anlamaq
lazımdır.
İkincisi,
ayədən Peyğəmbərin (s) bu vəzifəsinin çox mühüm və
təhlükəli, eyni zamanda, nübüvvətlə eyni çəkidə olması başa düşülür.
Bəzi alimlərin söylədiyi ehtimallar və yuxarıdakı sətirlərdə işarə
etdiyimiz məsələlərin də mühüm olmasına baxmayaraq, onlardan heç
biri risalət və nübüvvətlə eyni çəki və ölçüdə deyil. İyirmi üç ildən
sonra hələ də yerinə yetirilməyən və risalətə bərabər olan mühüm
məsələnin nə olduğunu düşünməliyik.
Üçüncüsü,
bu vəzifənin digər xüsusiyyəti bəzilərinin onunla
müxalifətçilik etməsidir və hətta həmin müxalifətçilik o qədər ciddi
və şiddətlidir ki, Peyğəmbəri (s) də ortadan qaldırmağa hazırdırlar.
Müsəlmanlar namaz, oruc, cihad və həcc kimi məsələlərlə müxalif
olmadıqlarından, bu vəzifənin siyasi məqsəd daşıdığı aydınlaşır və
bir dəstə onunla müxalifətçilik səbəbindən, İslam Peyğəmbərinin (s)
müqabilində dayanmağa belə hazır idi.
Bütün bu məsələləri nəzərə aldığımız, bitərəf və münsif şəkildə
mütaliə, həmçinin, inadkarlıq və təəssübkeşlikdən uzaq olaraq qəzavət
etdiyimiz zaman, Qədir-Xumda rəsmi olaraq bəyan edilən mətləbin
Peyğəmbərin (s) “xəlifəsi” və “canişini” məsələsindən başqa, digər bir
məsələ olmadığı nəticəsinə varırıq.
Bəli, Peyğəmbərin (s) şərafətli ömrünün sonlarında rəsmi olaraq
bəyan etdiyi, peyğəmbərlərin sonuncusunun risalət və nübüvvətinə
bərabər, çoxlarının onunla mübarizə aparacağına and içmiş olduğu
və Allahın da Peyğəmbərə (s) bu vəzifəni icra etməsi üçün mühafizə
edəcəyinə zəmanət verdiyi məsələ həlledici və mühüm olan canişinlik
məsələsi idi. Peyğəmbər (s) həzrət Əlinin (ə) vilayətini dəfələrlə bəyan
etmişdisə də, həmin məsələni dünya müsəlmanları qarşısında rəsmi
olaraq bildirməmişdi.
Beləliklə, o böyük və əzəmətli vəzifəni Peyğəmbər (s) “Həccətül-
vida”dan (vida həcci) qayıtdığı zaman Qədir-Xum çolündə həyata
keçirərək həzrət Əlini (ə) “öz canişini” ünvanında tanıdırdı və bununla
da risalətini tamamlamış oldu.
13
Üçlük təşkil edən nişanələrin vilayət
məsələsinə tətbiqi
Əmirəl-mömininin (ə) vilayət və canişinlik məsələsi “Təbliğ”
ayəsində bildirilmişdir və o, üçlük təşkil edən nişanələrə tamamilə
uyğundur:
Birincisi,
aydın olduğu kimi, Peyğəmbər (s) mübarək ömrü
boyunca heç vaxt özündən sonra “canişinlik” və “xilafət” məsələsini
rəsmi olaraq və belə geniş miqyasda bəyan etməmişdi və bu məsələ
İslam Peyğəmbərinin (s) ömrünün son illərində yer üzərində hələ də
bəyan edilməmiş olan ən mühüm məsələ idi.
İkincisi,
İslamın müxtəlif məsələlərindən heç biri nübüvvət yolunu
davam etdirmək baxımından onun həddi və məqamında, həmçinin,
onunla eyni ağırlıqda deyil, amma “imamət” məqamı nübüvvətlə eyni
səviyyədədir və imam Peyğəmbərin (s) vəzifələrini yerinə yetirməyə
qadirdir.
Üçüncüsü,
Əmirəl-mömininin (ə) vilayət və imamət məsələsi
bəyan olunduğu zamandan etibarən, çoxlu sayda müxalifətçiliklər
meydana çıxmış, hətta Qədir-Xum çölündə bir nəfər Peyğəmbərin (s)
hüzuruna gəlib ona etiraz edərək demişdir: “Əgər bu gün dediklərin
Allah tərəfindəndirsə, mənə Allahdan əzab nazil olmasını və məhv
olmağımı dilə!”
Onun dediyi kimi də olur və o məhv edilir. Bu məsələnin şərhi
gələcək bəhslərimizdə veriləcək.
Xüsusən, “Maidə” surəsinin 41-ci ayəsini bu ayənin kənarında
qoysaq, mətləb daha da aydın olacaq. Nəticədə, rəvayət, tarixdə qeyd
edilənlər və təfsirçilərin düşüncə və söylədikləri nəzərə alınmadıqda
belə, yuxarıdakı ayənin Əmirəl-mömininin (ə) vilayətinə dəlalət etdiyi
məlum olur.
Sual:
Bu ayədə bəyan edilən mühüm məsələ İslam və müsəlmanların
iki böyük düşməninin – yəhudi və məsihilərin – təhlükəsi ola bilərmi?
Onlar daimi olaraq İslamın müqabilində dayanmış, müsəlmanlar
və İslamın inkişafına maneə hesab edilmişlər. Belə olduğu təqdirdə,
ayənin vilayətlə rabitəsi varmı?
Cavab:
Tarixlə azacıq tanışlığı olan kəslər bilirlər ki, hicrətin
onuncu ilində artıq yəhudi və nəsrani (məsihi) məsələsi həll olunmuş
və müxtəlif yəhudi qəbilələrinin – Bəni-Qüreyzə, Bəni-Nəzir, Bəni-
Qəynuqa, Xeybər yəhudiləri və digərləri ilə nəsranilər – kitabı
bağlanmışdı. Onların hamısı ya müsəlmanlara təslim, ya da hicrət
etməyə məcbur olmuşdular. Nəticədə, “Maidə” surəsinin 41-ci ayəsində
14
Əbülqasim Əlyan Nejadi
nazil olunanlara uyğun olaraq, Peyğəmbərin (s) qorxu və həyəcanı
İslamdan kənar olanlardan deyil, müsəlman və iman gətirənlərdən idi.
Bu baxımdan, ayəni yəhudi və nəsranilərlə əlaqədar təfsir etmək
düzgün deyil və Əmirəl-möminin Əli ibn Əbu Talibin (ə) vilayətindən
başqa, ayəni digər məsələlərlə əlaqələndirərək təfsir etmək yanlışdır.
Beləliklə, xatırlatdığımız ayə yuxarıda qeyd edilən şərh və izahlara
əsasən, həzrət Əli ibn Əbu Talibin (ə) xilafət və vilayətini inkar edərək
danan kəslər üçün tutarlı və möhkəm dəlil və cavabdır.
İkinci yol: “Təbliğ” ayəsini rəvayətlər
sayəsində təfsir etmək
Ayəni təfsir etməkdə ikinci yol onun nazilolma səbəbi ilə bağlı
qeyd edilən hədis və rəvayətlər, İslam alim və təfsirçilərinin nəzərləri,
eyni zamanda, İslam tarixindən yardım almaqla təfsir edilməsidir.
İslamın əvvəllərində yaşamış hədis söyləyənlərin (mühəddislər)
əksəriyyəti qeyd edilən ayənin Əmirəl-möminin Əlinin (ə) barəsində
nazil olduğuna inanırlar. Həmin alimlər aşağıdakılardır:
1. İbn Abbas – ravi, tanınmış təfsirçi və vəhyin katıbidir (vəhyi
yazan) və əhli-sünnə və şiə tərəfindən qəbul edilir.
2. Cabir ibn Abdullah Ənsari – hər iki məzhəb tərəfindən qəbul
edilən və tanınmış şəxsdir.
3. Əbu Səid Xudri – Peyğəmbərin (s) böyük səhabələrindən və ən
çox ehtiram edilən şəxslərdəndir.
4. Abdullah ibn Məsud – vəhyi yazanlardan və Qurani-Kərimin
təfsirçilərindən biri.
5. Əbu Hüreyrə – əhli-sünnə nəzərində çalışqan ravilərdən hesab
olunur.
6-7. Hüzeyfə və Bərra ibn Azib – İslam Peyğəmbərinin (s) tanınınmış
iki səhabəsi və s. tanınmış alimlər.
Digər Peyğəmbər (s) tərəfdarları da yuxarıdakı ayənin həzrət Əlinin
(ə) vilayəti barədə nazil olduğunu demişlər.
Adları çəkilən bəzi şəxslərin nəql etdikləri rəvayətlərin sənədinin
müxtəlif nəqledilmə vasitələrinin olmasına diqqət edilməlidir. Məsələn,
yuxarıdakı rəvayət İbn Abbas və Cabir ibn Abdullah Ənsaridən on bir
vasitə ilə nəql edilmişdir.
Əhli-sünnə təfsirçilərinin bir qrupu da həmin rəvayəti Əmirəl-
mömininin (ə) vilayətinə aid olduğunu nəql etmişlər və buna Süyutinin
“Durrul-mənsur” kitabı, cild 2, səh. 298; Əbülhəsən Vahidi Nişapurinin
“Əsbabun-nuzul” kitabı, səh. 150; Şeyx Məhəmməd Əbduhun “Əl-
Mənar” kitabı, 6-cı cild, səh. 120; Fəxri Razi “Təfsire kəbir” kitabı və
Dostları ilə paylaş: |