42
Ġnsan dəyiĢir məkanı,
Zaman dəyiĢir insanı,
DəyiĢmək olmaz zamanı
Onun öz gərdiĢi var.
Adam var kiĢidir adı,
Xəyanət kamı, muradı;
Evində yazıq arvadı
Sanır ki, bir kiĢim var.
SevməmiĢəm alçalanı,
Alçalaraq ucalanı,
Haqsızlığa əl çalanı-
Mənim bu vərdiĢim var...
2013
***
YaxĢı tanıdığım dərdli insanlar,
Toylarda rəqs edir, gülüb oynayır;
Sanki içlərində iki adam var,
Həyatda göz yaĢı töküb ağlayır.
DüĢmənə sevinci verməsin deyə
Ələmi içində saxlayan insan!
QoĢa əllərini qaldırıb göyə
Xəlvətə çəkilib, ağlayan insan!
Açanda qəlbini dərd baĢdan aĢır,
Fəqət özgəni yox, özün qınayır;
Adamla dil açıb dərdi danıĢır,
Dözümlə zamanı belə sınayır.
43
O kimdir?! O sənsən, o mənəm qardaĢ,
Özgə qüruru var bizim millətin.
YağıĢ əvəzinə göydən yağsa daĢ,
Ġtirməz qürurun, əsla qüdrətin...
2013
***
YAĞIŞ VƏ TORPAQ ƏFSANƏSİ
Yaman vurulubdu Torpağa YağıĢ,
Fəqət çox qısqanır anası Bulud;
Böyük məhəbbətdən ilham almamıĢ,
Ana tələb edir, bu eĢqi unut.
Deyir övladına: “Bilmirəm sənin,
Axı bu sevdadan nəyin qalacaq?!
Göylərdir məskənin, doğma vətənin
Bu vüsal axırın, sonun olacaq!”
Bulud arxasından çıxaraq GünəĢ,
Seyr edir məhəbbət macərasını;
Torpağa göndərir qəlbindən atəĢ,
Sağaltmaq istəyir eĢq yarasını.
Həsrətdən torpağın sinəsi çat-çat,
Əlləri göylərdə, dua eyləyir.
Seyr etmək olmayır bunları rahat,
Hicranlı məhəbbət ürək göynədir.
YağıĢın halına acıyır Külək,
Qovur sola, sağa o buludları...
Alıb damcıları ondan gülərək,
Göndərir birbaĢa Torpağa sarı.
Elə ki, çalınır vüsal nəğməsi
Yenə öz yerində GünəĢ görünür;
44
Hər yanı bürüyür quĢların səsi,
YaĢıl paltarına Torpaq bürünür.
Yaman yanılmıĢdı deyəsən, bulud
Təbiət bu eĢqdən qüvvət, güc aldı;
Bu eĢqdən gül-çiçək, bağlar, baxçalar
YaĢıl paltar geymiĢ meĢələr qaldı.
QoĢulub çaylara sevinclə YağıĢ,
ġır-Ģırla gör necə mahnı oxudu.
Torpaq da sevgidən vurub min naxıĢ,
Sinəsində güllü xalı toxudu.
2014
***
ATA VƏ OĞUL
Qulam kişinin xatirəsinə
Dörd övlad böyütdü, baĢa yetirdi
Hərəsi bir ocaq sahibi oldu;
Baxça çiçəkləndi, bar-bəhər verdi,
Bağbanın ürəyi fərəhlə doldu.
Bir çöp də ummadı heç bir övladdan
Öz həyat yükünü daĢıdı, ata.
Çəkdiyi zəhməti çıxarıb yaddan,
Öz alın təriylə yaĢadı, ata.
Yüz manat göndərdi bir oğlu bir gün,
Ata uçmaq üçün istədi qanad;
Mənasın dəyiĢdi tamam ömür-gün,
Övlad qaygısıyla gözəldi həyat!
45
Saxlayıb yüzlüyü Ģax-Ģax cibində,
Öz ürəyi kimi qorudu onu.
“Oğlum göndəribdir” dedi hər yerdə,
Göylərə qaldırdı ata oğlunu.
Bəzən ehtiyacı olsa da belə,
Əsla əl vurmadı oğul payına.
Birindən bir sual gələndə dilə,
“Oğlumdan aylıqdır” deyirdi ona.
Dəf edib o pulla el qınağını,
Övlad Ģərəfinə çəkirdi üzlük;
Ölüm yetirəndə öz sınağını
Atanın cibindən çıxdı o yüzlük...
2013
***
ÜRƏK AĞRISI
Hər dəfə gələndə
təlatüm qoparır içimdə,
QarıĢır bir-birinə
gündüzüm də,
gecəm də.
DəhĢətli ağrılar
canıma zəhər buraxır;
Beynim təlaĢda,
alnımdan çaylar axır.
Sinəmə ağır yük
basılır,
Həyatım bu anlar
sanki tükdən asılır.
Dəmirçi körüyü kimi
sinəm asta-asta
46
qalxıb, enir.
Ürək tənbəlləĢir,
döyünməyə ərinir.
Gözlərim dikilir
bir nöqtəyə,
Qəribə hisslər bürüyür,
ölürəm deyə.
Sanıram indi qırılacaq
qolum, qanadım;
Gözlərim önündən keçir
olub, ötənlər-
bütün həyatım.
Yer tapmıram
qoyam canımı,
Allah bağıĢla,
əfv et günahlarımı.
Beləcə çəkir məni
çətin sınağa,
Bircə vəsiyyət etmək
qalır arvad-uĢağa.
Hər gəliĢiylə
ağrılar təzələnir,
Deyəsən o mənimlə
məzələnir.
Dadıma yetir korvalol,
validol, nə bilim nə ol
bu an,
indi anlayıram nə ĢirinmiĢ
bu həyat, bu dünya,
bu cahan!
O gedir...
Bilirəm qayıdacaq,
gəliĢiylə bir ocağı
soyudacaq,
47
Bir ürəyi yuvasından
qoparacaq,
Məni də bir gəliĢində
özüylə aparacaq...
2013
***
DƏRMAN TORBASI
Evdə bir torbam var,
içi dolu dərman;
Hərəsi bir dərd üçün
həkimin verdiyi fərman.
O həmiĢə mənimlədir,
yaxın və ya uzaq səfərlərə
mənimlə gedir.
Onsuz bir gün yaĢamağa
yox gümanım,
Onsuz ağrıdan, açıdan
yox amanım!
Malımdan, varımdan keçərəm,
torbamdan keçmərəm,
Onsuz yemərəm, içmərəm...
Odur bu günüm, sabahım,
həyatım.
Odur yaĢamaq qarantım.
O mənim azımdı,
çoxumdu,
O, gündüzlər rahatlığım,
gecələr Ģirin yuxumdu.
Kəsəsi, divin canı
butulkada,
Mənimkisə, bu torbada...
2013
Dostları ilə paylaş: |