Almaz H
əsənqızı
22
yat
а keçdikləri və türk sülаlələrinin hakimiyəti аltındа mə-
d
əni dövlətlər yаrаtdığı yerlərdə də məğlub edilənlərin mə-
d
əniyyətinin təsiri o qədər güclü idi ki, ədəbiyyаtın, xüsusilə
d
ə nəsrin dili türk dili yox, onlаrın dili olurdu... Türk xаlq-
l
аrının tarixini öyrənmək üçün türkoloq olmаq kifаyət deyil.
H
аnsı dövrlə mаrаqlаndığındаn аsılı olаrаk, çinşünаs, ərəb-
şünаs və yа irаnşünаs dа olmаq lаzımdır”
21
.
Doğrudan da, bir çox hallarda qədim türklərlə bağlı
m
əlumatlar Çin mənbələrinə əsasən müəyyənləşdirilir. Mə-
s
ələn, qopuz və onun dünya mədəniyyətindəki mövqeyilə
bağlı apardığı “Cahan ədəbiyyatında türk qopuzu” adlı
t
ədqiqatında Ə.Cəfəroğlu yazır: “Tukiyu türklərinin
musiqiy
ə fövqəladə düşkünlük göstərdiklərini, böyük bir
h
əvəslə kişilərin “Hyupi” adlı bir musiqi alətini çaldıqlarını,
qadınların isə ”Çəlik çomaq” oynamağı sevdiklərini Çin
m
ənbələrindən öyrənirik”
22
.
Bir sıra hallarda mərasimlər, folklor mətnləri, etnoq-
rafik bilgil
ərlə bağlı bəzi məqamlar qədim lüğətlərə əsasən
b
ərpa olunur. Heç şübhsiz ki, Mahmud Kaşğarlının “Di-
vanü-
lüğət-it türk” (XI əsr) əsəri bu fikrin doğruluğunun ən
göz
əl sübutudur. Məhz bu lüğətdə verilən Alp Ər Tonqanın
ölümü il
ə bağlı ağıya əsasən eyniadlı dastanın mövcudluğu
haqqında mülahizələr yürüdülür. Hesablamalara görə,
“Divanü-
lüğat-it Türk”də iki dastandan (“Şu xaqan” və “Alp
Ər Tonqa”) parçalar, 300-dən çox deyim mətni (söz, sav,
21
Kamil V
əli Nərimanoğlu. Əliheydər Ağakişiyev. 1926-cı il Birinci
Bakı Türkoloji qurultayı (Stenoqramın materialları, biblioqrafiya
ve foto-s
ənədlər), Bakı: Çinar-çap, 2006, s.31
22
Ahmet Caferoğlu. Cihan edebiyatında türk kobuzu, “Ülkü”, İstanbul:
VIII, 45, 1936, s.204
Folklorşünaslığa giriş
23
hikm
ət, alqış, qarğış, əfsun və s.), əfsanə və rəvayətlər,
ağılar (sagu) yazıya alınmıştır”
23
. Bu da M.Kaşğarlının həm
böyük türk dilçisi, h
əm də əvəzsiz bır folklorşünas olduğu-
nun göst
əricisi olmaqla bərabər, “Divanü-lüğat-it türk” əsə-
rini çox d
əyərli bir mənbə kimi öyrənilməsi məsələsini orta-
ya qoyur.
Dig
ər bir fakta diqqət yetirək. XIII-XIV əsrlərə aid
C
əmaləddin İbn Mühənnanın “Hilyətül lisan həlbətül insan”
adlı lüğətində türklərdə olan yüzə qədər sənət növünün adı
ç
əkilir. Onların içərisində “qopuzçu” və “sığtaçı” sözlərinə
t
əsadüf edilir. “Qopuzçu” kəlməsinin tədris məqsədilə tərtib
edilmiş olan lüğətdə varlığı hələ XIV əsrdə qopuzun aktual
mövqeyinin göst
əricisidir. “Sığtаçı” (ölüyə аğlаyаn kimsə)
k
əlməsi isə tanış bir mərasimi xatırladır. Yas mərasimləri bir
sıra bölgələrdə bu gün də xüsusi ağıçı qadınlar tərəfindən
idar
ə olunur. Bu sözün İbni Mühənna lüğətində olması
h
əmin mərasimin XIV əsrdə və ondan əvvəl də keçirildiyini
sübut edir.
Qeyd etm
ək lazımdır ki, qıpçaq türklərinin yadigarı,
t
əxminən XIII-XIV əsrlərə aid edilən iki dəftərdən ibarət və
yegan
ə nüsxəsi Venesiyada Müqəddəs Mark (Saint Marcus)
kitabxanasında mühafizə edilən “Kodeks Kumanikus”
(“Codex Cumanicus”)
əsərində də “qopuzçu” kəlməsinə tə-
sadüf edilir
24
.
Bu da
qopuzla bağlı yuxarıda söylənən fikri bir daha
t
əsdiq etməkdədir. Bundan əlavə, “Kodeks Kumanikus”un
(“Codex Cumanicus”)
latın-qıpçaqca bölümünə təxminən
23
Ağaverdi Xəlil. Mahmud Kaşğarlının elmi fəaliyyətində folklor-
şünqslığın yeri, “Dədə Qorqud” dərgisi, Bakı: 2002, sayı 4, s.47
24
Ahmet Caferoğlu. Türk dili tarihi, İstanbul: Enderun kitabevi, 2000,
II c., s.174
Almaz H
əsənqızı
24
beş yüzə qədər tapmaca da əlavə edilmişdir. Bu da həmin
lüğətin folklorun dəyərli mənbələrindən biri kimi diqqətdə
saxlanmasını tələb etməkdədir.
Q
ədim zamanların xalq yaradıcılığı ilə bağlı bilgiləri
b
əzən də o dövrün səyahətnamələri əsasında müəyyən etmək
mümkündür. M
əsələn, Ə.Cəfəroğlu “Azəri ləhcəsində bəzi
monqol ünsürl
əri” adlı tədqiqatında əski zamanlara aid, artıq
yalnız səyahətnamələrdən öyrənilməsi mümkün olan iki
m
ərasimin təsvirini vermiş və türk inanclarından bəhs et-
mişdir. “Yustin səfiri olan Zemarxın türk xaqanı Dizabolu
ziyar
əti əsnasında əlbisələrinin atəş vasitəsilə fəna ruhlardan
t
əmizlənildiyi və hətta səfirin özünün belə türklər tərəfindən
at
əş üzərindən keçirildiyi qeydinə təsadüf etməkdəyik”
25
, –
yazan mü
əllif Bizans tarixçisi Menandra istinad edərək,
türkl
ərin çox əski ənənələrilə bərabər, atəşə olan müna-
sib
ətini də aydınlaşdırmaq istəmişdir.
Odun, at
əşin türklər üçün nə qədər müqəddəs olduğunu
t
əsəvvür etmək üçün Ə.Cəfəroğlu XIII əsrə aid başqa bir
s
əyahətnaməni incələmışdir: “... eyni mərasimə dair məlumat
Plano dö Kaprinid
ə (XIII) mövcuddur. Belə ki, səyahətini
t
əsvir edərkən Kuman türkləri hüduduna varınca Batonun
sarayından müəyyən bir məsafədə durdurulduğunu və xanın
n
əzdinə girmək istədiyi zaman iki yanan atəş arasından
keçirildiyini v
ə bu mərasimi qəbul etmək istəməyincə,
m
əhəlli adət üzərinə: “Xana qarşı fəna məqsəd bəsləyənlərin
v
ə ya zəhər daşıyanların atəş üzərindən keçərək təmizlən-
m
ələri lazım gəldiyi” kimi şiddətli bir etiraz qarşısında qal-
25
Ahmet Caferoğlu. Azeri lehcesinde bazı moğol unsurları, “Azerbaycan
yurt bilgisi”, İstanbul: 1932, sayı 6-7, s. 216
Dostları ilə paylaş: |