35
saf deyilsə, o istək həvəsdən, maraqdan o yana keçməz.
Ehtiyac və həvəs, tələbat və maraq fərqli şeylərdir. Allaha
can atmaq növbəti həvəs, müvəqqəti maraq deyil, yeganə
ehtiyac, əbədi tələbatdır. Ehtiyac qəlbə, həvəs nəfsə aiddir.
“Məni istəyən məni bulur. Məndən başqasını istəyən Məni
bula bilməz” ( Hədisi-qüdsi).
Bəşər bilsəydi nədir Allah və qul məhəbbəti,
Əsla bilməzdi nədir kölə və pul məhəbbəti.
O səma sevgisidi, bənzəməz yer sevgisinə,
Nə qadın sevdasıdı, nə də oğul məhəbbəti!
Bir kəniz köləni rədd eyləsə bu, faciəmi?
Qorx ki, Rəbb eyləməsin quldan qəbul məhəbbəti!
Eni yer-göycə olan Cənnəti qıl vəslə məkan,
Nədi dünya deyilən bu kənd, qul məhəbbəti?
Eşqdən, ey dil, başına yağsa bəla yağmur kimi,
Nəfsini hesaba çək, tutma məsul məhəbbəti.
İbrət
Böyüklərdən İbn Ata həzrətləri bir tələbəsi haqqında
rəvayət edir: “O səhrada yolu itirdi. Dolaşarkən özünü bir
bulaq başında gördü. Orada çox gözəl bir qız durmuşdu.
Qıza qarşı qəlbində güclü bir meyil oyandı və sevgisini ona
bildirdi. Qız: “Orada elə gözəl bir qız var ki, mən onun
əlinə su tökməyə də yaramaram” söyləyincə, dönüb həmin
tərəfə baxdı. Amma kimsəni görə bilmədi. Qız tələbəyə:
“Doğruluq nə qədər gözəl, yalan nə qədər pisdir! Bütün
varlığınla mənə bağlı olduğunu iddia edirsən. Halbuki
mənim yanımda bir başqasına baxmaq istəyirsən”, – dedi.
Tələbə xəcalətindən başını aşağı saldı. Qaldıranda qarşı-
sında kimsəni görmədi”.
36
İsmiylə çağrılar o Gün hər bəşər,
Yerdə də, göydə də adını qoru.
Özünü qadından qoru həmişə,
Həmişə özündən qadını qoru.
Sevgi sələm deyil, sədəqə deyil,
Sevgi əbədidir, dəqiqə deyil.
Eşq cinslərarası əlaqə deyil,
Qul və Rəbb arası andını qoru.
Məhəbbət həvəs yox, amal olmalı,
Məhbubda səmavi əhval olmalı.
Məhəbbət azad yox, hale olmalı,
Halal məhəbbətin dadını qoru!
Sevgisiz yaşayan Rəhmansız ölər,
Sevgi bir amandır, amansız ölər.
Qüsulsuz, kəfənsiz, imansız ölər,
Amandı, zinadan zatını qoru!
Sanma eşq doğuda, ya batıdadır;
Əsil eşq Axirət həyatındadır,
Həqiqi aşiqlər Haqq qatındadır,
Ey qul, mərtəbəni, qatını qoru!
Nəfs xeyir olanı deyil, xoş olanı xoşlar. Şeytan da bu
xətasını ona gözəl və gerçək olaraq göstərər. İnsan bəzən
nəfsinə güc gələ bilsə də, Rəbbinə sığınmadıqca Şeytanına
qarşı zəifdir. Ona görə də xeyirli şeylər Allah istəmədikcə
qulun qəlbinə yol tapmaz, tapsa belə, o qəlbdə kök sal maz.
Çünki şeytan bunu əngəllər. Lakin Allah-Təala bir qulu
üçün xeyir dilədikdə ya bunu birbaşa onun qəlbinə ilham
edər, ya da o qulu elə batini və zahiri proseslərdən keçirər
ki, qəlb Rəbbinin istədiyini istəmədikcə rahat olmaz. Təbii-
dir ki, insana rahatlıq gətirən, onu sıxıntıdan qurtaran şey
37
ona xoş və sevimli görünməyə başlar. Lakin bu artıq şey-
tani yox, Rəhmani olar. Allah bu cür halları hər kəsə deyil,
seçdiyi və ya dilədiyi quluna nəsib edər. Bəs bu ilahi seçim,
ilahi istək hansı meyarlara söykənir? Şübhəsiz ki, Allahın
hikmətindən sual edilməz. Kimi və nə üçün seçdiyi Onun
Özünə aiddir. Anlaşılan bu ki, O, yaratdıqlarının qəlb
durumuna özlərindən daha artıq vaqifdir. Yəni bizə bizim
düşündüyümüzdən də yaxındır. O hansı qəlbin haqq üçün
yararlı, hansının isə yararsız olduğunu və ya olacağını Öz
əzəli elmilə bilir.
İbrət
Rəvayət olunur ki, Hz. Musa (aleyhissəlam) Rəbbinə
münacat edərək dedi: “Ya Rəbbi! Məxluqatı Sən yaratdın.
Nemətinlə onları bəslədin. Sonra onları Qiyamətdə Cəhən-
nəmə qoyursan!”
Allah-Təala ona belə vəhy etdi: “Ya Musa! Qalx, əkin ək!”
O da əkdi, suladı, zamanı gəlincə məhsulu biçdi.
Uca Allah buyurdu: “Ya Musa! Əkin işin nə oldu?” O da
“Məhsulu yığdım”, – dedi. Allah sordu: “Ondan heç bir
şey buraxmadınmı?” Hz. Musa: “Ya Rəbbi! Yararsız olan-
ları tərk etdim”, – dedi. Allah belə buyurdu: “Ya Musa!
Şübhəsiz ki, mən də işə yaramayanı Cəhənnəmə vasil edə-
rəm. O elə bir yara mazdır ki, “lə iləhə illəllah” deməkdən
belə çəkinmişdir”.
Döy nəfsinin qafasını,
Yoxsa qanmaq vərdişi yox.
Döy qəlbinin qapısını,
Haqqın ayrı girişi yox.
Öz könlünə girmən gərək,
Öz Rəbbini görmən gərək.
Hər haqqını vermən gərək,
Qulun başqa bir işi yox.
38
Cahan qürbət, xalq əcnəbi,
Hər kəsə var “köç” tələbi.
Dünya kişilik məktəbi,
Cəhənnəmdə bir kişi yox.
Bizlərə elə görünə bilər ki, nəyi isə istəyir, nəyə isə nail
oluruq. Amma bu, görüntüdən başqa bir şey deyildir. İstə-
yən də, nailiyyəti yaradan da Odur. Bu dünyaya gəlişimiz
Onun istəyilə oldu, bizim istəyimizlə yox. Bu dünyadan
gedişimiz də Onun istəyilə olacaq, bizim istəyimizlə yox.
(Adəm oğlu o dünyaya getməyi heç sevməz). Olum və
ölüm arasındakı bütün gerçəklər də belədir. Yalnız Onun
dilədiyi olur. Adəm övladı, həqiqətən, Rəbbini arzularsa,
Ona tərəf yol tutmaq dilərsə, bu onun öz həqiqəti deyil,
ilahi lütfdür, Allahın ehsanıdır, rəhmətidir. Əgər əksini
düşünərsə, o zaman ondakı arzu, dilək rəhmani olmaz,
nəfsani, şeytani olar və heç vaxt gerçəkləşməz. Hətta ger-
çək ləşməsi bir yana, arzulananın tam tərsi baş verər.
Mən kiməm özümə bir dəyər biçəm?!
Bizi xəlq edən var, O bilir heçəm!
Gecəni-gündüzü Odur yaradan,
Onsuz necə keçsin gündüzüm, gecəm?!
Nəyi yaratdısa, asan yaratdı,
O dovşan yaratdı, aslan yaratdı...
Ondan başqasını necə düşünüm,
Bizləri heyvan yox, insan yaratdı?!
İbrət
Bəyazid Bistami həzrətləri bir gün tələbələri ilə birgə
çox dar bir küçədən keçirdi. Həzrət qarşıdan bir köpəyin
gəldiyini gördü və geriyə çəkilib ona yol verdi. Tələbə lərin-
dən buna heyrət edənlər oldu. Həzrət onların qəlbində ki-
ləri anlayıb buyurdu: “Bu köpək hal dili ilə mənə dedi ki,
Dostları ilə paylaş: |