117
də özü hesab edilir. Çox vaxt hər hansı bir riyazi qaydanın, yaxud
kimyəvi
formulun sözlə ifadəsi, məsələnin şərti əsasında riyazi tənlik
qurulması, bədii əsərlərdə təbiət mənzərələrinin verilməsi, bədii
əsərlərin motivləri əsasında karikatura, peyzaj, miniatürlərin çəkilmə-
si kimi beyin fəaliyyətləri eyniləşdirilir və “transformativ modullaş-
ma dərketmənin bir növüdür” kimi səhv qənaətə gəlinir.
Nəzərə almaq lazımdır ki, bu sadalananlardan riyazi qaydanın
və kimyəvi formulun sözlə ifadəsi, məsələnin şərti əsasında riyazi
tənlik qurulması modullaşma, bədii əsərlərdə təbiət mənzərələrinin
verilməsi, bədii əsərlərin motivləri əsasında karikatura, mənzərə və
miniatürlərin çəkilməsi isə sinktual dərketmənin təzahürləridir.
Bu deyilənlərlə bağlı opponentlərimiz tərəfindən belə iradlar
söylənə bilər ki, a) riyazi qaydanın, kimyəvi formulun sözlə ifadəsi
və bədii əsərlərdə təbiət mənzərələrinin verilməsi –
gözlə görülən
gerçəkliyin sözlə ifadəsidir; b) məsələnin şərti əsasında riyazi tənliyin
qurulması, bədii əsərlərin motivləri əsasında karikatura, peyzaj,
miniatürlərin çəkilməsi isə, sözlə ifadə olunmuş gerçəkliyin başqa
növdən olan simvollarla ifadəsidir və bunları bir-birindən fərqləndir-
mək, ayrı-ayrı şeylər hesab etmək doğru deyil.
Belə düşünən opponentlərimizə bunları demək istərdik:
1) Riyazi qayda və kimyəvi formul sözlə ifadə edilərkən, eləcə
də məsələnin şərti əsasında riyazi tənlik qurularkən insan tərəfindən
yeni heç bir şey icad olunmur və ya yaradılmır. Sadəcə, baş beyində
mövcud olan bir simvolik ifadə forması digər simvolik ifadə forması
ilə əvəz edilir. Məsələn,
(a+b)
2
= a
2
+ b
2
+ 2ab şəklində olan riyazi
düsturun sözlə ifadəsində deyilir:
“İki hədd cəminin kvadratı bərabərdir – birinci həddin
kvadratı, üstəgəl ikinci həddin kvadratı, üstəgəl birinci həddin ikinci
həddə hasilinin iki misli”.
Göründüyü kimi, burada söhbət yalnız əvəzlənmədən gedir.
İstər bu düstur, istərsə də onun sözlə ifadə şəkli orta məktəbdə oxudu-
ğumuz illərdən bəri əzbər şəkildə yaddaşımıza həkk olunmuşdur.
İstənilən insan tərəfindən onlardan hər hansı birinin təhrifə yol veril-
118
mədən düzgün şəkildə söylənməsi mahiyyət etibarı ilə heç nəyi də-
yişmir və eyni intellekt obrazını əks etdirir.
2) Bədii əsərlərdə təbiət mənzərələri verilərkən və ya bədii
əsərlərin motivləri əsasında karikatura, peyzaj, miniatürlər çəkilərkən
bu prosesləri həyata keçirən insanlardan tam mənası ilə yaradıcı
təxəyyül tələb olunur və məhz bu səbəbdən həmin fəaliyyətlər sink-
tual dərketmə, yəni düşünərək dərketmə adlandırılır. İkinci bir
tərəfdən stabil və dəyişməz təbiət mənzərəsi olmadığı kimi, eyni bir
mənzərəni istər sözlə, istərsə də fırça ilə eyni şəkildə təsvir
edən iki
sənətkar da tapmaq mümkün deyil.
Müqayisə üçün eyni bir mənzərənin və ya şəxsin eyni vaxtda,
eyni bucaq altında, eyni tip 3 fotoaparatla çəkilmiş fotoşəkillərini,
eləcə də həmin mənzərənin və ya şəxsin eyni vaxtda, eyni bucaq
altında, eyni məktəbi bitirmiş eyni yaşlı 3 rəssam tərəfindən çəkilmiş
rəsmlərini nəzərdən keçirək.
Görürük ki, fotoaparatla çəkilmiş şəkillər arasında heç bir fərq
yoxdur. Amma rəssamlar tərəfindən çəkilmiş hər 3 rəsm bir-birindən
və fotoaparatla çəkilmiş şəkillərdən fərqlənir. Çünki fotoaparat öz
obyektivinin qarşısında olan bütün gerçəklik elementlərini həmin
anda olduğu kimi əks etdirir. Amma rəssam fotoaparatdan fərqli
olaraq, gerçəkliklə bağlı yalnız həmin
anda görüb dərk etdiklərini
deyil, ümumiyyətlə, indiyə qədər analoji mənzərələrlə bağlı
fərdi
qaydada dərk etmiş olduqlarını, yəni həmin anda haqqında danışılan
mənzərənin malik olmadığı cizgi və ştrixləri də
sırf özünə məxsus
olan bir tərzdə əsərinə daxil edir. Bu səbəbdən rəssamlar tərəfindən
çəkilmiş rəsmlərin hamısı bir-birindən və eyni zamanda fotoaparatla
çəkilmiş şəkillərdən fərqlənir. Bu prosesin sinktual dərketmə olduğu-
nu şərtləndirən başlıca amil də məhz analoji gerçəkliklərlə bağlı
fərdi
qaydada dərk edilmiş cəhətlərin
sırf özünə məxsus olan bir tərzdə
ifadə edilməsidir. Əgər gerçəklik elementi ilə bağlı
fərdi qaydada
dərk edilmiş cəhətlər və onların
sırf özünə məxsus olan bir tərzdə
tətbiqi olmasaydı, o halda bu
proses sinktual dərketmə yox, transfor-
mativ modullaşma olardı.
119
Təbiət mənzərələrinin bədii şəkildə (sözlərlə) ifadəsi prosesin-
də də analoji fərqlərin olduğu müşahidə edilir. Yəni heç bir şəxs
həmin mənzərəni təsvir edərkən sözbəsöz digər şəxsləri təkrarlamır
və bu mümkün də deyil.
§2.6.1. Transformativ modullaşmanın və sinktual dərketmə-
nin tətbiqi ilə bağlı bir əyani nümunəyə baxaq: “Əvvəlcə zavodun
giriş qapısından idarə binasına uzunluğu 300 metr olan yol, sonra isə
bu yola perpendikulyar olmaqla idarə binasından istehsalat sexinə
uzunluğu 400 metr olan ikinci bir yol çəkildi. İstehsalat binasından
giriş qapısına çəkiləcək yolun uzunluğu nə qədər olacaq?” şəklində
bir tapşırıq verilmişdir.
Bu tapşırıq sinktual dərketmə metodu ilə həll olunacaqdır.
Sinktual dərketməyə hazırlığın birinci yarımaktında tapşırığın
verilmiş şərti oxunaraq yadda saxlanılır, yəni həmin mətn vizual-
vokal dərketmə yolu ilə dərk olunaraq intellekt obrazlarına çevrilir və
yaddaşa qeyd edilir.
Sinktual dərketməyə hazırlığın ikinci yarımaktında aşa-
ğıdakılar baş verir:
1) Məsələnin şərti xatırlanılır, perpendikulyar xətlərin əmələ
gətirdiyi bucaq, tərəflərindən
biri düz olan üçbucaq, ədədin kvadratı,
kvadrat kökü, ilə bağlı əvvəl dərk etdiklərimiz, eləcə də Pifaqor
teoreminin
2
2
b
a
+
=c
2
şəklində olan düsturu aktiv yaddaşa gətirilir
(üçüncü faza);
Burada haşiyə çıxaraq qeyd etmək lazımdır ki, bəzən riyazi
işarələr və onları ifadə edən terminlər sadəcə ekvivalent deyil, tam
mənada bərabər vahidlər hesab olunur, yəni “+” işarəsi ilə “üstəgəl”
termini, “-” işarəsi ilə “çıx” termini, “=” işarəsi ilə “bərabər” termini
eyni şey hesab edilir və belə bir arqument gətirilir ki, 2+2=4 də
yazılsa, “iki üstəgəl iki bərabərdir dörd” də yazılsa, bunun həm
oxunuşu, həm də ifadə etdiyi məna bir-birindən fərqlənmir. Ən azı
bunu nəzərə almaq lazımdır ki, riyaziyyatda istifadə olunan işarə və
əməliyyatlar heç bir dilə aid deyil,
çünki onlar ümumiyyətlə dil
vahidi deyil. Termin isə beynəlxalq olsa belə, istənilən halda hansısa
120
bir dilə aiddir, çünki o, dil vahididir. Azərbaycan dilində işlənən
riyazi terminlərin, böyük bir qismi milli dilə məxsus imkanlar hesa-
bına formalaşmışdır
1
, bu səbəbdən yalnız Azərbaycan dilinə məxsus
olan sözlərdir, məsələn, “kökaltı”, “düzbucaqlı”, “üstəgəl” və s.
2) Tapşırığın yaddaşımızdakı şərti mətn və ya səs formasından
digər formaya, yəni sinktual dərketmənin həyata keçiriləcəyi obrazlar
formasına transformasiya olunur: beynimizdə giriş, idarə və sex bina-
ları üç nöqtə kimi, yollar isə bu nöqtələri
birləşdirən xətlər kimi tə-
səvvür edilməklə tərəflərindən ikisi məlum, biri isə məlum olmayan
düzbucaqlı üçbucaq obrazı yaranır. Məsələnin şərti yuxarıdakı bənd-
lərdə xatırlanan məlumatlar əsasında
2
2
400
300
+
=x
2
tənliyinə
transformasiya olunur və daha sonra bu tənlik sinktual dərketmə yolu
ilə həll edilir (dördüncü faza).
Buraya qədər deyilənlərdən göründüyü kimi, sinktual dərket-
məyə hazırlıq mərhələsi çərçivəsində tam bir vizual dərketmə aktı
baş verdi. Bu aktın birinci fazasında gerçəklik elementi ilə bağlı
məlumat qəbul edildi, ikinci fazada qəbul olunmuş məlumat intellekt
obrazına və koduna çevrilərək yaddaşa qeyd edildi, üçüncü fazada
həmin intellekt obrazı, eləcə də onunla bağlı olan digər intellekt
obrazları (və ya kodları) aktivləşdirilərək
operativ yaddaşa gətirildi,
dördüncü fazada gerçəklik elementi ilə bağlı məlumat aktiv yaddaşa
gətirilmiş digər məlumatlarla birləşdirilərək sinktual dərketmənin
həyata keçiriləcəyi obrazlar formasına transformasiya olundu.
Bu deyilənlərə opponentlərimiz aşağıdakı iradları tuta bilər:
Əvvəla, vizual dərketmənin birinci fazasında qəbul edilib ikin-
ci fazasında intellekt obrazına çevrilərək yaddaşa daxil edilən məlu-
matın, təxminən elə həmin anda başlayan üçüncü fazada yenidən
xatırlanaraq əsas yaddaşdan aktiv yaddaşa gətirilməsi və intellekt ob-
razının yenidən gerçəklik elementinə ekvivalent olan obrazlar şəklin-
də açılması inandırıcı deyil. Çünki insan beyni əməliyyat proseslərini
1
Sadıqova S. Azərbaycan dilində fizika-riyaziyyat terminologiyasının formalaşması və
inkişafı. Bakı, “Elm”, 1997, 191 s.