242
məlumatına görə çoxillik otlar altında 8 il ərzində 3-4 sm qalınlığında çürüntü, 3-4 sm qalınlığında
isə keçid ho-
rizontu əmələ gəlir. Çürüntü qatında humus 4%-ə, keçid horizontda isə 1,5%-ə çatır.
ABŞ-da əsasən münbit tullantı laylarından kənd təsərrüfatında istifadə olunur. Bu ərazilər əsasən biçənək və
otlaq kimi istifadə edilir. Belə sahələrə paxlalı-taxıl otları səpilir. Onlardan topal, rayqras, çobantoxmağı, yonca,
çöl noxudu, qurdotu (yoncavar) və s. qeyd etmək olar. Turş süxurlara əhəng və gübrə (N:P:K=10:10:10) – 400
sent/ha miqdarında verilir.
Bərpa olunan ərazilərin otlaq kimi istifadə olunması onun yaxşılaşdırılmasına çəkilən xərci ödəyir. Belə ot-
laqlar təbii otlaqlardan da məhsuldar olur.
Tullantı laylarında meşəsalma
Tullantı laylarının meşələşdirilməsi işləri ilə rekultivasiyası hələ XIX əsrin ortalarından məlumdur. XIX əs-
rin sonu, XX əsrin əvvəlində Almaniyada (Reyn qonur kömür və Pursk daş kömür hövzəsi), İngiltərə və ABŞ-
da sənaye tullantı laylarının yaşıllaşdırılması aparılmışdır. Limistrom (1960) 1960-cı illərin meşə əkinlərini təd-
qiq edərək qeyd edir ki, açılmış layların əksəriyyəti meşə əkini üçün yararlıdır. Piritlə zəngin süxurlar bu baxım-
dan müstəsnalıq təşkil edir. PH-ın kənar qiymətləri (pH (3,0 və ya 9,0)) meşə bitkisinə mənfi təsir göstərir. Ağac
cinslərinin bitiş faizi və böyüməsi əsasən qrunt qarışığının mexaniki quruluşundan və onun turşuluğundan (pH)
asılıdır. Ağac və kol bitkiləri gillicə və gilli mexaniki tərkibdə yaxşı, qumda isə pis inkişaf edir. İynəyarpaqlı
cinslər üçün pH –ın optimal qiyməti 4,5-6,0, enliyarpaqlılar üçün isə 6,0-7,5 hesab olunur.
Ağac və kol cinslərinin seçilməsində həmin rayonun fiziki-coğrafi şəraitinə uyğun olan yerli ağac və kol
cinslərinə üstünlük verilməlidir.
ABŞ-ın mərkəzi ştatlarında töküntü qruntlarda azot toplama qabiliyyətinə malik olan ağ akasiyaya böyük fi-
kir verilir. Ağ akasiya töküntülərdə tez köklənərək əkilən digər ağac cinslərini də iqlimin və eroziyanın mənfi
təsirlərindən qoruyur. Akasiya qısa bir vaxtda torpağı sıx vegetativ kök sistemləri ilə örtür və belə bitmə şərai-
tində ən yaxşı «pioner» bitki kimi özünü göstərir, 50-70% bitiş verir, turş qruntlarda digər ağac və kollara nis-
bətən yaxşı bitir.
Dərin qazıntılar müstəsna olmaqla tikinti materialları istehsal edən karxanalarda da meşəsalma işləri aparılır. Bu
karxanalarda iş dayandırıldıqdan sonra su hövzəsi altında istifadə oluna bilər. Qum və çınqıl karxanaları istifadədən
çıxdıqdan sonra orada tozağac, müxtəlif şam ağacı növləri, sərv, çaytikanından istifadə edərək yaşıllaşdırıla bilər.
Çox toksik süxurlar olan tullantılarda kimyəvi meliorasiya aparılmalı və üzəri meşə əkini üçün yararlı olan
süxurlarla (və ya torpaqla) örtülməlidir. Çübrələrdən istifadə etdikdə və cərgə aralarında lüpin və xəşənbülün sə-
pini ağac və kol bitkilərinin böyümə və inkişafını 2 dəfəyə qədər artırır.
Su təsərrüfatı və tikinti rekreasiya məqsədli rekultivasiya
Açıq üsulla istehsal zamanı pozulmuş landşaftların rekultivasiyasının ən yayılmış istiqamətlərindən biri iş-
lənmiş karxanaların və tullantı layların yerində müxtəlif təyinatlı istirahət zonası, su anbarı, hovuz, meşə-park
zonası və ovçuluq təsərrüfatı yaratmaqdır.Bu məqsədlə, xüsusilə tikinti materialları karxanaları və onlara bitişik
pozulmuş ərazilərdən istifadə olunur.
ABŞ-da Oqayo ştatında açıq daş kömür yataqlarında 10 min ha sahədə istirahət zonası yaradılmışdır. Burada
300-ə qədər süni göl yaradılaraq 26 milyondan çox ağac əkilmişdir. Rekultivasiyaya çəkilən xərclər ova və ba-
lıqçılığa satılan lisenziyadan gələn gəlirlə ödənilir. Açıq karxanalar və tullantı layları ərazisində su anbarları və
istirahət zonaları salmaq istiqamətində rekultivasiya işləri Avropa ölkələrində geniş yer tutur. Estoniya, Molda-
viya və Uralda faydalı qazıntılar çıxarılaraq pozulmuş ərazilərdə su hövzələri, parklar, idman qurğuları yaradılır.
Faydalı qazıntıların yeraltı istehsalı zamanı
pozulmuş sahələrin rekultivasiyası
Faydalı qazıntıların yeraltı üsulla çıxarılması əsasən yer səthinin çökməsi və ərazinin qeyri filiz layları ilə
çirklənməsi şəklində pozulur. Səthin çökməsi dərinliyə görə müxtəlif ola bilər (kiçik çökəklikdən və muldaşəkil-
li qırışıq çökəklikdən, dərinliyi bir neçə 10 metr olan iri uçquna qədər), bu faydalı qazıntının yerləşmə şəraitin-
dən asılıdır.
Şaxtalardan çıxan boş süxurların (terrikonlar) tərkibində bir sıra toksik elementlər olur, onlar həmçinin yük-
sək potensial münbitliyə də malik olur və gələcəkdə bitki yetişdirmək üçün yararlı ola bilər. Bəzi terrikonlarda
isə 30-40 (50) il keçdikdən sonra təbii bitki örtüyü bitməsi prosesi başlayır. Donbasda terrikonların 86%-i bitki
örtüyündən məhrumdur, 10%-də qismən, 4%-də isə bitki örtüyü yaxşı inkişaf etmişdir.
Təcrübələr göstərir ki, yüksək turşuluğu (pH=3,0-4,0) olan terrikonlarda ağ akasiya, ağ tut, qarağat, lələkağa-
cı və kanada qovağı özünü daha dözümlü göstərir.
Əkin quyularına gübrə verdikdə ağac və kolların inkişafını sürətləndirir. Terrikonlarda eroziya prosesinin
qarşısını almaq üçün ağac və kol bitkilərindən başqa ot səpini də təklif olunur.
Şəhər ərazisində və yaşayış məntəqələrinin yaxınlığında yeraltı qazıntılarından pozulmuş sahələrdə idman
qurğuları, su hövzələri, parklar, yaşayış və sənaye tikintiləri yaradılır.
243
Şaxta tullantıları yamaclarının yaşıllaşdırılmasında münbit torpaqla yanaşı xırdalanmış torf, kompost da veri-
lir. Tullantı yamaclarda kövşən (saman) verilməsi də təcrübədən keçirilir (1 ha-ya 2-4 ton). Kövşən çürüdükdən
sonra ora ağac və kol cinslərinin çilingləri basdırılır.
Almaniyada 500-dən artıq köhnə terrikonlar mövcuddur. Burada ən çox meşəsalma rekultivasiyasından isti-
fadə olunur. Burada həmçinin stadionlar, su hövzələri, ayaq xizəyi sürmək üçün təpələr yaradılır. Rekultivasiya
olunmuş ərazilərdən rekreasiya məqsədilə istifadə olunur.
İngiltərədə yeraltı tullantılar olan ərazi yaşayış, sənaye və digər tikililərlə yanaşı idman qurğuları və parklar
altında istifadə edilir. Terrikonların materialından yol salma işlərində və yeraltı qazıntılar zamanı çökən sahələ-
rin doldurulmasında geniş istifadə olunur.
Eroziyaya uğramış sahələrin rekultivasiyası
Krupenikov (2001) eroziyaya uğramış, üst münbit qatı yuyulmuş sahələri «torpaqlaşdırma» (zemlevanie)
yolu ilə rekultivasiya aparmaq üzrə Moldoviyada maraqlı tədqiqatlar yerinə yetirmişdir. O, «torpaqlaşdırma»
üsulundan istifadə edib bəhrəsiz sahələrdə bitki yetişdirmək, bağ salmaq işlərinin çox qədim dövrə aid olduğunu
göstərir və buna bir neçə misallar gətirir. Onlardan bəzisini qeyd edək. Eramızdan əvvəl IX əsrdə tikilmiş Assi-
riya Çaricası (məlikə) Semiramida və ya Şammuramatın «Qədim Dünyanın», «Yeddi möcüzəsindən biri asılı
bağlar» buna bir misaldır. Bu bağlar başqa yerdən gətirilmiş münbit torpaqlardan yaradılan terraslarda salınmış-
dır. Orada dekorativ və meyvə ağacları əkilmişdir. Bağ süni suvarılmışdır. Müəllif eramızın I əsrində Yunanıs-
tanda və Romada torpaqların rekultivasiya olunmasını göstərir. O, rekultivasiya məqsədilə münbit torpaq qatı-
nın okean və dənizlərlə uzaq məsafələrə daşındığını qeyd edir, məsələn , Sakit okeanın vulkanik adası olan Tai-
tidə münbit torpaq örtüyündən məhrum olan 100-300 km məsafayə – Mərcan atollasına daşınmıışdır. Ada əhali-
si qədim vaxtlardan Taitadan yelkənli kiçik gəmilərlə gətirdiyi münbit torpaqla əhəng daşı sahəsinin üzərini ört-
müş və orada kokos palması, manqo, papayya və başqa bitkilər becərilmişdir.
Digər bir misal. Yadoqa gölünün daşlı Vaalam adasının yuxa torpağında (25 sm-ə qədər) XVI əsrdə monastr
təşkil olunur, o, hazırda da mövcuddur. Burada rahiblər əsrlər boyu müxtəlif aqrotexniki üsullar tətbiq etməklə
(gübrə vermək və Kereliya bərzəxindən münbit torpaq gətirməklə) kasıb torpağı yaxşılaşdırmışlar. Rahiblərin
böyük zəhmət və xərc bahasına sərt şimal şəraitində yaratdıqları süni torpaqda alma (60 sort), gavalı bağları sa-
lınmış, qarpız, müxtəlif tərəvəz bitkiləri yetişdirilmiş, heyvandarlıqla məşğul olmuşlar. (Vaseneva, 1990, səh.
75).
V.V. Dokuçayev 1898-ci ildə Dağıstana səyahət etdiyi zaman Qunib dağlarının yüksəkliklərində təbii torpa-
ğın olmadığını qeyd edir və yazır ki, burada yerli əhali aşağıda yerləşən vadilərdən çox böyük zəhmətlə münbit
torpağı daşıyaraq daxmalarının üstünə tökür və orada qarğıdalı yetişdirir. Krupenikov (2001) yazır: Dokuçaye-
vin məlumatlarına görə Lev Tolstoy belə süni torpağı İtaliya dağlarında gördüyünü ona danışmışdır. (Dokuça-
yev, 1900).
M.N.Zaslavsi (1987), A.P.Klopotovski (1981), İ.A. Krupenikov (2001), İ.A. Krupenikov,M.D.Voloşuk,
A.M.Xolmetski, Y.P. Petrov (1978) və başqa tədqiqatçılar Moldaviyada orta və şiddətli yuyulmuş sahələrin
«torpaqla örtülmüşü»ndə tikintilər altından götürülmüş humuslu torpaq materialından istifadə olunması kifayət
qədər effektli nəticə verdiyini qeyd edirlər.
Eroziyaya uğramış torpaqların rekultivasiyası məqsədilə tikinti altındakı torpaq qatından başqa, Moldaviya-
da yuyulub gətirilmiş – delyuvial torpaq qatından, göl və su anbarlarının lil çöküntülərindən də kənd təsərrüfatı
bitkilərinin becərilməsində istifadə olunmuş və müsbət nəticə vermişdir. Moldaviyada aparılan uzunmüddətli
təcrübələrin (tədqiqatların) nəticələri göstərdi ki, şiddətli eroziyaya uğramış sahələrdə «torpaqlaşdırma» rekulti-
vasiya üsulundan istifadə etdikdə buğda, qarğıdalı və günəbaxan bitkilərinin məhsuldarlığı 1,5 – 2,0, bəzən 3,0
dəfəyə qədər artmışdır. Bu üsuldan istifadə etdikdə eroziyaya məruz qalmış torpaqlarda üzümün məhsuldarlığı 4
dəfə, meyvə bağlarınki 75% artmışdır.
Rekultivasiyanın sanitar - gigiyena və
proflaktik istiqaməti
Sənaye fəaliyyətinin təsirilə pozulmuş landşaftların rekultivasiyası zamanı sanitar-gigiyena vəzifələri – su və
külək eroziyasının qarşısını almaq, bununla da ətraf mühitin çirklənməsinin qarşısını almaq ön plana çəkilir.
Məsələn, ABŞ-ın Miçiqan ştatında açıq üsulla dəmir filizi istehsalı zamanı yaranmış tullantılarda güclü külək
eroziyası baş vermişdir. Onları bərkitmək üçün yonca, rayqras, çobantoxmağı, sürünən yonca ot qarışığı səpi-
nindən və ağac və kol cinslərinin əkinindən istifadə edilmişdir. Bitkilərin böyümə şəraitini yaxşılaşdırmaq və
tullantı laylarının səthini bərkitmək üçün layların üstünə gübrə və taxta kəpəyi (qalınlığı 15 sm-ə qədər) verilir.
ABŞ-da tullantıların səthini bərkitmək üçün mulça kimi ağac yonqarından, kövşəndən, meşə döşənəyindən də
geniş istifadə olunur.
Eroziyaya qarşı mübarizə məqsədilə layların yamaclarında terraslar düzəldilərək ot səpini və meşəsalma işlə-
ri aparılır. Bu məqsədlə kök sistemi güclü inkişaf edən ağac cinslərinə (söyüd və qovaq növləri, ağ akasiya, qızı-
lağac, çaytikanı və s.) üstünlük verilir.