MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə126/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   ...   122   123   124   125   126   127   128   129   ...   228

 

242


məlumatına görə çoxillik otlar altında 8 il ərzində 3-4 sm qalınlığında çürüntü, 3-4 sm qalınlığında isə keçid ho-

rizontu əmələ gəlir. Çürüntü qatında humus 4%-ə, keçid horizontda isə 1,5%-ə çatır.

 

ABŞ-da əsasən münbit tullantı laylarından kənd təsərrüfatında istifadə olunur. Bu ərazilər əsasən biçənək və 



otlaq kimi istifadə edilir. Belə sahələrə paxlalı-taxıl otları səpilir. Onlardan topal, rayqras, çobantoxmağı, yonca, 

çöl noxudu, qurdotu (yoncavar) və s. qeyd etmək olar. Turş süxurlara əhəng və gübrə (N:P:K=10:10:10) – 400 

sent/ha miqdarında verilir. 

Bərpa olunan ərazilərin otlaq kimi istifadə olunması onun yaxşılaşdırılmasına çəkilən xərci ödəyir. Belə ot-

laqlar təbii otlaqlardan da məhsuldar olur. 

Tullantı laylarında meşəsalma 

Tullantı laylarının meşələşdirilməsi işləri ilə rekultivasiyası hələ XIX əsrin ortalarından məlumdur. XIX əs-

rin sonu, XX əsrin əvvəlində Almaniyada (Reyn qonur kömür və Pursk daş kömür hövzəsi), İngiltərə və ABŞ-

da sənaye tullantı laylarının yaşıllaşdırılması aparılmışdır. Limistrom (1960) 1960-cı illərin meşə əkinlərini təd-

qiq edərək qeyd edir ki, açılmış layların əksəriyyəti meşə əkini üçün yararlıdır. Piritlə zəngin süxurlar bu baxım-

dan müstəsnalıq təşkil edir. PH-ın kənar qiymətləri (pH (3,0 və ya 9,0)) meşə bitkisinə mənfi təsir göstərir. Ağac 

cinslərinin bitiş faizi və böyüməsi əsasən qrunt qarışığının mexaniki quruluşundan və onun turşuluğundan (pH) 

asılıdır. Ağac və kol bitkiləri gillicə və gilli mexaniki tərkibdə yaxşı, qumda isə pis inkişaf edir. İynəyarpaqlı  

cinslər üçün pH –ın optimal qiyməti 4,5-6,0, enliyarpaqlılar üçün isə 6,0-7,5 hesab olunur. 

Ağac və kol cinslərinin seçilməsində  həmin rayonun fiziki-coğrafi  şəraitinə uyğun olan yerli ağac və kol 

cinslərinə üstünlük verilməlidir. 

ABŞ-ın mərkəzi ştatlarında töküntü qruntlarda azot toplama qabiliyyətinə malik olan ağ akasiyaya böyük fi-

kir verilir. Ağ akasiya töküntülərdə tez köklənərək əkilən digər ağac cinslərini də iqlimin və eroziyanın mənfi 

təsirlərindən qoruyur. Akasiya qısa bir vaxtda torpağı sıx vegetativ kök sistemləri ilə örtür və belə bitmə şərai-

tində ən yaxşı «pioner»  bitki kimi özünü göstərir, 50-70% bitiş verir, turş qruntlarda digər ağac və kollara nis-

bətən yaxşı bitir.

 

Dərin qazıntılar müstəsna olmaqla tikinti materialları istehsal edən karxanalarda da meşəsalma işləri aparılır. Bu 



karxanalarda iş dayandırıldıqdan sonra su hövzəsi altında istifadə oluna bilər. Qum və çınqıl karxanaları  istifadədən 

çıxdıqdan sonra orada tozağac, müxtəlif şam  ağacı növləri, sərv, çaytikanından istifadə edərək yaşıllaşdırıla bilər. 

Çox toksik süxurlar olan tullantılarda kimyəvi meliorasiya aparılmalı və üzəri meşə əkini üçün yararlı olan 

süxurlarla (və ya torpaqla) örtülməlidir. Çübrələrdən istifadə etdikdə və cərgə aralarında lüpin və xəşənbülün sə-

pini ağac və kol bitkilərinin böyümə və inkişafını  2 dəfəyə qədər artırır.  

Su təsərrüfatı və tikinti rekreasiya məqsədli rekultivasiya 

Açıq üsulla istehsal zamanı pozulmuş landşaftların rekultivasiyasının ən yayılmış istiqamətlərindən biri iş-

lənmiş karxanaların və tullantı layların yerində müxtəlif təyinatlı istirahət zonası, su anbarı, hovuz, meşə-park 

zonası və ovçuluq təsərrüfatı yaratmaqdır.Bu məqsədlə, xüsusilə tikinti materialları karxanaları və onlara bitişik 

pozulmuş ərazilərdən istifadə olunur. 

ABŞ-da Oqayo ştatında açıq daş kömür yataqlarında 10 min ha sahədə istirahət zonası yaradılmışdır. Burada 

300-ə qədər süni göl yaradılaraq 26 milyondan çox ağac əkilmişdir. Rekultivasiyaya çəkilən xərclər ova və ba-

lıqçılığa satılan lisenziyadan gələn gəlirlə ödənilir. Açıq karxanalar və tullantı layları ərazisində su anbarları və 

istirahət zonaları salmaq istiqamətində rekultivasiya işləri Avropa ölkələrində geniş yer tutur. Estoniya, Molda-

viya və Uralda faydalı qazıntılar çıxarılaraq pozulmuş ərazilərdə su hövzələri, parklar, idman qurğuları yaradılır.

 

 

Faydalı qazıntıların yeraltı istehsalı zamanı 



pozulmuş sahələrin rekultivasiyası 

Faydalı qazıntıların yeraltı üsulla çıxarılması  əsasən yer səthinin çökməsi və ərazinin qeyri filiz layları ilə 

çirklənməsi şəklində pozulur. Səthin çökməsi dərinliyə görə müxtəlif ola bilər (kiçik çökəklikdən və muldaşəkil-

li qırışıq çökəklikdən, dərinliyi bir neçə 10 metr olan iri uçquna qədər), bu faydalı qazıntının yerləşmə şəraitin-

dən asılıdır. 

Şaxtalardan çıxan boş süxurların (terrikonlar) tərkibində bir sıra toksik elementlər olur, onlar həmçinin yük-

sək potensial münbitliyə də malik olur və gələcəkdə bitki yetişdirmək üçün yararlı ola bilər. Bəzi terrikonlarda 

isə 30-40 (50) il keçdikdən sonra təbii bitki örtüyü bitməsi prosesi başlayır. Donbasda terrikonların 86%-i bitki 

örtüyündən məhrumdur, 10%-də qismən, 4%-də isə bitki örtüyü yaxşı inkişaf etmişdir. 

Təcrübələr göstərir ki, yüksək turşuluğu (pH=3,0-4,0) olan terrikonlarda ağ akasiya, ağ tut, qarağat, lələkağa-

cı və kanada qovağı özünü daha dözümlü göstərir. 

Əkin quyularına gübrə verdikdə  ağac və kolların inkişafını sürətləndirir. Terrikonlarda eroziya prosesinin 

qarşısını almaq üçün ağac və kol bitkilərindən başqa ot səpini  də təklif olunur. 

Şəhər  ərazisində  və yaşayış  məntəqələrinin yaxınlığında yeraltı qazıntılarından pozulmuş sahələrdə idman 

qurğuları, su hövzələri, parklar, yaşayış və sənaye tikintiləri yaradılır. 



 

243


Şaxta tullantıları yamaclarının yaşıllaşdırılmasında münbit torpaqla yanaşı xırdalanmış torf, kompost da veri-

lir. Tullantı yamaclarda kövşən (saman) verilməsi də təcrübədən keçirilir (1 ha-ya 2-4 ton). Kövşən çürüdükdən 

sonra ora ağac və kol cinslərinin çilingləri basdırılır. 

Almaniyada 500-dən artıq köhnə terrikonlar mövcuddur. Burada ən çox meşəsalma rekultivasiyasından isti-

fadə olunur. Burada həmçinin stadionlar, su hövzələri, ayaq  xizəyi  sürmək üçün təpələr yaradılır. Rekultivasiya 

olunmuş ərazilərdən rekreasiya məqsədilə istifadə olunur. 

İngiltərədə yeraltı tullantılar olan ərazi yaşayış, sənaye və digər tikililərlə yanaşı idman qurğuları və parklar 

altında istifadə edilir. Terrikonların materialından yol salma işlərində və yeraltı qazıntılar zamanı  çökən sahələ-

rin doldurulmasında geniş istifadə olunur. 

 

Eroziyaya uğramış sahələrin rekultivasiyası

        

Krupenikov (2001) eroziyaya uğramış, üst münbit qatı yuyulmuş  sahələri «torpaqlaşdırma» (zemlevanie) 

yolu ilə rekultivasiya aparmaq üzrə Moldoviyada maraqlı  tədqiqatlar yerinə yetirmişdir. O, «torpaqlaşdırma»  

üsulundan istifadə edib bəhrəsiz sahələrdə bitki yetişdirmək, bağ salmaq işlərinin çox qədim dövrə aid olduğunu 

göstərir və buna bir neçə misallar gətirir. Onlardan bəzisini qeyd edək. Eramızdan əvvəl IX əsrdə tikilmiş Assi-

riya Çaricası (məlikə) Semiramida və ya Şammuramatın «Qədim Dünyanın», «Yeddi möcüzəsindən biri asılı 

bağlar» buna bir misaldır. Bu bağlar başqa yerdən gətirilmiş münbit torpaqlardan yaradılan terraslarda salınmış-

dır. Orada dekorativ və meyvə ağacları əkilmişdir. Bağ süni suvarılmışdır. Müəllif eramızın I əsrində Yunanıs-

tanda və Romada torpaqların rekultivasiya olunmasını göstərir. O, rekultivasiya məqsədilə münbit torpaq  qatı-

nın okean və dənizlərlə uzaq məsafələrə daşındığını qeyd edir, məsələn , Sakit okeanın vulkanik adası olan Tai-

tidə münbit torpaq örtüyündən məhrum olan 100-300 km məsafayə – Mərcan atollasına daşınmıışdır. Ada əhali-

si qədim vaxtlardan Taitadan yelkənli kiçik gəmilərlə gətirdiyi münbit torpaqla əhəng daşı sahəsinin üzərini ört-

müş və orada kokos palması, manqo, papayya və başqa bitkilər becərilmişdir. 

Digər bir misal. Yadoqa gölünün daşlı Vaalam adasının yuxa torpağında (25 sm-ə qədər) XVI əsrdə monastr 

təşkil olunur, o, hazırda da mövcuddur. Burada rahiblər əsrlər boyu müxtəlif aqrotexniki üsullar tətbiq etməklə 

(gübrə vermək və Kereliya bərzəxindən münbit torpaq gətirməklə) kasıb torpağı yaxşılaşdırmışlar. Rahiblərin 

böyük zəhmət və xərc bahasına sərt şimal şəraitində yaratdıqları süni torpaqda alma (60 sort), gavalı bağları sa-

lınmış, qarpız, müxtəlif  tərəvəz  bitkiləri yetişdirilmiş, heyvandarlıqla məşğul olmuşlar. (Vaseneva, 1990, səh. 

75). 

V.V. Dokuçayev 1898-ci ildə Dağıstana səyahət etdiyi zaman Qunib dağlarının yüksəkliklərində təbii torpa-

ğın olmadığını qeyd edir və yazır ki, burada yerli əhali aşağıda yerləşən vadilərdən çox böyük zəhmətlə münbit 

torpağı daşıyaraq daxmalarının üstünə tökür və orada qarğıdalı yetişdirir. Krupenikov (2001) yazır: Dokuçaye-

vin məlumatlarına görə Lev Tolstoy belə süni torpağı İtaliya dağlarında gördüyünü ona danışmışdır. (Dokuça-

yev, 1900).  

M.N.Zaslavsi (1987), A.P.Klopotovski (1981), İ.A. Krupenikov (2001), İ.A. Krupenikov,M.D.Voloşuk, 

A.M.Xolmetski, Y.P. Petrov (1978) və başqa tədqiqatçılar Moldaviyada orta və  şiddətli yuyulmuş sahələrin 

«torpaqla örtülmüşü»ndə tikintilər altından götürülmüş humuslu torpaq materialından istifadə olunması kifayət 

qədər effektli nəticə verdiyini qeyd edirlər.  

Eroziyaya uğramış torpaqların rekultivasiyası məqsədilə tikinti altındakı torpaq qatından başqa, Moldaviya-

da yuyulub gətirilmiş – delyuvial torpaq qatından, göl və su anbarlarının lil çöküntülərindən də kənd təsərrüfatı 

bitkilərinin becərilməsində istifadə olunmuş  və müsbət nəticə vermişdir. Moldaviyada aparılan uzunmüddətli 

təcrübələrin (tədqiqatların) nəticələri göstərdi ki, şiddətli eroziyaya uğramış sahələrdə «torpaqlaşdırma» rekulti-

vasiya üsulundan istifadə etdikdə buğda, qarğıdalı və günəbaxan bitkilərinin məhsuldarlığı 1,5 – 2,0, bəzən 3,0 

dəfəyə qədər artmışdır. Bu üsuldan istifadə etdikdə eroziyaya məruz qalmış torpaqlarda üzümün məhsuldarlığı 4 

dəfə, meyvə bağlarınki 75% artmışdır.  

 

Rekultivasiyanın  sanitar - gigiyena  və   

proflaktik  istiqaməti 

Sənaye fəaliyyətinin təsirilə pozulmuş landşaftların rekultivasiyası zamanı sanitar-gigiyena vəzifələri – su və 

külək eroziyasının qarşısını almaq, bununla da ətraf mühitin çirklənməsinin qarşısını almaq ön plana çəkilir. 

Məsələn, ABŞ-ın Miçiqan ştatında açıq üsulla dəmir filizi istehsalı zamanı yaranmış tullantılarda güclü külək 

eroziyası baş vermişdir. Onları bərkitmək üçün yonca, rayqras, çobantoxmağı, sürünən yonca ot qarışığı səpi-

nindən və ağac və kol cinslərinin əkinindən istifadə edilmişdir. Bitkilərin böyümə  şəraitini yaxşılaşdırmaq və 

tullantı laylarının səthini bərkitmək üçün layların üstünə gübrə və taxta kəpəyi (qalınlığı 15 sm-ə qədər) verilir. 

ABŞ-da tullantıların səthini bərkitmək üçün mulça kimi ağac yonqarından, kövşəndən, meşə döşənəyindən də 

geniş istifadə olunur.  

Eroziyaya qarşı mübarizə məqsədilə layların yamaclarında terraslar düzəldilərək ot səpini və meşəsalma işlə-

ri aparılır. Bu məqsədlə kök sistemi güclü inkişaf edən ağac cinslərinə (söyüd və qovaq növləri, ağ akasiya, qızı-

lağac, çaytikanı və s.) üstünlük verilir. 




Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə