MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə122/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   ...   118   119   120   121   122   123   124   125   ...   228

 

235


qurğularının kifayət qədər mükəmməl olmadığı  ərazilərdə, xüsusən də  Şirvan düzündə özünü daha qabarıq 

şəkildə göstərmişdir.  

Torpaqları duzlardan yuyub təmizləmək üçün onun hansı dərəcədə şorlaşdığını bilmək lazımdır. Torpaqda 

olan duzların miqdarı şərti olaraq müəyyən hədlərə bölünür və onlara adlar verilir. Buna torpaqların şorlaşma 

dərəcəsinə görə təsnifatı deyilir. Təsnifatın əsasını bitkilərin düzlara davamlılıq qabiliyyəti və onların buraxıla 

bilən həddi təşkil edir. Kənd təsərrüfatı bitkiləri duza davamlılığına görə üç qrupa bölünür (cədvəl 12.5.). 



 

Cədvəl 12.5.  

Bitkilərin duza davamlılığı (Orohenie, Spravoçnik, 1980) 

 

Duza zəif 

davamlı  

Duza orta 

davamlı  

Duza davamlı  

üçyarpaq yonca  

buğda 

şəkər çuğunduru  



yonca küncüt yem 

çuğunduru  

Esparset (xaşa) soğan düyü 

alma pambıq qarpız 

alça 

əncir yemiş 



 armud 

nar 


 tut 

 

 



 Respublikamız üçün torpaqların duz miqdarı  və tipinə görə  təsnifatını  təyin etmiş Q.Əzizov (1999) 

tərəfindən torpaqlar şorlaşma tipinə görə sodalı, xlorlu, sulfatlı-xlorlu, xlorlu-sulfatlı  və sulfatlı tipə 

bölünmüşdür. Bu təsnifat respublikamız üçün təklif edilmiş  təsnifatlardan (V.R.Volobuyev, 1948, 1965) 

fərqlənsə də, bütövlükdə real vəziyyəti düzgün əks etdirir (cədvəl 12.6.).  

Duzluluq dərəcəsi zəhərlilik göstəriciləri ilə xarakterizə olunur. Suda asan həll olunan duzlardan NaCl, 

Na

2



SO

4

, MgCl



2

, CaCl


2

, MgSO


4

, Na


2

CO

3



, Na(HCO

3

)



2

 bitkilər üçün daha zəhərlidir.  

 



 

236


Cədvəl12.6.  

Torpaqların duz miqldarı və tipinə görə təsnifatı, % 

 

Qradasiyanı

n adları  

Duz tipi 

sodalı xlorlu 

sulfatlı-

xlorlu 

xlorlu-

sulfatlı 

sulfatlı  

şorlaşmamış <0,15  <0,2  <0,25 <0,4 <0,6-1,0 

zəif şorlaşmış 

0,15-


0,3 

0,2-0,4 0,25-0,5  0,4-0,8 1,0-1,5 

orta 

şorlaşmış 



0,3-0,5 0,4-0,8 0,5-1,0  0,8-1,5 1,5-2,0 

şiddətli 

şorlaşmış 

0,5-0,8 0,8-1,2 1,0-2,0  1,5-2,5 2,0-3,0 

şoranlar 

  >0,8 >1,2 >2,0  >2,5 >3,0 



 

Torpaqların yuyulmasında başlıca məqsəd duzları bitki kökləri yayılan torpaq qatından kənar etməkdir. 

Bitki kökləri yayıla bilən qat dedikdə, əsasən, torpağın bir metrlik üst qatı nəzərdə tutulur. Çünki, əksər kənd 

təsərrüfatı bitkilərinin kök sistemi ya tamamilə  və ya da onun əsas hissəsi bir metrlik qatda yerləşir. Bu qata 

hesabat qatı deyilir. Yüngül və orta mexaniki tərkibli torpaqların susızdırma qabiliyyəti böyük olduğu üçün 

onları duzlardan təmizləmək asandır.  

Odur ki, bu amilləri nəzərə alaraq müvafiq meliorativ tədbirlərin xüsusiyyətləri əsas götürülməklə Kür-Araz 

ovalığında  şorlaşmış torpaqlar şərti olaraq üç səciyyəvi qrupa ayrılmışdır (MPAbduyev, 1968, 1977; 

Ə.Q.Behbudov, M.K.Rəhimov, X.F.Cəfərov, 1973; Ə.Q.Behbudov, X.F.Cəfərov, 1980; A.K.Alimov, 1997): 

1. Yüngül qranulometrik tərkibli, yüksək su sızdırma qabiliyyətli, asan həll olunan (xlorlu, sulfatlı-xlorlu) 

şorlaşmış torpaqlar. bu torpaqlar şimali və mərkəzi Muğanda, Salyan düzündə, cənubi-şərqi Şirvanda və Şirvan 

düzünün Kür sahili zonasında yayılmış  və inzibati baxımdan Sabirabad, Salyan, Neftçala və  Zərdab inzibati 

rayonlarını  əhatə edirlər. Bu torpaqların yuyulmasında su itkilərinə yol verilməməsi və yüksək meliorativ 

səmərənin  təmin olunması çox vacibdir. Bu baxımdan zolaqlarla və fasiləli yuma texnologiyası özünü 

doğrultmuş və səmərəliliyi təsdiq olunmuşdur.  

Zolaqlarla yuma texnologiyasının mahiyyəti ondan ibarətdir ki, ümumi qaydada yuma üçün hazırlanmış 

sahə drenarası məsafədən asılı olaraq, drenlərə paralel 3-5 zolağa bölünür. Mərkəz hissədə eni 100, kənarlarda 

isə 50 metrlik zolaqlar ayrılır. Yuma əvvəlcə  mərkəz zolağın suya basdırılması ilə başlayır, ikinci mərhələdə 

orta, üçüncüdə isə kənar zolaqlar suya basdırılmaqla davam etdirilir.  

Fasiləli yuma texnologiyasında sahə ümumi qaydada yumaya hazırlanır. Ləklər suya basdırılaraq suyun 

səthdən hopması və qrunt suları səviyyəsinin 1,5-2,0 m dərinliyinə düşməsinədək fasilə verilir. Bundan sonra 

sahəyə yenidən su verilir. bu qayda ilə yuma hesabat norması verilib qurtarana kimi davam etdirilir.  

Hər iki üsulun tətbiqi  nəticəsində yuma suyunun artıq məsrəfinin qarşısı alınır, sahə barəbar səviyyədə 

duzlardan təmizlənir, yumanın səmərəliliyi yüksək olur.  

2. Ağır qranulometrik tərkibli, zəif su sızdırma qabiliyyətli, xlorlu-sulfatlı və sulfatlı neytral şorlaşma növlü 

torpaqlar. Bu torpaqlar əsasən Qarabağın şimal-qərbində (Yevlax, Tərtər, qismən Bərdə rayonları), Kür sahili 

zona istisna olmaqla Şirvan düzündə (Ağdaş, Göyçay, Ucar, Kürdəmir, Hacıqabul, Ağsu rayonları) və cənubi 

Muğanda (Biləsuvar və Cəlilabad rayonları) yayılmışdır.  

Zəif su sızdırma qabiliyyətli ağır torpaqlarda zəif su hopdurma, struktursuzluq, qaysaqbağlama, suyu və 

duzu özündən çətinliklə vermək və s. kimi səciyyəvi xüsusiyyətlər mövcuddur. Bu xüsusiyyətlərin olması həmin 

torpaqların meliorasiyasını xeyli çətinləşdirir; lazım olan suyun verilməsi və torpaqdan duzların yuyulub kənar 

edilməsi çox vaxt tələb edir. Ağır qranulometrik tərkibli  şorlaşmış torpaqların kənd təsərrüfatı bitkiləri üçün 

istifadəyə yararlı hala salınmasında, yüngül torpaqlardan fərqli olaraq, bu şəraitdə əlavə meliorativ tədbirlərin 

tətbiqi lazım gəlir. Torpaqların susızdırma qabiliyyəti, zəif sukeçirən qatın qalınlığı  və yerləşməsi, yuma 

normasının həcmi və s. əlamətlərindən asılı olaraq ikinci qrup torpaqlarda əsaslı yumalar aşağıdakı 

texnologiyalarla aparılır: 

- süzülmə əmsalı 0,10-0,30 m/sut, hesabat yuma normasının həcmi 10 min m

3

/ha- qədər olan torpaqlarda 



əsaslı yuma adi qaydada – yuma suyunu ləklərə verməklə aparılmalıdır; 

- süzülmə əmsalı 0,10-0,30 m/sut, hesabat yuma normasının həcmi 10-30 min m

3

/ha olan torpaqlarda əsaslı 



yuma əlavə tədbir olaraq, müvəqqəti dayaz drenlər tətbiq etməklə aparılır; 

- süzülmə əmsalı 0,05-0,10 m/sut, zəif su keçirən qatın yerin səthindən dərinliyi 0,6-0,7 m-dən az, hesabat 

yuma normasının həcmi 10 min m

3

/ha-dan az olan halda əsaslı yuma qabaqcadan dərindən yumşaldılmış 



torpaqda adi qaydada aparılır; 


Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə