55
Məhlul halında olan məhsullardan nümunəni
xüsusi cihazlar vasitəsi ilə vaxtının konstruksiyası
içərisində porşeni və şarlı klapanı olan turbacıqdan
istifadə etməklə götürürlər. Kisələrdə olan dənəvari
məhsullardan kisənin yuxarısından, ortasından və aşağı
qatından şuplar vasitəsi ilə götürülər.
Kartof və tərəvəzlərdən götürülmüş orta
nümunələr diqqətlə kənar qarışıqlardan təmizlənir.
Sonra yuyularaq silinir və qurudulur. Hər bir kartof
yumurusu kökümeyvə uzununa 4 bərabər hissəyə
bölünərək hər nümunədən ¼ götürülür sürtgəcdən
kecirilir və qarışdırılır. Ağzı örtülən qaba yığılır.
Baş kələm başları da dörd bərabər hissəyə
bölünür və ¼ götürülür bıçaqla xırdalanır. Baş
soğanlardan görülmüş nümunələr təmizlənir 4 hissəyə
bölünərək bir hissə götürülür, bıçaqla xırdalanır.
Püreyə bənzər ərzaqlar, tomat-pastadan nümunə
götürülməzdən qabaq xırda dəmir mala və ya bıçaqla
diqqətlə qarışdırılaraq sonra nümunə götürülürlər.
Analiz üçün götürülmüş ərzaq nümunələr ağzı kip
bağlanan şüsə qablarda saxlanılır.
56
Müxtəlif tərəvəz bitkiləri məhsullarının lazım olan
əsas keyfiyyət analizləri
№
Məhsullar
Quru madd
ə %
Şə
k
ərl
ərin
mi
q
dar
ı %
Ni
şasta
Tur
şululuq %
S-vitamini mq%
karotin
Seleüloza
Zülal
Nitratlar mq
kq
1 Pomidor + + - + + - - - +
2 Xiyar + + - - + - - - +
3 Gül
kələm + - - + + - + + +
4 Ağbaş
kələm
+ + - + + - + + +
5 Soğan + + - - + - - - +
6 Göy
noxud + + + - + - - + +
7 Lobya +
- - -
+
-
+
+
+
8 Kök +
+
-
-
-
+
+
-
+
9 Mətbəx
çuğunduru
+ + - - + - + - +
10
Şirin bibər + + - - + + - - +
11
Badımcan + + - - - - - - +
12
Göy
qabaq + - - - + - - - +
13
Şəkərli
qarğıdalı
+ + + - + - + - +
14
İspanaq + - - + + + - - +
15
Ravənd + + - + + - + - +
16
Qarpız + + - + + - - - +
17
Yemiş + + + - - + - - +
18
Qabaq + + + - - + - - +
19
Cəfəri +
+
-
-
+
+
-
-
+
20
Kərövüz
+
+
-
-
+
+
-
-
+
21
Turp +
+
-
-
+
-
+
-
+
57
Orqanoleptik üsülla keyfiyyətə nəzarət
Tərəvəz məhsullarının keyfiyyətinə nəzarət
fiziki-kimyəvi üsullarla yanaşı orqanoleptik
qiymətləndirmə üsulundan da istifadə olunur. Bu
üsulla məhsulun istehsal dəyəri qiymətləndirilir.
Orqanoleptik qiymətləndirmə hiss üzvülərinin
köməyi ilə həyata keçirilir: görmə, dada baxma,
iyləmə, və s. Görmənin köməyi ilə vizual olaraq
məhsulun rəngi, xarici görkəmi, forması şəfafflığı
öyrənilir. Eyni zamanda məhsulun dad keyfiyyəti,
şirinliyi, duzluluğu acılığı, turşuluğu müəyyən olunur.
Toxunaraq hiss etməklə məhsulun özlülüyü, bərkliyi,
sıxılma nəticəsində deformasiyaya uğraması haqqında
müəyyən məlumatlar əldə olunur.
Bu metodla analiz aparmaq üçün kimyəvi
maddələrdən və cihazlardan istifadə olunur. Lakin işi
yüngülləşdirmək üçün bir sıra prossedurlar, işıq
qızdırmadan istifadə olunur.
Yeyinti məhsullarının keyfiyyət analizlərini
orqanoleptik göstəricilərin təyini ilə başlayırlar.
Sonrakı mərhələdə fiziki-kimyəvi analizləri həyata
keçirirlər.
Hazır məhsulların orqanoleptik göstəricilərini
dada baxma (dequstasiya) yolu ilə keyfiyyət
göstəricilərinin standartların və texniki şərtlərin
tələbatına uyğunluğu müəyyən olunur. Bunun üçün
ərzaq məhsullarının keyfiyyəti beşballı şkala ilə
qiymətləndirilir. Bu şkala keyfiyyətin 5 əsas
58
səviyyəsini əhatə edir. Çox yaxşı-5 qiymət; yaxşı-4
qiymət; kafi-3 qiymət; qeyri kafi-2 qiymət; pis-1
qiymətlə qiymətləndirilir. 5 ballı, qiymətləndirmə ilə
məhsulun qiymələndirilməsi yüksək ixtisaslı
dequstatorlar tərəfindən həyata keçirilir.
Orqanoleptik qiymətləndirmə zamanı ardıcıllığa
rəyət olunması məsləhət görülür.
Əvvəlcə vizual göstəricilər baxmaqla-xarici
görnüş, forma, rəng, şəffaflıq və s; sonra iyi, qatılıq və
dadı, tamı müəyyən edilir.
Fiziki-kimyəvi tədqiqat üsulları
Tərəvəz məhsullarının kimyəvi tərkibinin
öyrənilməsində vitaminlərin, turşuların, ümumi
turşululuğun, fəal turşululuğun, üzvi turşuların,
şəkərlərin təyin olunmasında kimyəvi tədqiqat
üsullarından istifadə olunur.
Ərzaq məhsullarının sıxlığı, tərkibindəki quru
maddənin miqdarı və digər fiziki göstəricilər fiziki
tədqiqat üsulları ilə təyin edilir.
Mayelərin sıxlığının areometrlə təyini
Arlometr silindrik şüşə formalı hər iki ucu
qaynaqlanmış bağlı çubuqdur. Bu cihazın yuxarı
hissəsi nazik boğazdan ibarətdir ki, bu da dərəcələrə
bölünmüş şkaladır. Aşağı hissəsi isə içərisi
doldurulmuş kürəcikdir.