23
Ondan sonra, kəndimizdən başqa kəndlərə yollar gedirdi. Uzun-
uzun yollar idi. Yolların qırağında yenə də balaca təpələr
olurdu və
dağlar olurdu. Yollar da bir-birinə calanardı. Qəribə-qəribə zəncir
halqası yaranırdı, əl-ələ verirdilər, qol-qola gəzirdilər, yallı gedirdilər
yollar – dəhşətli dərəcədə bir-birinə doğma. İstəyirdim ki, o yollara
nəsə yaxşı bir söz deyəsən, onlara bir nəğmə qoşasan, onları bir
oxşayasan, bağrına basasan, deyəsən: “A yollar, bilirsənmi ki, sən
mənim üçün nəsən?!”
Həm də kəndimizdə kolxoz var idi, həm də kəndimizdə kənd soveti
var idi, kəndimizdə kolxozun briqadiri var idi, kolxozun hesabdarı var
idi. Bütün bunlar hamısı o dağa qarşıydı, o yola qarşıydı, o fikirlərə
qarşıydı. Hamısı kobud, hamısı murdar, hamısı ictimai – yamaq kimi.
Səhər o başdan bağırırdılar: “İşə gəl, işə gəl, a köpək qızı!” Az
qalırdım ki, bağıram, qışqıram: “A korlar, a itlər, görün bir Çay nə
danışır, görün bir Qaya nə danışır!”
Elə bilirdim ki, mənə yəqin dəli
deyəcəklər.
Bütün bu ictimai həyat hamısı kəndə qarşıydı. Kəndin gözəlliyinə
qarşıydı, qürub çağına qarşıydı. Hamı, bəzən müharibədən qalanlar
qadınların başına min oyun açırdılar – kolxoz sədrləri, kəndxudalar...
Kimsə başqa qadınların qapısını döyürdü. Çox pis təsir eləyirdi mənə.
Və həmin kənddə də ilk sevgi yarandı, qəribə bir vəziyyətdə. Bunu
sevgi adlandırmaq da mümkün deyil, amma hər halda o yaranmışdı.
İndi başa düşürəm ki, həmin qayanın möcüzəsiydi o, təbiətin möcüzə-
siydi o, meşənin möcüzəsiydi, tək bir qadına olan deyildi o. Günlərin
bir günündə bizə bir qız gəldi (deyəsən kürd idi, bizim evdə qalan bir
kirayəçinin bacısı idi), onunla mən bir-iki dəfə söhbət elədik, bizim
bağçada. İntəhası, o söhbətə Qaya daxil olurdu,
o söhbətə Çay daxil
olurdu, o söhbətə Göy daxil olurdu, o söhbətə yollar daxil olurdu.
Söhbət birdən də çözələnirdi, çözələndikcə ipəkləşirdi, ipəkləşdikcə
nurlaşırdı, nurlaşdıqca Göyləşirdi. Və o qız bir gün qaldı, çıxıb getdi
rayona. Mənim bir dostum var idi. Dedim, gərək biz gedək rayona.
Niyə gedək? Çünki orada O Qız var idi. Hardadır? – Heç bilmirəm,
gərək axtaraq. Həmin o qayanın romantikası, həmin o dağın romanti-
kası... Qız elə bilirdi hamısı odur, səhv eləyirdi, həmin o halın hamısı
bir yerdə – bu olmalıydı.
24
Getdik rayona düşdük. Hara gəlmişik? Pulumuz da az... Yaxşı bir
divanəlik. Və küçə-küçə də qızı axtarırdıq. Bilmirdik haradadır. Sifəti
yadımdadı, təbii ki. Bir də təsadüfən gördük – eyvanda gördük. Əliylə
dedi ki, gedin. Qərəz, mən onunla görüşə bilmədim. Amma axşam
mənim məktubum ona çatdı. Təbiidir ki, bu məhəbbət elə burda da
qurtarmalıydı, çünki o qızın zahirindən başqa nə dağa oxşarlığı vardı,
nə də qayaya. Çox adi qız idi. Onun arzusu o idi ki,
mən prokuror
olam. Təsəvvür eləyirsənmi, prokuror olmalıydım mən.
Qaya, dağ hara, bu hara? Nəyə lazım imiş bu? Hər halda, o axtarış,
o gecələr, onun birdən-birə gəlməsi, birdən-birə itməsi – bunlar hamı-
sı, belə bir hal – o qayalıq, o çaylıq, o dağlıq, o sirr, o sehr – bu da
həmin o “Dünyanın mənası dünyadan artıqdır” ideyasına çox uyğun
gəldi. Hələ mən indi də deyirəm ki, Qızla bizim görüşümüz qızın
özündən çox artıq idi... Sonra isə mənim gözümdə o qalmadı, o Qaya
qaldı, o Dağ, o Meşə qaldı – onun bir hissəsi qaldı və mənim o
gecələrim qaldı... Mənim məktubumu alandan sonra, məktubuma
cavab yazandan sonra yenə biz gecə gözəl bir yerdə görüşdük – cəmi
on dəqiqə, ya on beş dəqiqə. O gəldi və getdi. Bu cür onun gözlə-
nilmədən gəlməsi, gözlənilmədən getməsi – o da yenə həmin o mən
deyən dünya idi, o kəndin aləmiydi.
Ondan sonra fəlakətlər gəldi. Xəbər verdilər mənim babamın 35-ci
ildə tutulmasını – bunu öyrəndim. Kənddəkilərin fəlakətini gördüm.
Əmim getdi əsgərliyə, gəlmədi. Nənəmin ağlamaqdan gözü tutuldu.
Bax, bu cür çox güclü təzad yarandı – xeyir və şər ideyası. Və bütün
bunlar hamısı bir yerdə, mənim məktəbdə oxumağım,
dərsdən qaçma-
ğım, dərsi sevməməyim... Dərsdə qaya yox idi, dərsdə çay yox idi.
Həsrət başladı məndə. Otururdum, deyirdim, niyə mən burda oturu-
ram? Bu saat mən qaya dibində olmalıyam, çay qırağında olmalıyam...
Nədir bu? Dərs deyə bilmirlər. Dərsi gərək elə keçəsən ki, ordan dağ
çıxsın. Bəzən deyirdim də bunu müəllimlərə. Günlərin bir günü bizə
bir marksizm-leninizm müəllimi gəldi. Mən də uşaq olsam da,
maraqlanırdım. Başladı proletar diktaturasından dəm vurmağa. Mən
də bilirəm axı, proletar kimdi. Proletar, yəni fəhlə. Dedim ki,
bağışlayın, proletar diktaturası deyirsiz, bax, orda bizim süpürgəçi var
– onun diktaturasıdı? Dedi: “Səsini kəs!” Və bu “səsini kəs”
hələ də
25
qulaqlarımdadır, elə bərk dedi ki, onun ayrı sübutu-filanı yox idi. Mən
başa düşdüm ki, Dünya özünün mənasından çox ayrılıb. Yenə
deyirəm, bu sözlərlə yox, duyğularla, həyəcanla. Belə-belə düşdüm bu
Məna yoluna. Məna yoluna məni gətirdi kəndimiz, kəndçiliyimiz.
Kəndimizdə bir də mənə çox təsir eləyən sadə adamların çox böyük
dözümü və çox böyük doğmalığı oldu. Orda hər bir adamın ömrü
fəlakət idi. Bizim kənddə qoşalaşırlar, sonra da üçləşirlər.
Bizim kəndin adı Çaykənd idi. Qaraqoyunlu dərəsi deyirlər. Bizdən
yuxarıda bir kənd, ondan aşağıda Bəryabənd adında bir kənd,
bizdən
aşağıda gözəl bir kənd – Qaraqaya kəndi. Qaraqaya kəndiylə də bağlı
mənim bir eşqim olub, onu deyəcəm. Ondan sonra Çaylar, ondan
sonra Polad kəndləri və s. Kəndlərin ən gözəli bizim kənd idi, –
Çaykənd. Həmin dövrdə mənim ikinci bir halım oldu, duyğularımın
durulması – buna eşq demək olmaz. Hədsiz dərəcədə mənim duyğula-
rım durulmuşdu. O da yenə zahirən çox adi bir şey idi. Biz Qazaxdan
gəldik – Çayqarışan deyilən bir yer var, ordan piyada gəldik kəndi-
mizə qədər, mən cavan bir qadınla. Yenə də həmin o ağaclar, yenə də
həmin o meşələr, yenə həmin o dağ. Bunlar hamısı yaratmışdı bizim o
ünsiyyətimizi, sonra o qara qaya. Ora mən hər gün gedib-gəlirdim.
Beləcə görmək, ayrı heç nə. Çünki mən onu görmək üçün getmirdim
axı, əslində mən o dağı, o çayı görmək üçün gedirdim. Hər
nə eləyir-
dimsə, o, olanın özündən artıq olurdu. Sifətdə mən elə şeylər axtarıb
tapırdım ki, o, çaya oxşayırdı, dağa oxşayırdı. Təbiət məndə hədsiz
dərəcədə insaniləşirdi. Sevdiyim sifətlərdə mən təbiət görürdüm.
Sonra mən Darvinin əsərlərini oxuyanda iyrəndim. Guya insan mey-
mundan əmələ gəlib. İnsanda hər şey var. İnsan dağdan əmələ gəlib,
daşdan əmələ gəlib, çaydan əmələ gəlib, göydən əmələ gəlib. Beləliklə
də, kəndimiz mənim duyğular məktəbim oldu. Əgər sonradan mənim
çox zəka məktəblərim oldusa da, duyğu məktəbim mənim kənd oldu.
Orda heç bir xüsusi əhvalat-filan olmadı, amma hal oldu – hədsiz
dərəcədə. Kənd məni özümləşdirdi. Kənd məni açdı – nəyim vardısa
duyğu aləmində. Eyni zamanda, kənd mənlə camaat arasında indiyə
qədər davam eləyən təzadı da yaratdı. Təbiətin mənim gördüyüm
qadirliyi, insanların ayrı-ayrı yaxşı cəhətləri və adamların balacalığı,
26
təbiətdən uzaq olması, görməməsi, adiliyi... Bunlar məndə yaranmadı
ancaq. Belə... Mən kənddəki ağaclarla bir yerdə böyüdüm.
ŞƏHƏRLİYİM
(II Fəsil)
Şəhərliyimdə, yəni gəncliyimdə ilk duyğu kəndin özüylə bağlıydı.
Gəncədəki çay, Gəncəni iki
hissəyə bölən çay, bizim çaya çox
oxşayırdı. O çayda mən, çayın qırağında özümü kənddəki kimi hiss
eləyirdim. O kənddəki duyğular davam eləyirdi, kənddəki fikirlər
davam eləyirdi. İkinci, şəhərlə bağlı duyğularım artıq şəhəri kənddən
ayıran duyğular idi, fərqləndirən duyğular idi. Duyğuların birincisi
darvazalı evlərlə bağlıydı. Şəhərdə evlər darvazalıydı. Bu, evləri
fərqləndirirdi, çünki kənddə evlər qapalı deyildi, kənddə evlər bir-
birinin üzünə hamısı açıq idi. Kənddəki evlər bir-birinə qohum idi.
Burda isə hər bir küçənin, hər bir rayonun qapalı aləmləri yaranardı.
Hər darvazanın özü bir aləm idi. Burda insanlar bir-birindən ayrılırdı.
Qapıların açıqlığı burda ləğv olunurdu. Və bu, mənə çox pis təsir
eləyirdi. Bunlar mənim o düşüncələrimlə uyğunlaşmırdı. Kəsiklik
yaranırdı.
Elə bil ki, bütöv bir aləmdən ayrılırdım. Parçalanırdı, para-
lanırdı şəhər. Sonralar mən buna alışdım, bunda özünəməxsus bir
şəhər mənası gördüm. Şəhərdəkilər kənddəkilər kimi bir-birinə
doğma deyildilər. Onlar darvazalı evdə yaşamalıydılar. Bunların hər
birisi başqa-başqa aləmdən gəlib bura düşmüşdülər. Onları elə bir
xüsusi duyğu da birləşdirmirdi. Burda fərqlənmək lazımdı, xüsusilik
lazımdı. Yoxsa onlar özlərini qoruyub saxlayammazdılar. Yağılıq baş-
layardı, lap belə dəhşətli. Ancaq hər halda kəndlə şəhər arasında təzad
mənim gözümdə darvazalı evlərdən başladı. Hərə öz evini bağlayırdı,
evdə böyük həyət vardı. Əgər belə demək mümkündürsə, elə bil bir-
birindən ayrılmış bir qala vardı. Heç kəs o biri qalanı zəbt eləyəm-
mirdi. Hədd vardı, sədd vardı və bu həddə, bu səddə bir yadlıq vardı.
Mən elə başa düşdüm ki, bir dünyadan başqa bir dünyaya gəlmişəm.
Orda təbiətlə evlər arasında vəhdət vardı, evlərlə evlər arasında vəh-