XƏZƏR – QARA DƏNİZ HÖVZƏSİ VƏ CƏNUBİ QAFQAZIN
GEOİQTİSADİYYATI: AZƏRBAYCANIN ENERJİ SİYASƏTİ
25
AZƏRBAYCAN: Azərbaycanın
mövcud karbohidrogen
ehtiyatlarının miqdarı məsələsi uzun müddət bölgənin və dün-
yanın maraqlı dairələrinin geniş müzakirə obyektinə çevrilmiş,
hətta bəzi qüvvələr onu geosiyasi manipulyasiya məqsədi ilə
istifadə etmişlər. 1991-ci ildə müstəqillik qazanmasından baş-
layaraq, Bakı-Tbilisi-Ceyhan layihəsinin reallaşdığı və Azər-
baycan neftinin bu marşrutla Aralıq dənizinə daxil olduğu günə
qədər olan vaxt çərçivəsində bir sıra xarici ölkələrdə davamlı
olaraq Azərbaycanın neft ehtiyatlarına dair bədbin, çaşdırıcı və
aldadıcı proqnozlar
səsləndirilir,
ölkənin yaydığı rəsmi məlu-
matlar şübhə altına alınır və real rəqəmlərin həqiqətə uyğun ol-
madığı iddia edilirdi. Prezident İlham Əliyevin 2010-cu il ok-
tyabrın 28-də Ukraynaya səfəri ərəfəsində bu ölkənin mətbuat
orqanlarına müsahibəsində də bildirdiyi kimi, “bir
vaxtlar bəzi
KİV-lər Azərbaycanda neftin olmadığı, BTC layihəsinin heç
Rəsmi məlumatlara görə:
CƏDVƏL 1
təsdiq olunmuş ehtimal
olunan
neft
mlrd.
barel
qaz
trln.ku
b metr
neft
mlrd.
barel
qaz
trln.ku
b metr
Bütün dünyada
1383,2
187.1
--
--
Rusiya 160,0
47,0
200,0
50,0
İran 150,3
33,1
150,3
33,1
Azərbaycan 11,0
2,55
22,0
5-7
Qazaxıstan 5,5
3,00
5,5
5,0
Türkmənistan
8,4
20,0
--
--
ƏL İ H ƏS ƏNOV
26
Britaniyanın BP şirkətinin məlumatına görə:
CƏDVƏL 2
təsdiq olunmuş ehtimal
olunan
neft
mlrd.
barel
qaz
trln.kub
metr
neft
mlrd.
barel
qaz
trln.ku
b metr
Bütün
dünyada
1383,2 187.1
-- --
Rusiya 77,4
44,8
--
--
İran 137,0
29,6
--
--
Azərbaycan 7,0
1,3
--
--
Qazaxıstan 39,8 1,8
--
--
Türkmənistan 0,6 8,0
--
--
vaxt reallaşmayacağı və s. haqqında subyektiv rəy formalaşdır-
mağa çalışırdı. Amma zaman bütün bu iddiaların əsassızlığını
sübut etdi. BTC kəmərinin inşa olunduğu zaman Azərbaycan
ildə 15-16 milyon ton neft hasil edirdisə, hazırda bu rəqəm 50
milyon tondan artıqdır. Eyni sözləri qaz ehtiyatları haqda da
söyləmək olar: bəzi xarici mənbələrin bu ehtiyatların
çox az
olması haqda iddialarına rəğmən, bu gün Azərbaycan ildə 30
milyard kub metrə yaxın qaz hasil etməklə, regionun əsas qaz
ixracatçılarından birinə çevrilmişdir.
25
Azərbaycanın quruda və dənizdə təsdiq ounmuş və ehti-
mal olunan
qaz ehtiyatlarının miqdarını Avropa mütəxəssis-
ləri 2011-ci ildəki son kəşflərə qədər, təxminən 1,3 (təsdiq
25
Bax: Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynanın DEN, PROFİL və
Birinci milli televiziya kanalına müsahibəsi // www.president.az
XƏZƏR – QARA DƏNİZ HÖVZƏSİ VƏ CƏNUBİ QAFQAZIN
GEOİQTİSADİYYATI: AZƏRBAYCANIN ENERJİ SİYASƏTİ
27
olunmuş) və 3 (ehtimal olunan), ölkə rəsmiləri (2010-2011-ci
illərdə yeni kəşf olunmuş “Ümid” və “Abşeron” yataqlarındakı
ehtiyatlar da daxil olmaqla-Ə.H.) müvafiq olaraq 2,55 və 5-7,
Rusiya mənbələri 0,9 və 1,2 trln.
kub metr həcmində göstərir-
lər. Göründüyü kimi Azərbaycanın bölgənin qaz təminatı sahə-
sindəki rolunu kiçiltmək məqsədilə, onun mövcud təbii ehtiyat-
larının miqdarını rus mənbələri daha az göstərirlər. Hazırda
ölkədə istehsal olunan illik 30 milyard kub metr qazın, təxmi-
nən 8-10 milyardı daxili ehtiyaclar üçün istifadə olunur. Qalan
hissə isə Gürcüstana, Türkiyəyə, Yunanıstana, Rusiya və İrana
satılır. Azərbaycan bölgənin əsas qaz ixrac edən ölkələrindən
(Türkmənistan, Qazaxıstan, Özbəkistan, İran və s.) fərqli ola-
raq, qaz ixracı sahəsində hazırda hər hansı ciddi
problemə
malik deyil. Onun Bakı-Tbilisi-Ərzurum qaz kəməri vasitəsilə
Gürcüstan və Türkiyəyə, Bakı-Astara-İran və Bakı-Qroznı xət-
ti ilə müvafiq olaraq İran və Rusiyaya ixrac kəmərləri möv-
cuddur. Hazırda Avropa İttifaqı Türkiyədən keçməklə Avropa
bazarlarına istiqamətlənən NABUKKO transmilli qaz kəməri
üçün Azərbaycandan 15-20 milyard kub metr maye qaz istəyir.
Bundan başqa Avropanın Rumıniya, Bolqarıstan, Macarıstan
və b. ölkələri də Bakı-Gürcüstan-Rumıniya marşrutu üzrə
ixracı razılaşdırılan və yaxın zamanlarda inşasına başlanılacaq
marşrut üzrə ildə təxminən 7-10
milyard kub metr Azərbaycan
qazını gözləməkdədirlər.
Mütəxəssislərin fikrinə görə, bir neçə il sonra Azərbaycan
özünün illik qaz hasilatını 40 və ya 50 milyard kub metrə
çatdıra bilər. Amma bunun üçün Şahdəniz qaz yataqlarının
ikinci fazasını işə salmaq, müvafiq bazarlar tapmaq, satış
müqavilələri bağlamaq və s. təşkilati işlər görülməlidir.
26
26
Bax: Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynanın DEN, PROFİL və
Birinci milli televiziya kanalına müsahibəsi // www.president.az
ƏL İ H ƏS ƏNOV
28
Bəzi xarici mütəxəssislərin fikrinə görə, Azərbaycanı so-
nuncu marşrutun xeyirinə qərar verməyə və qaz ixracında yeni
alternativlər axtarmağa Türkiyənin
son zamanlar bu ölkənin
qazının NABUKKO vasitəsilə tranzitinə və Türkiyəyə satış
qiymətinə yönəlmiş bir qədər əlverişsiz təklifi məcbur etmiş-
dir. Mütəxəssislərin fikrinə görə, Türkiyənin Avropa ilə Xəzər
regionu arasındakı enerji əlaqələrində daha çox Rusiyanın ma-
raqlarına cavab verən mövqe nümayiş etdirməsi, xarici siya-
sətdə öz üstün prioritetlərinə baxmayaraq, Azərbaycanı yeni-
yeni variantlar axtarmağa məcbur etmişdir.
27
Azərbaycan rəsmiləri və geoloqları ölkələrinin
quruda və
dənizdə kəşf olunmuş
neft ehtiyatlarının miqdarını 1-1,5 mil-
yard ton, (təxminən 7-11 milyarad barel) ehtimal olunan miq-
darını isə 2-3 milyard ton (14 - 21 milyard barel) və daha çox
olduğunu söyləyirlər.
28
BP şirkətinin 2010-cu ilə olan dünya energetikasının illik
statistik icmalında
29
və ABŞ mənbələrində Azərbaycanın sübut
olunmuş neft ehtiyatlarının həcmi 7 milyard barel (1 milyard
tondan artıq), qaz ehtiyatları isə 1,3 trln. kub metr səviyyəsində
göstərilir. Bu rəqəmlər Azərbaycan Dövlət Neft Şirkəti də
təsdiq edir.
30
Lakin şirkət rəsmiləri
həmin rəqəmləri bir qədər
köhnəlmiş hesab edirlər. Belə ki, ARDNŞ-in geologiya, geofi-
zika və yataqların kəşfiyyatı üzrə birinci vitse-prezidenti Xoş-
bəxt Yusifzadə bildirmişdir ki, hazırda Azərbaycanın sübut
olunmuş neft ehtiyatları 1,5 milyard ton
(təxminən 11 milyard
27
Bax: Alexandros Petersen. Azərbaycanın Avroatlantik baxışları //
Azərbay-
can focus. N2, s.198-199.
28
Bax: “Trend” informasiya agentliyi. 24.08.2010.
29
Bax: Statistical Review of World Energy, iyun 2010, s.22
30
Bax: http://www.socar.az/neftehtiyyati.html