insanlara çatdırmaqla mükəlləf etdiyi insana rəsul deyilir
34
. Bu sözün türk (eləcə
də azərbaycan
tərc.) dilində ekvivalenti “elçi” sözüdür.
Uca Allah elçilərinin vəzifələrini üç qismə bölür:
Elçinin birinci vəzifəsi əmri təbliğ etməkdir. Uca Allah belə buyurur:
“Elçilərin üzərinə açıq təbliğdən başqa nə düşər?!” (Nəhl 16/35)
“Ey Elçi! Rəbbindən sənə endiriləni təbliğ et, əgər bunu eləməsən, Onun
elçiliyini həyata keçirməmiş olarsan!” (Maidə 5/67)
Elçinin ikinci vəzifəsi əmri izah etməkdir. Bir ayədə belə buyurulur:
“Biz hansı elçini göndərdiksə, ancaq öz xalqının dili ilə (danışanlardan)
göndərdik ki, onlara (Allahın hökmlərini) izah etsin”. (İbrahim 14/4)
Allah elçisinin üçüncü vəzifəsi müjdələmək və xəbərdar etməkdir. Bu xüsusda
belə buyurulur:
“Biz səni bütün insanlara sadəcə bir müjdəçi və bir xəbərdaredici olaraq
göndərmişik”. (Səbə 34/28)
Elçi təzyiq göstərə bilməz. İnsanlara mükəmməl bir etiqad azadlığı tanıyan uca
Allah belə buyurur:
“Sən öyüd ver! Əslində sən ancaq bir öyüd verənsən.
Sən onlara hakim kəsiləcək deyilsən!” (Gaşiyə 88/21-22)
Allahın elçiləri möcüzə göstərirlər. Möcüzə onlara fövqəltəbii şəxsiyyət
qazandırmaq üçün deyil, Allahın elçisi olduqlarını sübut etmək üçündür.
Etibarlı bir insan bir gün gəlib “Mən ABŞ-ın Türkiyədəki səfiri oldum” deyərsə,
Türkiyə dövləti ondan ABŞ Dövlət Departamentinin onu elçi təyin etdiyinə dair
34
Əş-Şərif Əli b. Məhəmməd əl-Curcani, ət-Tərifat, səh. 110 (nəşr tarixi və yeri məlum deyil).
sənəd (etimadnamə) tələb edəcəkdir. Möcüzə də məhz Allahın elçisinin
etimadnaməsidir. İnsanların belə bir sənəd düzəltməsi mümkünsüz olduğu üçün
adına möcüzə deyilmişdir.
Həzrət Məhəmməd (s) eynilə bizim kimi bir insandır. Bizdən fərqi Allahın elçisi
olmasıdır. Quranda bu barədə belə buyurulur:
“De ki, mən də eynilə sizin kimi bir insanam. Mənə sizin Tanrınızın vahid
tanrı olduğu vəhy edilir. Artıq kim Rəbbinə qovuşmağa ümid bəsləyirsə, vaxt
itirmədən yaxşılıq etsin və ibadətdə heç kimi Rəbbinə ortaq etməsin”. (Kəhf
18/110)
60. Budur, bir tərəfdə imamlarını müqəddəs bir şəxsiyyətə büründürən şiəlik,
digər tərəfdə Peyğəmbəri belə hər kəs kimi bir insan sayan əhli-sünnət inancı.
Şiəlik dövlət başçılığını dini məqam saydığı halda, əhli-sünnət siyasi institut
hesab edir. Üstəlik sünnilər dövlətlərini İslam adı ilə deyil, Abbasilər, Səlcuqilər
və Osmanlı kimi adlarla təsis etmişdir. Dörd xəlifə dövründə dövlətə ad belə
təyin edilməmişdir. Bunlar əbəs deyildir. Arada bu qədər fərq var ikən şiələr ilə
əhli-sünnəti eyniləşdirmək qəbuledilməz bir xətadır. Türkiyədə İran modelinə
bənzər bir İslam respublikası qurulacağını iddia edənlər, əsasən, bu fərqi
yetərincə dəyərləndirə bilməyənlərdir.
61. Sünnilər dövlət başçılığını siyasi bir məqam sayarlar. Bu səbəblə dövlətlərini,
İslam adıyla deyil, Abbasi, Səlcuqlu və Osmanlı kimi adlarla qurmuşlar. Dörd
xəlifə dövründə dövlətə ad belə qoyulmamışdır. Sünnilər dövlət başçısını
sıradan bir insan sayır, onu qeyri-adi insan olaraq görməzlər. O da hər kəs kimi
səhv edə bilər və xatalı qərarlar verə bilər.
Bir gün xəlifə Ömər minbərdən belə səslənmişdi: ” Ey insanlar, ona səlat və
salam olsun Muhammədin (s.a.v.) görüşü doğru idi. Çünki Allah ona həqiqəti
göstərirdi. Bizim görüşümüz isə ancaq zənn və məsuliyyət altına girməkdən
ibarətdir.”
Xəlifə Əbu Bəkr bir məsələdə Allahın kitabında və Muhammədin (a.s.)
sünnətində bir şey tapılmazsa öz görüşünə görə ictihad edər və belə deyirdi: ”
Bu mənim görüşümdür. Doğru isə Allahdan, səhv isə məndəndir. Allahın məni
bağışlamasını diləyirəm.”
Xəlifə Ömər bir nəfərlə qarşılaşmış və nə var nə yox deyə soruşmuşdu. O da Əli
və Zeyd belə bir höküm verdilər demişdi. Bunun üzərinə Ömər; ” Əgər mən
olsaydım başqa bir tərzdə hökm edərdim.” dedi. Adam dedi ki;
“ Sənin bunlara tərs hökm etməyinə mane olan nədir? Səlahiyyət sənin
əlindədir. ” Ömər bu cavabı verdi:
“ Sənin məsələni Allahın Kitabına ya da Allahın elçisinin hökmünə
dayandırsaydım bunu edərdim. Amma məsələni şəxsi görüşə dayandırıram, fikir
ifadə etmə haqqı müştərəkdir. Mənim görüşüm Əlinin və Zeydin görüşünü
dəyərsiz hala gətirməz.
35
”
C- MƏSCİD VƏ TEOKRATİYA
62. İslamda ruhani sinifi yoxdur. Məscidlər kilisə təşkilatı kimi
formalaşmamışdır. Əvvəllər məsciddə vəzifəli imam və müəzzin də tapılmazdı.
Camaatdan biri əzan oxuyur, əhliyyətli biri də namaz qıldırırdı. Məscidlərin
sistemli olaraq açılması, əzanın vaxtında oxunması, məscidin nəzarətə alınıb,
əşyasının qorunması kimi ehtiyaclar məscidə vəzifəlilərin təyinatına səbəb
olmuşdur. Cüma namazı üçün də vəziyyət eynidir. Ancaq Cümə günü böyük bir
camaata namaz qıldırmaq və onlara xütbə vermək bir çoxunun diqqətini
çəkəcəyi üçün bu mövzuda mübahisə və müzakirə çıxa biləcəyini göz önünə
alan Hənəfi məzhəbi, Cümə namazını ya o yaşayış yerinin ən səlahiyyətli
insanının ya da təyin etdiyi bir şəxsin qıldırmasını şərt qoşmuşdur. Yoxsa ibadət
üçün toplanan insanlar bir-birinə sataşa bilərlər.
36
35
İbnul-Qayyum əl-Cəvziyyə,Ilamul-Muvakiin, Beyrut 1407/1987 c. I, s. 54.
36
Şəmsuddin əs-Sərahsi, əl-Məbsud,Misir 1324, ıı,24.