Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
11
respublikamızda 1995-2003-cü illərdə ümummilli
liderimiz Heydər Əliyev
tərəfindən 32 əfv fərmanı imzalanmış, bu fərmanlar 3104 məhkuma şamil
edilmişdir. Heydər Əliyevin qanunvericilik təşəbbüsü əsasında Milli Məclis
1996-2003-cü illərdə 7 amnistiya haqqında qanun imzalamış, 21325 məhkum
azadlığa buraxılmış, bu amnistiya aktları 77 mindən artıq məhkuma şamil
edilmişdir.
Azərbaycan Prezidenti cənab İlham Əliyev bu mütərəqqi ənənəni davam
etdirərək üç il yarım müddətində 10 əfv fərmanı imzalamış, 5000-ə yaxın
məhkumu cəzasının çəkilməmiş hissəsindən tam və yaxud qismən azad etmişdir.
Bu göstəriciyə görə də Azərbaycan dünyanın lider ölkələrindən biri sayıla bilər.
Hər halda, dünyanın heç bir digər ölkəsində qısa müddətdə bu sayda əfv
fərmanının imzalanması faktına rast gəlinməmişdir. Bu, Azərbaycanda insan
hüquqlarının etibarlı təminatına və demokratikləşməyə xidmət
edən strateji
siyasi kursun layiqincə davam etdirildiyini göstərir. Dünyanın insan hüquqları
sahəsində ixtisaslaşmış nüfuzlu təşkilatları da bunu açıq etiraf edir, cənab İlham
Əliyevin insanpərvər dövlət başçısı olduğunu bildirirlər.
Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban
xanım Əliyevanın təşəbbüsü əsasında gerçəkləşən sonuncu amnistiya aktı da bu
müsbət ənənənin davamı kimi cəmiyyətdə böyük rezonans doğurmuş, böyük
rəğbət və ehtiramla qarşılanmışdır. Amnistiya aktı bir çox təbəqələrdən olan
məhkumları əhatə etməklə olduqca humanist səciyyə daşıyır. Amnistiya aktı ilk
növbədə böyük ictimai təhlükə törətməyən və az ağır bir sıra cinayətlərə görə
məhkum olunmuş qadınlara,
birinci qrup əlillərə, 60 yaşına çatmış kişilərə,
cinayət törədərkən 18 yaşına çatmayanlar, öhdəsində (himayəsində) yetkinlik
yaşına çatmayan övladı və ya birinci və ikinci qrup əlil övladı olan kişilərə şamil
edilmişdir. Təqdirəlayiq haldır ki, Azərbaycan Respublikasının suverenliyinin
və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə iştirak etmiş şəxslər, bu
döyüşlərdə həlak olmuş və ya xəbərsiz, itkin düşmüş şəxslərin yaxın qohumları,
1948-1953 və 1988-ci illərdə etnik təmizləmə, terrorçuluq və soyqırımı siyasəti
nəticəsində Ermənistandan deportasiya olunmuş, 1988-1993-cü
illərdə
Azərbaycan ərazisinin bir hissəsinin işğalı nəticəsində doğma torpaqlarından
məcburi köçürülmüş, 1990-cı il 20 Yanvar faciəsində və ya Xocalı soyqırımında
əlil olmuş şəxslər və ya şəhid olmuş şəxslərin yaxın qohumları və bəzi digər
Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
12
kateqoriyalardan olan şəxslərin də amnistiyanın təsir dairəsinə düşəcəyi
gözlənilir.
Amnistiya aktında cinayətlərin xarakterindən və ictimai təhlükəlilik
dərəcəsindən asılı olaraq ağır və xüsusilə ağır cinayətlər, habelə xüsusilə
təhlükəli residiv yaradan
cinayətlər törətmiş, cinayət nəticəsində vurulmuş
ziyanı ödəməmiş və bəzi digər kateqoriyalardan olan şəxslər barəsində
amnistiyanın tətbiq edilməsinə məhdudiyyətlər nəzərdə tutulmuşdur. Amnistiya
aktı nəticəsində azadlıqdan məhrumetmə cəzasını çəkən məhkumlardan təqribən
1500 şəxsin cəzaçəkmə müəssisələrindən azad edilməsi, habelə azadlıqdan
məhrumetmə cəzası ilə bağlı olmayan cəzalara məhkum olunmuş təqribən 7500
şəxsin cəzalarından azad edilməsi mümkün olacaq. Maddi vəziyyəti ilə bağlı
məhkəmələr tərəfindən təyin olunmuş cərimə cəzalarını ödəməmiş 3 mindən
artıq şəxsin həmin cəzadan azad olunması reallaşacaqdır. Bütövlükdə təqribən 9
min məhkumun amnistiya aktının təsiri altına düşməsi ehtimal olunur.
Azərbaycan Respublikası Prokurorluğu öz fəaliyyət istiqamətinə uyğun
olaraq bu amnistiya aktının düzgün icrası və tətbiqində fəal
iştirak edir, prosesin
qanunda nəzərdə tutulmuş qaydada həyata keçirilməsinə diqqət yetirir.
Prokurorluq orqanları, həmçinin, amnistiya aktının məhkumlar arasında düzgün
izahını təmin etmək, onun tərbiyəvi təsirini daha da gücləndirmək yönümündə
məqsədyönlü iş aparırlar.
Bu gün Heydər Əliyev Fondu Azərbaycanda yüz minlərlə insanın inam və
etimadını qazanmış ictimai təşkilat olmaqla yanaşı, ulu öndərimizin adını şərəflə
daşıyır. "Bəzən cəmiyyətdə insan elə bir vəziyyətə düşür ki, bütün döydüyü
qapılar onun üzünə bağlı qalır. O öz dərdi ilə, öz problemi ilə təkbaşına qalır və
ona
elə gəlir ki, heç bir şey və heç kəs ona kömək edə bilməz. Bu halda o, üzünü
bizim fonda tutur. Mən demək istəmirəm ki, biz dərhal onun bütün
problemlərini həll edirik. Amma o insan burada nə biganəliklə, nə soyuq
münasibətlə rastlaşmaz və hökmən onun problemlərinin həlli üçün mümkün
olan bütün vasitələrdən istifadə ediləcəkdir.
Yəqin ki, xeyriyyəçilik,
insansevərlik, mərhəmət Azərbaycan xalqının mentalitetinə, mədəniyyətinə,
əsrlər boyu formalaşan ənənələrimizə xas olan gözəl keyfiyyətlərdən biridir və
biz bu gün Heydər Əliyev Fondu olaraq bu ənənələri davam etdirməyə çalışırıq"
- bu fikirlər YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfirinin yüksək
həyat
Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
13
amalını bir daha təcəssüm etdirir.
Fondun son üç ildə həyata keçirdiyi bütün layihələr
milli xüsusiyyətlər,
yerli tələb və ehtiyaclarla çulğalaşaraq olduqca maraqlı və rəngarəng forma
almışdır. Fond hansısa ayrıca götürülmüş sahənin inkişafı naminə fəaliyyət
göstərmir - xeyriyyəçilikdən tutmuş ölkənin səhiyyə və təhsil sisteminin,
mədəniyyət və incəsənətinin inkişafı, Azərbaycanın beynəlxalq aləmdəki
imicinin formalaşmasına qədər müxtəlif sferalarda məhsuldar fəallıq nümayiş
etdirir. Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban
xanım Əliyeva üzərinə götürdüyü çətin, fəqət xoşməramlı missiyanı layiqincə
davam etdirir. Bu fəaliyyəti ilə o, həm də həyatının mənasını insanlara köməkdə,
xeyirxah və nəcib əməllərdə axtaran insanlarla bir sırada dayanır.
Əli Eyvazov,
Hüquq elmləri
namizədi