177
13. Toffler, A. Future Shock. New York: Random House, 1975, 562 p.
14. Бейкуэл, К.Г. Управление библиотечными и информационными
службами, ориентированными на пользователя / К.Г.Бейкуэл; Пер. с англ.
Багровой; Рос. гос. б-ка. НИО Информкультура. Отдел организации и
функционирования библиотечных систем.- М., 1997.-118 с.
15. Гиляревский, Р.С. Основы информатики [Текст]: курс лекций / Р.С.
Гиляревский.- М.: Экзамен, 2003.- 319 с.
178
MİLLİ DƏRSLİKLƏRİN YARANMA MƏRHƏLƏSİ
Sevda Elman qızı Səfərova
Bakı Dövlət Universiteti
Kitabşünaslıq və Nəşriyyat işi kafedrasının doktorantı
s.sevda_84@mail.ru
Этапы формирование националных учебников
Резюме: В статье обсуждаютсяо проблемах и путях их решения возникших в
процессе формирования новых учебниках в годы независимости. Здесь
подчеркивается о претворенных реформообразных мероприятиях,
объясняются идеи и цели реформ а также рассказывается о конкретных
предложениях и рекомендациях. Одновременно освещаются нововвидения в
сфере образования учебных пособий.
Creationstagesofthenationaltextbooks
Abstract: The article discusses the problems and solutions in the process of formation
of new textbooks. It emphasizes on the implementation of activities, explained the
ideas and goals of reform and describes specific suggestions and recommendations.
At the same time highlights new lines in preparing of textbooks.
Açar sözlər: təhsil, dərslik, dərslik siyasəti, təshil sistemi, milli dərsliklər.
Ключевые слова : образование, учебники,политика по учебникам, cистем
образование, традиционный учебник.
Keywords:education, textbooks, textbook policy, education system, national
textbooks.
Müstəqillik illəri Azərbaycanda ümumi təhsil sahəsində əhəmiyyətli
islahatlar dövrü kimi xarakterizə olunur. İlk növbədə, 70 il ərzində mövcud
olmuşkiril əlifbasından imtina edildi, latın qrafikalı əlifbaya keçildi.
Milli dərslik yaradıcılığı sahəsində əhəmiyyətli nailiyyətlər qazanıldı.
Ümumi təhsil sistemində istifadə olunan bütün dərsliklər milli-mənəvi və
ümumbəşəri dəyərlərə uyğun olaraq yenidən hazırlandı. Şagirdlərin
dərsliklərlə pulsuz təminatı bərpa edildi. Yeni dərslik siyasəti işləndi, ilk dəfə
olaraq şagirdlər üçün dərslik, iş dəftəri və müəllim üçün vəsaitdən ibarət olan
dərslik komplektləri hazırlandı və tətbiq edildi. (1,60)
Məktəblərdə ədəbiyyat, tarix, musiqi, rəsm və s. dərslər keçilsə də,
bunlar çox vaxt təhsilin humanitarlaşdırılması yönümündə deyil, ənənəvi
qaydalarla tədris olunmuşdur. Onların yerli-yersiz ideolojiləşdirilməsi
təcrübədə böyük ziyan vermişdir. Ədəbiyyat dərsliklərində poetika
məsələlərinə, bədii yaradıcılığın sirlərinə sistemli şəkildə diqqət yetirilməyib,
sosioloji təhlil öz-özünə üstünlük təşkil edib. Onlar çox vaxt şagirdləri bədii
sözün möcüzəsilə təəssüf ki, heyrətləndirə bilməyib. Ədəbiyyat dərslərində
hətta «Leyli və Məcnun»u öyrənəndə də çox vaxt insan məhəbbətinin gözəlliyi
açıqlanmayıb. Ədəbiyyat tarixi, ədəbiyyat nəzəriyyəsi və Azərbaycan dili
179
dərsləri nə qədər təəccüblü olsa da, bəzən az qala bir-birilə əlaqəsi olmayan
ayrı-ayrı fənlər kimi tədris olunub. Azərbaycan tarixi, Azərbaycan coğrafiyası
və s.-nin tədrisi çox vaxt günün tələblərinə cavab vermirdi.
Humanitar fənlər - ədəbiyyat, tarix və s. özünün qanına, iliyinə qədər
xüsusilə ideolojiləşmişdi. Onların məqsədi də, məzmunu da, vəzifələri də
mahiyyətcə «Demoklunqılıncı» kimi zamanın ideoloji ölçülərilə qəlibə
salınmışdı.
Dərslik mətnləri və onların elmi-metodik aparatı, xüsusilə sual və
tapşırıqlar humanitar ölçülərə cavab vermirdi. Dərsliklərdə çox vaxt ideoloji
ölçülərlə köklənmiş «quru» intellektualizm hökm sürürdü. Şagirdlərin
hisslərinin, təxəyyülünün aktivləşdirilməsinə əhəmiyyət verilmirdi. Əslində,
bu tipli mətnlər bir qayda olaraq canlı insan təfəkkürünün - təbii intellektin
xüsusiyyətlərinə deyil, daha çox «süni intellektin» xüsusiyyətlərinə söykənirdi.
Dərsliklərin tərtibində, xüsusilə ibtidai sinif dərsliklərinin illüstrativ
materiallarında uşaq (şagird) qavrayışının, diqqətinin, hafizəsinin və s.
xüsusiyyətləri nəzərə alınmırdı. «Əlifba», «Oxu» və b. dərsliklərdəki rəsmlər
uşaqların dünya mənzərəsindən daha çox yaşlı anlamını əks etdirirdi. Uşaq
psixologiyasının incəliklərinə yaxşı bələd olan peşəkar dərslik rəssamlarına bu
gün nə qədər ehtiyac var?! Deyilənlərə sözlü-söhbətli bir məsələni -
dərsliklərin təkcə mütəxəssislərin deyil, həm də müəllimlərin, valideynlərin,
ilk növbədə, şagirdlərin haqlı narazılığına səbəb olan poliqrafik keyfiyyəti
məsələsini də zəruri surətdə əlavə etmək lazımdır. (6,10)
“Azərbaycan tarixi” çox cüzi əks olunurdu. Moskvadan gətirilən
dərsliklərinhamısı rus ədəbiyyatı idi. Bəs Azərbaycan ədəbiyyatı? Bəzən
həmin bu rus məktəblərində təhsil almış, Azərbaycan dilinə meyl göstərməmiş
gənclərdən Nizaminin, Füzulinin, Nəsiminin, Vaqifin və yaxud da
müasirlərimiz olan şair və yazıçıların şerlərini soruşanda görürdüm ki,
onlardan xəbərləri yoxdur. Onlar, məsələn, Nizaminin rus dilinə təcümə
olunmuş poemalarını, şerilərini oxuyurdular. Amma sən onu nə qədər oxusan
da, Nizami sənin qəlbinə yatmayacaq. Oxusalar da, bunlar Azərbaycan dilində
olan şeirlər deyildi. Ona görə də rus dilində təhsil alanların, təəssüf ki,
Azərbaycanın tarixi, onun zəngin mədəniyyəti,zəngin ədəbi irsi haqqında
məlumatları az idi. (3,42)
Respublikada siyasi-iqtisadi sabitlik formalaşdıqca dərsliklərin
məzmunca yeniləşdirilməsi istiqamətində müəyyən işlər görülürdü. Lakin
ölkənin mövcud iqtisadi vəziyyəti, yeni dərsliklərin hazırlanması sahəsində
təcrübə və səriştənin olmaması səbəbindən müstəqilliyin ilk illərində daha çox
sovet dövründə hazırlanmış dərsliklərdən istifadə olunurdu. Bununla belə,
həmin illərdə hazırlanmış tarix və ədəbiyyat dərsliklərində sovet
dövründəkindən fərqli olaraq milli və ümumbəşəri dəyərlərə üstünlük verilir,
köhnə siyasi ideologiyadan imtina edilirdi. Çünki sovet dövrünün tarix
dərsliklərində Azərbaycan və ümumtürk tarixi, eləcə də ədəbiyyatı obyektiv
180
işıqlandırılmır, türk-islam mədəniyyəti ilə bağlı verilən məlumatlar tarixi
reallıqları düzgün əks etdirmirdi.
Təhsil sistemində yeniləşmənin uğurla getməsi, yəni sovet təhsil
sisteminin ideoloji-siyasi buxovlardan ayrılıb bəşəri təhsil sisteminə qoşulması
üçün ilk növbədə yeni təhsil sisteminin nəzəriyyəsi, fəlsəfəsi, təhsil sahəsində
dövlət siyasətinin əsas istiqamətləri, konseptual müddəaları, fəaliyyət
prinsipləri, təhsilin məzmunu, məqsədi və quruluşu müəyyənləşməlidir. (7,8)
Dərsliklərin yaradılması sahəsində əldə olunmuş təcrübələr göstərir ki,
ənənəvi qaydada əksər dərsliklərin hazırlanmasına müvafiq elm sahəsinin
nailiyyəti kimi yanaşılmışdır. Ona görə də dərsliklərin ümumi quruluşunun
müəyyən olunmasında daha çox elmi-nəzəri materialların mənimsənilməsi
ardıcıllığı əsas götürülmüşdür. Bu fikri əsaslandırmaq üçün hazırda istifadə
edilən hər bir dərsliyi misal gətirmək mümkündür. Məsələn, Azərbaycan dili
dərslikləri fonetika, leksika, sözün tərkibi və söz yaradıcılığı, morfologiya,
sintaksis, nitq mədəniyyəti və üslubiyyat materiallarının ardıcıllığı sistemində
qurulmuşdur. Yaxud biologiyadan təlim materialların sıralanmasında botanika,
zoologiya, insan və onun sağlamlığı, ümumi biologiya materiallarının
ardıcıllığı gözlənilmişdir. Əslində, bu sistem həmin fənlər üzrə proqramlara
uyğun olaraq yaradılmışdır.
Nəticədə dərsliklərin belə bir sistemlə hazırlanması, onun daha çox
deklarativ xarakterli materiallarla yüklənməsinə gətirib çıxarmışdır. Bundan
əlavə, həmin dərsliklərin müəllifləri elmin daxili məntiqinə tabe olmaqla onu
daha çox monoqrafık üslubda yazmağa meyil göstərmişlər. Bu proses ayrı-ayrı
elmlərin sisteminə uyğun olan, anlayışlarla yüklənmiş kitabların (dərsliklərin)
meydana çıxması ilə nəticələnmişdir. Ona görə də çox hallarda ümumtəhsil
məktəblərinin dərsliklərindən danışarkən onun keyfıyyətinə, oradakı
anlayışların təhlilinə, nəzəri mülahizələrin doğruluğuna elmin nailiyyəti
baxımmdan yanaşılır, qiymət verilir. (5,9)
Dərslik komplektlərinin müsabiqə qaydasında hazırlanması prosesi elmi-
nəzəri və praktik cəhətdən hazırlıqlı, dərslik yaradıcılığı sahəsində səriştəyə
malik, müasir düşünməyi bacaran xeyli sayda mütəxəssis meydana çıxardı.
Müsbət haldır ki, onların arasında məktəb müəllimləri üstünlük təşkil etmişdir.
2002-ci ildə Təhsil Nazirliyi və Dünya Bankının ekspertləri tərəfindən
aparılan birgə tədqiqatlar mövcud tədris proqramları ilə bağlı əsas problemləri
aşkar etmişdi. Birinci problem məzmunun nəticəyönümlü deyil, təklifyönümlü
olması idi. Yeni tədris proqamları mövzuların siyahısından və mətnlərdən
ibarət idi, qiymətləndirmə standartları və üsulları barədə heç bir məlumat
verilmirdi. Qiymətləndirmə məzmunun tərkib hissəsi sayılmırdı. Nəticədə
şagirdin hansı bilik və bacarıqları əldə edəcəyi müəyyən deyildi.
İkinci problem məzmunun nəzəri və mücərrəd olması, həyati bacarıqlara
əsaslanmaması və nəticə etibarilə şəxsiyyətyönümlü olmaması idi. Məzmun
faktoloji xarakter daşıyırdı, məlumatların yadda saxlanılması bacarığına
üstünlük verilirdi. Bu da şagirdləri əzbərçiliyə sövq edirdi, onların təfəkkür və
181
düşüncə qabiliyyətini inkişaf etdirmirdi. Əlbəttə, bilik inkişafın hərəketverici
qüvvəsidir, lakin şagirdə məhz o biliklər aşılanmalıdır ki, gələcək həyatında
ona lazım olsun. Əgər verilən biliklərin təcrübi və tətbiqi əhəmiyyəti
yoxdursa, onun səmərəsindən danışmağa dəyməz. Müasir dövrün tələbi budur
ki, təlimin məzmunu təriflərin, düsturların, tarix gün və hadisələrin
əzbərlənməsindən, nəzəri materialların mənimsənilməsindən daha çox,
şagirdlərə yaradıcı düşünmə, müstəqil öyrənmə və qərarqəbuletmə,
təşəbbüskarlıq, tətbiq və tədqiqatçılıq bacarıqlarının, iradi keyfiyyətlərin
formalaşmasına yönəlməlidir.
Üçüncü problem məzmunda şaquli və üfüqi inteqrasiyanın olmaması idi.
Məzmunda siniflərarası və fənnlərarası bağlılıq zəif idi, asandan daha çətinə
keçid və bir-biri ilə bağlı olan mövzuların inteqrasiyası təmin edilmirdi.
Ona görə də həyata keçirilən islahatyönümlü tədbirlərin böyük
əksəriyyəti məhz ümumi təhsilin məzmunun yeniləşdirilməsinə və mütərəqqi
dünya təcrübəsinə uyğunlaşdırılmasına yönəlmişdi. Əsas məqsəd şagirdlərin
idrak fəallığını, ümumi inkişafını ləngidən mövcud “yaddaş məktəbi”ndən
“təfəkkür və düşüncə məktəbi”nə keçmək və bu əsasda ümumi təhsilin
modelini qurmaqdan ibarət idi. (1,174)
Azərbaycanda 2004-cü ildən başlanan məzmun dəyişiklikləri təlim-
tədris prosesinin sistemli planlaşdırılmasını əks etdirən kurikulum islahatları
adı altında aparılırdı.
Milli Kurikulumsənədinin hazırlanmasında tanınmış alim-pedoqoqlar,
təhsil mütəxəssisləri, metodistlər, müəllimlər yaxındaniştirak etmişlər. Bu
sənəd formaşaldırılarkən xeyli sorğu keçirilmiş, ictimaiyyətin təhsil
ehtiyacları, dünya təcrübəsi nəzərə alınmışdır. Gərgin əmək sahəsində ərsəyə
gətirilmiş bu sənəd Azərbaycan hökumətinə təqdim olunmuş və ümumi təhsil
üzrə təlim nəticələrini və məzmun standartlarını,ümumi təhsilin hər bir
pilləsində nəzərdə tutulan fənləri, həftəlik dərs və dərsdənkənar məşğələ
saatlarının miqdarını, fənn kurikulumlarının strukturunu, pedoqoji prosesin
təşkili, təlim nailiyyətlərinin qiymətləndirilməsi və monitorinqi üzrə əsas
prinsipləri əhatə edən “Azərbaycan Respublikasında ümumi təhsilin
konsepsiyası (Milli Kurikulum)” Nazirlər Kabinetinin 30 oktyabr 2006-cı il
tarixli qərarı ilə təsdiq olunmuşdur. Beləliklə də, təhsil sistemində “hafizə”,
“yaddaş” məktəbindən “təfəkkür”, “düşüncə” məktəbinə keçidin real əsası
qoyulmuşdur.
Tarix keçmiş haqqında informasiya mənbəyindən tərbiyə vasitəsinə
çevrilməli, gənclərin vətəndaş kimi formalaşmasına xidmət etməlidir. “İnsan
və cəmiyyət” fənni də məhz sinfi qütbləşmə mövqeyindən ümumbəşəri
sərvətlərə qayıdış dalğasında meydana çıxmışdır və gənclərin dünyagörüşünün
yeni təfəkkür mövqeyindən formalaşdırılmasına xidmət etməlidir. O, baza
iqtisadiyyatı, azad rəqabət və işgüzarlıq şəraitində müstəqil həyata atılan
gənclərə həyati zərurət kimi olan biliklər kompleksini əhatə etmək baxımından
aktualdır. (4,130)
182
Fənn kurikulumlarında məzmun istiqamətləri, onun mahiyyətinin
açıqlanması xüsusi yer tutur.Əgər Milli Kurikulumda hər fənnə aid təlim
nəticələri təhsil səviyyələri çərçivəsində müəyyənləşdirilmişdisə, fənn
kurikulumlarında hər bir sinif üzrə ayrıca təsbit edilmişdir.
Fənlərin məzmunun vahid bir istiqamətdə deyil, ümumi məqsədə xidmət
edən ayrı-ayrı məzmun xətləri üzərində qurulması fənn kurikulumlarının
diqqətçəkən cəhətlərindən biridir. Məzmun xətləri hər bir fənn üzrə şagirdlərin
əldə edəcəyi təlim nəticələrini, bilik və bacarıqları daha aydın təsəvvür etmək
və onları sistemləşdirmək məqsədi daşıyır. Məzmun xətlərinin səciyyəvi
xüsusiyyəti həm də onların dəyişkən olmaması, sabit qalmasıdır. Yəni bunlar
konkret fənn üzrə təlim kursunu əvvəldən axıra qədər müşayiət edir. Başqa
sözlə onları böyük standartlar da adlandırmaq olar. Məsələn, ana dili təlimi
üçün 4 məzmun xətti-ədədlər və əməllər, cəbr və funkiyalar, həndəsə,
ölçmələr, statistika və ehtimal məzmun xətləri təyin olunmuşdur.
Kurikulumlarda hər bir məzmun xəttinin müvafiq təhsil səviyyələri daxilində
məqsəd və vəzifələri əsaslandırılıb ümumi təlim nəticələri verilmiş, onların
əsasında da konkret siniflər üzrə əsas və alt-standartlar formalaşdırılmışdır.
Əsas standartlar da ümumi nəticələri əks etdirdiyindən, bir qayda olaraq,
dəyişməz qalır. Təlim nəticələri işlənib hazırlanarkən “şagirdlər nələri
bilməlidir” yox, “nələri bacarmalıdır” tələbi əsas tutulmuşdur. Belə yanaşma
heç də təlim prosesinin vacib elementlərindən olan nəzəri biliklərinrolunun
azaldılması demək deyildir. (1,174)
Məlumdur ki, yeni kurikulumlar şagirdlərdə oxu vərdişləri, “öyrənməyi
öyrənmək”, tədqiqat aparmaq və problemi həll etmək kimi əsas bacarıqların
formalaşmasına yönəlmişdir.
Fənlər üzrə təlimin məzmununun nəticə standartlarında öz əksini
tapması çərçivə xüsusiyyətinə malik olmaqla konkretlik yaradan əlamətdir.
Buna görə də dərslik və müəllimlər üçün vasitələri hazırlayan mütəxəssislər
istəsələr belə standartların tələbindən kənara çıxa bilməzlər. Nəticədə isə
dərslik və vasitələrin artıq materiallarla yüklənməsi ehtimalı minimuma enir.
Yeni fənn kurikulumları I siniflərdən başlayaraq tətbiq edilirdi. Digər
siniflərdə isə təlim ənənəvi qaydada tədris planları əsasında həyata keçirilirdi.
Kurikulumlarla müqayisədə tədris proqramları yalnız fəsil, bölmə və
mövzulardan, tədrisə ayrılan saatlardan ibarətdir. Şagirdlərin bilməli və
bacarmalı olduğu məsələlər çox ümumi şəkildə verilmişdir. Bu sənədlərdə nə
təlim nəticələri, nə də standartlar öz əksini tapmamışdır. Ona görə də dərslik
müəllifləri zəruri olub-olmamasına baxmayaraq, öz mülahizələrinə görə
istədikləri bölmə və mövzuları dərsliklərə daxil etmişlər. İndiyədək mövcud
olan variativ dərsliklərdə belə bir vəziyyət daha qabarıq nəzərə çarpır.
Məsələn, vaxtilə belə bir fakt aşkara çıxarılmışdı ki, tədris planında həftədə 1
saat vaxt ayrılan fənnə 400 səhifədən ibarət dərslik yazılmışdır. Şübhəsiz,
sonradan onun həcmi azaldıldı, müəyyən dəyişikliklər aparıldı. Lakin belə
vəziyyətin yaranması, əlbəttə ki, standartların olmamasının nəticəsi idi. Yeni
183
yanaşmaya görə, hər bir fənn üzrə müəyyənləşdirilən bölmə və mövzular
təsadüfi xarakter daşıya bilməz, bunlar standartlarda nəzərdə tutulmuş
məzmunun reallaşdırılması üçün bir vasitədir, başqa sözlə, bölmə və mövzular
şəxsi rəy və mülahizəyə görə deyil, məhz standartların tələbi əsasında
müəyyən edilir, bu prosesdə standartlar, bir növ indikator rolunu oynayırdı.
(2,141)
Təhsil Nazirliyinin 23 iyul 2007-ci il tarixli əmri ilə respublikanın təlim
Azərbaycan və digər dillərdə aparılan ümumtəhsil məktəblərinin I-IV sinifləri
üçün yeni fənn kurikulumları və tədris planları təsdiq olundu. Təsdiq edilmiş
fənn kurikulumlarında hər bir sinif üzrə təlim nəticələri, məzmunvə
qiymətləndirmə standartları, müvafiq təlim strategiyaları əhatə olunmuşdu.
Dövrün, zamanın tələblərinə görə müasir dünya təcrübəsi əsas
tutulmaqla ümumi təhsilin yeni konsepsiyasının işlənib hazırlanması, məqsəd
və vəzifələrin yeni təfəkkür baxımından formalaşdırılması, fənlərin məzmunun
konseptual müddəalarının müəyyənləşdirilməsi və fənn kurikulumlarının
yaradılması, məzmunda standart məfhumunun reallığı çevrilməsi mühüm
nailiyyətlərdən idi.
“Ümumi təhsil sistemində dərslik siyasəti” sənədindən irəli gələn
tələblərə görə, dərsliklər əvvəlki kimi subyektiv mülahizələrə əsasən formal
deyil, təsdiq olunmuş konkret meyarlara əsasən qiymətləndirilirdi. Bu
yanaşma dərslik müəllifliyi sahəsində inhisarçılığın aradan qaldırılmasına,
müsabiqəyə təqdim olunan dərsliklərin seçiminin obyektiv aparılmasına imkan
yaratmaqla yanaşı, onların fənn kurikulumlarına uyğunluğunu təmin edir.
Ümumu təhsil sistemində dərslik siyasətinin qəbul olunması və
kurikulumların tələblərinə uyğun yeni nəsil dərsliklərin hazırlanması prosesinə
start verilməsi ilə, faktiki olaraq, dərslik islahatı sahəsində üçüncü mərhələnin
əsası qoyuldu. (1,176)
İslahatların nəticəsi olaraq mütərəqqi dünya təcrübəsi nəzərə alınmaqla
ümumi təhsilin məzmununda təklifyönümlülükdəntələbyönümlülüyə
keçilməsi, şəxsiyyətyönümlülük, inteqrativlik istiqamətlərinin gücləndirilməsi,
məzmunun əvvəlcədən müəyyən edilmiş nəticələrin (standartların)
reallaşdırılmasına yönəldilməsi və bununla əlaqədar təlim prosesində
“müəllim-şagird” münasibətlərinin, təlim strategiyalarının mahiyətcə
dəyişməsi dərslik hazırlığı məsələlərinə də yeni yanaşma formalaşdırmışdı.
Bütün bunlar dərslik yaradıcılığı sahəsində III mərhələni şərtləndirən əsas
amillər kimi özünü biruzə verirdi.
Ədəbiyyat
1.
Mərdanov, M.C. "Azərbaycan Təhsil Tarixi.- III cild.- Bakı: Təhsil, 2011, 672
səh.
2.
Mərdanov, M.C.Azərbaycan təhsili yeni inkişaf mərhələsində. Bakı: Çaşıoğlu.-
526 səh.
184
3.
Mərdanov, M.C. H.Əliyev Təhsil millətimizin gələcəyidir. Təhsil xalqımızın
bu günü, millətimizin,dövlətimizin gələcəyi üçün ən vacib sahədir. Heydər
Əliyevin nitqi. Bakı: Təhsil, 2002.-540 s
4.
Xəlilov, S. Azəbaycanda elm və onun aktual problemləri: Bakı: Oskar, 2010.-
184 s
5.
Abbasov, Ə. Şəxsiyyətyönümlükurikulumlar əsasında yaradılan dərsliklərin
xüsusiyyətləri// Kurikulum 2008, №2
6.
Əlizadə Yeni pedoqoji təfəkkürün ana xətti: Təhsilin humanistləşdirilməsi
problemi// Kurikulum jurnalı, 2013, №2
7.
Əliyev, H. Tədris planları: mülahizə və təkliflər: (Təhsil və elm:
islahatlar)//«Azərbaycan müəllimi» qəz.- 1998.-20 avqust
*** *** ***
Korrektor - Elçin ƏHMƏDOV
Журнал «Мцтяръим» Няшриййат-Полиграфийа Мяркязиндя
чап олунмушдур.
Чапа имзаланыб: 25.09.2017.
Формат: 70х100 1/16. Гарнитур: Тимес.
Щяъми: 11,5 ş.ч.в. Тираж: 120.
Сифариш № 06. Гиймяти мцгавиля иля.
ТЯРЪЦМЯ
ВЯ НЯШРИЙЙАТ-ПОЛИГРАФИЙА
МЯРКЯЗИ
Аз 1014, Бакы, Рясул Рза кцч., 125
596 21 44; 497 06 25; (055) 715 63 99
e-mail: mutarjim@mail.ru
www.mutercim.az
Dostları ilə paylaş: |