Microsoft Word leyli v? M?Cnun-nizami g?NC?VI. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə62/70
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18762
1   ...   58   59   60   61   62   63   64   65   ...   70

_______________ Milli Kitabxana _______________ 
249 
 
Sövdaya can verdi dilində canan. 
Qızını o halda görüncə ana 
Elə bil qiyamət göründü ona. 
Ağarmış başından götürüb örpək
Saçını küləyə verdi səmən tək. 
Anıb övladının qara gözünü, 
Yolub saçlarını, cırdı üzünü. 
Nə oxşama varsa dedi əzbərdən, 
Nə saçı vardısa yoldu o birdən. 
Ağladı, baxdıqca qızın boyuna, 
Gözündən qan tökdü həyat suyuna. 
Gah qızın üstündə sıxdı gözünü, 
Gah onun alnına qoyub üzünü, 
Gözünün yaşını tökdü fəğanla, 
Yudu o çeşməni bu axan qanla. 
Ananın naləsi göyə yüksəldi
Fələk bu nalədən naləyə gəldi. 
Andıqca gül rəngli əqiqi, bilsən, 
Daşlar qana döndü novhələrindən. 
Aya ulduzlardan zəncir bağladı, 
Ciyər sandığında onu saxladı. 
Onu novhələrlə bəzədi dili, 
Gülabla ənbərə buladı gülü. 
Torpağa tapşırdı Leylini bir bax, 
Torpaqdan törəyən torpaq olacaq. 
Qız yeni hasara düşdüyü zaman 
Qəm də xilas oldu xəzinədardan
115

Onun da həyatı qurtarıb bitdi, 
Alıb baratını dünyadan getdi. 
Aldığın atmayan bir insan varmı, 
Dolub boşalmayan bir şey olarmı, 
Dünyanın bazarı iti olsa da. 
Kasadlıq çəkəcək onda piyada. 
Dünya mələk donlu şeytana bənzər, 
Əlində təsbeh var, belində xəncər. 
İnan, bu dünyada yoxdur bir mələk 
Ki, dünya açmasın başına kələk. 


_______________ Milli Kitabxana _______________ 
250 
 
Çalış aldatmasın səni bu qarı, 
Belini əyməsin onun rüzgarı. 
Bir quyu olmamış altındakı taxt, 
Burdan köçünü sür, gecikməmiş vaxt, 
Bu yaşıl kamanlı çərxə qıl nəzər, 
Sən üz döndərməsən, o üz döndərər. 
Hələ bitirməmiş, inan ki, torpaq 
Doludan bir zərər görməmiş yarpaq. 
Bu ada mühiti-dərin bir quyu 
Torpağı qaradır, tutğundur suyu. 
Gəmini ortadan sahilə çək sən
Bəlkə öz şəhrinə çata biləsən. 
Bu torpaq can alan bir nəhəngdir, bil! 
Sümüklərindən də əl çəkən deyil. 
Bu sandıqça kimi fırlanan torpaq 
Insanın qanına qərq olmuş ancaq. 
Ağzı olmasa da qan içir hər an. 
Özünə can tapır aldığı candan. 
Hamını qumlayır onun ac gözü. 
Ölülərdən qalmış bir qumdur özü. 
Bax, bu dairədə olan naxışlar 
Insan cəsədindən şəkil almışlar. 
Qəlbi açıq adam fani dünyada 
Yaxşılıq uğrunda can etsə fəda 
Talein gözüylə o baxdığı vaxt 
Tikəni gül görür, quyunu da taxt. 
Yorğunluq üzündən, kədər üzündən 
Ona adi gözlə baxarsa, bəzən 
Varlığı qərəzlə kinə bürünər, 
Ona gözəlliklər çirkin görünər. 
Xüdpəsənd olmayan təmiz bir insan 
Qorxmaz nə yaxşıdan, nə də yamandan. 
Yalnız bu quyudan çıxmaq fikri var, 
Behiştin qəsrinə yollar axtarar. 
İstər ki, zəncirdən çıxsın ayağı, 


_______________ Milli Kitabxana _______________ 
251 
 
Yetişsin onun da azadlıq çağı. 
Qısalt hekayəni, gecə keçmişdir, 
Bir iki olmasın, olsun iki bir. 
O Xosrov, Keyqubad, o Cəmşid hanı? 
Onlar gedən yolu gedəcək hamı. 
Hiyləylə qurtarmaz quyudan heç kəs
Bu qapı davayla bağlana bilməz. 
Qocalar düşündü, çalışdı gənclər, 
Olmadı düyünü açan bir nəfər. 
Dünyaya yel kimi gəlib gedənlər 
Fələyin işinə neyləyə bilər? 
Sən açıq bir gözlə baxsan aləmə. 
Özünə şəbə de, Şəbdiz söyləmə
116

Bundan da irəli uzansa əlin, 
Bil ki, unudarsan aləmi yəqin. 
Nə qədər acizik bu dünyada biz, 
Fələyin sirrini açmaz fikrimiz. 
Rəngi gömgöy olan bu axar suyu 
Qoy su aparsın ki, çay suyudur bu. 
Bir damcı verməyib o öz suyundan, 
Ölürdü gəlini susuzluğundan. 
Leyli ki, torpağı eylədi məskən, 
Xəzinə divarı oldu dəmirdən. 
Ərəblər bu dərddən bağrı qan oldu, 
Onun zülfü kimi pərişan oldu. 
Qızın həsrətini çəkən adamlar 
Ah çəkib, of deyib, ağladı zar-zar. 
Dostların behişti - Leylinin qəbri, 
Cənnət qoquyurdu ilk bahar kimi. 
O müqəddəs qəbri öpərdi yellər, 
Onu ziyarətə gələrdi ellər. 
 
 


_______________ Milli Kitabxana _______________ 
252 
 
LEYLİNİN ÖLÜMÜNDƏN MƏCNUNUN  
XƏBƏR TUTMASI 
 
Bu məşhur dastanı yaradıb yazan 
Yazmış səhifəyə belə bir fərman: 
Ay batdı, dolanıb keçdikcə günlər
Qəlbi qırıq Zeydə çatdı bu xəbər. 
Ağlayıb könlünü açdı fəryada, 
Deyin, ağlamayan varmı dünyada? 
O, qara geyindi yası var kimi, 
Ədalət axtaran adamlar kimi. 
O qəbrin yanına yetişdi bir, bax, 
Bahar buludu tək yaş axıdaraq, 
Onun qan dalğalı qəbrinin üstə 
Sorma nə haldaydı o qəlbi xəstə, 
Sellər axıtdıqca o didəsindən, 
Insanlar baş alıb qaçdı səsindən. 
Ah çəkib, aləmə vəlvələ saldı, 
Qəmindən fələyin üzü qaraldı. 
O parlaq çıraqlı, gözəl məzarı, 
Tərk edib üz qoydu çöllərə sarı. 
O çırağı sönmüş qaranlıq gecə 
O yoldan azmışı taparaq təkcə, 
Onun qarşısında zar-zar ağladı, 
O dağlanmış qəlbi yenə dağladı. 
Cırıb üz-gözünü o birdən-birə, 
Ah çəkib, başını vururdu yerə. 
Məcnun öz dostunun baxıb rənginə, 
Gördü bulud kimi tutulmuş yenə. 
Dedi ki: "Qardaşım, nə olmuş, nə var? 
Nədir nəfəsindən çıxan alovlar? 
Nədən üz-gözünü dağıtmısan sən? 
Nədən paltarını qara geymisən?" 
Zeyd dedi: "Bəxtimiz gəlmişdir qara, 
Işimiz çox yaman düşmüşdür dara. 
Torpağın bağrından qara su çıxdı, 


_______________ Milli Kitabxana _______________ 
253 
 
Ölüm qapımızın əlini sıxdı. 
Dolu bağımızı döydüyü zaman 
Töküldü yarpaqlar əsən ruzgardan. 
O gözəllik ayı düşdü fələkdən, 
Sərvimiz yıxıldı, boş qaldı çəmən. 
Leyli, gözəl Leyli yerə gömüldü
O sənin dərdinlə yaşayıb öldü". 
Bu sözdən Məcnunun büküldü beli, 
Sanki zəlzələdən tutuldu dili. 
Ildırım vurmuş tək qaraldı haman, 
Həm düşdü, həm yandı bu ildırımdan. 
ёTaqətsiz yerində dayandı bir an, 
Fələyə üz tutub dedi: "Ey dövran! 
Nədir bu verdiyin insafsız qərar? 
Bir zəifə qarşı bu qanunmu var? 
Ota da ildırım yağdırarlarmı, 
Bir qarışqa üçün bu zülm olarmı?! 
Nə lazım ardınca min bir cəhənnəm. 
Onu bir qığılcım yandırar bu dəm. 
Sən cama görə də göz yaşı göndər, 
Hər arzuya görə verilər sağər. 
Mən bağrı yanmışın tutduğu çıraq 
Bir yel silləsiylə qaralar ancaq, 
Bu qılınc çəkməyin nə mənası var? 
Məgər ağcaqanad əъdaha olar?" 
Bütün fələklərə nifrət deyərək, 
Qaçdı səhralara o vəhşilər tək. 
Cırdı paltarını o min dəhşətlə, 
Vəhşilər baxırdı ona heyrətlə. 
Onun sellər kimi göz yaşı vardı, 
Ona baxanlar da belə ağlardı. 
Dalınca sürünüb Zeyd kölgə tək
Onun kölgəsindən dilərdi kömək. 
Qəlbində sızıltı, gözləri giryan. 
Dağları daşları saldı ayaqdan. 
Tab edə bilməyib bu intizara, 
İstədi baş çəksin o dost məzara. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə