Microsoft Word leyli v? M?Cnun-nizami g?NC?VI. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə68/70
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18762
1   ...   62   63   64   65   66   67   68   69   70

_______________ Milli Kitabxana _______________ 
275 
 
Dirəmnə pis qoxulu, ud isə yandırılarkən gözəl ətir verən bir bilkidir. Şair Allaha 
xatırladır ki, insanın yaxşı və pisliyinə məsul Allah özüdür. Dirəmnə və ya uda qoxu 
verən də odur. 
9
 
Qabü qövseyn - 1. Yayın ortası ilə uclarından birinin arasındakı məsafə.2. 
Dini rəvayətə görə, Məhəmməd peyğəmbərin merac zamanı Allaha guya yayın ortası 
ilə uclarından biri arasındakı masəfə qədər yaxın olması. 
10
  
Altı-yeddi min il keçir o andan 
Ki, bu dəbdəboni eşitmiş çahan. 
Dini əfsanələrə görə, Məhəmməd bəşərin ilk xilqət günündə, hətta Adəmdən belə 
qabaq yaranmışdır. Adəm onun nurundan ruhlanmışdır. Beytdə də bu əfsanəyə işarə 
edilir. 
11
  
Bu 
beş vaxt namazdır əsli tovbənin, 
Beş növbə təblidir qapında sənin. 
Adət üzrə padşahların sarayında gündə beş dəfə təbil vurulardı; islam dinində isə 
hər bir müsəlmanın gündə beş dəfə üzünü Kəbəyə tutub namaz qılması vacibdir. Şair 
Məhəmmədi padşaha və beş vaxt namazı oyun sarayında vurulan beş növbə  təbilə 
oxşadır. 
12
  
Bu 
evə yeddi səqf yaratdın yenə, 
Tapşırdın onu da dörd xəlifənə. 
Dörd xəlifə - Əbu Bəkr, Ömər, Osman və Əliyə işarədir. 
13
  
Siddiq 
sədaqətə olmuşdur rəhbər, 
Faruqi fərqdən uzaq bildilər. 
Siddiq - birinci islam xəlifesi Əbu Bəkrin ləqəbidir.  
Faruq - ikinci islam xəlifəsi Ömərə  işarədir ki, o Haqqı batildon 
fərqləndirməmişdir. 
14
 
 
O, Allahdan qorxan həyalı qoca... 
Məhəmmədin canişinlərindən olan III xəlifə Osman ibn Əffan nəzərdə tutulur. 
15
  
Yeddi 
xəzinəni açaraq bir dəm, 
Dörd gövhər üstünə basmısan qədəm. 
Yeddi xəzinə - yeddi göyə işarədir. Dörd gövhər - dörd ünsür: su, torpaq, od və 
hava deməkdir. 
16
 
Ümmi-Hani - Faxtə Əbutalib qızı dördüncü xəlifə Əlinin bacısıdır. 
Merac əfsanəsini uyduranlar Məhəmmədin Ümmi Haninin evindən göylər 
səyahətinə aparıldığını rəvayət edirlər. 
17
 
Ütarid - Merkuri planeti. 
18
 
Zöhrə - Venera planeti, qədim pocziyada fəza çalğıçısı timsalıdır. 
19
 
Mərrix - Mars plancti. 
20
 
Müştəri - Yupiter planeti. 
21
 
Keyvan - Zühəl planeti. 


_______________ Milli Kitabxana _______________ 
276 
 
 
22 
 
Qədr gecəsidir bu gecə, tələs... 
Qədr gecəsi - orucluq ayı olan Ramazanın 21, 23 və 27-ci gecələri dualarını Allah 
dorgahında müstəcəb (qəbul) olacağı gecələrdir. Bunlar, eyni zamanda əhya (dirilmo) 
gecələri adlanır. 
23
 
Buraq - Məhəmməd peyğəmbərin merac gecəsi mindiyi, başı insana 
oxşayıb qanadları olan atdır. 
24
  
Qalxanda 
göylərin yeddi qatına, 
Nə pərçəm, nə də bir tac qurdun ona. 
Yəni göylərin yeddi qatına qalxarkən həm fələyin pərçəmini (bayrağını - Günəşi), 
həm də onun tacını (Ayı) qurdun. 
25
 
Cəbrayıl - dini rəvayətə görə, mələklərdən biri. Allahın qasidi kimi 
təsvir olunur." 
26
  Mikayıl - Allaha yaxın olan mələklərdən biri. Ona ruzu mələyi də deyirlər. 
27
  İsrafil - dini əfsanələrdə adları  çəkilən dörd mələkdən biridir. Guya onun 
vəzifəsi həyatın yaranması və məhv olması barədə şeypur çalmaqla dünyanı xəbərdar 
etməkdir. 
28
  Rəfrəf - Məhəmmədin göylərə merac etməsi  əfsanəsində onun mindiyi ikinci 
xəyali atdır. Bəziləri onu bulud, nur saçağı və sair təsəvvür edir. 
29
 Sidrə (Sidrətül-müntəha) - göylərin yeddinci qatında olan əfsanəvi 
ağac adıdır. 
30
 Sübbuh - yüksək tərif və sitayişə layiq olan. 
31
 Nübüvvət - peyğəmbərlik. 
32
  
 
İki vəfasızın əhdini bir et, 
Bu dörd ayaqlını özün əlbir et.  
İki vəfasız - gecə-gündüz, dörd ayaqlı isə - dord ünsürə işarədir. 
33
 
Nafə - xüsusi cinsdən olan ahunun göbəyindəki müşk vəzisi. 
34
 
 
Biz kimik, nəçiyik, aç göstor artıq, 
Büt qayıranmıyıq, büt qıranmıyıq? 
İslam dininin dünya və insan haqqındakı ehkamıyla kifayətlənməyən şair
Məhəmmədə müraciətlə, insanları varlığın  gizli sırləri ilə tanış etməsini tələb edir 
ki, bəlkə hər insan nə üçun yarandığnı, niyə yaşadığını başa düşsün. Öz işlərinin əsl 
mahiyyətini, büt qayırdığını, yoxsa büt qırdığını bilsin. 
35
 
 
Mən bütün bədənə yem verən zaman, 
Öz ciyərparam da pay alar ondan. 
Yəni mən öz sözlərimi bütün xalqa deyirəm, qoy oğlum da ondan özünə bir pay 
götürsün. 
36
  
Musa 
gövhər tapdı xəzinələrdə, 
Qarun da boğuldu ləli-gövhərdə. 


_______________ Milli Kitabxana _______________ 
277 
 
Musa - Yəhudilərin peyğəmbəri. Guya Allah tərəfindən ilk müqəddəs kitab - 
Tövrat ona nazil olmuşdur.  Qarun - dini əfsanələrə gürə, Musa peyğəmbərin 
zamanında yaşayan çox varlı və xəsis bir adam olmuşdur. Musanın qarğışı nəticəsində 
öz xəzinələrilə birlikdə yerə batmışdır. 
37
 Barbad - Sasani hökmdarlarından Xosrov-Pərvizin sarayında məşhur müğənni 
və çalğıçı olmuşdur. Nizami "Xosrov və  Şirin" poemasında Barbəddən və onun 
sənətindən geniş bəhs etmişdir. 
38
 
 
Hər sadə damcının əsil cövhəri 
Dəryaya meyl edir əzəldən bəri. 
Yəni gördüyünüz hər zərrə küllün, hər sadə mürəkkəbin uzvüdür. Qətrə ilə dəniz 
arasında maddi bir vəhdət vardır ki, onu pozmaq mümkün deyildir. Çünki hər qətrə 
böyük dənizlərin cüzidir. Ona görə də hər qətrə dənizə, hər cüz küllə qovuşmağa meyl 
edir. 
39
 
 
Bir qara pul olsun, bir arpa əgər, 
Onda dörd gövhərdən tapılar əsər. 
Yəni hər bir kiçik maddənin tərkibi dörd ünsürün (torpaq, od, su, hava) 
birləşməsindən əmələ gəlmişdir. 
40
 
Keyqubad - İran tarixində Kəyan sülaləsinin qüdrətli padşahı hesab 
edilir. 
41
 
 
Sənətin ziddinə söz danışanlar 
Əyri pərdə kimi yanlış çalarlar. 
Yəni həqiqəti, insanların  əsl arzularını  tərənnüm etməyi bacarmayan hər  şair 
pərdəsi düz olmayan sazlar kimi havanı pozar və ahənglərdə baş-ayaq vurar. 
42
 
 
Bu fala mən qürə atdığım anda, 
Ulduzlar keçirmiş eyni zamanda. 
Qürə - bəxt yoxlamaq, bir şeyi ürəkdə tutmaq; ulduzların keçməsi isə taleyin 
arzuya uyğun gəlməsinə işarədir. Yəni mən bu arzuda olarkən (bu falı tutarkən) tale 
ulduzu da ona müvafiq gəldi. Qədim  Şərq astrologiyasına görə, guya hər insanın 
taleyi ulduzlardan birinə bağlı imiş  və bu planetlərin bürclər arasında hərəkətilə 
insanların həyatında yeni-yeni hadisələr baş verirmiş. 
43
  
Qüdrətin böyükdür, ona-on yarat, 
Onda beş verməyi birdəfəlik at! 
Ona on-saf qızıl,  onda beş isə qatışıq qızıl mənasındadır. Yəni yazdıqların saf 
qızıl kimi bakir və qiymətli olsun, zəif misralar yazma! 
44
  
Dedi: 
"Ey 
kəlamı əkizim ala..." 
Şairin oğlu Məhəmməd atasının yaratdığı  əsəri özünə qardaş bilir, öz əkizi 
adlandırır. 
45
 
 
Bəhrin suyu yüngül, özü axardır, 
Canlı, nəfəs alaıı balığı vardır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə