__________________ Milli Kitabxana_________________________
85
Ey Xan Eyvaz,
Giziroğlu Mustafabəy,
Əgər ki, siz
Bu məsələ qol çəkdiniz!
Sonra, sonra hansınızsa
Xalqa gələn bir qəzadan
Öz başını yana əydi.
O qəza bir topa dönüb
Səttarxanın tifaqına
yaman dəydi.
Məndən ötdü!...
Məndən ötdü!..
Sevincə bax, qeyrətə bax!
Bunu yazan xilqətə bax!
Məndən Ötdü!..
Qulağımdan getmir bu səs,
Zərbələri qardaşına,
Sirdaşına ötürən kəs
Elə bli ki, bax bu gecə
Qulağımın dibindəcə
Xətainin süqutuna
qəh-qəh çəkdi.
Sonra, sonra
Səhərəcən başına yüz qədəh çəkdi.
O qəhqəhin dalğasından,
O məstliyin baş fırladan
Havasından
qopan daşdı –
Azərbaycan torpağında
Araz boyda şırım açdı.
Məndən ötdü...
Bunu dedi Şəki xanı,
Bunu dedi Bakı xanı,
Bunu dedi İbrabim xan,
Fətəli xan, Kəlbəli xan...
Qəza ötsün məndən, - dedi,
Ötən kimi "mən-mən" dedi:
__________________ Milli Kitabxana_________________________
86
"Mən-mən" dedi bir ölkədə
nə qədər xan.
Onlar "mən-mən" deyən yerdə
Sən olmadın, Azorbaycan!
Səni səndən alıb belə
Yüz illərlə uyutdular.
Səni səndə ələdilər,
Səni səndə üyütdülər.
Dibək oldun öz duzunla,
öz daşınla.
Ögey oldun
doğma, əkiz qardaşmla –
Məndən ötdü deyənlərin qeyrətindən,
Namusunu yeyənlərin qeyrətindən!
Məndən ötdü...
Məndən ötdü!
Ey daşlaşan, torpaqlaşan,
ulu babam!
Bu günümdən dünənimə uzaqlaşan
ulu babam!
Ayağa dur!
Dəfn etdiyim məsəlinin
Baş daşına
Bir təəssüf xatirəsi yazıb, yondur:
Sondən ötən mənə dəydi,
Məndən ötən sənə dəydi.
Səndən, məndən ötən zərbə
Vətən, Vətən, sənə dəydi.
1967
__________________ Milli Kitabxana_________________________
87
ARAZ ÜSTƏ ÇİNAR GÖRDÜM
Araz üstə çinar gördüm.
Qoşa çinar.
Budaqları bir-birinə
dolaşan çinar.
Yarpaqarı bir-biriylə
öpüşən çinar.
İki titrək, iki güləş,
İki şən çinar.
Biri bir az gövdəlidir,
Bir az da uca,
Baxdım boyuna.
Bir az nazik, gödək çinar
Qısılıb ona.
Elə bil ki, lap təzəcə toy eloraiş
Cavandılar.
Necə oynaq, necə şıltaq,
Mehribandılar.
Adamların gülüşündən nəğmə qaparlar,
Adamların gülüşünə nəğmə qatarlar.
Yarpaqların uşaq dilli şənlikləri var,
Yarpaqların uşaq əlli çəpiklari var.
Onlar sussa, Pəncərələr
qulağına qulaq bağlayar,
Küçələrdo gedış-gəliş ayaq saxlayar.
Qucaqlaşıb ulduzları oxuyar onlar,
Bir-birinin qucağında yuxlayar onlar...
Araz üstə Çinar gördüm.
Qoşa duran bir cüt çinar.
Gəlin çinar.
İgid çinar.
Baxdım, baxdım təbiətin,
Ağac adlı,
Qol-qanadlı
cüt heykəlinə.
__________________Milli Kitabxana_________________________
88
Bir baltalı əl hardasa
qıcandı mənə.
Qorxdum, qorxdum onların bu
Sevgisini yaralayalar.
Budaqları, govdələri, rişələri
Bir-birindən aralayalar.
Daha pisdir, - qırmasalar, -
Çinarların arasından
Arx qazalar.
Bu arx əvvəl
Kiçik olar, dayaz olar...
Sonra, sonra böyüyüb bir Araz olar...
Araz üstə
Çinar gördüm.
Qoşa çinar.
Budaqlan bir-birinə
dolaşan çinar.
Xəyalımın üfüqündə görüş istədi
İki tənha pərişan çinar...
1967
__________________ Milli Kitabxana_________________________
89
BİR AXŞAMIN BALLADASI
Ey ilham pərisi, varsansa əgər,
Bu axşam üstümo qanadını gər,
Qanım bir hərarət alsın qanından,
Çıxım bu fikirlər burulğanından.
İsinsin azacıq bu daş duyğular,
Olmayım bir evdə beşinci divar...
Bu axşam o qədər tənhayam, təkəm,
Bu axşam elə bil yarılıb sinəm,
Çapılıb talanıb məhəbbət orda,
Qalmayıb bir tikə mərhəmət orda.
Bu axşam sahibi ölən bir tacam,
Kimsə istəməyən bir ehtiyacam.
Bu axşam fikrimlə o qədər acam,
Lap bütün gecəni
yesəm - doymaram.
Bu axşam qəlbimdən gəlib keçəni
Bütün ulduzlara desəm - doymaram.
Bu axşam...
özümdə yoxanı bu axşam,
Bu axşam özümdə dəfn olunmuşam.
Bu axşam od yoxdur məhəbbətimdə,
Bir ünvan, ad yoxdur məhəbbətimdə.
Bir dəniz, bir sahil təmasını mən
Bu axşam qəlbimdə görmürəm nədən?..
İlahi, dünyaya niyə gəlmişəm?
Hisslərim qəlbimdə əzilmiş şüşə,
Eşqim didiklənən bir parça kağız...
Küləklər, haraya aparırsınız?
Aparın, aparın, aparın,
Amma
Onu tuş etməyin hissiz adama,
Onu qoşa duran,
Onu illər boyu baş-başa duran
Daşlara verin.
Birgə çöp daşıyan,
Birgə yuva quran quşlara verin.
__________________ Milli Kitabxana_________________________
90
Qoy, suya, torpağa hopulsun bu qəm;
Mən necə sevmişdim, necə sevirəm...
Sevib yaşadığım anlar var idi,
Fikrimdə "o" vardı, "onlar" var idi.
Bir dağdım, sinəmdə ad idl "onlar",
Adicə səyyahdı, yad idi "onlar",
Qəlbimi görməyi bacarmazdılar,
Sinəmə girməyi bacarmazdılar,
Sinəmdə "o" adlı vulkanım vardı,
Bilməzdik hansımız hansı olardı.
Kim kimin gözündən qapardı dərdi,
Kim kimin qəlbində buz əridərdi.
Sevirdim - dağ idim, sevirdi - vulkan.
Qaldı bir ovuc kül, bir daş o dağdan.
Ey ilham pərisi, varsansa əgər,
Bu axşam üstümə qanadını gər,
Mənə bir sevimlik məhəbbət gətir,
Mənə bir güzəştlik mərhəmət gətir!
Niyə mən özümdə yoxam bu axşam,
Bu axşam özümdə dəfn olunmuşam.
Sanıram min ildir dünyada varam.
Sonuncu nəğməsi çalınmış taram.
Heç nə gözə dəymir, gözə görünmür,
Gözə görünən do təzə görünmür.
Göylər dənizlərdir, dənizlər göylər,
Təpələr dağlardan uca görünür.
Lap dünən doğulan körpələr belə
Gözümdə yüz yaşlı qocaya dönür.
Bu axşam özümdən uzaqlaşmışam,
Uşaq olmamışam, uşaqlaşmışam.
Ötən məhəbbətim yadıma düşüb,
İtən məhəbbətim yadıma düşüb...
İlahi, qəlbimə bir duyğu göndər.
Yazıqdır, yazıqdır məni sevənlər.
Bəlkə bir quyuya atılan daşam,
Dostları ilə paylaş: |