B i b l i o q r a f i y a
31
Bağdadda, İstanbulda və Tehranda
nəşr edilmişdir və bu kitab
haqqında xeyli dəyərli məqalə yazılmışdır. Bundan başqa, o,
danışıq lüğətləri, ayrı-ayrı qələm sahibləri haqqında portret ki-
tablar hazırlamaq kimi ciddi bir işlə də məşğul olmuşdur. Qə-
zənfər müəllimin yurdşünaslıq fəaliyyəti yüksək qiymətləndiri-
lir. Doğrudan da, o, ömrü boyu gəzdiyi, çalışdığı ölkələrdə
Azərbaycanla bağlı heç nəyi gözdən qaçırmamışdır. Aleksandr
Dümanın “Qafqaz səfəri”, Sula Benetin “Necə yaşayasan yüzü
haqlayasan”, İrəc Pərsinecadın “M.F.Axundovun kritikası” ki-
tablarını məhz bu mülahizəni əsas götürərək dilimizə çevirmiş-
dir. Görkəmli alim həmkarları arasında
böyük hörmət və nüfuz
qazanmışdır. Onun əsərləri haqqında söz deyənlər arasında
Azərbaycanın və xarici ölkələrin çox nüfuzlu alimləri var.
Unudulmaz folklorşünas alimimiz Məmmədhüseyn Təhmasib-
dən başlamış Kərkükün ağsaqqalı və dəyərli elm xadimi Əta
Tərzibaşıya qədər.
“Professor Qəzənfər Paşayev Şərq və Qərb ziyalı tipinin
ən yaxşı keyfiyyətlərini özündə birləşdirən dəyərli ziyalıları-
mızdandır” (
Bəkir Nəbiyev); “Qəzənfər müəllim öz nəcib fəa-
liyyəti ilə Azərbaycan və İraq xalqlarının daha da yaxınlaşma-
sında mühüm rol oynamış, indinin özündə də beləcə davam
edir” (
Vasim Məmmədəliyev); “Miqyaslı, şöhrətli alim olan
Qəzənfər Paşayev ensiklopedik biliyə, geniş erudisiyaya, güclü
məntiqə, aydın
təfəkkürə, dərin müşahidə qabiliyyətinə malik-
dir” (
Teymur Bünyadov); “Bizim nəsil üçün İraq Füzulidən,
Füzuli Kərbəladan başladığı kimi, Kərkük də Qəzənfər Paşa-
yevdən başlayır” (
Yaşar Qarayev); “Qəzənfər Paşayevin
“İraq-türkman folkloru” kitabına bənzər bir kitab indiyə qədər
nə İraq türkmanları tərəfindən, nə də xarici alim və tədqiqatçı-
lar tərəfindən yazılmışdır. Bu misilsiz əsəri İraq türkmanları
arasında folklor çərçivəsində şah əsər kimi qiymətləndirmək
daha doğrudur” (
Əbdüllətif Bəndəroğlu); “Bir
zamanlar tək,
vahid torpaq halında olan Kərkük və Azərbaycan indi iki ayrı
Qəzənfər Məhəmməd oğlu Paşayev
32
ada halına gəlmişdir. Bu gün bu iki adanı bir-birinə bağlayan
körpünün memarı məhz Qəzənfər Paşayevdir. Onun məna və
ciddiyyət dolu, ədalətli və birləşdirici çalışmalarını təkcə Azər-
baycan və Kərkük deyil, bütün Türk dünyası minnətdarlıq və
təşəkkürlə anacaqdır” (
Mahir Naqib); “Biz Azərbaycanda Qə-
zənfər Paşayevin İraq türkmanlarının böyük elçisi olduğunu
qəbul edirik. Ölümsüz xidmətləri ilə onun həm özu, həm də
İraq türkmanları əbədiyyətə qədər yaşayacaqdır” (
Süphi Saat-
çı); “Qəzənfər Paşayev Azərbaycan kərkükşünaslığının banisi-
dir” (
Tofiq Hacıyev); “Qəzənfər
Paşayev bizim alimlərimiz
içərisində, bəlkə də, ən çox iş görən və ən təvazökar tədqiqatçı-
lar- dandır. O, böyük bir institutun görə bilməyəcəyi işi
görmüşdür. Bu qədər böyük işləri başqa birisi görmüş olsaydı,
yəqin, onun ədası yerə-göyə sığmazdı. Onun yazdıqları təmiz
və pak ürəyin, intellektin səsidir. O bizim folklorumuzun
Müşfiqidir” (
Nizami Cəfərov); “İraq-türkman folkloru” əsəri
oğuz kökündən və soyundan olan Azərbaycan türkləriylə İraq
türklərinin dil və folklor baxımından nə qədər bir-birlərinə
bağlı olduqlarını açıq- ca göstərməkdədir” (
Mustafa Arqun-
şah, Türkiyə); “İraq-türkman folkloru” folklorşünaslığımızın
son nailiyyətlərindəndir” (
Məhərrəm Cəfərli); “Qəzənfər Pa-
şayev fenomeni elmi və ədəbi ictimaiyyət, eləcə də oxucular
arasında mötəbər nüfuz rəmzinə çevrilmişdir” (
Nahid Hacıza-
də). Görülən iş, çəkilən zəhmət elə-belə izsiz-soraqsız itib-bat-
mır. Sözün, sənətin, yaradıcı əməyin, xeyirxahlığın, insanlığın
qədrini bilənlər yaşadıqca bu zəhmət minnətdarlıqla xatırlana-
caq. Yaşı yetmiş beşi adlamış görkəmli alimin yaradıcılığında
Azərbaycan-türk coğrafiyası bütövləşib. Bu yaradıcılığa veri-
lən qiymət də bu bütövlüyə uyğundur.
Onu Cənubi Azərbay-
canda da, Kərkükdə də, Türkiyədə də oxuyur və sevirlər. İraq
və Türkiyə mətbuatında mötəbər müəlliflər tərəfindən yazılmış
yazılar, Qəzənfər müəllimin yaradıcılığının çoxdan bəri ulus-
lararası bir hadisə olduğunu, bütövlükdə türk dünyasının ədəbi
B i b l i o q r a f i y a
33
hadisəsinə çevrildiyini aydın göstərir. O, doğrudan da, ensiklo-
pedik bir bilik sahibidir. Türk, ərəb, rus, ingilis dillərinin geniş
dünyası ona açıqdır. Onun maraq dairəsinin bir başında dörd
misralıq bayatı dayanırsa, digər başında dörd misralıq Nostra-
damus katrenləri dayanır. Biri türk xalq təfəkkürünün möcüzə-
si, digəri Nostradamusun peyğəmbəranə uzaqgörənliyinin qıfıl-
bəndi. Bir tərəfdə müdrik sadəlik,
digər tərəfdə yozulduqca ye-
ni qatları açılan öngörmələr... Əslində, ilahi möcüzələrə, kaina-
tın qanunauyğunluqlarına, astrologiyaya maraq da Qəzənfər
Paşayev istedadının bir özəlliyidir. Onun maraq dairəsinin
Nostradamusa qədər genişlənməsi təsadüfi deyil və çəkinmə-
dən deyirəm ki, bu dahi görücünün katrenlərini şərh etməyin
özu də bir görücülükdür, Allah vergisidir. Çünki “Nostradamu-
sun möcüzəli aləmi” adlı kitabında Qəzənfər müəllim özünə
qədər yazılanları araşdırmaqla kifayətlənmir və nəticədə onun
özünün
də astrologiya, dünya tarixi və gələcək haqqında bir
görücü təfəkküru ilə yazdığı ortaya çıxır... Bu onun fitri isteda-
dının, təmiz, halal, xeyirxah insan – əsl Allah adamı olmağının
təbii nəticəsi – sonucudur!.. Fədakarlığı, Kərküklə Bakı arasın-
da birliyin möhkəmləndirilməsi sahəsində gördüyü işlər, Niza-
mi adına Azərbaycan Ədəbiyyatı Muzeyində yaratdığı “İraq-
türkman” guşəsi, öz hesabına nəşr etdiyi kitablar, xəstələrə,
ədəbiyyat adamlarına əl tutması – ona gənc yaşlarından bir ağ-
saqqal hörməti, şöhrəti qazandırmışdır. Unudulmaz dostumuz,
böyük ədəbiyyatşünas alim, tənqidçi və filosof Yaşar Qaraye-
vin öz həmkarı haqqında dedikləri heç vaxt köhnəlməyəcək bir
aforizm kimi səslənir: “Qəzənfər müəllim bir daha sübut edir
ki,
mənəvi dəyərə və sərvətə, milli qeyrətə və savaba, tamahsız
xeyrə sərf olunanda ömür və səhhət heç zaman tükənmir”. Ya-
şar Qarayevin bu dəqiq müşahidəsindən bir ifadəni vurğula-
maq istəyirəm: Milli qeyrət! Çox vaxt namus sözu ilə yanaşı
işlənsə də, Qeyrət təkcə Namusun sinonimi deyil, o həm də
mərdliyin, mərhəmətin, vətəndaşlığın, kişiliyin, insanlara əl
Qəzənfər Məhəmməd oğlu Paşayev
34
tutmaq
qabiliyyətinin, fədakarlığın, millət yolunda çıraq kimi
yanmaq ifadəsinin sinonimi, ekvivalentidir. Qəzənfər müəlli-
min ömrü boyu gördüyü bütün işlərin də, həyatının və yaşayış
tərzinin ən dəqiq qiyməti də elə budur: Milli qeyrət! Qəzənfər
müəllimin öz böyük zəhməti, çoxcəhətli yaradıcılığı ilə xalq
arasında qazandığı hörmət, şöhrət hər kişiyə nəsib olan xoş-
bəxtlik deyil. Onun sənətkar ömrünün Kərkük xoyratları ilə
birgə Yer üzünün Nostradamusun işıq saldığı uzaq gələcəyinə-
dək uzanacağına inanıram.
Sabir Rüstəmxanlı,
Xalq şairi