“Dədə Qorqud”un möcüzələr dünyası
241
“Kitab”ın dilində “ilin on iki ayından hər biri” anlamlı “ay”
sözü daha çox müəyyən miqdar saylarından sonra işlənib: “Bir ay
baqsun, - Bir ayda varmazsam, iki ay baqsun! İki ayda varmaz-
sam, üç ay baqsun!...” (D-144); “Toquz ay tar qarnımda götür-
digim, oğul!” (D-164).
Astronomiya və coğrafiyaya dair mənbələrdə göstərildiyi
kimi, “Ay təqviminin əsasını təşkil edən sinodik (qəməri) ay – Ay
səfhələrinin dəyişmə dövrü olub, 29, 581 orta Günəş sutkasına
bərabərdir”. Bu mənada türk dillərində hər 29,5 və ya 30 günün
“ay” adlandırılması təbiidir. Heç şübhəsiz ki, qədim türklər yaz,
yay, güz (payız), qış sözlərini yaradarkən Günəşin hərəkət trayek-
toriyası, işığı ilə yanaşı, gecələr inikas edən “Günəş” işığı ilə
işıqlanan göy cismini – “Ayı” da müşahidə ediblər, onun işığını da
nəzərə alıblar. Bu müasir dilimizdə mühafizə olunan “boz ay”
(qışın axırıncı ayı, mart ayı), “elqovan ay” (yayın axırıncı ayı)
kimi ay adlarında, eyni zamanda “ay qaranlığı” (ay işığı olmayan
gecə, qaranlıq gecə), “ay doğmaq” (gecə ayın doğması, çıxması),
“ay görünmək” (hər ayın əvvəlində hilalın (ayparanın) ilk dəfə
görünməsi) və s. ifadələrdə də özünü göstərir. Burada S.Cəfərovun
omonimlərin əmələ gəlmə yolları ilə bağlı söylədiyi fikirlərdən
biri yada düşür: “Çoxmənalı sözlərdə mənalarından biri inkişaf
edərək, müstəqim məfhum ifadə etməyə başlayan yeni sözə çevril-
məsi ilə; məsələn, ay (otuz gün) – Ay (yerə ən yaxın məsafədə
olan peyk), hər ikisi isim...”
1
. Maraqlıdır ki, M.Kaşğari “ay” sözü-
nün semantikasını daha dəqiq, həm də poetik mətnlər kontekstində
şərh edib: “...ay (30 gündən ibarət olan ay). Bu, beytdə də
işlənmişdir:
“Kışka etin, kəlsə kalı kutluğ yay,
Tün, kün keçə alkınur ödhlək bilə ay”
Qışa hazırlaş sən, gəlsə qutlu yay,
Gecə-gündüz keçərək başa çatır zamanla ay”.
1
S.Cəfərov. Müasir Azərbaycan dili. Bakı, 1982, səh.23.
“Dədə Qorqud”un möcüzələr dünyası
242
(Mübarək yay gələndə sən qışa hazırlıq gör, çünki gecənin və
gündüzün keçməsi ilə ay və zaman başa çatır).
İlin 12 parçasından hər birinə ay deyilməsinin səbəbi odur ki,
bu müddət ayın keçməsi ilə başa çatır. Bu məsəldə də işlənir: “ay
tolun bolsa, əligin imləməs = bəbir ay əllə göstərilməz. Çünki
gözü olan hər kəs onu görür”
1
.
“Kitab”da ilin aylarının adlarına rast gəlinmir. Daha doğrusu,
bu, əsasən, fəsil adları ilə ifadə edilir: Yaz, güz (payız), qış. “Yay”
sözü isə müstəqil şəkildə fəsil adı kimi işlənməsə də, yer-məkan
məzmunlu “yaylaq”, “yayla” kimi sözlərdə kök morfemi kimi
çıxış edir. Çox güman ki, bu, qədim türklərdə yaz sözünün həm də
yay mənasında işlənməsi ilə bağlıdır. Bu, öz təsdiqini M.Kaşğari-
nin “Divan”ında da tapır: “...yaylağ. Bu, yaz demək olan yay sö-
zündən alınmışdır”
2
. Yeri gəlmişkən, M.Kaşğari “ay” adlarına da
münasibət bildirib: “Ayların adlarına gəlincə, şəhərlərdə ay adları
ərəbcə işlənir. Köçərilər və müsəlman olmayan türklər ili dörd
fəslə bölərək ad verirlər. Hər üç ayın bir adı var, ilin keçməsi bu-
nunla bilinir. Novruzdan sonra yaza “oğlak ay”, sonra “uluğ oğ-
lan ay” deyirlər. Çünki bu ikinci zaman parçasında oğlaq böyüyür.
Bundan sonra “uluğ ay” gəlir, çünki bu dövr yay ortasıdır, yer
üzərində nemət artır, heyvanlar böyüyür, süd çoxalır. Digər ay-
larda bu şəkildə davam edir, az işləndiyi üçün bunların adını tək-
tək saymıram”
3
. Müəllifin bu qeydləri qədim türk tarixi, etnoqra-
fiyası və coğrafiyası baxımından olduqca dəyərlidir.
ilin fəsillərinin adları. Heç şübhəsiz ki, fəsil adlarının (yaz,
yay, güz (payız), qış) yaranma səbəbləri, etimoloji əsasları müəy-
yənləşdirilərkən təkcə dilçilik yox, həm də mifologiya, astronomi-
ya kimi elmlərin nəzəri əsaslarına istinad olunmalı, problemə
kompleks və sistemli şəkildə yanaşılmalıdır. Araşdırmalar göstə-
rir ki, Azərbaycan dili, eləcə də türk dillərinin əksəriyyəti üçün sə-
1
M.Kaşğari. “Divanü lüğat-it-türk”. I cild, Bakı, 2006, səh.148-149.
2
Yenə orada, səh.63.
3
Yenə orada, səh.356.
“Dədə Qorqud”un möcüzələr dünyası
243
ciyyəvi olan yaz, yay, güz (payız) və qış sözlərinin etimologiyası
qeyd etdiyimiz elmlərin sintezi kontekstində tədqiq olunmayıb.
Konkret desək, ümumi vəziyyət belədir: Azərbaycan fizikləri və
ya astronomlarının əsərlərində ilin fəsillərinin adlarını bildirən
sözlərin semantikası ilə bağlı şərhlərə, demək olar ki, rast gəlin-
mir. Bu, təbii qarşılana bilər: birincisi, ona görə ki, bu, astrono-
mun işi deyil; ikincisi, qədim türk dilinin incəliklərinə dərindən
bələd olmayan heç bir astronom yaz, yay, güz (payız) və qış söz-
lərinin semantikası ilə bağlı dəqiq fikir söyləyə bilməz... Türkoloq
və mifoloqlarımız isə həmin sözlərlə bağlı müəyyən mülahizələr
söyləyərkən astronomiyanın nəzəri əsaslarına yetərincə istinad et-
məyiblər. Amma bu heç də onların fikirlərinin inkarı kimi başa
düşülməməlidir. Bu mənada Azərbaycan dilçiliyi və folklorşünas-
lığında ilin fəsillərinin adları ilə bağlı deyilmiş fikirlərin ümumi
mənzərəsini canlandırmaq lazım gəlir:
Dilçiliyimizdə ilin fəsillərinin adları həm leksikologiya, həm
də morfologiya daxilində təqdim olunur. Dəqiq desək, eyni sözlər
(yaz, yay, payız, qış, gün, ay, il...) leksikologiya daxilində daha
çox zaman məfhumu bildirən sözlər, morfologiyada isə zaman
bildirən isimlər başlığı altında ümumi şəkildə verilib. Yəni yaz,
yay, güz (payız) və qış sözləri tarixi-linqvistik baxımdan, demək
olar ki, araşdırılmayıb. Amma onu da qeyd edək ki, son dövrlərdə
B.Məhərrəmli “yaz” sözünü “təbiət hadisələrini bildirən isimlər”
başlığı altından geniş şəkildə təhlil edib
1
. Müəllifin fikirlərini belə
səciyyələndirmək olar:
− “yaz” sözünün türk dillərində müxtəlif fonetik variantlarda
işləndiyini göstərməklə yanaşı, onun müasir türk dilində “yay
fəsli” mənasının daha aktiv olduğunu da qeyd edir;
− yaz//yay sözlərini eyni kökün fonosemantik şaxələnməsi
hesab edərək Y.Məmmədovun mövqeyində dayanır, eyni zamanda
1
B.Məhərrəmli. Türk dillərində isim köklərində leksik-semantik inkişaf. Bakı,
2012, səh.217.
Dostları ilə paylaş: |