2012‐ci il tarixli Sərəncamı
ilə təsdiq edil
‐
mişdir. Həmin tarixi sənəddə ənənəvi iqti‐
sadiyyatdan «bilik iqtisadiyyatı»na keçidin
əsasının qoyulması, bunun üçün həlledici amil
olan insan kapitalının adekvat inkişafının ön
plana çəkilməsi nəzərdə tutulmuşdur. Bu,
təhsil sisteminin də kökündən dəyişdiril mə ‐
sinə, əlavə təhsil, ömür boyu təhsil kimi kom ‐
ponentlərin əhəmiyyətinin artırılmasına gəti rib
çıxarır. Eyni zamanda İKT və virtual tədrisin,
kompüter şəbəkə biliklərinin rolunun artırıl ‐
ma sını nəzərdə tutur. Başlıca strateji məqsədi
davamlı iqtisadi artım və sosial rifah olan
Konsepsiyada təhsildə keyfiyyətin yüksəl dil ‐
məsi və müasir təhsil sisteminin qurulması da
əsas strateji istiqamətlərdən biri kimi ön plana
çəkilmişdir.
– Məlum olduğu kimi, Azərbaycan Res ‐
pub likasının Prezidenti cənab İlham Әliye ‐
vin 24 oktyabr 2013‐cü il tarixli Sərəncamı ilə
«Azərbaycan Respublikasında təhsilin inki ‐
şafı üzrə Dövlət Strategiyası» təsdiq olunub.
Dövlət Strategiyasının təhsilimizin inkişafı
baxımın dan rolu barədə fikirləriniz maraqlı
olardı.
– «Azərbaycan təhsilinin inkişafı üzrə
Dövlət Strategiyası» təhsil ilə bağlı olan bütün
subyektləri və fəaliyyət sahələrini əhatə edir.
Bu əhatəlilik, həmçinin Azərbaycanın gələcək
inkişafının davamlı xarakter alması üçün peşə ‐
kar bilik və bacarıqlara yiyələnən və rəqabətə ‐
davamlı insan resurslarının yetişdirilməsi
missi yasına xidmət edir, Azərbaycan təhsili ‐
nin yeni keyfiyyət mərhələsinə keçidi istiqa ‐
mətində genişmiqyaslı tədbirlərin həyata
keçi rilməsini nəzərdə tutur.
XXI əsrdə təhsilli insan anlayışı kifayət qədər
yeni meyarlarla ölçülür. Bu gün təhsilli şəxs
yeni əsrin ab‐havasına daha yaxından bələd
olmalı, düşüncə tərzi ilə yeni bilik və kommu‐
nikasiya texnologiyalarını əxz etməli, ömür‐
boyu öyrənməli və ya informasiyanı biliyə,
biliyi isə bacarığa çevirə bilməlidir. Bu yanaş ‐
ma həm də müasir təhsil paradiqma
larını
özündə ehtiva edir. Bunun üçün nə etməli? İlk
növbədə, təhsildə innovativ
idarəetmənin bərqə rar
olmasına nail olmalı, hər bir təhsilalana hər ‐
tərəfli bilik və bacarıqların verilməsi məqsə dilə
təhsil sisteminin institusional əsasları, infra‐
strukturu və insan resursları inkişaf etdi ril ‐
məlidir. Təhsilin keyfiyyətinin yüksəl dil məsi
üçün isə bir daha qeyd edirəm ki, təhsili idarə ‐
etmə sisteminin yenidən qurulması, bu sahədə
insan resurslarının inkişaf etdirilməsi və müəl ‐
lim peşəsinin nüfuzunun artırılması vacibdir.
Dövlət Strategiyasında qeyd olunan əsas
parametrlər ölkədə keyfiyyət nəticələrinə və
əhatəliliyinə görə beynəlxalq aləmdə öncül
mövqe tutan, səriştəli müəllim və təhsil
menecerlərini, müasir texnologiyaya əsasla ‐
nan infrastruktura malik təhsil sisteminin
yaradılması üçün beş strateji istiqamətdə isla‐
hatyönümlü tədbirlərin həyata keçirilməsini
nəzərdə tutur. Bunları strategiyada göstəril ‐
diyi kimi sadalasaq, belə təsnif edə bilərik:
təhsilin məzmunu, müəllim və tədris metod ‐
ları, idarəetmə, infrastruktur və maliy yələşmə.
Səriştəyə əsaslanan şəxsiyyətyönümlü təhsi ‐
lin məzmununun yaradılmasını nəzərdə tutan
birinci istiqamət müasir təhsilşünaslığın ən
çox müraciət etdiyi məsələdir. Strategiyada
təhsilin məzmunu ilə bağlı məqam təhsil sis‐
teminin bütün pillələrini – məktəbəqədər,
ümumi, ilk peşə və orta ixtisas, ali təhsil üzrə
kurikulumların inkişaf etdirilməsi kimi vacib
hədəfləri əhatə edir.
Bildiyiniz kimi, «Təhsil haqqında» Azər ‐
bay
can Respublikasının Qanununa əsasən
ümumi təhsilin dövlət standartları və proq ‐
ramları təsdiq edilmişdir və hazırda tətbiq
olunmaqdadır. Ümumi təhsil üzrə yeni hazır ‐
lanmış fənn kurikulumları I–VI siniflərdə
tətbiq edilir. Digər siniflər üzrə də təhsilin
məzmunu ilə bağlı start götürən proseslər də
davam etdiriləcəkdir. Burada xüsusilə qeyd
olunmalıdır ki, məktəbəqədər təhsil pilləsi
üzrə kurikulumun işlənib hazırlanması çox
vacib amildir və bu, strategiyada diqqət
yetirilən məsələlərdəndir.
Mövcud ilk peşə‐ixtisas və orta ixtisas
təhsili kurikulumları da hazırda dövrün tələb ‐
lərinə cavab vermir. Müəllim hazırlığı üzrə
15
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014
yeni kurikulumlar tətbiq edilsə də, bütöv ‐
lükdə ali təhsil müəssisələrinin kurikulumları
əmək bazarının müasir şərtlərinə uyğun
gəlmir. Odur ki, strategiyanın birinci strateji
istiqaməti üzrə, əsasən, kurikulumların daha
da inkişaf etdirilməsi nəzərdə tutulur və bu
prosesin davamlı xarakter alması qeyd olunur.
İkinci istiqamət təhsil sahəsində çalışan ‐
ların bilik, bacarıq və kompetensiyalarının
daim inkişaf etdirilməsini nəzərdə tutur. Bu
istiqamət müasir, innovativ təlim forma və
üsullarını öz işində tətbiq edən, təhsilin
məzmununun səmərəli mənimsənilməsinə
nail olan səriştəli müəllimlərin hazırlanmasına
xidmət edir. İndiyədək səriştəyə əsaslanma ‐
yan, əmək bazarında kifayət qədər rəqabətli
olmayan əməkhaqqı sisteminin mövcud
olması təhsildə müəllim amilinin inkişafına
mənfi təsir göstərib. Ona görə də təhsil sistemi nin
bütün pillələrində müəllimlərin bilik, bacarıq
və peşəkarlıq qabiliyyətlərinin müasir dövrün
tələblərinə uyğun yüksəldilməsi təmin
edilməlidir. Təsadüfi deyil ki, ikinci strateji
istiqamət özündə həm də müəllimlərin peşə ‐
karlığının yüksəldilməsi, təhsilalanların nailiy ‐
yətlərinin qiymətləndirilməsi üzrə yeni sis temin
qurulması, istedadlarının üzə çıxarıl ması və
inkişafı, xüsusi qayğıya ehtiyacı olan la rın inklü ‐
ziv təhsilə cəlb olunması kimi fəa liy yət sahələrini
birləşdirir. Burada xüsusi qayğıya ehtiyacı
olanların inklüziv təhsili anlayışının sərhəd ‐
lərini geniş düşünmək lazımdır. Xüsusi iste ‐
dad
lı təhsilalanların da bu anlayışa daxil
olması tamamilə yeni yanaşmalar tələb edir.
Bu yanaşmalar isə müasir, innovativ tədris
metodlarının təcrübəyə gətirilməsini, İKT‐dən
təhsildə daha geniş istifadəni də nəzərdə
tutur. Bütün bunlar olmadan müasir dərsi,
çağdaş müəllimin fəaliyyətini təsəvvür etmək
mümkün deyil.
Üçüncü strateji istiqamət təhsildə nəticə lərə
görə cavabdeh şəffaf və səmərəli idarə etmə
mexanizmlərinin yaradılmasına yö nəl mişdir.
Hazırda təhsilin idarəolunmasında başlıca
problemlərdən biri tənzimləmə, idarəetmə və
nəzarət funksiyalarının dəqiq müəyyən edil ‐
mə
məsidir. Dövlət təhsil müəssisələrinin
tabeçilik məsələlərində müəyyən uyğunsuz ‐
luq lar qalmaqdadır. Dövlət Strategiyasında
təhsilin idarəolunması ilə bağlı tamamilə yeni
mexanizm ehtiva olunur. Nəzərdə tutulur ki,
təhsil sistemində tənzimləmə və idarəetmə
qabaqcıl beynəlxalq təcrübə əsasında müasir ‐
ləşdirilsin, təhsil müəssisələrində nəticəyö ‐
nüm lü və şəffaf idarəetmə modeli tətbiq olun sun,
təhsilin keyfiyyətinin təminatı və ida rəetmə
üzrə yeni məlumat və hesabat sistemləri
yaradılsın. Bununla da təhsilin ida rə olunması
konseptində qərarvermə mexa nizmləri, səla ‐
hiyyət və məsuliyyətin çərçivəsi, hesabat lılıq
meyarları yeni mahiyyət kəsb edir. Səlahiy ‐
yətlə hesabatlılıq arasında uzlaşma, əlaqə
mütə nasibliyi təmin olunur.
Dördüncü strateji istiqamət müasir tələb ‐
lərə uyğun və ömür boyu təhsili təmin edən
infrastrukturun yaradılmasını nəzərdə tutur.
Müşahidələr göstərir ki, tədris prosesində
müasir texnologiyalar məhdud miqyasda
tətbiq edilir. Ona görə də təhsil müəssisə lə ‐
rində İKT əsaslı təlim metodologiyasına uyğun
infrastrukturun yaradılması yaxın perspek‐
tivin prioritet məsələsi hesab olunur. Burada
bir məqama diqqət yetirmək lazımdır. Bu
sənəddə ilk dəfə olaraq ömür boyu təhsil anla ‐
yı şına xüsusi əhəmiyyət verilir. Bu da ondan
irəli gəlir ki, informasiya cəmiyyəti ömür boyu
öyrənmə bacarıqlarına sahib fərdlərə ehtiyac
duyur.
Bu məqsədlə də təhsil müəssisələri şəbə ‐
kə
sinin rasionallaşdırılması, distant təhsil,
istedadlı və xüsusi qayğıya ehtiyacı olan uşaq ‐
lar üçün təhsil, yaşlıların təhsili, regionlarda
təhsil məsələləri üzrə məsləhət xidmətləri
göstərən universal mərkəzlərin yaradılması,
peşə tədris mərkəzləri və komplekslərinin qu ‐
rul ması kimi tədbirlər qeyd olunan isti qamət
çərçivəsində nəzərdə tutulan əsas hədəflər ‐
dəndir.
Nəhayət, beşinci istiqamət ölkəmizdə iqti‐
sadi cəhətdən dayanıqlı və dünyanın öndə ‐
gedən təhsil sistemlərinin standartları ilə eyni
səviyyədə dura bilən maliyyələşdirmə mode ‐
linin qurulmasını özündə ehtiva edir. Bu
istiqamət çərçivəsində təhsilin mövcud maliy ‐
16
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014