canlı yaddaş
77
USTAD
dərgisi \ Fevral 2016
76
USTAD
dərgisi \ Fevral 2016
– Biz ədəbiyyatşünaslar yazıçıları
dövrlə adlandırmağa adət etmişik.
Amma mənim üşün şəxsən çox
maraqlıdır. Həm sovet dövründə yazan,
həm də müstəqillik illərində əsərləri
dərc olunan Vidadi Babanlı özünü necə
adlandırar? Və ən əsası necə hiss edir?
Sovet dövrü yazıçısı kimimi?
– Mən sovet dövrü yazıçısıyam. Düzdü,
müstəqillik illərində də üç romanım dərc
olunub, yazıb-yaratmışam. Amma əsas
romanım, mənə şöhrət gətirən “Vicdan
susanda” sovet dövründə yazılıb. “Ömürlük
cəfa”, “Həyat bizi sınayır”, “Ana” dramı,
“İnsaf nənə”... Hamısı sovet dövründə
yazılmış əsərlərdir. Amma son illərdə
də yazmışam. Bu il təzə kitabım çıxıb –
“Zəmanə adamı”... Sizə də bağışlayacam.
– Səhv etmirəmsə, “Azərbaycan”
jurnalına yeni bir roman təqdim
etmişdiniz bu yaxınlarda, amma dərc
olunmayıb. “Lotu” adlı. Niyə?
– Həmin əsər bu əsərdir də... Onu
qaytardılar geri, mən də üzərində işlədim,
adını da dəyişib qoydum “Zəmanə
adamı”.
Düz bir il təzədən işləmişəm,
təkmilləşdirmişəm. Psixoloji cəhətdən
dərinləşdirmişəm. Nizami Cəfərov da bunun
haqqında yazıb.
– Yəni tənqid öz müsbət münasibətini
bildirib. Yeri gəlmişkən, tənqid və
tənqidçilərlə münasibətiniz necədir?
Sovet dövründə, ondan sonra...
– Bir az narazıyam tənqidçilərdən.
– Heç təəccüblənmədim. Tənqidçidən
razı olan yazıçı tapmaq çətindir...
– Yox e... Elə bil ki bir az dərinə getmək
istəmirlər mənim əsərlərimi təhlil edəndə.
Əsərin ictimai mənası, məsələlərin qoyuluşu,
necə həll olunması, psixoloji cəhətdən necə
həll edilməsi... haqqında çox yazmırlar...
Mənim haqqımda Məmməd Arif yazıb.
Dərin adam idi. Mehdi Hüseyn... O da
dərin adam idi, güzəştə getmirdi. Amma
bəyənirdi mənim yazılarımı. Əkbər Ağayev,
Akif
Hüseynov, Pənah Xəlilov, Qulu Xəlilov
yazıb. Düzdü, Qulu bir az ikitərəfli adam
idi, bəzən münasibətə görə yazırdı... Amma
gərək tənqidçi münasibət gözləməsin.
Sovet dövründən sonra isə Nizami Cəfərov,
Rüstəm Kamal yazıb.
– Sovet dövründə daha çox hücuma
məruz qalan da, təriflənən də “Vicdan
susan”da olub. Bəs Müstəqillik illərində
hansı əsəriniz sizi qane edən reaksiyanı
doğurdu?
– Daha çox “Gizlinlər” haqqında yazıldı.
Oxumusunuz?
–
Oxumuşam, haqqında yazmışam
da... “Azərbaycan” jurnalında dərc
olunmuşdu.
– “Ömürlük cəfa” haqqında, “Qəribə
eşq” adlı əsərim haqqında da yazdılar.
Tənqid etdilər. Etiraf edim ki, bu əsər heç
canlı yaddaş
79
USTAD
dərgisi \ Fevral 2016
78
USTAD
dərgisi \ Fevral 2016
özümü də təmin etmirdi. Fikirləşirdim ki,
bir daha üzərində işləyərəm. İndi başqa
bir əsərə başlamışam... Düzdü, gözüm
zəif görür, amma işləyirəm.
Jurnalistlərin
həyatından yazıram. “Tale dolayları”. 73
səhifə yazmışam artıq. Bilmirəm bitirə
biləcəyəmmi? Güman edirəm ki, yaxşı əsər
olmalıdır.
–
Konkret prototipiniz var, yoxsa
ümumiləşdirilmiş obraz olacaq?
– Ümumiləşdirilmiş obrazdır. Əziz
Əzimli. Taleyin dolaylarından keçib.
Vaxtilə xalq düşməni kimi atasını tutublar.
Bu da böyüyüb, sonra institut illərində
müxalifətçilərə qoşulub, tutulub. Bir sözlə,
keçid dövründə jurnalistlərin başına hansı
işlər gətirilibsə, o haqdadır. Bilirsiniz,
jurnalist gərək təpədən dırnağa vətəndaş
olsun. Yazıçı da vətəndaş olmalıdır, amma
yazıçı yaradıcılığında ümumiləşmələr çox
olur. Əsl jurnalistlərin
həyat tərzi daha
mürəkkəbdir.
– Bu həyat tərzinə bu qədərmi
bələdsiniz? Bələd olmaq naminə
əvvəlki yaradıcılıqda gah kitabxanaçı
işləmisiniz, gah tərbiyəçi... Hərçənd
ki, jurnalist də işləmisiniz, amma
müstəqillik illərində jurnalistika mühiti
çox dəyişikliklərə uğradı... Bu sovet
dövrünün jurnalistikası deyildi...
– Kifayət qədər bələdəm. Çünki özüm də
vaxtilə yazılar yazmışam qəzetlərə, jurnalist
kimi işləmişəm. Bilirsiniz də,
məni dörd-beş
il işsiz qoydular, mən də “Bakı” qəzetinə
– Nəsir İmanquliyevin yanına getdim. Baş
redaktor idi. Mənə kömək elədi. Göndərirdi
sənaye müəssisələrinə, fabriklərə, zavodlara,
neft mədənlərinə. Gedirdim, oçerk yazırdım,
gətirirdim, oxuyurdu, hətta dərc olunmamış
qonorar yazırdı. Ailəmi dolandırırdım. Yaxud
“Azərbaycan gəncləri” qəzetinə, hətta
“Kommunist” qəzetinə məqalə yazmışam.
Ən çox da radioda işləyirdim.
–
Hansı verilişdə?
– Müxtəlif verilişlərə oçerklər yazırdım. O
zamanlar Yazıçılar birliyində böyük intriqalar
var idi.
Yəqin ki, bilirsiniz. Süleyman
Rəhimovun tərəfdarları bir tərəfə idi, Mehdfi
Hüseynin tərəfdarları – yəni ki qazaxlılar bir
tərəfə. Belə bir ziddiyyət əmələ gəlmişdi.
Mən də qazaxlı olduğuma görə mənə qarşı
çıxırdılar.
–
Burdan baxanda bir az absurd
görünür... Amma İsmayıl Şıxla da
qazaxlı idi. Ona qarşı da belə münasibət
var idi?
– Bilirsiniz, o çox təmkinli adam idi.
Adətən qarışmırdı bu məsələlərə. Məndə
bir az çılğınlıq var idi, o dəqiqə reaksiya
verirdim. Məsələn, iclaslarda, yığıncaqlarda
Mehdi Hüseyni, ya da İsa Hüseynovu
tənqid edəndə, dözə bilmirdim. Müdafiəyə
qalxırdım, sonra da o adamlar mənə qarşı
çıxırdılar. Yaxud “Vicdan susanda”nı
tənqid
edirdilər, nə günə qoymuşdular. Onun
üstündə Mirzə İbrahimov iclasda mənim
məsələmi qaldırmışdı. Hətta
partiyadan
çıxarılmamı istəyirdi. Nəriman Həsənzadə
partiya təşkilatı katibi idi. Mirzə İbrahimov,
– “bu əsər sovet hakimiyyətinə zidd əsərdir.
Sovet insanının vicdanı heç zaman susmur,
susa bilməz”, – deyib sonra da üzünü tutdu
Nəriman Həsənzadəyə ki, partiya təşkilatı
katibisən, təklifini de. O da durdu, duruxa-
duruxa – hiss elədim ki əvvəldən sözləşiblər
– istəməsə də dedi ki, partiyadan çıxarılsın.
İnsafən Əli Vəliyev yerindən qalxdı, – “Mən
qəti razı deyiləm, cavan adamdı, partiyadan
çıxarılmaq çox ciddi məsələdi. Töhmət
verilsin”, – dedi. Süleyman Rüstəmlə Osman
Sarıvəlli də bu təklifi müdafiə elədilər. Rəsul
Rza isə dedi ki, “Hiss olunur burada təşkil
olunmuş bir şey var, belə olmaz, bu bizim
təşkilatımızın adına pisdir”. Nə isə... Mirzə
İbrahimovla höcətləşdilər, Rəsul Rza da
acıq edib çıxdı getdi. Mən partbileti çıxarıb
atdım Mirzə İbrahimovun üstünə. Adamlar
sus-pus qaldılar.
O gecə götürdüm Brejnevə
məktub yazdım ki, ya Türkmənistanda, ya
da Özbəkistanda yaşamağım üçün şərait
yaratsın. Beləcə ara qarışdı. Və məni düz
dörd il işsiz qoydular.
– Hər halda, bu əsərlə bağlı idi də...
Yoxsa sizin qazaxlı olmağınıza görə
edirdilər?
– Həm o var idi, həm də bu... Bir
məsələ də vardı... Bunu mən “Gizlinlər”də
yazmışam. Mirzə İbrahimovla aramı