TəSVİRİ VƏ TƏTBİQİ İNCƏSƏNƏT



Yüklə 491,17 Kb.
Pdf görüntüsü
səhifə15/22
tarix26.09.2017
ölçüsü491,17 Kb.
#1571
1   ...   11   12   13   14   15   16   17   18   ...   22

Təsviri və tətbiqi incəsənət, əmək təlimi

2009

T.t.VIII.11  Şagird incəsənət əsərlərinin yarandığı fərqli kontekstləri tanıyır.

Nəticə əldə edilmişdir, əgər şagird:

incəsənət əsərini müəyyən mədəniyyət və ya dövrlə əlaqələndirir;  bədii əsərin yarandığı 

dövrü müzakirə edir



incəsənət əsərini seçir, dini, sosial, iqtisadi, siyasi aspektsdə öyrənir və müzakirə edir

əsərin bədii qərarına tarixi və mədəni kontekstin nə kimi təsir göstərdiyini müzakirə edir  



müxtəlif dövrlərdə eyni süjetin necə ola biləcəyini müxtəlif vasitələrlə (“canlı şəkilər”, 

cizgilər, şifahi təsvir) təqdim edir



T.t.VIII.12  Şagird gürcü incəsənəti və incəsənət xadimləri ilə tanış olur

Nəticə əldə edilmişdir, əgər şagird:

onun üçün maraqlı tarixi dövrün gürcü incəsənət abidələri haqqında informasiya toplayır 

və sinif yoldaşlarına məruzə, əyani vəsait şəklində təqdim edir



gürcü divar rəsminin bir neçə məşhur nümunələri barədə müzakirələr aparır

gürcü  incəsəntinin  başqa-başqa  sahələrinin    (mina,  zərgərlik,  döymə  və  s.)  bir  neçə 



nümunəsini təhlil edir

bir neçə gürcü rəssamının əsərlərini tanıyır və yerinə yetirilmə üslubuna əsasən onları bir-

biri ilə müqayisə edir



T.t.VIII.13  Şagird ictimaiyyətin həyatında incəsənətin rolunu araşdırır

Nəticə əldə edilmişdir, əgər şagird:

incəsənəti aludəçilik və peşə kimi müzakirə edir

bir neçə məşhur mədəni abidə  haqqında informasiya axtarır və onların ictimai həyata (Məs. 



Eyfel qülləsi, Nyu-York Ticarət Mərkəzi, Azadlıq Abidəsi və s.) göstərdiyi təsiri müzakirə 

edir 

hər hansı bir məşhur yaradıcının həyatı haqqında və ya onun konkret əsərləri ilə əlaqədar 



material axtarır və cəmiyyətin həyatına göstərdiyi  təsiri müzakirə edir.

T. T. İ.VIII - 6



Təsviri və tətbiqi incəsənət, əmək təlimi

2009

VIII sinfin dərs proqramının məzmunu

Təsviri incəsənətin əsas element və prinsipləri: 

  Müxtəlif  növ  xətt,  boya;  rəng,  forma;  işıq-kölgə,    faktura,  həcm;  bütövlük,  ölçülər;  məkan; 

simmetriya, ritm, tarazlıq, kontrast, dinamika (əhval-ruhiyyənin, assosiasiyaların, emosiyaların 

müxtəlif effektlər vasitəsilə ötürülməsi).

Material və vəsait:

Tuş, mürəkkəb, qələm, pastel, quaş, akvarel,  tempera, kömür, karton,  gil, ağac, parça, dəmir,  

məftil,  təbii və süni materiallar; müxtəlif materiallar və alətlərlə eksperiment

Texnika və prsoedur:

Rəssamlığın,  qrafikin  başqa-başqa  texnikaları,  basmalar,  yonmaq,    kağız  plastikası,  kollaj,  

konstruksiya; kompüter texnologiyaları 

İdeyaların ifadə edilməsi: 

Fənlər və onların  funksiyaları arasındakı  əlaqələrin, assosiasiyaların ötürülməsi, detalların tanınması 

və təsvir edilməsi: ideya mənbələri: müxtəlif mədəniyyətlərin, dövrün incəsənət əsərləri, məşhur 

rəssamların  əsərləri,  təbiət  hadisələri,  həyatda  gördüyü  səhnələr,  təsvirlər,  tarixi  faktlar,  bədii 

ədəbiyyat, film, təqdimat (teatral, balet, opera səhnəsi, konsert və s.), informasiya vasitələri

Ehtimal olunan mövzular:

“Şəhərdə/kənddə  səhər/axşam”,  “Meşədə,  şəhərdə,  kənddə  yağışlı  gün”,  “Birinci  qar”,  “Dini 

bayramlar”, “Məhəbbət”, “Sevimli mifoloji personajlar”,  “Qəhrəmanlıq” və s.

Əmək fəaliyyəti:: 

Dekorativ və tətbiqi əşyalar, kitablar (cildləmək, maketlərini hazırlamaq);  teatral rekvizitləri 

(kostyum və dekorativ detallar); interyer eskizləri,  avadanlığı təmir etmək; məktəb həyətinin 

dekorativ şəkildə bəzənməsi, bitkilərin əkilməsi-qulluğu.



İş strategiyası:

Müstəqil, cütlükdə, qrupda işləmək.



Kommunikasiya : 

İşin geniş auditoriya qarşısında təqdimatı (düşüncə, emosiya, məqsəd və məsələlərin müzakirəsi);  

təəssüratlarla, müşahidələrlə, təcrübələrlə paylaşmaq, qiymətləndirmək və onları əsaslandırmaq; 

lazımi terminologiyadan istifadə etmək; əsərin yaradılması əsasları, qrup tərəfindən adı çəkilən 

məqsədlər  barədə  söhbət  aparmaq;  əsərləri  bədii  üsullara  əsasən  qiymətləndirmək;  müxtəlif 

mədəniyyətlərin xarakterik əlamətləri, əsərdən əldə edilən informasiyalar barədə söhbət aparmaq; 

sərgi, səhnə, aksiya, incəsənət xadimləri ilə görüşlər, ekskursiyalar. 

Kontekstdə incəsənətin dərk edilməsi:

Təsviri incəsənətin məşhur nümunələrini nəzərdən keçirmək, tanımaq və dövr və mədəniyyətlə 

əlaqələndirmək;  şərti və realistik əsərlərin müqayisə edilməsi; incəsənət əsərinin dini, sosial, iqtisadi 

və siyasi aspektdə təhlil edilməsi;

  gürcü    incəsənət  xadimləri  və  onların  yaradıcılıqları  haqqında  informasiya  toplamaq;  gürcü 

mədəniyyət sahələri; divar rəsmləri, memarlıq, mina, zərgərlik, basma və s. 

T. T. İ.VIII - 7



Təsviri və tətbiqi incəsənət, əmək təlimi

2009

T. T. İ.VIII - 8




Təsviri və tətbiqi incəsənət, əmək təlimi

2009

IX sinif 

İlin sonunda əldə edilən nəticələr və onların nəticələri 

İstiqamət: Praktiki vərdiş-bacarıq və ideyaların ifadə edilməsi

T.t.IX.1  Şagird əsərin yaradılması zamanı incəsənətin elementləri və 

 

prinsiplərindən, müxtəlif material, texnika və proseduralardan  

 

yaradıcılıqla istifadə edir.

Nəticə əldə edilmişdir, əgər şagird: 

təsviri aləmin şəklini çəkir (məs. onun arzuladığı şəhər), koloriti, işıq-kölgəni, boyanı, 

kompozitiv bölgünü istifadə edir 



kolorit vasitəsilə əhval-ruhiyyəni ötürür

kontrast rənglərdən rəngin göstərilməsini gücləndirmək və emosiyaları ötürmək üçün istifadə 



edir


konkret məsələni yerinə yetirmək üçün rənglərlə (müxtəlif materialları – akvarel, quaş, 

pasteli qarışdırır) eksperiment aparır, rəng qammasını seçir



rəssamlıq əsərini yaradan zaman ənənəvi və qeyri-ənənəvi alətlər və texnikadan istifadə 

edir



üslublu əsərlər yaradır

müxtəlif boyalar, təklif edilən və əldə edilən materiallarla (tuş və mürəkkəblə, müxtəlif 



fırçalarla, bitki gövdələri ilə) qrafik əsərləri yerinə yetirir

seçilən  sahədə  (rəssamlıq,  dizayn,  fotoqrafiya  və  s.)  əldə  edilən  informasiya  əsasında 

(texnologiya, nəzəriyyələr, təsviri üsullar, material) eksperimentlər aparır



T.t.IX.2  Şagird əsərdə mühitin müşahidə edilməsi nəticələrini təsvir edir,  

 

təsvir üsullarını inkişaf etdirir. 

Nəticə əldə edilmişdir, əgər şagird: 

təbiət hadisələrini müşahidə etmək nəticələrini əsərdə göstərir

naturadan və yadda saxlamaqla insanları, quşları, heyvanları, şəhər və kəndin landşaftını 



çəkir


peyzaj, portret və natürmortu çəkən zaman vizual detalları təsvir edir və orqanın bütövlüyünü 

detallarla yarada bilir



seçdiyi mövzu ətrafında material axtarır, ətrafda vizual detalları müşahidə edir və onlardan 

istifadə edərək bir kompozitiv bütövlük yaradır



T. T. İ.IX - 1


Yüklə 491,17 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə