Tofiq Köçərli
- 105 -
Qarabağ: Yalan və Həqiqət
Dağlıq Qarabağ mәsәlәsinә qayıdaq. AK(b)P MK tәşkilat bürosunun vә siyasi
bürosunun noyabrın 30-da qәbul etdiyi qәrarda deyilirdi: “Qarabağın dağlıq hissәsinә öz
müqәddәratını tәyin etmәk hüququ verilir”.
266
Bu prinsipial qәrar dekabrın 1-dә Nәrimanovun elan etdiyi Bәyannamәdә dә öz
әksini tapdı.
Bәyannamә ilk dәfә 1920-ci il dekabrın 2-dә, yәni elan edildiyi günün sәhәri Bakıda
“Kommunist” qәzetindә (rus dilindә), dekabrın 3-dә isә “Бакинский Рабочий” qәzetindә
dәrc olunmuşdur. Hәmin Bәyannamә Yerevanda da çap edilmişdir. Bәyannamә “Böyük
Oktyabr sosialist inqilabı vә Ermәnistanda Sovet hakimiyyәtinin qәlәbәsi” (sәnәdlәr
mәcmuәsi, Yerevan, 1957) mәcmuәsinә daxil edilmişdir. Özü dә bu cür nәşrlәrә aid
bütün tәlәblәrә әmәl edilmәklә, yәni ixtisar edilmәdәn, üç nöqtәsiz vә Ermәnistan
Mәrkәzi dövlәt arxivindә saxlanan Bәyannamәnin surәtinә istinadla vә Bәyannamәnin ilk
dәfә Bakıda “Kommunist” qәzetinin 1920-ci il 2 dekabr tarixli 178-ci nömrәsindә işıq üzü
görmәsi göstәrilmәklә çap olunmuşdur.
Bir daha deyәk: Bәyannamәnin Yerevanda çap edilmiş mәtnindә dә açıq-aydın
yazılmışdır: “Dağlıq Qarabağın әmәkçi kәndlәrinә öz müqәddәratını tam tәyin etmәk
hüququ verilir”.
1988-ci ilәdәk ermәni müәlliflәri bunu inkar etmir vә heç bir şübhәyә almırdılar.
Elә ki, Dağlıq Qarabağ hadisәlәri başlandı, ermәni müәlliflәri dәrhal bir ağızdan
Azәrbaycanın 1 dekabr tarixli Bәyannamәsindә guya Dağlıq Qarabağın Ermәnistanın
ayrılmaz hissәsi elan olunduğunu iddia etdilәr.
Bu iddianı onlar dekabrın 1-dә Bәyannamә qәbul edilәn iclasda Orconikidzenin nitqi
vә onun Moskvaya teleqramı ilә әsaslandırırlar. Nitqdә Orconikidze sәhv olaraq
Bәyannamә ilә Dağlıq Qarabağın Ermәnistanın . ayrılmaz hissәsi elan olunduğunu
söylәmişdi.
267
Bu sәhv onun Deninә vә Stalinә göndәrdiyi teleqramda da (“Pravda”, 4
dekabr 1920) tәkrar olunmuşdu.
Lakin ilkin mәnbә - göstәrilәn Bәyannamәni elә o zaman Bakıda, sonra Yerevanda
çap edilmiş mәtni göstәrir ki, Orconikidzenin nitqindә vә Moskvaya göndәrdiyi
mәlumatda hәqiqәtәn sәhvә yol verilmişdir.
Tofiq Köçərli
- 106 -
Qarabağ: Yalan və Həqiqət
Bunu әsas sәnәd olan Bәyannamәnin mәtni ilә yanaşı başqa sәnәdlәr dә tәsdiq edir.
Elә Bәyannamә qәbul edilәn gün, yәni dekabrın 1-dә Orconikidze bir başa әlaqә ilә
Nazaretyana bildirmişdi ki, bu gün Bakıda Sovetin tәntәnәli iclası oldu. Nәrimanov
Azәrbaycan hökumәtinin bәyanatını oxudu. Orada göstәrilir ki, ““Dağlıq Qarabağ
ermәnilәrinә öz müqәddәratını tәyin etmәk hüququ verilir”.
268
Orconikidze bunu geniş
tәbliğ etmәyi Nazaretyandan xahiş etmişdi. Başqa bir fakt. 1921-ci il iyunun 27-dә
Nәrimanov birbaşa әlaqә ilә Tiflisdә olan xarici işlәr komissarı M.D.Hüseynova
tapşırmışdı ki, Dağlıq Qarabağ barәdә Qafqaz bürosuna çatdırsın: “Әgәr onlar mәnim
Bәyannamәmә (1 dekabr tarixli Bәyannamәdә -T.K.) istinad edirlәrsә, orada hәrfәn belә
deyilmişdir: “Dağlıq Qarabağa öz müqәddәratını tәyin etmәk hüququ verilir”
269
Bir
sәnәdә dә müraciәt edәk. Zaqafqaziya kommunist tәşkilatlarının I qurul-tayına (1922-ci
il fevral ayı) Qafqaz ölkә komitәsinin siyasi mәruzәsindә deyilirdi ki, Dağlıq Qarabağ
mәsәlәsinin “hәlli әhalinin öz ixtiyarına verilir”.
270
Tәkzib olunmaz faktlar belәdir. Lakin ermәni müәlliflәri qatığa qara deyәrәk ictimai
rәy yaratmaq mәqsәdilә saxtakarlıqlarını davam etdirirlәr. Deyirlәr, bax, Azәrbaycan özü
1920-ci ilin dekabrın 1-dә Dağlıq Qarabağı Ermәnistanın tәrkib hissәsi elan etmişdir,
demәli, Dağlıq Qarabağ Ermәnistan tәrkibindә olmuşdur vә Ermәnistan әrazisidir! Digәr
mәqsәd yalan üzәrindә yeni yalan uydurmaqdan ibarәtdir: guya “Azәrbaycan rәhbәrliyi
Dağlıq Qarabağı Sovet Ermәnistanının ayrılmaz his-! sәsi hesab etmәk haqqında özünün
qәrarını dәyişdirmәk mәsәlәsini RK(b)P MK Qafqaz bürosu qarşısında qaldırmışdır.”
Biz gördük ki, Azәrbaycan Hökumәtinin 1 dekabr Bәyannamәsindә Dağlıq Qarabağ
Ermәnistanın ayrılmaz hissәsi elan olunmamışdır. Bu barәdә Azәrbaycan hökumәtinin,
yaxud Azәrbaycan K(b)P MK-nın heç bir ayrıca qәrarı da olmamışdır. Ona görә dә
Azәrbaycan rәhbәrliyi özünün mövcud olmayan qәrarı barәsindә Qafqaz bürosu
qarşısında mәsәlә qaldıra bilmәzdi vә qaldırmamışdı. Dağlıq Qarabağ Azәrbaycan
tәrkibindә idi, orada Azәrbaycan qanunları işlәyirdi. Dağlıq Qarabağın hakimiyyәt vә
partiya orqanları Bakıya tabe idi, Bakıdan idarә olunurdu. Azәrbaycan nә üçün Dağlıq
Qarabağın әrazi mәnsubiyyәti haqqında mәsәlә qaldırmalıydı? Demәli, Azәrbaycan
rәhbәrliyinin guya “öz qәrarını dәyişdirmәk” haqqında mәsәlә qaldırması barәdә iddia da
ağ yalan vә uydurmadır.
Tofiq Köçərli
- 107 -
Qarabağ: Yalan və Həqiqət
Qafqaz bürosunda Dağlıq Qarabağ mәsәlәsinә qayıdışın tarixçәsi belәdir:
Qafqaz bürosu Azәrbaycanla Ermәnistan arasında sәrhәd mәsәlәsini müzakirә
edәndә, Ermәnistan hökumәti Dağlıq Qarabağın әrazi mәnsubiyyәti haqqında mәsәlә
qaldırmışdı. Azәrbaycan hökumәti deyil, mәhz Ermәnistan hökumәti hәmin mәsәlәni
qaldırmışdı,
Dağlıq Qarabağa sahib olmaq uğrunda Ermәnistan yeni geniş miqyaslı mübarizәyә
başlamışdı.
1921-ci il iyun ayının 3-dә Qafqaz bürosu qәrara aldı:
“5. Ermәnistan hökumәtinin bәyanatında Dağlıq Qarabağın Ermәnistana mәnsub
olmasını göstәrmәk...” Hәmin qәrar Azәrbaycanda çap edilmәyib. Ermәnilәr onu
yuxarıda gәtirilәn şәkildә çap ediblәr. Qәrarın tam mәtni necәdir, o necә qәbul olunub,
müzakirәdә Azәrbaycan nümayәndәlәri iştirak edibmi, onların qәrara münasibәti necә
olub? Mәlumatım yoxdur.
Akademik C.Quliyev mәsәlәyә müәyyәn aydınlıq gәtirmişdir. Onun fikrinә görә,
iyunun 3-dә Qafqaz bürosu Zәngәzurda daşnak qruplarının tezliklә lәğv edilmәsi
haqqında qәrar qәbul etmişdir. Hәmin qәrarda Qafqaz bürosu “guya taktiki mülahizәlәri
nәzәrә almaqla” Ermәnistan hökumәtinin bәyanatında Dağlıq Qarabağın Ermәnistana
mәnsub olmasını göstәrmәyi lazım bilmişdi.
Qafqaz bürosunun bu “dәlili” әlbәttә, saxta dәlil idi, qәrar qәbul edәnlәrin qeyri
ciddilik әlamәti idi, uşaq oyununu xatırladan siyasi oyun idi.
Artıq qeyd olunduğu kimi, 16 mart 1921-ci il tarixli RSFSR-Türkiyә müqavilәsi ilә
Naxçıvanın Azәrbaycan protektoratı altında muxtariyyәti tanınmışdı. Bu, Orconikidzenin
uzun müddәt әrzindә Naxçıvanı Ermәnistana vermәk uğrunda göstәrdiyi cәhdin boşa
çıxması vә eyni zamanda Naxçıvanı Azәrbaycan tәrkibindә saxlamaq uğrunda
Nәrimanovun yeritdiyi siyasәtin qәlәbәsi demәk idi. Ola bilsin, Orconikidze Naxçıvan
barәsindә öz siyasәtinin açıq uğursuzluğuna görә Dağlıq Qarabağ haqqında 3 iyun tarixli
qәrarla Nәrimanovdan, Azәrbaycandan qisas alırmış. Ola bilsin.
Hәr halda Qafqaz bürosunun 3 iyun tarixli qәrarı öz mәnhus rolunu oynadı.
Ermәnistan hökumәti Qafqaz bürosunun “taktiki mülahizәlәrindәn” dәrhal istifadә etdi.
İyunun 19-da Yerevanda Ermәnistan hökumәtinin “Dağlıq Qarabağın Ermәnistanla
Dostları ilə paylaş: |