14
ƏDƏBİYYAT
1. Axundov A. Dil və mədəniyyət. Bakı: Yazıçı, 1992, 192 s.
2. Bəşirova. A. Azərbaycan dilində vurğu. Bakı: Bakı Universiteti Nəşriyyatı, 1992, 112 s.
3. Xəlilov B. Müasir Azərbaycan dili. B.: Elm, 2007, 280 s.
4. Nitq mədəniyyəti məsələləri. Bakı: 1985, 112 s.
5. Şirəliyev M. Dil mədəniyyəti məsələlərimiz. Nitq mədəniyyəti məsələləri. Bakı: Elm,
1969, s.9
6.
Vurğu lüğəti, Bakı: Elm, 1993, 84 s.
7. Крысин Л.П. Иноязычные слова в современном русском языке. М.: Наука, 1968, 320 с.
8.Черных П. Л. Об основном словарном фонде языка. Вопросы языкознания. М.:
Наука, 1952, 139 с.
РЕЗЮМЕ
УДАРЕНИЕ В АЗЕРБАЙДЖАНСКОМ ЛИТЕРАТУРНОМ ПРОИЗНОШЕНИИ
Эминли Б.И.
Ключевые слова: фонетика, орфоэпия, произношение, ударение, фоносемантикa.
В статье рассмотрены место и роль ударения в aзербайджанском литературном
языке. Особое внимание уделено анализу некоторых фактов, связанных с произношением
ударения в заимствованных словах.
SUMMARY
STRESS IN AZERBAIJAN LITERARY PRONUNCATION
Eminli B.I.
Key words: phonetics, orthoepy, pronunciation, stress, phonosemantics.
The role and place of the stress in Azerbaijan literary language was looked through in the
article. Special attention was given to analyzing of some facts related with correct pronunciation of
word stress in borrowing words.
Daxil olma tarixi:
İlkin
variant
15.01.2016
Son variant
01.06.2016
Azərbaycan ədəbi tələffüzündə vurğu
15
UOT 81-25
MAHMUD KAŞĞARİNİN “DİVANÜ LÜĞAT-İT-TÜRK” ƏSƏRİNDƏ MÜASİR
AZƏRBAYCAN ƏDƏBİ DİLİNDƏ İŞLƏNMƏYƏN HƏRB VƏ TİTULLA BAĞLI
ETNOQRAFİK SÖZLƏR
İBAYEV NEMƏT ALIŞ oğlu
Sumqayıt Dövlət Universiteti, f.ü.f.d., müəllim
e-mail: nemetibayev@gmail.com
Açar sözlər: Mahmud Kaşğari, Divanü-lüğat-it-türk, etnoqtafik sözlər,hərb, titul
Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk” əsərindəki etnoqrafik sözlərin əksəriyyəti ədəbi
dilimizdə işlənmir. Ədəbi dilimizdə öz işləkliyini itirmiş sözlərə dialekt və şivələrimizdə də rast
gəlmək mümkün deyildir. Ədəbi dilimizdə işlənməyən etnoqrafik sözlər müxtəlif sahələrlə bağlıdır.
Məqalədə hərb və titulla bağlı olan etnoqrafik sözləri nəzərdən keçirilir.
Azərbaycan dilinin hərbi leksikası müəyyən dərəcədə öyrənilsə də [1], bu sahəyə aid üçdilli
lüğət olsa da [2], hələ də əsaslı elmi araşdırmaya ehtiyac duyulur. Dilin lüğət tərkibini araşdırmaq, o
cümlədən hərbi leksikanın tarixi inkişafını izləmək, onun həcmini və keyfiyyətini
müəyyənləşdirmək olduqca vacibdir. Belə olmazsa, onda hərbi leksikanın semantik baxımdan
keyfiyyət dəyişikliyinə uğramasını, işləkliyini və funksional xidmətini üzə çıxarmaq çox çətin olar.
Hərbi leksika türk xalqlarına məxsus yazılı abidələrdə kifayət qədər işlənsə də, onların
sistemləşdirilməsinə, izahına, araşdırılmasına böyük ehtiyac vardır.
Türk xalqlarında hərb sahəsi tarixən o qədər güclü olmuşdur ki, hətta bu sahəyə aid terminlər
digər dillərə də təsir göstərmiş, həmin dillərin lüğət tərkibinə keçmişdir. Məsələn, N.A.Baskakov
“İqor polku haqqında dastan”da türk mənşəli sözlərdən bəhs edərkən türk mənşəli hərbi terminlərin də
bu dastanda olduğunu qeyd etmişdir [3, 42]:
tarxan, suvar, boqatur, alptarxan, xazartarxan və s.
M.Kaşğarinin “Divan”ındakı hərbi leksikanın türk xalqlarının hərb tarixinin öyrənilməsində
əvəzsiz rolu vardır. Bu mənada “Divan”dakı hərbi leksikanı nəzərdən keçirək.
İm – komandirin əsgərlərə dediyi bəlgə, parol. Bu silah, quş adı və ya bir söz ola bilər. Bu
məsəldə də işlənir: “İm bilsə, ər ölməs” – bəlgə bilən ər ölməz [4, c.1, 112].
Bu söz “işarə” mənasında
him kimi Azərbaycan dilində işlənilir:
him etmək, him-cim eləmək,
himləşmək.
B.Xəlilov bu söz barəsində yazır: “...
im sözü Azərbaycan dilindəki
him-cim sözü ilə eynidir.
Məs.: “
Him – cim bilmir” cümləsindəki
him-cim sözü “işarə, bəlgə” mənasındadır.
Him-cim
sözündəki h samiti (h~c)
sonradan im sözünün əvvəlinə artırılmışdır” [5, 41].
Uruş – vuruş, savaş [4, c.1, 131].
Aşuk – dəmir başlıq, dəbilqə [4, c.1, 136].
Ulun – ucluğu olmayan ox, kor ox, təmrənsiz ox [4, c.1, 145].
Oktam – “bir oktam yer”-bir ox atımı yer,bir ox məsafəsi [4, c.1, 169].
Əkdü – qılınc qını və buna bənzər şeyləri oymaq üçün işlənən ucu əyri bıçaq [4, c.1, 183].
Akınçı – axınçı, gecə ikən düşməni basan əsgər [4, c.1, 190].
Alpağut – tək başına düşmənə hücum edən igid, yenilməz güləşçi, bahadır, pəhləvan [4,
c.1, 199].
Göründüyü kimi, bu söz “igid, qəhrəman” mənasında olan
alp sözü kimi həm isim, həm sifət,
həm də bir rütbə olaraq işlənmişdir.
Alpağut bir yüksək rütbə kimi qədim türkcədəki
tərxan
rütbəsinə bərabər olubdur. Bu rütbə kazan, kuman, karaim ləhcələrində
alpaqut, tobol ləhcəsində
Sumqayıt Dövlət Universiteti –
“ELMİ XƏBƏRLƏR”– Sosial və humanitar elmlər bölməsi
Cild 12 № 2 2016