9
ziyafət gecəsində bənzərsiz çıxışını xatırlayıram. İstedadlı aktyor Nəsi-
[13-14]
minin aşağıdakı sözləri
ilə insanları göylərə ucaltmışdı:
«Düşdü yenə dəli könül gözlərinin xəyalinə,
Kim nə bilir bu könlümün fikri nədir, xəyali nə?
Al ilə ala gözlərin aldadı aldı könlümü,
Alını gör nə al edər, kimsə irişməz alinə...
Ay ilə gün sücud edər surətini görücəgiz,
Bu nə cəmalü hüsn olur, səlli-əla cəmalinə.
Buldu Nəsimi çün səni, keçdi qamudan, ey sənəm,
Qoydu hərirü ətləsi, girdi əbavü şalinə».
Azərbaycan dili VII-XX əsrlərdə, bəlkə də yeganə dildir ki, dörd dilin ünsiyyətilə qarşılaşmış, qalib
çıxmış, saysız-hesabsız əlifba islahatlarına məruz qalmışdır.
[14-15]
10
AZƏRBAYCAN DİLİNİN İNKİŞAFINDA
SÖZ SƏRRAFLARI VƏ TARİXİ
ŞƏXSİYYƏTLƏRİN ROLU
«Azərbaycan xalqının dili onun
milli varlığını müəyyən edən
başlıca amillərdəndir»
H.Əliyev
H.ƏIiyevin bu məsələ ilə bağlı ayrı-ayrı çıxışlarında söylədiyi fikirlər olduqca maraqlıdır. O, türk
dünyası yazıçılarının III qurultayında etdiyi tarixi nitqində (6 noyabr 1996-cı il) yazıçı, şair və söz
sərraflarının mənəvi sərvətlərimizin, dilimizin qorunmasında, onların təbliğ olunmasındakı xidmətlərinə
çox böyük qiymət vermiş və fikrini belə ümumiləşdirmişdir: «Hər bir xalqın milliliyini, mənəvi
dəyərlərini, mədəniyyətini yaşadan, inkişaf etdirən onun dilidir. Dilimizi isə yaşadan, zənginləşdirən,
inkişaf etdirənlər şairlərimiz, yazıçılarımız olmuşdur. Biz, adətən, böyük tariximiz haqqında, xalqımızın
böyük mədəniyyəti haqqında danışarkən birinci növbədə onların yaratdıqları bədii əsərlərə, şairlərimizin,
yazıçılarımızın əsərlərinə istinad edir, bunları nümunə gətirir və təbliğ edərək, eyni zamanda, öz
tariximizi, mədəniyyətimizi təbliğ edirik» (H.ƏIiyev. Ədəbiyyatın yüksək borcu və amalı, Bakı, «Ozan»,
1999, s.388).
H.ƏIiyevin bu mühüm tezisi konkret tarixi şəxslərin yadolunması anlarında bir qədər də
[15-
16]
konkret şəkildə açıqlanır. Onun müdriklik mücəssəməsi, bəşəri ideyalar carçısı, dahi söz ustadı
M.Füzulinin 500 illiyinə həsr edilmiş təntənəli yubiley gecəsində (08 noyabr 1996-cı il) dediyi müdrik bir
kəlam olduqca dəyərlidir: «... M.Füzuli əsərlərinin çox hissəsini türk dilində, bu günkü Azərbaycan
dilində yazmışdır. Bu, M.Füzulini ondan əvvəl, sonra yaşamış, yaratmış və xalqımıza məxsus olan bir sıra
şairlərdən, alimlərdən fərqləndirən amildir. Biz Füzulinin «Leyli və Məcnun» poemasını, onun türk
dilində yazdığı divanını bu gün də dilimizdə rahat oxuyur, anlayırıq. .... M.Füzulinin ən böyük
xidmətlərindən biri də öz dövrünün və ondan sonrakı dövrün mürəkkəb proseslərinə baxmayaraq, türk
dilini, ana dilini (Azərbaycan dilini - V.Ə.)
yaşatmasından, onu yüksəklərə qaldırmasından ibarətdir».
(H.ƏIiyev. Ədəbiyyatın yüksək borcu və amalı, B., 1999, s.348-349).
O, fikrini başqa bir nitqində bir qədər də açıqlayır. Onun dahi S.Vurğunun 90 illik yubiley
gecəsində (06 mart 1997-ci il) söylədiyi nitqində klassiklərimizin dilimizin daha da gözəlləşməsində,
zənginləşməsində, səlisləşməsində və şirinləşməsindəki xidmətlərini xüsusi vurğulayır: «İndiki dilimiz -
türk dilləri qrupuna məxsus olan Azərbaycan dili türk dillərinin kökündən gələn Azərbaycan dili məhz S.
Vurğun kimi şəxsiyyətlərin yaradıcılığı nəticəsində, onların şerlərinin, əsərlərinin nəticəsində bu qədər
gözəlləşib, bu qədər zənginləşib, səlisləşib, şirinləşibdir. Biz bu
[16-17]
dilimizlə fəxr edirik və fəxr edə
bilərik» (Yenə orada, s.363).
Bir qayda olaraq Azərbaycan tarixindən söhbət gedərkən A.Bakıxanov, Azərbaycan ədəbiyyatın-
dan söhbət gedərkən Xəqani, Nizami, Füzuli, Nəsimi, Xətai, Vaqif, M.F.Axundov, C.Məmmədquluzadə,
N.Nərimanov, Sabir, H.Cavid, Aşıq Alı, Aşıq Ələsgər, S.Vurğun, Müşfiq, R.Rza, M.Araz, B.Vahabzadə
kimi onlarca sənət fədaisi, Azərbaycan incəsənətindən və musiqisindən söhbət gedərkən Ü.Hacıbəyov,
Q.Qarayev, F.Əmirov, S.Bəhlulzadə yada düşür, Azərbaycan teatrından, elmindən söhbət açarkən neçə-
neçə şəxsiyyətlər sadalanır. Lakin bu bir həqiqətdir ki, Azərbaycan xalqının tarixi, dili, mədəniyyəti, elmi,
diplomatiyası, fəlsəfəsi və bir sözlə, bütün sahələrdən ümumilikdə söz açılarkən yalnız və yalnız bir
şəxsiyyət yada düşür - o da H.ƏIiyev kimi qeyri-adi təfəkkürə, məntiqə, nitqə, elmi məlumatlar toplusuna
malik olan nəhəng bir İnsan!
H.ƏIiyev Azərbaycan dili, ədəbiyyatı və mədəniyyəti ilə bağlı söhbətlərində iki görkəmli şəxsin
xidmətlərini çox böyük hörmətlə yad edir: yazıçı-dramaturq M.F.Axundov və yazıçı, dövlət xadimi
N.Nərimanov. Bu şəxslər, həqiqətən bütün varlıqları ilə xalqına, dilinə bağlı olmuşlar.
Azərbaycan dili tarixinin əvəzsiz tədqiqatçısı prof. Ə.Dəmirçizadənin təbirincə desək,
«M.F.Axundov ümumi Şərq xalqlarını, xüsusən azərbaycanlıları maarifləndirmək, yeni mədəniyyət
aləminə daxil etmək, feodalizm, despotizm və
[17-18]
din əsarətindən xilas etmək uğrunda mübarizə
apararkən, ictimai ünsiyyətin əvəzsiz vasitəsi -mədəniyyətin forması və ən kəskin silahı olan dili nəzərdən
qaçırmamış, hətta dil və onun təzahur forması olan yazı (yəni özünün qəbul etdiyi kimi -
«Qrafik dil»)
məsələsi ilə xüsusi məşğul olmuşdur. O, dil və dilçilik məsələləri ilə həm nəzəri, həm də əməli surətdə
məşğul olmuş, əməli əhəmiyyəti olan ən mühüm sahələrə əl atmış və ən xəstə cəhətləri sağaltmağa cidd-
cihd ilə çalışmışdır» (Klassiklərimiz dil və yazı haqqında, B., 1981, s.14).