Generallari



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə43/60
tarix01.08.2018
ölçüsü1,25 Mb.
#60469
1   ...   39   40   41   42   43   44   45   46   ...   60

 
88
iyirminci illərdəki fəaliyyəti haqqında məlumat və bizə  məlum olmayan fotoşəkli də verilib. 
Kərim Oder yazır: 
“Cümhuriyyət hökuməti  əsgəri işlərə  əhəmiyyət vermişdir. Hərbiyə  nəzarətə general 
Səməd bəy Mehmandarov təyin olunmuşdu. Onun müavini rus artilleriyasının “allahı”, general-
leytenant Əliağa Şıxlinski, baş qərargah rəisi isə general-leytenant Süleyman Sulkeviç idi. İyirmi 
dörd min süngü, altı min piyada, süvari, topçu və digər siniflərdən ibarət hər cür silahla 
yaraqlanmış bir ordu qurulmuş  və  Xəzər dənizində kiçik bir flot hazırlanmışdır. Bakıda, 
Lənkəran və Qarabağda milli hökuməti tanımaq istəməyənlərdən acınacaqlı  vəziyyət 
yaranmışdır. Rus və digər düşmən qüvvələr itaət və nizam altına alınmışdır”. 
İyirminci illərdə general Səməd bəy Mehmandarovun təlatümlü keçən günlərini o vaxtlar 
on iki yaşı olan oğlu daha yaxşı xatırlayırdı: “Atam aprelin iyirmi yeddisində parlaman 
iclasından qayıdıb özümüzlə aparmaq üçün anamın hazırladığı çamadanları gördükdə dedi ki, 
bunları boşalt, heç yerə gedəsi deyilik. Anam: “Nə danışırsan? Necə gedəsi deyilik? Bilirsən ki, 
səni güllələyəcəklər?”. 
Atam cavab verdi ki, parlamanın son iclası qurtaranda “Hümmət” fraksiyası lideri 
Əliheydər Qarayev mənə yaxınlaşıb əmin etdi ki, Səməd bəy, getmə, qal! Heç yerə getmə. Söz 
verirəm ki, başınızdan bir dənə də tük əskik olmayacaq. Qal bizimlə işlə... 
Anam isə etiraz edib dedi: “Ola bilər ki, sənə heç nə eləməzlər, amma oğlunun taleyi, 
gələcəyi, mənim vəziyyətim?..”. 
Atam qəti səslə: “Heç yerə getməyəcəyik”, - dedi. Anam inad elədi: “Axı qatar Biləcəridə 
gözləyir...”. Atam: “Bizsiz də gedərlər. Vətəndən ayrılmağa heç bir əsasım yoxdur”. 
Doğrudan da Biləcəridə müsavat hökumətinin başçılarını Tiflisə aparacaq qatar atama 
görə saat yarım gözləmişdi”. 
Tədqiqatçılar Səməd bəy Mehmandarovun tərcümeyi-halından danışanda iyirmi birinci 
ildən iyirmi dördüncü ilə kimi olan fəaliyyətindən demək olar ki, sükutla keçirlər. 1920-ci ilin 
avqustun birindən Səməd bəy Mehmandarov Əliağa Şıxlinski ilə birlikdə baş qərargahda işləmək 
üçün Moskvaya göndərilirlər.  Şıxlinski Ali Artilleriya məktəbində  gələcəyin marşalları 
L.A.Qovorova, N.D.Yakovlevə, M.N.Çistyakova, baş artilleriya marşalı N.N.Voronova və 
başqalarına dərs deyib. Səməd bəy Mehmandarov da Artilleriya Nizamnaməsi hazırlayan 
komissiyanın tərkibinə daxil edilib, həm də  hərbi Akademiyada taktikadan dərs deyib. İyirmi 
birinci ilin yayında Azərbaycana qayıdan hər iki general Respublika hərbi Komissarlığının 
sərəncamında saxlanılır.  Əliağa  Şıxlinski bu barədə daha dəqiq məlumat verir: “İyulun on 
səkkizində biz ikimiz də Bakıya yola düşüb, iyulun iyirmi ikisində  gəlib çatdıq. Bakıda biz 
Azərbaycan Sovet Qoşunları  Qərargahına daxil edildik. Bundan başqa hər ikimiz Azərbaycan 
Komandirlər məktəbində topçuluqdan - Mehmandarov rus, mən isə Azərbaycan dilində  dərs 
deməyə başladıq. Qarnizon rəisi öz sədarəti altında olaraq, Bakı qarnizonu hərbi - Elmi 
Cəmiyyətinin təşkili haqqında  əmr verdi. Mən sədr müavini təyin edildim. Qarnizon rəisi özü 
sədrlik etmirdi, adətən iclasları mən aparırdım. Mehmandarov isə bu cəmiyyətin üzvlüyünə təyin 
edilmişdi”. 
Bəs iyirmi üçüncü ildə general Səməd bəy Mehmandarovun əlinə süpürgə verib küçə 
süpürtdürən kimlər idi? Mərkəzdə oturan Stalin əmr vermişdi ki, müsəlman ziyalıları arasında 
“təmizlənmə” aparılsın. Bakıda solların mövqeyini möhkəmlədən, Nərimanovun məsləkdaşlarına 
qarşı mübarizəni gücləndirən AK (b) P Bakı Komitəsinin katibi L.Mirzoyan və onun əlaltıları 
S.Qutun, A.Mikoyanın “varisləri” Sərkis və içərimizi qurd kimi gəmirən bir qrup keçmiş 
daşnaklar, havadarları Stalinin əmrini canla-başla yerinə yetirirdilər. Həmin ildə onlar 
Nərimanovu da Bakıdan perikdirmişdilər. Onlar yaxşı bilirdilər ki, Nərimanov general 
Mehmandarovu sərkərdə kimi çox yüksək qiymətləndirirdi. 
  
 


 
89
ŞAMAXI TƏRLANI 
 
Keçmiş zamanlarda belə hesab edərlərmiş ki, zabit ömrü cəmi iki müharibə  əzabından 
keçə bilər. Biri onun gəncliyinə, o biri isə yaşlı vaxtına təsadüf edər. Fərəhləndirici haldır ki, 
həmyerlimiz general-mayor Tərlan Əlyarbəyov altmış dörd illik ömür yolunda üç   müharibənin   
iştirakçısı olub. 
Tam artilleriya generalları Əliağa Şıxlinskidən və Səməd bəy Mehmandarovdan sonra o, 
üçüncü azərbaycanlıdır ki, birinci dünya müharibəsində, vətəndaş müharibəsində  və Böyük 
Vətən müharibəsində vuruşub. 
1911-ci ildə üçüncü Qafqaz alayının əlaçı  əsgəri   Tərlan Əlyarbəyovu Tiflisdəki piyada 
hərbi məktəbinə oxumağa göndərdilər. Dörd il kursdan-kursa müvəffəqiyyətlə keçən Tərlan 
hərbi məktəbi birinci dərəcəli diplomla bitirdi. Podporuçik  Əlyarbəyov  Şamaxıdakı 205-ci 
piyada alayında xidmətə başladı.  
1914-cü ilin yayında birinci dünya  müharibəsi başlandı. Kayzer Almaniyası Rusiyaya 
müharibə elan etmişdi. Əlyarbəyovun xidmət etdiyi 205-ci alayı da Qərb cəbhəsinə   göndərdilər. 
Od-alov yağan səngərlərdə  gənc zabitin çətin sınaq günləri başlandı. Komandirin verdiyi 
tapşırıqları  yerinə   yetirən,   hər döyüşdən qələbə ilə çıxan Tərlan əsgərlərin də sevimlisi oldu. 
Ona görə  də rota komandiri olan Əlyarbəyovu batalyon komandiri kimi məsul vəzifəyə  təyin 
etdilər. 
Öz batalyonunu qələbədən-qələbəyə aparan ştabs-kapitan  Əliyarbəyovun igidliyi bütün 
Qərb cəbhəsinə yayılmışdı. 
Bir dəfə Verden ətrafında gedən vuruşmaların qızğın çağında ona 10-cu ordunun 
komandanı general Əliağa Şıxlinski ilə görüşmək nəsib oldu. 
General hərbçi qaydası ilə onu başdan-ayağa süzüb: “Səsini-sorağını eşitmişəm, eloğlu, 
əsl igid kimi vuruşursan”, - dedi. Əlini onun çiyninə qoyub – “Böyük şair Puşkin vaxtilə Şamaxı 
gözəlini vəsf eləyib, indi yeni bir Puşkin lazımdır ki, sənin  Şamaxı  Tərlanının qəhrəmanlığını 
qələmə alsın”. Sonra maraq dolu baxışlarını Tərlana zilləyib: 
  
- Bir de görüm, hansı hərbi məktəbi bitirmisən, oğul? 
- Tiflisdəki hərbi gimnaziyanı... General Şıxlinski sevinclə: 
- Hə, demək ikimiz də bir yuvadan pərvazlanmışıq. Çox şadam. Bu qürbət diyarda 
sevindirdin məni, oğul. Onsuz da bir neçə gündür ki, sevincimdən ürəyim köksümə  sığışmır. 
Xəbərin varmı, bu günlərdə bir eloğlumuz qeyri-adi igidlik göstərdiyinə görə Müqəddəs Georgi 
ordeninin bütün dörd dərəcəsi ilə təltif olunub. 
- Xeyr, eşitməmişəm. Düzü, cəbhəyə  gələndən heç bir eloğlumla görüşə bilməmişəm. 
Cəbhədə sizdən başqa heç bir azərbaycanlıya rast gəlməmişəm, cənab general. İcazənizlə 
soruşum, kimdi belə yüksək təltifata layiq görülən? 
- Nijeqorod draqun alayının rotmistri Teymur Novruzovun igidliyi haqqında qəzetlər bar-
bar bağırır. Sən isə burdan-bura eşitməmisən. Eloğlumuz Teymur özünün eskadronu ilə bir ay 
əvvəl düşmənin piyada süvarilərinə hücum edərək onların hamısını  qılıncdan keçirib. Hələ 
üstəlik də iki gün sonra üç ağır topunu qənimət götürüb. Cəmisi iki ay yarımlıq döyüşdən sonra 
həmyerlimiz Teymur Novruzov Georgi ordeninin dörd dərəcəsi ilə təltif olunub. Bu çox böyük 
fəxrdir. O, artıq kavalerdir. 
Tərlan bu şöhrətli generalla görüşünü uzun müddət unuda bilmədi. Onlar bir də 18-ci ildə 
Bakıda görüşdülər. 
1916-cı ilin yayında general A.A.Brusilovun ordusu Pripyat çayından Rumıniya 
sərhədinə kimi uzanan 400 kilometrlik cəbhə boyunca hücuma keçib düşmənin müdafiə xəttini 
yardı. Ağır şəraitdə vuruşan qoşunlar güclü düşməni xeyli geriyə qovdu. Tərlan Əlyarbəyov bu 
döyüşlərdə sinəsindən ağır yaralandı. Bu, müharibə başlanandan Tərlanın aldığı dördüncü yara 
idi.  Ştabs-kapitan bir müddət Brest şəhərindəki qospitalda müalicə olunduqdan sonra Bakıya 
göndərildi. 
1918-ci ilin avqustunda müsavat ordusuna çağrılan Tərlan  Əlyarbəyov ikinci alayın 
komandir köməkçisi təyin edildi. Rusiyada Qızıl Ordu tərəfindən dağıdılmış Denikin ordusu 


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə