Generallari



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə40/60
tarix01.08.2018
ölçüsü1,25 Mb.
#60469
1   ...   36   37   38   39   40   41   42   43   ...   60

 
82
“Müqəddəs Stanislav”, ikinci dərəcəli “Müqəddəs Anna”, üçüncü dərəcəli “Müqəddəs 
Vladimir”, sərkərdələrə  məxsus “İgidliyə görə” (qızıl qılıncla birgə) ali ordenləri ilə  təltif 
olunmuşdur. 
1875-ci ildə Peterburqdakı Konstantin yunkerlər məktəbini bitirən Səməd bəy hərbiyə 
olan güclü marağı və fitri istedadı sayəsində bir il keçməmiş podporuçik rütbəsi ilə təltif olunur. 
Xidmətdə çox sürətlə irəliləyən Mehmandarov, yeni əsrin başlamasına iki il qalmış 
podpolkovnik idi. Bir az əvvələ qayıtsaq görərik ki, cəmi iki il Varşava hərbi dairəsində xidmət 
edən mayor Səməd bəy Mehmandarov şəhər hərbi məhkəməsinin üzvü seçilib. 
Əliağa  Şıxlinski bunları bilirdi və  həmyerlisinin Uzaq Şərqdə çinlilərlə döyüşdəki 
məharəti ilə haqlı olaraq fəxr edirdi. 
Zabaykal topçu divizionunun batareya komandiri Mehmandarov tapşırıq almışdı ki, Kiçik 
Xinqan dağ silsiləsini düşməndən müdafiə etsin. Komandir üç sıra səngər qurdurdu. Silsilənin 
coğrafi  şəraiti çılpaq təpələrdən ibarət olduğuna görə batareya düşmənin atəşi altında özünə 
mövqe tutmalı idi. Özgə  çıxış yolu yox idi. Bura topların qurulması, topçuların  əl-qol açması 
üçün münasib deyildi. Batareya döyüşə hazır olan anda Zabaykal vilayətinin rəisi, general-mayor 
Rennenkampf  əmr verdi ki çinli əsgərlər Sisikara şəhərindən çıxır, onlara atəş açın. Bu vaxt 
silahsız, hərbi paltarda, iki dəstə düşmən əsgərləri təntənə ilə şəhərdən çıxmağa başladı. General 
nə qədər qışqırıb bağırdısa, Mehmandarov silahsız adamlara atəş açmadı. 
Bu  əhvalatın canlı  şahidi  Əliağa  Şıxlinski olub. O yazır, ki, bu hadisəyə görə general 
Rennenkampfla Mehmandarov arasında ciddi münaqişə oldu. General Rennenkampf 
Mehmandarovu hədələyərək dedi ki, əmri yerinə yetirmədiyinə görə, batareya komandirliyindən 
çıxarılıb məhkəməyə veriləcəksən. Mehmandarov isə silahsız adamlara atəş açmağı  qəti rədd 
etdi. O, şəhərdən çıxan çinlilərin başı üstündən atəş açdırıb onları geri qaytardı. Sisikara 
şəhərində bir nəfərin belə qanı axıdılmayıb  bağırdısa, Mehmandarov silahsız adamla atəş 
açmadı. 
... Polkovnik Səməd bəy Mehmandarovun artilleriya divizionu 1902-ci ildə Mancuriya 
ərazisində öz xidməti borcunu yerinə yetirirdi. Komandanlıq ona mühüm bir tapşırıq vermişdi: 
Siyan-Sin rayonunda yapon agentləri - xunxuzların quldur dəstələrini ləğv etmək. Az bir 
müddətdə quldur dəstələrini ləğv edən polkovnik Mehmandarovun divizionu onların başçısı, 
xunxuz generalı Çembeyinin özünü də əsir aldı. Həmin əməliyyatlardakı əla döyüş xidmətlərinə 
görə komandir Səməd bəy Mehmandarov üçüncü dərəcəli “Müqəddəs Vladimir” ordeni ilə təltif 
olundu. 
1903-cü ilin əvvəllərində Mehmandarov altı aylıq  məzuniyyət alıb Peterburqa qayıdır. 
Jitomirli Yelizaveta Nikolayevna Teslavla ilə ailə  həyatı qurur.   Yeddi aylıq topçu zabitləri 
məktəbində təhsilini davam etdirir. 
Əliağa Şıxlinskinin xatirələrindən: 
“Mehmandarov bizdən ayrı olduğu bu müddətdə batareyaya mən komandanlıq edirdim. 
O, hissəmizə qayıdanda həyata keçirdiyim bütün tədbirlərlə tanış oldu, çox razı qaldı... 
batareyanı  qəbul edərkən bütün dəftərlərə  və pulun qəbul edilməsi aktına qol çəkdi. Amma 
pulları saymadı. Mən təəccüb edərək, pulları niyə saymadığını soruşduqda, gülümsəyərək: 
- Siz ki, saymısınız, - dedi - mənim saymağıma ehtiyac yoxdur.    
Mehmandarov həmişə kefi saz olanda etdiyi kimi, indi də papağını yan qoyaraq, açarı 
cibinə qoydu və evinə getdi. Kiçik rütbəli yoldaşlarım bu işə çox təəccüb etdilər. Çünki onlar 
komandirimizin dövlət pulu üçün necə can yandırdığını yaxşı bilirdilər. Mən onlara başa saldım 
ki, Mehmandarov kimi adamlar, adama bir dəfəlik inanırlar. Məni isə Səməd bəy Mehmandarov 
1888-ci ildən tanıyır”.  
 
 
PORT-ARTUR DÖYÜŞLƏRİNDƏ 
 
1904-cü ildə rus-yapon müharibəsi başlananda Səməd bəy Mehmandarovun qırx səkkiz 
yaşı vardı. Yelizaveta Nikolayevna ilə evlənmələrinin bir ili tamam olmamışdı. Yelizaveta Kiyev 


 
83
qadın gimnaziyasını bitirmişdi. Port-Artur hərbi səhra xastəxanasında  şəfqət bacısı  işləyirdi. - 
Səməd bəy kimi, o da zadəgan nəslindən idi. İyirmi bir yaşlı - Yelizavetaya həyat, elə bil anadan 
olandan səbir dərsi keçmişdi. O, nə ağır hərb işinə, nə də yaralı əsgərlərə qarşı laqeyd deyildi. 
Zadəganlara məxsus sadəliklə Yelizaveta əsgərlərlə çox mehriban davranırdı. Yaralıları müalicə 
edir, savadsız olanların ailəsinə məktub yazır, müharibə çətinliyinə səbirlə, dəyanətlə dözürdü. 
Bir dəfə  Səməd bəy ona deyir: - Komandanlıqdan sənin Peterburqa qayıtmağına icazə 
almışam. Hazırlıq gör, sabah, ya da birisi gün səni yola salacam. 
Ərinin üzünə şax baxan Yelizaveta: 
- Səməd bəy, - demişdi, - ölkədə müharibə gedirsə, səncə əsgərin yeri harada olmalıdır? 
- Əlbəttə, cəbhədə! 
- Bax, mən də cəbhədəyəm, yoxsa məni qadın görüb əsgər olmağıma şübhə edirsən? 
- Axı, sən ana olmağa... 
- Bir də bu söhbətə qayıtmayaq. Söz verirsən...   Bu  mövzudan vaz keçək,  əzizim!  
Sənsiz mənə Peterburq yox, heç Paris də lazım deyil. 
Yanvarın iyirmi altısında gecə yaponlar rusların Port-Artur limanında dayanan 
eskadrasına hücum edib, “Retvizan”, “Sesareviç” zirehli gəmilərini və “Pallada” kreyserini 
yandırdılar. Müharibə başlandı. Səhərisi, Səməd bəy Mehmandarovu yeddinci Sibir atıcı topçu 
divizionun komandiri təyin etdilər. Bu quru qoşunlarının komandanı, general-mayor Roman 
Kondratenkonun əmri idi. Roman İsidoroviç, Mehmandarvun döyüşdə dəyanətinə, komandirlik 
bacarığına yaxşı bələd idi. Məhz ona görə də Səməd bəyi Şərq cəbhəsinin rəisi təyin etdi. Bura, 
Port-Artur müdafiəsində ən mühüm cəbhə hesab olunurdu. Yaponlar ən güclü qüvvəni də buraya 
yeritmişdilər. Onlar şiddətli həmlələr edir və arası kəsilmədən bombalar yağdırırdılar. Polkovnik 
Səməd bəy Mehmandarov komandan Kondratenkonun ən yaxın köməkçilərindən biri idi. 
Topçuların əməliyyatına bacarıqla rəhbərlik edən Mehmandarov qala mühasirədə olanda həmişə 
ön mövqelərdə və çox təhlükəli yerlərdə sərrast atəşlə samurayların hücumunu dəf edirdi. 
Səməd bəy Mehmandarovun ən təhlükəli döyüşdə belə özünü itirmədiyinin  şahidi olan 
Əliağa  Şıxlinski yazır ki, oktyabrın on dördündə qala top atəşinə tutulan zaman Səməd bəy 
Mehmandarov mənim mövqeyimə  gəldi. Həmin mövqe yaponlar tərəfindən on bir düyməli 
topdan, otuz yeddi millimetrlik xırda dəniz topuna qədər müxtəlif toplarla atəşə tutulmuşdu. 
Həm də bu mövqe yaponların tüfəng və pulemyot atəşi altında idi. Bu zaman Mehmandarovun 
yaxınlığında altıdüymə mərmi partladı və yerdən qalxan qara palçıq onun üstünü buladı, amma 
yaralanmadı. 
Mehmandarov buna əsla  əhəmiyyət verməyərək, böyük bir soyuqqanlılıqla cibindən ağ 
dəsmalını çıxarıb, təzə paltosunun üzərinə sıçrayan palçığı silməyə başladı. 
Dekabrın ilk günlərində yaponlar qalaya iki ağır zərbə vurdular. Rusların inadlı 
müqavimətinə baxmayaraq, onlar qalanın bir neçə mühüm fortlarını tutdular. İkinci ağır zərbə isə 
dekabrın ikisində oldu. Komandan general Roman Kondratenko qəhrəmanlıqla həlak oldu. 
Əvəzində iradəcə  zəif olan general Fok komandan təyin edildi. On altı gün sonra yaponlar 
qalanın taleyini həll edən Drakonovıy Xrebet dağını  ələ keçirdilər. Port-Arturun qorxaq və 
istedadsız komendantı general Stessel qalanı  dərhal düşmənə  təslim etmək üçün hərbi  şuranın 
iclasını çağırdı.  Şurada iştirak edən bəzi komandirlər Stesselin təklifinə  şərik oldular. Lakin 
general-mayor Səməd bəy Mehmandarov, polkovnik Semyonov və bir qrup mərd zabitlər təslim 
olmağa qəti etiraz etdilər. Döyüşkən zabitlər inad edirdilər ki, güclü yapon ordusunu geri 
oturtmağa hələ qüvvələri çatar. General Mehmandarov başda olmaqla onlar deyirdilər ki, qala 
hələ özünü saxlamağa qadirdir. Nə qədər ki mərmi var, toplardan atəş yağdıracağıq. Nə qədər ki 
patron var, tüfənglərdən atəş açacağıq. Mərmi və patron qurtardıqda isə süngü ilə döyüşəcəyik. 
Lakin cəsarətsiz general Stessel mərd zabitləri eşitmədi, silahı yerə qoymağı qarnizona 
əmr etdi. Sonralar Rusiyaya qayıdanda general Stessel qala müdafiəçilərinin tələbi ilə Port-
Arturu tələsik təslim etdiyinə görə hərbi məhkəməyə verildi. 
General-mayor Mehmandarov və onun zabit dostları qala təslim edildikdən sonra da hərbi 
anda sadiq qalaraq başqa əsgər və zabitlər üçün nümunə göstərdilər. Yaponların şərtlərinə görə 
əsgərlər hərbi əsir alınır, zabitlər isə Yaponiyaya qarşı bir daha müharibədə iştirak etməyəcəkləri 


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə