Generallari



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə38/60
tarix01.08.2018
ölçüsü1,25 Mb.
#60469
1   ...   34   35   36   37   38   39   40   41   ...   60

 
78
  
- Görürsünüz, tanış  çıxdıq. Bu çox yaxşı oldu. Axtarılsa siz qafqazlılar hamınız bir-
birinizə qohumsunuz. Vaxtınız olanda bizə buyurun, cənab polkovnik, sizi Qafqaz çayına qonaq 
edərik. 
- Cənab general, icazə versəydiniz mən də sizi keçmiş dostunuzun qızı Nigar xanımın 
bişirdiyi Qafqaz plovuna dəvət edərdim... 
- Böyük məmnuniyyətlə... 
Əliağa Şıxlinski Uzaq Şərqdəki xidmət illərini, Çinə səfərini, rus-yapon və Birinci dünya 
müharibəsindəki iştirakını, Azərbaycanda xidmətini, Nəriman Nərimanov,  Əliheydər Qarayev, 
Frunze, Çingiz İldırım kimi dövlət xadimi və məşhur sərkərdələrlə görüşlərini xatırlayır, titrək 
qələmilə xırdaca qeydlər də edirdi. 
O gündən unudulmuş qoca generala fərdi təqaüd kəsildi. Həkimlər həyəcanlanmamağı 
tapşırırdılarsa da mümkün olmurdu. Daim ön xətlərdə, müharibə meydanlarında döyüş 
əməliyyatlarının mahir sərkərdəsi həyəcansız danışa bilmirdi.  
1943-cü ilin aprelində kitabın son səhifələrini diktə edən general vətəndaşlıq borcunu 
xatırlayaraq deyirdi: “İçərisindən çıxdığım xalqıma və onun özü üçün seçmiş olduğu hökumətə 
həmişə sədaqətlə xidmət etmişəm, edirəm və edəcəyəm.” 
Bütün varlığı ilə xalqını sonsuz ehtiramla sevən generala kitabının çıxmasını görmək 
qismət olmadı. Gələcək nəsillərə onun böyük bir əmanəti qaldı.  İbrətamiz həyat yolunu, hərbi 
xidmətini ayna kimi göstərən məşhur “Xatirələrim” kitabı ölümündən bir il sonra işıq üzü gördü. 
Topçu hissələrilə tankların açıq hərəkət üsulu kimi ağıllı  təklifləri düşməni məhv etməkdə 
döyüşçülərimizin köməyinə gəldi. 
Dövlət mükafatı laureatı, hərb elmləri doktoru, artilleriya taktikası professoru Yevgeni 
Zaxaroviç Barsukov kitaba yazdığı müqəddimədə bunu bir daha təsdiq edirdi: 
“Qızıl Ordunun artilleriyası özünün möhtəşəm qüvvəsini yaradarkən təkcə bu günün 
nailiyyətlərindən istifadə etməmiş, təkcə  gələcəyə baxmamış, eyni zamanda keçmişdən bütün 
faydalı  və lazım olanları da götürmüşdür. O, köhnə rus ordusunda olan ən yaxşı döyüş 
ənənələrini mənimsəmişdir. 
Döyüş ənənələri və köhnə rus artilleriyasında yaxşı nə vardısa, hamısı general-leytenant 
Əliağa Şıxlinski ilə əlaqədardır” 
  
 
GENERAL SƏMƏD BƏY MEHMANDAROV 
 
Bizim keçmişdə başqa xalqların qibtə etmələrinə 
layiq böyüklərimiz çoxdur. Əgər biz istəyirik ki, 
gələcəkdə bizim xalqımızdan böyük şəxsiyyətlər 
yetişsin, həmin böyükləri müasirlərimizə, 
gənclərimizə yaxşı tanıtmalıyıq. Keçmişə məhəbbət 
gələcəyə xidmətdir. 
 
Əkrəm Cəfər  
professor 
 
 1871 - ci ildə Mehmandarovlar ailəsində şadlıq keçirilirdi. Sadıq bəy oğlunun orta təhsil 
alması münasibətilə Bakıda yaxın dostlarından ibarət bir məclis düzəltmişdi. Qarabağdan adlı-
sanlı bəylər, yaxın qohumlar, Lənkərandan qulluq yoldaşları Sadıq bəyin sevincinə şərik olmağa 
gəlmişdilər.  Şuşadan gələn qonaqlar özlərilə müğənni də  gətirmişdilər. Müğənni füsunkar 
Qarabağın igidlərini, türfə gözəllərini vəsf edib məclisi əyləndirirdi. Gecədən xeyli keçənə qədər 
davam edən məclisdən hamı deyə-gülə dağılışdı. Uzaqdan gələn yaxın qohumlar ailəvi söhbəti 
hələ də davam etdirirdilər. Xanı bəy sağ yanında əyləşmiş Sadıq bəyə yanakı baxıb: 


 
79
-  Əmioğlu, Səməd bəy  ədadiyə
14
  məktəbində  təhsilini ikmal elədi. Biz də  yığışıb onu 
təbrik elədik. Bəs sonrası, indi hansı ali məktəbə hazırlaşır? 
Kefi kök, damağı çar Sadıq bəy bığlarına ötəri əl  gəzdirib: 
  
- Ötən il, - dedi, - özü ilə söhbətimiz belə olub ki, gimnaziyaya getsin, müəllim olsun, onu 
da istəməz, bəyənməz doxtur,  mühəndis... Bunların hansını istərsə... 
  
-Yaxşı bu, ötən ilin söhbəti, bəs indi,  bu il  nə fikirləşib? 
- Bu nə sözdü, canım, fikirləşmək də ilnəndi? Nə fikirləşəcək, kişinin sözü bir olar. Nə 
bilim, ay qadan alım, əgər sən deyən kimidirsə, bu ilin qərarını yəqin ki, özü vermiş olar. Çağır, 
özündən soruş. Əmi, qardaşoğlu - siz ki, köhnə dostsunuz. 
Sadıq bəy oğlunun boy-buxunu, ədəb-ərkanı ilə fəxr edirdi. İstəyirdi ki, yaxın qohumlar 
da onun yarlı-yaraşıqlı oğlu olmasını yaxından görsünlər. 
Xanı  bəy çaydan bir neçə qurtum alıb atasının yanında naz-qəmzə ilə  şıltaqlıq edən 
Rüxsarənin saçlarını tumarladı.. 
- Qızım, - dedi, - get, qardaşın Səməd bəyi çağır gəlsin bura.  
Səməd bəy  ədəb-ərkanla salam verib stolun aşağı ucunda, qohumlarının hüzurunda 
müntəzir dayandı.  Şuşadan gələn ağsaqqal qonaqlar olmasaydı, ötəri zarafatı olan əmisi Xanı 
bəylə öpüşüb görüşərdi.  İçkidən xumarlanan Xanı  bəy  şad-xürrəm halda gülümsünür, gözünü 
Səməd bəydən çəkmirdi. 
- Bura bax, əyə, - dedi, - yaxın gəl, bir əmin səni öpsün. 
Sadıq bəy təəçcüblə: 
- Bay, balam, hələ görüşməmisiniz? Xanı bəy gur səslə: 
- Yox - dedi, - mən gələndə soruşdum, dedilər evdə yoxdu,  
- Xanı  bəy zarafatla şəhadət barmağını silkələyə-silkələyə: qırışmal, gör heç əmisi ilə 
görüşməyə can atır? Dirsəyi ilə əmisi oğlu Sadıq bəyə   yüngülvarı toxunub - ona izin ver gəlsin. 
- Nə izin verəcəm, bura kimi gəlib, qoy bir-iki addım da   atsın. Gəl, əminlə görüş, oğul. 
Xanı bəy hər iki əlilə onun başından yapışıb alnından öpdü. 
- İgidin alnından öpərlər, sən ki, ədadiyəni əla bitirdin, 
demək igidsən. 
Səməd bəy qollarını əmisinin boynuna dolayıb qulağına pıçıldadı: 
- Mən də elə bildim qız kimi üzümdən öpəcəksən.  
Xanı bəy bərkdən qəhqəhə çəkərək: 
- Əyə, - dedi, - Lənkəranda
15
 dünyaya gəlsən də, vallah, qarabağlısan ki, qarabağlısan...   
Eşq olsun sənə, qardaş oğlu.... 
Səməd bəy  şəhadət barmağını dodaqlarının ucuna toxundurdu. Yəni ağartma, atama, 
qonaqlara demə işarəsi verdi. 
Sadıq bəy üzə vurmasa da, onun özünə də xoş gəlirdi ki, Xanı bəy oğlu ilə böyük kimi 
rəftar edir. Aralarında səmimi zarafatları vardı. Bir-iki dəfə elə-belə ehtiyata əmisi oğluna 
demişdi ki, çox da dərinə gedib uşağı üzdən salma. Zarafatın  şitişoru çıxanda, aradan pərdə 
götürülür, hörmət-izzət itir, axırı yaxşı nəticə vermir. 
Sadıq bəy qəlyanını doldura-doldura: 
- Yenə başladınız. Xanı, o sənin qulağına nə dedi ki?..  
Ağır-ağır yerinə əyləşən Xanı bəy: 
- Heç, özümüz bilərik, - dedi. - Gözünü Səməd   bəydən   çəkmədən - Yaxşı, qardaş oğlu, 
ədadiyəni bitirdin, yəni möhtəşəm bilik məbədinə gedən pilləkənin birini çıxdın, bəs sonrası, indi 
fikrin nədir, hara oxumağa gedəcəksən? 
                                                 
14 Əd a d i y ə -  orta məktəb.
  
 
15 Əslən Qarabağlı olan Səməd bəy Mehmandarov 1856-cı il oktyabrın on altısında Lənkəranda varlı zadəgan 
ailəsində anadan olub.         
 
 


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə