Generallari



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə34/60
tarix01.08.2018
ölçüsü1,25 Mb.
#60469
1   ...   30   31   32   33   34   35   36   37   ...   60

 
70
Nigar xanım fransız dilini də təmiz bilirmiş. 
1912-ci ilin yayında Çarskoye Seloya gələn fransız generalı Dezavye onun danışığına valeh 
olmuşdur. General Dezavye soruşanda ki, neçə il Parisdə yaşamısınız, o, gülümsünüb cavab 
vermişdir ki, heç vaxt Rusiyadan kənara çıxmamışdır. Ona təşəkkür edən general Dezavye 
demişdir: 
- Məni heyrətə gətirdiniz, madam, öz gözəl, təmiz fransızca danışığınıza görə... 
Bundan başqa Nigar xanım fars dilini də mükəmməl öyrənmişdi.  Ərəb qrammatikasına 
isə yaxşı bələd idi. 
Nigar xanımın yaxın qohumu, mərhum Zülfüqar Qayıbovun altı il əvvəl mənə söylədiyi 
bir əhvalatı da onlara danışdım: Bir dəfə anası ilə doğma Salahlı kəndindən Tiflisə gedən Nigar 
Saloğlu stansiyasında qatar gözləməli olur. Bu vaxt Qarayazı çölündən ekspedisiyadan qayıdan 
iki fransız da qatarın gəlməsini gözləyirmiş (Ötən  əsrin sonlarında imperatorun əmrilə Qazax 
qəzasının Qarayazı düzündə pambıq-təcrübə plantasiyası   salınmışdı - Ş.N.) Fransızlardan   biri 
o  birinə milli geyimdə olan Nigar xanımı göstərib deyir: 
- Ora bax, gör türk qızı necə gözəldir, amma heyf, çox zövqsüz geyinib. 
Fransızların Nigara baxıb nəsə dediklərini hiss edən anası Səadət xanım: 
- Qızım, - deyir, - onlar səndən danışırlar? 
- Ana, dinmə, onlar məni və geyimimi təhqir etdilər. Eybi yoxdur, bu saat cavablarını 
alarlar. 
Qatar gəlir. Minirlər. Bir xeyli gedəndən sonra Nigar xanım çölə baxıb fransızlardan 
təmiz fransız dilində soruşur: 
- Cənab, zəhmət olmasa, deyin görək, saat neçədir, hələ Naftulluqa çoxmu qalır? 
Heyrətdə qalan fransızlar özlərini itirirlər. Dönə-denə Nigar xanımdan və anasından üzr 
istəyirlər. 
Şəkillərdən birini götürüb ona diqqətlə baxan Nina Aleksandrovna soruşur: 
- Bu da Nigar xanımın şəklidir? 
Bəli, o, həm də bizim xalqın   ilk hərbi    şəfqət   bacısı olub. 
Başımız söhbətə elə qarışmışdı ki, kursantların  ətrafımıza nə vaxt yığışdıqlarını hiss 
eləməmişdik. Siyasi komissar irəli durub dedi: 
  
- Görürsünüzmü,   necə maraqla qulaq asırlar, vaxtınız varsa, bir az da danışın. Mən elə 
bilirdim inqilabdan əvvəl sizin qadınlar məktəb üzü görməyiblər, çadrada,   dörd divar arasında 
yaşayıblar. 
Mən Saltıkov-Şedrin adına kütləvi kitabxananın arxivindən  əldə elədiyim “Artilleriya 
zabitləri məktəbinin xəbərləri” jurnalının surətini onlara göstərdim: 60-61-ci səhifədə yazılıb ki, 
Nigar xanım  Şıxlinskaya “Qadın xeyriyyə  cəmiyyəti”nin sədri seçilib. Digər bir səhifədə isə 
daha qırx beş qadının adı, familiyası çap olunub. Bunlar qadın cəmiyyətinin üzvləri - Nigar 
xanımın tabeliyində  işləyənlərdir. Jurnalın yetmiş  səkkizinci səhifəsində Nigar xanım 
Şıxlinskayanın “Dul qadınlar, yetim uşaqlar və  aşağı rütbəli ailələr üçün” adlı müraciəti dərc 
olunub. Məqalədə göstərilir ki, hökumət müharibədə ailə başçısını itirənlərə yardım verib, təqaüd 
kəsməlidir... 
Birinci dünya müharibəsi başlananda artilleriya zabitləri məktəbinin müdavimləri bir 
nəfər kimi döyüşən orduya - Vətəni qorumağa gedirlər. Onların tədris binası, kazarmaları yaralı 
əsgərlər üçün qospitala çevrilir. Zabit arvadları yaralı əsgərlərə yardım göstərmək üçün “Qırmızı 
xaç” cəmiyyətini təşkil edirlər. Nigar xanım Şıxlinskaya həmin cəmiyyətə sədr seçilir. 
İmperatorun “Qırmızı xaç” cəmiyyətinin səlahiyyətli nəzarətçisi polkovnik Velçinski bir 
yoxlama zamanı demişdir ki, Nigar xanım  Şıxlinskayanın başçılıq etdiyi xəstəxana hazırkı 
müharibədə fövqəladə təşkil olunmuş bütün “Qırmızı xaç” çəmiyyətinin xəstəxanaları arasında 
ən yaxşısıdır. Onu da xatırladaq ki, xəstəxananın rəsmi adı “Topçu zabitləri məktəbi qadın 
komitəsinin xəstəxanası” olmasına baxmayaraq, hörmət əlaməti olaraq hamı ona “Şıxlinskayanın 
xəstəxanası” deyirmiş. 
General Əliağa Şıxlinskinin özü bu barədə yazır: 


 
71
“Mənim arvadım həmişə xəstəxanada olurdu. Komitənin sədrliyi vəzifəsini ifa etməkdən 
başqa,  əsgərlər üçün evlərinə” rusca, kazan tatarlarının, kazakların və başqalarının dillərində 
məktub yazırdı. Əsgərlər mənim arvadımı son dərəcə sevir və onu “mamaşa” - deyə çağırırdılar; 
tez-tez bu xəstəxanaya getdiyimdən mənə də “papaşa” deyirdilər”. 
- Yəqin ki, sizə Nigar xanım  Şıxlinskayanın 1914-cü ildə “Müharibəyə  əzizlərini yola 
salan qadınlara” adlı məqaləsi də məlum deyil, - deyə mən yanımdakılara müraciət etdim. 
- Xeyr, əlbəttə, məlum deyil, biz onu hardan oxuya bilərik ki?.. 
- Həmin müraciət - məqalə 1914-cü-ildə “Russkiy invalid” - qəzetinin dörd avqust 
nömrəsində çap olunub. Əlimdəki qəzeti göstərdim, - baxın, bu da onun surəti. Ana ürəyinin 
çırpıntıları ilə yazılmış bu məqalədə böyük vətənpərvərlik hissi var. 
Nigar xanım yazır ki, döyüşçünün qadını ağlayıb sızlamaqdansa, sağlamlığını qorumalı, 
uşaqlarına qayğı göstərməlidir. Qoy Vətən uğrunda döyüşən  ərin qulağına ailəsi, uşaqları 
haqqında xoş sədalar yetişsin. 
- Bəs,  Əliağa Şıxlinskinin, Nigar xanımın inqilaba münasibəti necə olub? - deyə, ucaboy, 
enlikürək bir kursant soruşur. Kursant yoldaşları gülə-gülə,  ərklə ona   söz atırlar   ki, gör 
həmyerlisi ilə neçə maraqlanır... 
- Ruslarda   belə bir məsəl var: “Gözəl doğulma, xoşbəxt doğul”. Bu müdrik  atalar 
sözünü həyatın bütün   kəşməkəşini qoşa addımlayan general Əliağa Şıxlinskiyə və onun həyat 
yoldaşı Nigar   xanıma aid etmək olar.   Onu da etiraf etmək lazımdır ki, Nigar xanım həm gözəl
həm də xoşbəxt doğulub. Bayaq    siz onun şəklini gördünüz, gözəlliyinə heyran qaldınız. Onlar 
həyatın bütün gözəlliyindən zəhmətləri və çalışqanlıqları    bahasına tam istifadə edə biliblər. 
1917-ci ildə general Şıxlinski inqilab edən xalqın tərəfinə keçir. Həmin il noyabrın on 
beşində Qafqaza qayıdır. Bir müddət milli diviziyanın təşkili ilə  məşğul olur. 1920-ci ilin 
baharında XI Ordu Bakıya gələndə müsavatın daxili işlər nazirinin müavini Şəfibəy 
Rüstəmbəyov Əliağa Şıxlinskiyə deyir: 
- Hə, cənab general, qaçmırsınız? 
 - Öz Vətənimdən niyə qaçım ki? 
 - Sizi öldürərlər. 
Təmkinini pozmayan Əliağa Şıxlinski sakitcə belə cavab verir: 
- Gələnlər ağıllı adamlar olsalar, məni öldürməzlər, çünki onların işlərinə yararam, 
axmaqlardan isə heç yerdə canını qurtara bilməzsən. Buna görə  də  Vətənimin mənə ehtiyacı 
olduğu bir zamanda onu qoyub getmərəm. 
General  Əliağa  Şıxlinski ömrünün axırına kimi Sovet Azərbaycanına sədaqətlə qulluq 
edir. 1920-ci il aprelin 30-da müvəqqəti respublika hərbi-dəniz komissarının müavini təyin 
olunur.  İnqilab komitəsinin sədri Nəriman Nərimanov 1920-ci il avqustun birində onu rəsmi 
məktubla Moskvaya - V.İ.Leninin sərəncamına göndərir. 
N.Nərimanov yazır ki, “...mövqeyimiz sakitləşənə  qədər və ümumi işimizə kömək 
məqsədi ilə biz hər halda bu qərara gəldik ki, onları (S.Mehmandarovu və  Ə.Şıxlinski - Ş.N.) 
qərargahda işləmək üçün sizin sərəncamınıza göndərək, çünki onlar hərbi mütəxəssislər olmaq 
etibarı ilə  əvəzsizdirlər. Onlardan biri. Şıxlinski rus ordusunda “artilleriyanın allahı” sayılırdı. 
Polşa cəbhəsi qurtarana qədər qoy onlar Moskvada işləsinlər”. 
Burada o, Ali topçuluq məktəbində müəllim işləyir. 1921-ci ilin fevralında Petroqradda 
olan  Şıxlinski topçuluq Akademiyasında mühazirələr oxuyur. Bir il sonra Nərimanovun xahişi 
ilə Azərbaycana qayıdır. Bakı qarnizonunun hərbi-elmi bilik cəmiyyətində topçuluqdan silsilə 
mühazirələr oxuyur. İlk dəfə “Rusca-azərbaycanca qısa hərbi lüğət”in yaradıcısı olur. 
1923-cü ildə Bakıya gələn görkəmli sərkərdə M.V.Frunze onun elmi və hərbi fəaliyyətini 
yüksək qiymətləndirərək demişdir ki, burada Şıxlinski üçün fəaliyyət sahəsi çox dardır. 
Danışdıqca hiss edirdim ki, kursantları da, Nina Aleksandrovnanı da, siyasi komissarın 
özünü də Nigar xanımın sonrakı taleyi, daha doğrusu inqilabdan sonrakı  fəaliyyəti daha çox 
maraqlandırır. Ona görə  də  Əliağa  Şıxlinski haqqında söhbətimə yekun vurub, Nigar xanım 
haqqında bildiklərimi onlara nəql etdim. 


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə