Generallari



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə42/60
tarix01.08.2018
ölçüsü1,25 Mb.
#60469
1   ...   38   39   40   41   42   43   44   45   ...   60

 
86
Deyirlər ki, belə olub. Bizim əlimiz çatan nəşrlərdə bu yoxdur, ancaq adamların 
yaddaşında beləcə qalıb. Uzun müddət belə hesab edirdilər ki, öz tariximizi, onun bütün 
keçidlərini bilmək bizə o qədər də lazım deyil, əgər biz onu bütün ziddiyyətləri ilə, lap həqiqət 
olsa belə yazsaq, “düz başa düşmərik”. Lakin aşkarlığın  şüası, çəkilmələr zamanı sualtı daşlar 
təmizlənən kimi, həqiqəti üzə çıxardaraq bütün qaranlıq künclərə işıq saçır. 
Oktyabrın yetmiş illik yubileyi ərəfəsində jurnalist axtarışları  məni çekistlərin arxivinə 
gətirib çıxartdı. Burda “keçmiş adamlar”ın anketləri arasında illərin soldurduğu və 
Mehmandarovun xırda hərflərlə yazdığı ikiqat bir vərəq saxlanılır. O illərin qoxusunu verən bir 
vərəq... 
Səməd bəy Sadıq bəy oğlu Mehmandarov xidmət illərini necə  və harada keçirib? 
Anketdən bunu müəyyən etmək olmur. Ancaq anketin “təltiflər” sütununa görə mühakimə 
yürütsək, məlum olur ki, Mehmandarov əli qoynunda oturmayıb, rus çörəyini havayı yeməyib. 
Həmin sütunda göstərilib: “üçüncü və dördüncü dərəcəli Georgi ordeni, brilyantla bəzədilmiş 
qızıl silah, birinci, ikinci və üçüncü dərəcəli Stanislav ordeni, birinci, ikinçi və üçüncü dərəcəli 
Anna ordeni, ikinci, üçüncü və dördüncü dərəcəli Vladimir ordeni, Ağ qartal, Aleksandr Nevski 
və s. Sütunda yer qurtarıb, aşağıda yazılıb “və başqaları...”. 
Ordenləri elə-belə verməzdilər. Şübhəsiz hərbi xidmətə görə verilirdi. 
Sonra isə anketdə bir yığın sual var. Köhnə orduda sonuncu rütbəniz və  vəzifəniz? - 
Artillerya generalı, ikinci Qafqaz korpusunun komandiri. 1917-ci il fevral inqilabı zamanı harda 
olmuşsunuz? - Alman cəbhəsində - Bəs Oktyabr inqilabı zamanı? 
Petroqradda, 1917-ci ilin mayında üzv seçildiyim yaralıların Aleksandrovsk komitəsində. 
1918-ci ildə altmış iki yaşlı generala Azərbaycan Demokratik Respublikasının 
müsavatçılar kabinetində hərbi nazir vəzifəsini təklif eləyirlər və Mehmandarov bu təklifi qəbul 
eləyir. 1920-ci il iyunun dördündə onu həbs eləyib, iki aydan sonra Moskvaya göndərirlər. Ad 
gününü həbsdə “qeyd eləyir”. Yeddi gün sonra azad edilib Daimi Artilleriya Komissiyasının 
üzvü kimi Səhra Qərargahına göndərilir. Burda Mehmandarovun əliylə yazılıb: 
“Bir dəfə də istintaq aparmadılar, heç bir ittiham irəli sürmədilər”. Bəs nəyə görə?! Rus 
qanı tökməyib, bolşeviklərə qarşıçıxış eləməyib. Hərbi andı  qəbul eləyib.  Əsgərdən generala 
kimi yüksəlib. Sədaqətlə xidmət edib. 1921-ci   il noyabrın    on səkkizində Səməd bəy Sadıq bəy 
oğlu Nərimanov və Qarayevin  xahişi ilə Bakıya - Hərbi  Dəniz Xalq Komissarlığına qaytarılır. 
1923-cü ildə yazılmış anketində göstərir: “İndiki vaxtdan tapşırıqçı və pul kağızlarının bölgüsü 
üzrə komissiyanın sədriyəm”. 
Bildiyimiz kimi, pul hər adama etibar edilmirdi.   Deməli, təmiz adam olub. 
Əgər Oktyabr inqilabına rəğbət bəsləməmişsinizsə bunun səbəbi nə olub? (Həmin dövrdə 
sizin etiqadınız?). 
Cavab: - Bu suala ən yaxşı cavab - aprelin iyirmi səkkizində, yəni çevriliş günündə 
mənim Azərbaycan ordusuna verdiyim əmrdir. Bu əmr hissə  rəislərinə göndərilmiş teleqramla 
Qərargah arxivində qorunur və onlar mənim Sovet hakimiyyətinə münasibətimi müəyyənləşdirə 
bilər. 
Otuz doqquz nömrəli sual: hansı səpkili fəaliyyətə daha çox meyl edirsiniz? 
Cavab: Mənim yaşımda sakit və dinc fəaliyyətə... 
 
* * * 
 
“1923-cü ildə  ağsaqqallı general Mehmandarovu əlində süpürgə Bakıda görüblər”. 
Anketdən bu sözləri oxuyanda istər-istəməz adamın ürəyi ağrıyır. Orduda minlərlə əsgərə, zabitə 
silah tutmağı öyrədən igid bir sərkərdəni bu qədər alçaldan kimlər idi? Şöhrəti Rusiyanın 
sərhədlərini aşan Port-Artur, Birinci dünya müharibəsinin qəhrəmanı ilə ömrünün ağsaqqal 
çağında belə “ciddi zarafat” edən şəxsdə vicdandan əsər-əlamət vardımı? 
1920-ci ildən  şahid qalmış bir sənəddə bu sualların cavabını tapmaq olur. Orada 
oxuyuruq: 


 
87
“Qızıl Ordu demək olar ki, bütünlüklə döyüş qabiliyyətindən məhrum və daşnak 
zabitlərinin komandası altında olan erməni könüllülərindən ibarət idi. Bu dəstələr ətraf kəndləri 
qarət edir, bununla müsəlman kəndlərinin qəzəbinə səbəb olurdular”. 
Bax, bu “könüllülər” Bakıya varid olandan sonra cəmi iyirmi üç ay Azərbaycan 
Demokratik Respublikasının hərbi naziri olmuş Mehmandarovu xalqın gözündən salmaq üçün 
əlinə süpürgə verib küçə süpürtdürmüşlər. Bu “könüllü” düşmənlərimiz yaxşı bilirdilər ki, 
Səməd bəy Mehmandarovu xalq sevir və inanırdılar ki, onlara “azadlıq gətirən könüllülərin” 
zülmündən xalqı  məhz Səməd bəy Mehmandarov kimi generallar qurtara bilər. Bu ümidlə  də 
hələ 1919-cu il iyunun altısında Qusar, Quba, Xaçmaz, Dəvəçi  əhalisinin keçirdikləri mitinqin 
qətnaməsində deyilirdi: 
“Biz  əminik ki, hökumətimiz (Azərbaycan Demokratik hökuməti - Ş.N.) döyüş 
meydanında özünün son üzvünü itirənədək ona etibar etdiyimiz qadın və  qızlarımızı qara 
generalların  əlinə verməyəcək. Nikolayın mənafeyi naminə Port-Artur civarlarında fərqlənmiş 
şücaətli hərbi nazirimiz Mehmandarov bizim mahalda olduğu vaxt gözündə yaş damlaları 
süzüldüyü halda, Vətənin, qadın və  qızlarımızın ana və bacılarımızın namusunun müdafiəsi 
yolunda canından belə keçməyə hazır    olduğunu bildirmişdi”. 
Lakin işlər dəyişdi, dünyanın çarxı sanki tərsinə  fırlandı. Dindarla dinsizin müharibəsi 
başlandı. Bu döyüşlərdə biz çoxlu tələfat verdik. Azərbaycanı içəridən “yeyən” S.Şaumyan, 
T.Əmirov, S.Lalayev, Avakyan kimi daşnaklar quzu cildində qurd olmuşdular. Onların quldur 
dəstələri gecələr müsəlman evlərinə hücum edir, kəndlilərin silahını  əlindən alır, vəhşicəsinə 
döyürdülər. “Azərbaycan” qəzeti (30/17 mart 1919, № 67) yazırdı ki, Qafqaz cəbhəsindən türk 
orduları geri çəkilərkən Türkiyə erməniləri Qafqaz erməniləri ilə birləşdilər və birlikdə  həmin 
hissələrə qarşı hücuma keçərək, onlara zərbə vurmağa başladılar. Bir tərəfdən Andranikin, digər 
tərəfdən isə Dro, Keri və Muradın dəstələri hərəkət edirdilər. Tərk edilmiş bütün müsəlman 
kəndləri qarət olunmuş  və yerlə yeksan edilmişdi. Məhz bu vaxt Şaumyanın və Avakyanın 
fitnəkarlığı sayəsində  Şamaxı hadisələri başlandı.  Şaumyan tərəfindən bu hadisələrlə  əlaqədar 
yazılmış  məktub Gəncə komendantının  əlinə düşdü. Bu məktubdan  Şaumyan və Avakyanın 
daşnak olduqları açıq-aydın görünürdü”... Bu faciələrin hamısı on səkkiz - on doqquzuncu illərdə 
olmuşdu. 1920-ci ilin aprelində isə  qırx minlik milli Azərbaycan Ordusu yetmiş iki minlik XI 
Ordunun qarşısında tab gətirə bilmədi. Ona görə ki, otuz minlik piyadası, on min süvari qoşunu 
olan milli Azərbaycan ordusu Zəngəzurda, Qarabağda, Qazax və başqa qəzalarda daşnak 
quldurları Hamazasbın və Andranikin dəstələrinə qarşı vuruşurdu. 
On birinci ordu ilə Azərbaycana gələn marşal S.A.Krasovski “Жизни  в  авиасии” 
kitabının (1960) yetmişinci səhifəsində bu barədə yazır: “XI Ordu hissələri Azərbaycan 
sərhəddinə, Yalama stansiyasına yaxınlaşanda Bakıda müsavat hökumətinin iclası gedirdi. Bu 
iclasda hərbi nazir general Mehmandarovdan hökumət başçısı  Nəsibbəy Yusifbəyov soruşur: 
“Müsavat ordusu düşmənin hücumunun qarşısını ala biləcəkmi? “Nazir də sualı sualla qarşıladı: 
“hansı düşməni nəzərdə tutursunuz? Daşnakları, yaxud menşevikləri? Menşevikləri deyirsinizsə 
ümid var. Hərgah XI Ordunu nəzərdə tutursunuzsa, onda bizim gücümüz yalnız bir dəqiqəliyə 
kifayətdir, cənab nazir. Biz bolşeviklərlə döyüşməyəcəyik!”. 
Ona görə  də “Sovet tərəfinin xahişi ilə xüsusi olaraq Bakıya dəvət olunmuş türk hərbi 
generalı  Xəlil Paşa XI Ordu ilə birlikdə 1920-ci il aprelin 28-də döyüşsüz Bakıya daxil oldu. 
Xəlil Paşa Dərbənddən bu tərəfə yol boyu bütün dayanacaqlarda çıxış edib əhalini Sovet 
hakimiyyətini müdafiə etməyə çağırırdı. İstambul hərbi muzeyində Xəlil Paşanın RSFSR,  MİK 
tərəfindən təltif olunduğu gümüş xəncər saxlanılır” (Z.Bünyadov “Elm və həyat” jurnalı, 1988-ci 
il, № 10). 
Bu yaxınlarda Türkiyədə  səfərdə olmuş oyma işləri üzrə  sənətkar dostumuz Firidun 
Seyfəddinoğlu 1976-cı ildə İstambulda çap olunmuş “Azərbaycan” adlı bir kitab da gətirmişdi. 
Kitabın müəllifi Kərim Oder xalqımızın  ədəbiyyatından, tarixindən, iqtisadiyyatından və 
Azərbaycan Demokratik hökumətinin fəaliyyətindən məhəbbətlə söhbət açır. Kitab həm də 
xalqımızın görkəmli oğullarının nadir fotoşəkilləri ilə bəzədilib. Orda Səməd bəyin on səkkiz - 


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə