Generallari



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə39/60
tarix01.08.2018
ölçüsü1,25 Mb.
#60469
1   ...   35   36   37   38   39   40   41   42   ...   60

 
80
Səməd bəy susurdu. Dinmək istəyirdi, ancaq atasından ehtiyat edirdi. Axşamdan 
özlüyündə belə fikirləşmişdi ki, arzumu əmimə təklikdə deyərəm, o da bəlkə atamı yola gətirdi. 
Bir ilə yaxın idi ki, qəti qərara gəlmişdi: oxumağa hərbiyyə məktəbinə gedəcək.    
- Hə, dillən, oğul, qonaqları, əmini intizarda qoyma.  Hara
 
istəyirsən? Tiflis 
gimnaziyasına, Xarkova, yoxsa Peterburqa?.. Maşallah, özün daha böyük oğlansan. Bəlkə 
mühəndis olmaq istəyirsən, bəlkə təbabət elmi fikrindən keçir? 
- Ata, demək olar, bütün sənətləri saydı, bircə  Səməd bəyin bir ilə yaxın havası ilə 
uçduğu hərbi kəlməsini dilinə  gətirmədi. Bu qədər ağsaqqalın yanında susmağı  nəzakətsizlik 
sayan Səməd bəy özünü toplayıb bəy oğluna məxsus təmkinlə: 
- Ata, Peterburqa, amma hərbiyyə  məktəbinə getmək istəyirəm. Sadıq bəy  hərbiyyə 
sözünü eşidib yerində qurcalandı. Təəçcüb və heyrətlə: 
- Hara dedin, oğul? 
- Hərbiyyə məktəbinə getmək çoxdankı arzumdur. Mən ora hazırlaşmışam, ata! 
Səsinin tonu dəyişmiş Xanı bəy: 
- Baho, qardaş oğlu, bu nə çətin oldu. - Deyilişindən hiss olunurdu ki, əmi də narazıdır, 
onun hərbçi olmasına. Bu dəfə lap ciddi - Gələcəyin yolu yaman enişli-yoxuşlu oldu, qardaş 
oğlu. Bəri başdan yaxşı fikirləş ha... 
- Bu mənim qəti qərarımdır, əmi! - deyib Səməd   bəy  utancaq baxışlarını yerə dikdi. Ani 
olaraq gözaltı atasına baxdı. Kişinin sərt sifəti qara qayış kimi tarıma çəkilmişdi. Sinəsi körük 
kimi qalxıb enirdi. Otaqda  tam sakitlik   hökm   surürdü. Xanı bəy bikef halda stəkanı götürüb 
bir qurtum içdi. Özü də hiss etmədən stəkan  əlindən sürüşüb nəlbəkidə  şaqqıldadı.  Əyilib 
diqqətlə stəkana yandan baxdı: 
- Bay sənin - dedi, - çatladı ki... - Üzünü Səməd bəyə tutub: -qardaş  oğlu, gəl bunu 
mətbəxə apar. 
- Səməd   bəy otaqdan çıxanda Xanı   bəy üzrxahlıq   edib   Sadıq bəyə təsəlli verdi: 
- Əmi oğlu, - dedi - gördün, şüşə qab sındı, fikir eləmə, bəlkə xeyir elə bundadır. Uşağın 
arzusuna qarşı çıxma, hiss  olunur ki, hərbiyyə işinə çox həvəsi var. Səməd bəy qanacaqsız uşaq 
deyil. Özün məndən yaxşı tanıyırsan. O sənəti sevməsə, bu  qədər ağsaqqal hüzurunda deməzdi 
ki, bu mənim qəti qərarımdır. Allah xeyir versin... 
Sadıq bəy hirslə: 
-Yava-yava danışma, mənim on beş  oğlum yoxdur ki, birinin də başından keçib rusa  
verəm. 
- Rusa niyə verirsən, oxuyub qayıdacaq. Bakı, Gəncə, Tiflis qarnizonlarından birində 
xidmət edəcək. Xalqımızın bir silah tutan oğlu da artacaq. 
- Bəs o, gecə-gündüz Nizami, Füzuli oxuyurdu. Vidadi, Vaqif şerlərini əzbərləyirdi. Fars, 
türk dillərinin qrammatikasını öyrənirdi.   Mən də sevindim ki, oğlum müəllim olacaq,   xalqına 
gərək olan maarif işində çalışacaq. - Sadıq bəy hirslə Rüxsarəyə: 
- Get, onu çağır, bura gəlsin! - dedi. 
Səməd bəy   pörtmüş halda içəri girdi. Bilmirdi baxışlarını hara diksin. Yenə bayaqkı 
yerdə böyüklərin hüzurunda müntəzir dayandı. 
- Sadıq bəy sərt və ötkəm səslə: 
- Oğul, bu sənin qəti qərarındır? 
- Bəli, ata... 
- Axı sən onu bilirsənmi ki, sənin atan Sadıq bəyin indiyədək nə hökumət qulluğunda, nə 
dostlar arasında, nə  də ki, evdə bir sözü iki olmayıb. Heç kəs onun sözünün qabağında söz 
deməyib.Bizim nəsildə indiyədək bir nəfər belə hərbçi olmayıb. Bu   mənasız fikir hardan sənin 
ağlına gəlib? Get, fikirləş, qərarını dəyiş, - kinayə ilə, - hərbçi olacaq,... yox bir yaranal olacaq... 
Elə bilirsən asandı gecə-gündüz çöllərdə qalmaq? Bu nə sənətdi? Qızmar günəşdə, sərt ayazda,   
dizə çıxan palçıqda günlərlə, aylarla çöllərdə qalaçaqsan. Səni kimsə yoldan çıxardıb, yəqin ki, 
yaranal olmaq iştahan var... Dəyiş qərarını...   On altı   yaşın var, özünə sənət seçib, gün ağlaya 
bilmirsən. 


 
81
- Əziz ata, ilk dəfə sözünüzdən çıxdığım üçün üzr istəyirəm. O ki qaldı yaranal olmağa... 
yaranal qızlardan olmur. Yaranal
 
elə mənim kimi oğullardan olur... 
Anası Böyüknənə dözə bilməyib oğluna qahmar çıxdı: 
- A kişi, uşağı bu qədər danlama, özün də   boş yerə hirslənib əsib-coşma. Uşaqdı, indi 
deyib, bəlkə   səhərə, o biri   günə fikrini dəyişdi. 
Sadıq bəy hirslə stulunu qabağa çəkib: 
- Görmürsən, deyir ki, bu mənim qəti qərarımdır. Mənimdə qəti qərarım, oğul, eşit və bil, 
ondan ibarətdir ki, səni heç yerə göndərməyə, nə  də  hərbiyyə  məktəbində oxutmağa bir qəpik 
belə-pulum yoxdur. Xoş gəldin, get, otur evdə, un çuvalına tay ol... 
- Ata, mən kor qız deyiləm ki, un çuvalına tay olam. Sizin yardımınızdan imtina edib
Peterburqa hərbiyyə məktəbinə oxumağa gedəcəm... - deyib çıxdı. 
1871-ci ildə ata sözündən “çıxan”, bir daha onun üzünü görməyən general Səməd bəy 
Mehmandarov ilk hərbi təhsil almağa belə getdi. Kaş bütün gənclər ata sözündən belə “çıxaydı”. 
Səməd bəy Mehmandarov haqqında yazmağı düşünəndə qeyri-ixtiyari Əliağa Şıxlinskini 
xatırladım. Tez-tez Şıxlinskinin “Xatirələrim”indəki ayrı-ayrı epizodlar yadıma düşürdü. Mənə 
elə gəlir ki, Səməd bəy Mehmandarovun ömür yolunu Əliağa Şıxlinskidən yaxşı bilən ikinci bir 
şəxs olmayıb. Ona görə də Şıxlinskinin əvəzsiz xatirələrinə müraciət edəcəyəm. Onlar ilk dəfə 
1888-ci ildə tanış oldular. Bu dostluq 1931-ci ilin fevralına kimi - Mehmandarov dünyadan 
köçən günə qədər davam etdi, həmyerlilərin bu dostluğu bir neçə müharibə alovundan, inqilab 
tufanından keçib nəsillərə nümunə oldu. 
Çox təəssüf ki, Səməd bəy Mehmandarov da Əliağa  Şıxlinski kimi hərbi memuar 
yazmayıb. Buna otuzuncu illərin sərt abı-havası günahkardır. Onda Heydər Hüseynov kimi 
məşhur, xeyir-xah alim ədəbi ictimaiyyətə  təzə  gəlmişdi. Bizə  əziz miras kimi qalan 
“Xatirələrim”in bəxti onda kəsdi ki, müharibə başlananda milli Azərbaycan diviziyasının 
yaradılması ilə bağlı  məsləhətə  gələn Heydər Hüseynov generalın xatirələrinin dəyərini 
qiymətləndirərək onu qələmə aldı. Ömrunün son günlərini yaşayan  Şıxlinski də qürbətdə, 
səngərlərdə, palçıq və qanqarışıq cəbhə meydanlarında Səməd bəy Mehmandarovla keçirdiyi 
günlərini unutmayıb ona diktə etdi.   
Bir hərbi xadim kimi, Səməd bəyin xidmətləri əvvəzsizdir. Hərbi sərkərdə kimi, rus hərb 
tarixçiləri və yazıçıları onun artilleriya sahəsindəki böyük nüfuzundan, istedadından iftixarla 
yazırlar. Özümüzdə isə, inqilabdan əvvəlki generallarımızdan söz düşəndə,  ən az məlumata 
malik adam belə Şıxlinskinin və Mehmandarovun adını çəkə bilir. Etiraf etməliyik ki, son illərə 
qədər hər bir azərbaycanlının tanıdığı yalnız bu iki əfsanəvi general olub. Təəssüf ki, onların da 
adını çox vaxt qorxa-qorxa çəkmişik. Rəsmi dairələrdə isə onların - adının yanında həmişə bir 
neçə  ağ  ləkə olub: “çar generalıdı”, “müsavatın hərbiyyə naziri olub”, “bəy nəslinin 
nümayəndələri”-dir və s. Bu minvalla, yersiz damğalarla görkəmli sərkərdələrimizi unutmuşuq, 
lap az tədqiq etmişik. Amma qonşularımız praporşik rütbəsində olan oğlunu elə  tərifləyir
haqqında o qədər yazır ki, az qala gözündə generaldan da uca olur. Halbuki, - yadların fəxrlə 
söhbət açdığı bu iki generalımız Port-Arturda yaponlara, Birinci dünya müharibəsində almanlara 
qarşı vuruşaraq ulu babalarımızdan gələn döyüş  ənənələrini bütün dünyaya yaymışlar. Birinə 
“artilleriyanın allahı” fəxri adı, o birinə isə müqəddəs Georgi ordeninin bütün dörd dərəcəsi 
verilib. Böyük imperiyanın minlərlə generalları arasında onların da öz yeri olub. 
Əliağa  Şıxlinskinin aydan arı, sudan duru xatirələrindən məlum olur ki, podpolkovnik 
Mehmandarov ilk dəfə 1900-cü il avqustun üçündə çinlilərə qarşı vuruşmada ad-san 
qazanmışdır. Uzaq Şərqə hərbi xidmətə gələn gənc zabit Şıxlinski həmin ili Nerçinsk şəhərində 
düşərgə salmış Zabaykal topçu divizionunda həmyerlisi ilə görüşünü sevinclə qeyd edir: 
“Divizion iki batareyadan ibarət idi: birincisinə podpolkovnik Enqelman, ikinci batareyaya isə 
mənim həmyerlim və köhnə tanışım podpolkovnik Səməd bəy Mehmandarov komandanlıq 
edirdi”. 
Şıxlinskinin xatirələrindən aydın olur ki, o, həmyerlisi ilə  fəxr edirmiş. Bu da təsadüfi 
deyildi. Axı, hərbin sərt qanunlarına, ciddi nizam-intizama baxmayaraq, kinayə ilə “aziat” 
deyilən bir millətin cavan zabit oğlu az müddətdə Rusiyanın ikinci və üçüncü dərəcəli 


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə