46
etdiyini q
əhrəman həyata keçirir (Alfons de Lamartin), həqiqəti onun
m
əhz lirik və epik təsvirlərin balansını yaratdığı poemalarında ən ali
s
əviyyədə qorunur. Bu poemalarda tarixi köklərimizə qayıdışa,
özünüd
ərkə çağırış, əzmkarlıq, üzləşilən acılara sinəgərmə, düşmənin
qarşısında sınmama, nə zamansa qalib gəlmək və ali məqsədə çatmaq
inancı, mübarizlik ruhu əsas götürülüb və inqilablar beşiyi, mədəniyyət
m
ərkəzi qədim şəhər müqəddəs bir varlıq-kult kimi təqdim olunur:
Biz bitik yatağında yatanlarıq
Oyanınca bir başa Təbrizə çıxırıq.
Soyuq havaların isti anılarında
Bir-
birimizi düşünmək olur yaşamaq...
Yaşamaq örnəyin evin eyvanından
T
əbrizə boylanmaqdır...
Poemalarında Türklüyün tarixinin dərin qatlarına enən, yeddi Türk
elinin-
Türküstanın canavar xislətlilər tərəfindən hazırkı parçalanmış,
t
əklənmiş, işğala, əsarətə məruz qoyulmuş və çarəsiz duruma salınmış
m
ənzərəsinə soyuqqanlılıqla baxa bilmir. Təbriz kimi ulu şəhərin o
46
47
möht
əşəm tarixinin sanki gömüldüyünə, bir vaxtlar bütün dünyaya
meydan oxuy
an bir xalqın çağdaş varislərinin yalnızlığına ağlayır:
Anlaşılmadı bir insan
anlaşılmayır bir insan
anlaşılmayacaq bir insan ki
aranızda böyüdükcə
böyütdü yaralarını həsrətli
v
ə xərc etdi nafilə yerə qəlbini.
İki ağlar gözlərim var
yeddi ölk
əcə iri
yeddi m
əşəlcə diri
amma gömülmüş bir şəhərin yorğun şairi...
Güney
yazarlarının Vətən sevdasının bir şaxəsi son illərdə
günd
əmdən düşməyən Urmu gölü hadisələridir. İstedadlı şair İsmayil
C
əmilinin “Urmu gəlini” şeirində qurumaqda olan gölün məhz bugünkü
ağır vəziyyəti, real durumu ən təsirli bədii dillə canlandırılır... Urmu gölü
yen
ə də mavi gözlü duzlu gəlin, Urmiyanın ağ don balası, “Sən elimin
47
48
əzizisən, Azərbaycan dənizisən” kimi epitetlərlə öyülür. Lakin şairin
sev
ə-sevə vəsf etdiyi təbiət gözəlinin “tülkülərin pusqusu, quduz yadların
qurğusu” ilə artıq qara bəxti yazılıb, gölə təbii yolla axan gür çayların
s
əmti dəyişdirilib, yolundan azdırılıb, nəticədə “ırmaqları dustaq,
dalğaları duzlağ”a çevrilib. Qara bəxtin cızdığı sonrakı ömür yolunda
duzlu g
əlinin “ağ qanadları da sınıb, can yarası göz-göz olub, çiçəkləri
yarpaq-
yarpaq solub, buludları sürgün olunub. Ağ xələti biçilmədə”-
k
əfəni hazırlanmaqda və sanki “son bardağı içilməkdə” olan gölün halına
yanan el-
obanın üzgünlükdən beli bükülüb:
Dadsız qalan duzlu gəlin
Duru mavi gözlü g
əlin
Urmunun ağ don balası
Göz-
göz olan can yarası… (20)
Urmu gölünün sür
ətlə qurudulduğu son illərdə İsmayil Cəmilinin də
ifad
ə etdiyi kimi, dərdi yerə-göyə sığmayan Güney Azərbaycanın milli
f
əalları meydanlara axışaraq bu duruma qarşı etiraz səsini ucaldır,
aksiyalar keçirir, r
əsmi dairələri, İran hökumətini təbii fəlakətin qarşısını
48
49
almağa çağırır, tələblər irəli sürür, dünyanın, beynəlxalq qurumların
diqq
ətini Urmunun faciəsinə yönəltmək istəyirlər. Güney ziyalıları-
yazarlar da bu mübariz
əyə qoşularaq xalqla çiyin-çiyinə hərəkət edir, öz
sözl
ərini daha çox qələmin gücü ilə deyirlər...
G
ənc yazar Ruqəyyə Kəbirinin 2013-cü ildə yazdığı “Yasasız törən”
adlı şeirində “görülən profilaktiki tədbirlər sayəsində” artıq 80 faizi
quruyan Urmunun durumu o q
ədər orijinal təhkiyə ilə bədii-poetik əksini
tapıb ki, oxucu özünü bu yasadışı toy mərasiminin içində hiss edir, bir
növ hadis
ələrin iştirakçısına çevrilir. Canlandırılan aydın mənzərələr,
cızılan tablolar qarşısında heyrətdən dil susur, ürək danışır, gözlər qan
ağlayır: I tabloda yasadışı toydur, törənin məkanı Urmudur, amma çal-
çağırsız, heç bir oyunsuz, rəqssiz-filansız... Sanki yas mərasimi qurulub,
tör
ənin qonaqları isə “damarı yaralanmış bir el”dir. II tabloda gərdək
gec
əsidi, bu gecənin qəhrəmanı isə gəlindir... Gəlinlik paltarı duzlaqdan,
boynuna taxılan boyunbağı okean mirvarisi deyil, Urmunun duz
d
ənələridi...Və gərdəkdə sevişən, bir-birinə eşqini isbatlayan cütlüyün
sevişmələri ağı deyir... III tabloda isə final daha tükürpədicidi, daha acı
49
50
bir gerç
əyin mənzərəsi cızılır. Gərdəkdəcə hamilə qalan gəlinin dölü
“Ölüm” adlı bir yaratıqdır. Sözün bitdiyi yerdir artıq... Ölümə məhkum
edilmiş Urmunun bugünkü halını bundan doğal, bundan real necə
anlatmaq olar?! “Yasasız törən”ə üz tutaq:
Zaman mitray doğulan çağ deyil,
1391-
nci günəş ili
Məkan-Urmu dənizi…
Yas rəngində, Yasasız, Ayın-oyunsuz bir törən
Gərdək gecəsi…
Dəvətlilər, Damarı yaralanmış bir el...
Hamun dənizindən iki canlı qalmış bakirədən
danışmıram.
Gəlinliyi duzlaqdan, Boyun-boğazına düzülmüş,
Okeanların sədəflərinin ürəyində gizli qalmış
Mirvarı deyil, Duz dənələri…
Sevişmələri ağı ağlayır…
Urmu dənizindən iki canlı qalmış qız gəlin
50
Dostları ilə paylaş: |