Güney Az ərbaycanda 2013-cü ilin



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə10/20
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32533
1   ...   6   7   8   9   10   11   12   13   ...   20

46 
 
etdiyini q
əhrəman həyata keçirir (Alfons de Lamartin), həqiqəti onun 
m
əhz lirik və epik təsvirlərin balansını yaratdığı poemalarında ən ali 
s
əviyyədə qorunur. Bu poemalarda tarixi köklərimizə qayıdışa, 
özünüd
ərkə çağırış, əzmkarlıq, üzləşilən acılara sinəgərmə, düşmənin 
qarşısında sınmama, nə zamansa qalib gəlmək və ali məqsədə çatmaq 
inancı, mübarizlik ruhu əsas götürülüb və inqilablar beşiyi, mədəniyyət 
m
ərkəzi qədim şəhər müqəddəs bir varlıq-kult kimi təqdim olunur:  
Biz bitik yatağında yatanlarıq 
Oyanınca bir başa Təbrizə çıxırıq. 
Soyuq havaların isti anılarında 
Bir- 
birimizi düşünmək olur yaşamaq... 
Yaşamaq örnəyin evin eyvanından 
T
əbrizə boylanmaqdır... 
Poemalarında Türklüyün tarixinin dərin qatlarına enən, yeddi Türk 
elinin-
Türküstanın canavar xislətlilər tərəfindən hazırkı parçalanmış, 
t
əklənmiş, işğala, əsarətə məruz qoyulmuş və çarəsiz duruma salınmış 
m
ənzərəsinə soyuqqanlılıqla baxa bilmir. Təbriz kimi ulu şəhərin o 
46 
 


47 
 
möht
əşəm tarixinin sanki gömüldüyünə, bir vaxtlar bütün dünyaya 
meydan oxuy
an bir xalqın çağdaş varislərinin yalnızlığına ağlayır: 
Anlaşılmadı bir insan 
anlaşılmayır bir insan 
anlaşılmayacaq bir insan ki 
aranızda böyüdükcə 
böyütdü yaralarını həsrətli 
v
ə xərc etdi nafilə yerə qəlbini. 
İki ağlar gözlərim var 
yeddi ölk
əcə iri 
yeddi m
əşəlcə diri 
amma gömülmüş bir şəhərin yorğun şairi... 
Güney 
yazarlarının Vətən sevdasının bir şaxəsi son illərdə 
günd
əmdən düşməyən Urmu gölü hadisələridir. İstedadlı şair İsmayil 
C
əmilinin “Urmu gəlini” şeirində qurumaqda olan gölün məhz bugünkü 
ağır vəziyyəti, real durumu ən təsirli bədii dillə canlandırılır... Urmu gölü 
yen
ə də mavi gözlü duzlu gəlin, Urmiyanın ağ don balası, “Sən elimin 
47 
 


48 
 
əzizisən, Azərbaycan dənizisən” kimi epitetlərlə öyülür. Lakin şairin 
sev
ə-sevə vəsf etdiyi təbiət gözəlinin “tülkülərin pusqusu, quduz yadların 
qurğusu” ilə artıq qara bəxti yazılıb, gölə təbii yolla axan gür çayların 
s
əmti dəyişdirilib, yolundan azdırılıb, nəticədə “ırmaqları dustaq, 
dalğaları duzlağ”a çevrilib. Qara bəxtin cızdığı sonrakı ömür yolunda 
duzlu g
əlinin “ağ qanadları da sınıb, can yarası göz-göz olub, çiçəkləri 
yarpaq-
yarpaq solub, buludları sürgün olunub. Ağ xələti biçilmədə”-
k
əfəni hazırlanmaqda və sanki “son bardağı içilməkdə” olan gölün halına 
yanan el-
obanın üzgünlükdən beli bükülüb: 
Dadsız qalan duzlu gəlin 
Duru mavi gözlü g
əlin 
Urmunun ağ don balası 
Göz-
göz olan can yarası… (20) 
Urmu gölünün sür
ətlə qurudulduğu son illərdə İsmayil Cəmilinin də 
ifad
ə etdiyi kimi, dərdi yerə-göyə sığmayan Güney Azərbaycanın milli 
f
əalları meydanlara axışaraq bu duruma qarşı etiraz səsini ucaldır, 
aksiyalar keçirir, r
əsmi dairələri, İran hökumətini təbii fəlakətin qarşısını 
48 
 


49 
 
almağa çağırır, tələblər irəli sürür, dünyanın, beynəlxalq qurumların 
diqq
ətini Urmunun faciəsinə yönəltmək istəyirlər. Güney ziyalıları-
yazarlar da bu mübariz
əyə qoşularaq xalqla çiyin-çiyinə hərəkət edir, öz 
sözl
ərini daha çox qələmin gücü ilə deyirlər...  
G
ənc yazar Ruqəyyə Kəbirinin 2013-cü ildə yazdığı “Yasasız törən” 
adlı şeirində “görülən profilaktiki tədbirlər sayəsində” artıq 80 faizi 
quruyan Urmunun durumu o q
ədər orijinal təhkiyə ilə bədii-poetik əksini 
tapıb ki, oxucu özünü bu yasadışı toy mərasiminin içində hiss edir, bir 
növ hadis
ələrin iştirakçısına çevrilir. Canlandırılan aydın mənzərələr, 
cızılan tablolar qarşısında heyrətdən dil susur, ürək danışır, gözlər qan 
ağlayır: I tabloda yasadışı toydur, törənin məkanı Urmudur, amma çal-
çağırsız, heç bir oyunsuz, rəqssiz-filansız... Sanki yas mərasimi qurulub
tör
ənin qonaqları isə “damarı yaralanmış bir el”dir. II tabloda gərdək 
gec
əsidi, bu gecənin qəhrəmanı isə gəlindir... Gəlinlik paltarı duzlaqdan, 
boynuna taxılan boyunbağı okean mirvarisi deyil, Urmunun duz 
d
ənələridi...Və gərdəkdə sevişən, bir-birinə eşqini isbatlayan cütlüyün 
sevişmələri ağı deyir... III tabloda isə final daha tükürpədicidi, daha acı 
49 
 


50 
 
bir gerç
əyin mənzərəsi cızılır. Gərdəkdəcə hamilə qalan gəlinin dölü 
“Ölüm” adlı bir yaratıqdır. Sözün bitdiyi yerdir artıq... Ölümə məhkum 
edilmiş Urmunun bugünkü halını bundan doğal, bundan real  necə 
anlatmaq olar?! “Yasasız törən”ə üz tutaq: 
Zaman mitray doğulan çağ deyil, 
1391-
nci günəş ili 
Məkan-Urmu dənizi… 
Yas rəngində, Yasasız, Ayın-oyunsuz bir törən 
Gərdək gecəsi… 
Dəvətlilər, Damarı yaralanmış bir el... 
Hamun dənizindən iki canlı qalmış bakirədən 
danışmıram. 
Gəlinliyi duzlaqdan, Boyun-boğazına düzülmüş, 
Okeanların sədəflərinin ürəyində gizli qalmış 
Mirvarı deyil, Duz dənələri… 
Sevişmələri ağı ağlayır… 
Urmu dənizindən iki canlı qalmış qız gəlin 
50 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə