Güney Az ərbaycanda 2013-cü ilin



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə18/20
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32533
1   ...   12   13   14   15   16   17   18   19   20

86 
 
tələblərə cavab verdiyini deyə bilmərik. Ancaq burada əsl ədəbiyyat 
nümunələri də az yaranmır... Və bu dəyərli əsərlər Cənubi Azərbaycan 
nəsri formulunu yaradır, dünya ədəbiyyatında özünəməxsus yer tuturlar. 
Çağdaş Güney ədiblərinin nəsr əsərlərində də əsas mövzu, ana xətt 
v
ətəndir. Daha sonra isə Vətənin azadlığı, müstəqillik-bağımsızlıq, 
özgürlük, ana dili, xalqın boğulmuş səsinin, əlindən alınmış haqq-
ədalətin öz yerini tutması uğrunda mübarizə kimi mövzular gəlir. Klassik 
yazarl
arın toxunduğu mövzular yeni nəsli düşündürən mövzulardan 
f
ərqlənir. “Klassiklərin əsərləri daha çox məhəbbət mövzusunu əks 
etdirir. Amma, İranda İslam inqilabından sonra və 1990-cı ildən 
başlayaraq Cənubi Azərbaycan ədəbiyyatı mövcud durumdan narazılığın 
göst
əricisidir (33). Azərbaycanın Quzeyindəki mövcud ədəbi mühitlə 
Güney Az
ərbaycan ədəbi mühiti arasında oxşar və fərqli cəhətlərdən bəhs 
ed
ən Məlihə xanım qeyd edir ki, “İran Azərbaycanında Azərbaycan 
dilind
ə təhsil olmadığından, burada Azərbaycan ədəbi dili axsayır. Ancaq 
bu v
əziyyəti Azərbaycan Respublikasında başa düşürlər və tənqid edilmir 
(33)”. Güneyd
ə nəsrin bir janr olaraq inkişaf etməsi, yeni-yeni nəsr 
86 
 


87 
 
əsərlərinin yaranması da ziyalıları dərindən düşündürən məsələlərdəndir. 
“Bizim çağdaş nəsrimiz, demək olar, hələ buğün bağımsız olmayıbdır. 
Meyar dil olmadığından dolayı, elmi baxımdan dildə problemlər vardır. 
Onun üçün n
əsr dilimiz ya Türkiyədən etkilənib, ya da Quzey Azərbay-
can
dan. Ədəbiyyatda özəlliklə düz yazı (nəsr) əsərlərinin yaranması üçün 
bir dil g
ərəkdir. Bir ulusun ruhu onun sənət türlərində özəlliklə ədəbiyya-
tında öz imkanlarını kəşf edib, özünü göstərə bilər. Güney Azərbaycan 
ədəbiyyatında yeni bir dalğa, güclü gənc yazarlar nəsli 
yetişməkdədir. Vali Gözətən, Güntay Gəncalp, Eyvaz Taha, Nasir 
M
ənzuri, Məmməd Riza Ləvayi, Həmid Arğış və başqa yazarlar ciddi 
n
əsr yaradıcılığı ilə məşğuldurlar. Bu sıraya bir-birindən maraqlı hekayə 
v
ə romanları ilə həm Güney, həm də Quzey oxucularının böyük sevgisini 
qazanmış gənc yazar Ruqiyyə Kəbirinin də adını yazıram.
 
 
Vali Göz
ətən böyük şairlik təcrübəsinə malik yazarlardandır. Lakin 
Vali b
əy düşüncələrini nəsrin verdiyi imkanlarla daha gözəl və ürəyincə 
açdığından bu karvana qoşulmuş, qısa zaman içərisində fərqli təhkiyəsi 
v
ə inandırıcılığı ilə kifayət qədər oxucu auditoriyası qazanmışdır. 
87 
 


88 
 
Yazarın hələ ki, yayımlanmamış “Mamaç” və “Doqquzlar” romanlarının 
Az
ərbaycan romançılığı tarixində ən yaxşı çağdaş roman olacağına şübhə 
etmirik. Vali Göz
ətənin bir sıra dünya xalqlarının müqəddəs rəqəm kimi 
q
əbul etdiyi “doqquz” rəqəminə uyğun olaraq yeni romanını rəmzi 
“Doqquzlar” adlandırması (doqquz yeganə rəqəmdir ki, hər hansı digər 
r
əqəmə vurduqda alınan hasili ayrı-ayrılıqda toplayanda cəmdə doqquz 
alınır. Məs: 2x9=18 (1+8=9); 9x5=45 (4+5=9); 9x8=72 (7+2=9); 9x9=81 
(8+1=9) v
ə s.) təsadüfi xarakter daşımır. “Qarabəylilər”, “Koc Gecəsi”, 
“Qış Şoləni”, “Qırğın Gecəsi”, “Turan”, “Bakıda”, “Təbrizdə”, 
“İmişlidə”, “Daşqapıda” adlandırdığı doqquz bölmədən ibarət romanda 
türk qövmünün yayıldığı böyük bir məkanın-Turanın və Türklərin 
tarixini özün
əməxsus şəkildə, tarixi aspektdə əldə etdiyi bilgilərə əsasən 
araşdırır. Bu möhtəşəm tarixlə bağlı ilginc mülahizələr yürüdür. Əsərdə 
b
əzi mübahisəli məqamlar olsa da, Türkçülüyün-Turanın tarixi, bu 
m
əkandakı doğal gözəlliklər, insanların, daşqapılıların xarakter 
öz
əllikləri, mərdlikləri, eləcə də romanda müəllifin işlətdiyi bir sıra yeni 
sözl
ər, heç şübhəsiz, dərin oxucu marağına səbəb olacaqdır.  
88 
 


89 
 
Roman yazmağın çox önəmli olduğunu düşünən Güntay Gəncalp 
"Sez
ənin sevgisi", “Yüksəl Birol”, “Yağız qarışqalar” və “Yolatayın 
xatir
ələri” romanlarını çap etdirərək oxucularının mühakiməsinə 
verdikd
ən sonra, “Tahirə Qurrət-ul Eyn” adlı dörd pərdəli pyesilə 
Güneyd
ə dramaturgiya sahəsindəki mövcud boşluğu da doldurmaq üçün 
t
əqdirəlayiq bir addım atmışdır. Güntayın Səməd Behrənginin “Qaraca 
balıq” hekayəsinin davamı kimi yazdığı “Qırmızı balıq” və 
“Qocab
əylilər” adlı böyük romanı bu günlərdə çap olunacaqdır... Güney 
ədəbiyyatında nəsr sahəsində də mövcud olan müəyyən boşluğu aradan 
qaldırmaq üçün səylər göstərən Güntay Gəncalp iki cildlik 
“Qocab
əylilər” romanını 1945-46-cı illərdə baş verən olaylar əsasında 
yaz
mışdır... Digər romanı isə dərin duyğusal olay və hadisələrin, fəlsəfi 
fikirlərin daha çox yer aldığı “Yağız qarışqalar”dır... “Yağız qarışqalar”ı 
türkcənin və bilgilərinin dərin qatlarına enərək yazdığını, böyük acılara 
qatlaşaraq öyrəndiyi Ana dilinə və Azərbaycan tarixinə həsr etdiyini və 
buna 
görə özünü xoşbəxt sayan Güntay əsəri yaradıcılığının zirvəsi kimi 
d
əyərləndirir. Onun üçün vətənin yalnız torpaqdan deyil, doğma dildən 
89 
 


90 
 
ibarət olduğunu, dünyaya məhz özünün sevgi dili saydığı Türkçənin 
pəncərəsindən baxdığını, Təsəvvüf, hind və alman fəlsəfəsi haqqında 
ilkin bilgiyə sahib olan oxucuların romanı daha yaxşı anlayacağını 
yazır... “Yağız qarışqalar”da yağızlar orada türk, boyuzlar da fars 
kimliyini t
əmsil edir. “Yolatayın xatirələri” romanı da 2013-cü ildə 
oxucuların mühakiməsinə verilmişdir. Romanda son 50 ildə başda Güney 
Az
ərbaycan olmaqla İran əhalisinin öldürülən, məhv edilən diləklərinin, 
qırılan, yarımçıq qalan arzu və istəklərinin gömüldükləri məzarlardan baş 
qaldırıb özünü bizlərə tanıtmasıdır. Güntay Gəncalpın bu romanı “son 50 
ild
ə yaşanan İran həqiqətlərinin güzgüsüdür, - deyən “Yolatayın 
xatir
ələri” kitabının redaktoru Gülnar Məsimli ön sözündə bu güzgüdə 
əks olunanları oxuculara təqdim edir: Güntayın “Yolatayın xatirələri” 
romanı “bir növ İranda həm şah, həm də şiə cümhuriyyətində əzab çəkən 
insanların tərcümeyi-halıdır. Romanda İran toplumunun dərinliklərində 
n
ələrin baş verdiyi çox ustalıqla açıqlanır. Hər iki rejim dönəmində 
haradan işıq gəlirsə, dərhal söndürülür. Hər növ düşüncə fərqliliyi 
yasaqlanır. Belə bir durumda bu rejimlərə qarşı üsyan bayrağı qaldıran 
90 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə