Güney Az ərbaycanda 2013-cü ilin


Mən çatmışam kürəyimə gözəl səhər



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə16/20
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32533
1   ...   12   13   14   15   16   17   18   19   20

76 
 
Mən çatmışam kürəyimə gözəl səhər. 
ancaq ki, durmuyacagam. 
ur
əgimin işığı ilən işıqladıb dərələri _ 
qalxacagam ucalardan ucalara 
kainata işıq saçam... 
Muradımın çılpaq atın minib çapam. 
Mən insanam sabah tezdən dan yerini çapacagam 
Mən səhərəm, açacagam." 
 
Güney ədəbiyyatında Feminizm hərəkatı da açıqca 
duyulmaqdadır... 
M
əlihə Əzizpur, Raziyə İftixari, Rübabə Quluzadə (Sevda), Cəmilə 
İmamdust, Türkan Urmulu, Ruqiyyə Vəlidi (Günəş), Şərifə Cəfəri
F
əranək Fərid İpək, Sima Səmədi, Lalə Cavanşir, Ruqiyyə Kəbiri, Nigar 
Xiyavi, S
əkinə Purhəsən, Leyli Kəhali, Ruqiyyə Səfəri, Arzu Muxtari, 
Alma Muğanlı, Azadə Darayi kimi xanım şairlərin də yaradıcılığında 
azad, bağımsız Vətən, Ana dili, milli kimliyin tanınması arzuları ilə 
76 
 


77 
 
yanaşı, qadın azadlığı, qadın haqları,  feminizmin diqtə etdiyi bir sıra 
ön
əmli məsələlər də mühüm yer tutur.  
Eyvaz Taha
nın “Şeir, qadın şairlər və feminizm” adlı məqaləsi (27) 
onun bu sah
ədə nə qədər irəlidə olduğunun, qadınların həyatını, 
düşüncələrini, dünyabaxışını dərindən-dərinə bildiyinin göstərgəsidir. 
Feminizm c
ərəyanının bütün ayrıntılarını incələyən filosof yazar 
modernist v
ə postmodernist yazarların bu məsələyə münasibətini maraqlı 
mülahiz
ələrlə açıqlayır və qadın şairlərin əsərlərində qarşı cinsin 
nümayəndələrinə yansıyan qarşıdurmanın səbəblərini göstərir. E.Tahanın 
iki 
əks cinsin sevişməsi məsələsinə də son dərəcə obyektiv baxışını 
görürük. Eyvaz Taha “iki gövd
ənin vəhdəti iki ürəyin birliyinə gətirib 
çıxarmır”, dediyində də doğru nəticəyə gəlir. Çünki iki sevən ruhən bir-
birini tamamladıqda, ruhibir olduqda əsl sevgi yaranır, xoşbəxt cütlük 
xoşbəxt həyatın təməlidir. Qadın haqları, qadın azadlığı onun yazısının 
ana x
əttidir: “Feminizmi gözəl qızların şeirini çirkin qızların şeirindən 
daha yaxşı başa düşmək kimi qavramasaq, şeir inqilabında önəmli 
dürtü(m
əsələ)lərdən biridir. Çünkü burda “qadın” məqsəd, kişilərin yaşı 
77 
 


78 
 
il
ə məşğul olan varlıqlar deyil, təməlçi bir gücdür. Bu güc, Patriarxal 
söyl
əmləri alt-üst etməklə, ədəbiyyat nəzəriyyələrini köklü dəyişikliyə 
uğradır. Şeirin bir gücü gələcəyin öngörənliyindəndirsə, bunu feminist 
qadınlarda daha artıq görmək olar. Tarixə cinsiyyət gözü ilə baxarkən 
bunu aydın görürük: qadın, kişilərin gözündə təbiətin simvoluna çevrilir. 
İnsan təbiəti caynağına alır, kişi isə qadını(27).”  
Qadın haqları, feminizm Güney və Quzey Azərbaycan ədəbiyyatına, 
o cümlədən Türkiyə ədəbiyyatına da modernizm cərəyanının gətirdiyi 
məsələlərdəndir. Eyvaz Taha bu prosesin keçmişini, tarixini vərəqləyir 
sanki, faktlara söyk
ənən dərin məntiqə söykənən əsərlərində qadını 
özünün doğal kimliyi ilə tarixin yetirməsi sayır, qadının gerçək 
durumunu onun 
varlığına göz yummuş kişilərin tarixi kimi şərh edir: 

Çağdaş dünyada qadın qaçılmaz bir yoldadır. O, evin dörd divarından 
eşigə çıxsınmı, çıxmasınmi? bundan öncə qızın ata evində qul kimi 
yaşaması, azadlığa yönəlmiş meyli onun ürəyində qızışdırırdı. Amma bu 
meyl n
ə evlənməklə razılığa qovuşurdu, nə də eşikdəki hər hansı bir 
yerd
ə əylənməklə. Evlənməkdə gördüyü məhəbbət, onu ikinci dərəcəli 
78 
 


79 
 
varlıq statusundan daha yüksəklərə qaldıra bilmirdi. Əylənməyə 
g
əldikdə, iki gövdənin vəhdəti iki ürəyin birliyinə gətirib çıxarmır. Burda 
əlbəttə pozğunluğu nəzərdə tutmuram, çünkü pozğunluq xəstəlik 
hallarına daxildir. Burda söhbət sərbəst sevgidən gedir: istədiyi kişi ilə 
sevişməkdən. Amma belə anlarda da qadın evdən eşigə çıxırkən bir işlə 
bağlanmalıdır, bir məşğulluqla. Nə yazıq ki, hər bir işin və ya ictimai 
gör
əvin qapısı qızın üzünə açıldıqda, sevginin görüşünə qapanır. Çağdaş 
dünyada qadın çıxılmaz bir yoldadır. O, evdən çıxıbdır, və daha evdəki 
köhn
ə çərçivəyə qayıda bilmir. Eşikdə isə özünü razı sala bilmir. Qadın, 
ancaq kişi qulluğunda dayanmış indiki quruluşları dağıtmaqla, bilim, 
inc
əsənət və düşüncə alanlarında səsini ucaltmaqla, bu çıxılmazlığı poza 
bil
ər.”   
Kişilər tərəfindən bu tip fərqləndirmə və aşağılamalara “Əsl sənət 
adamı öz xalqının ürəyini həmişə əllərində gəzdirir. Ürək dediyin isə iki 
işdə ustadır: nifrətdə, sevgidə”,-(28 s.75) deyən ölməz Nazim Hikmət 
“Kimi der ki kadın” şeirini yazaraq dünyanın bütün qadınlarına: Sən ən 
böyük, 
ən fədakar insansan, sən kişinin dostu, arxası, dayağı, sevgilisi, 
79 
 


80 
 
anası, bacısı, sağlığı, könlülün sultanı, həyatın özüsən!-hayqırışını 
duyuran odlu bir sevgi, s
əmimi, içdən bir eşq etirafını etdi və bütün 
modern
ist yazarları arxasınca aparmağı bacardı: 
Kimi der ki kadın  
Uzun kış gecelerinde yatmak içindir. 
Kimi der ki, kadın 
Yeşil bir harman yerinde 
Dokuz zilli köçek gibi oynatmak içindir. 
Kimi der ki ayalimdir
Boynumda taşıdığım vebalimdir. 
Kimi der ki hamur 
yoğuran. 
Kimi der ki çocuk doğuran. 
Ne o, ne bu, ne döşek, ne köçek, ne ayal, ne vebal. 
O benim kollarım, bacaklarım, başımdır. 
Yavrum, annem, 
karım, kız kardeşim... (29) 
Bu çağırışa ilk cavab verənlərdən biri olan və «Benim tüm 
mevsimlerimde bir 
kadın şarkı söyler” deyən Dr.Rza Bərahəni sivil 
80 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə