Güney Az ərbaycanda 2013-cü ilin



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə12/20
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32533
1   ...   8   9   10   11   12   13   14   15   ...   20

56 
 
hadisələrinə ithaf edib. Ermənistanın işğalı altında olan və xilaskarlarını 
gözləməkdən “gözlərinə su gələn, saçlarını ağardan” Qarabağın, 
Xocalının, Zəngəzurun, Kəlbəcərin, Laçının, Şuşanın ağrılarına ürəkdən 
yanan şair qədim türk yurdlarının düşmən tapdağından qurtuluşu üçün 
artıq əməli fəaliyyətə keçməyin, əsir torpaqlarımızı azad etməyin 
vaxtının çatdığını bəyan edir. Artıq dözüm biçağı sümüyə dirənib, gərək 
Xan  
Şuşinski Qarabağ şikəstəsini oxusun, zəngulə vursun, 
Heyrati, 
Cəngi, Koroğlu çalınsın, qoy elimin hər bir qocağı eşitsin, savaş 
çağı, kişilik çağının çatdığını bilsin və hər kimsə ki, vətəni anası bilir, 
əyninə kəfənin geyinib döyüş meydanı-na buyursun, ermənisifət yağılara 
qan qusdursun, 
Şuşada vətən bayrağını ucaltsın, yoxsa, “Çətin ki, bizi 
Xocalı bağışlar”:  
And olsun ürəkdə qalan sözlərə 
Qızların döşünü yaxan közlərə 
And olsun süngüylə çıxan gözlərə 
Erməni qusacaq qan Qarabağda... 
Arzumdur, 
elə ki, basıldı yağı 
56 
 


57 
 
Ucaldı Şuşada vətən bayrağı 
Görəydim yuxudan ayılan çağı 
Sökülmüş bu səhər dan Qarabağda... 
 
Əli Daşqın, Ədalət Duman, Nurəli Qurbanzadə, Məlihə Əzizpur
Huşəng Cəfəri, Əlirza Miyanalı, Eldar Muğanlı, Həsən İldırım, Kiyan Xiyav, 
Türkan Urmulu v
ə digər şairlər bu dərdin ağırlığını ürəklərində və şeirlərində 
daşıyır, ədəbiyyatda, poetik sözdə Qarabağ olaylarının bədii təcəssümünü 
yaradırlar. 
Bu gün Güney Az
ərbaycanda milli fəalların milli kimlik və ana dili 
uğrunda apardıqları mübarizə, bu mübarizənin çətin yollarında onların 
yaşantıları, zindan əzabları da ədəbiyyatın mövzusuna çevrilməkdədir... 
Köhn
ə illə yeni ilin qovşağında, ötən ilin son, vida günündə yurdumuza 
q
ədəm qoyan yeni illə ilgili bütün siyasi dustağı olan, onları düşünən, 
gözl
əyən evləri, ailələri qutlayan və 2014-cü ili də Tehranın Evin 
h
əbsxanasında “günahsızlığının cəzasını” çəkən sevgili Səid Mətinpurun 
sonsuz 
sayğılarla yanında olacağını qürurla bəyan edən Hadi Qaraçay 
internet sit
ələrində iki şeirini yayınlayıb. Onun əsərlərində, bayram 
57 
 


58 
 
t
əbriklərində, doğmalarıyla həsb-hallarında belə siyasi ab-hava, zindan 
lövh
ələri, siyasi dustaqların son durumu yer alır və bu səpkili  şeirləri 
d
əmir barmaqlıqlar arasında azadlığa təşnə dustaqların yanar ürəklərinə 
s
ərin su kimi səpilir. Hadi bəy “Sevgili Səidlə həyat yoldaşı Ətiyə 
xanıma sunulur!” epiqrafı ilə yazdığı “Səkkiz boyaqlı yumurtalar”, “Səid 
M
ətinpurun sevgili adına, tükənməz kişiliyinə, sarsılmaz istəyinə 
sayqılarla sunuram”la başlayan “Bizim öykümüz yenicə başlayır” 
şeirlərinin hər ikisini Güney Azərbaycanda insan hüquqları uğrunda 
vuruşan aktiv, milli fəal, 2007-ci ilin iyununda İranda Güney Azərbaycan 
türkl
ərinin milli hüquqları ilə bağlı Türkiyədə keçirilən bir seminara 
qatıldığı üçün tutulan və əcnəbilərlə əlaqəyə girərək İran İslam 
Respublikasının dövlət quruluşuna qarşı təbliğat aparmaqda təqsirli 
bilin
ərək 2008-ci il iyunun 10-da Tehran İnqilab Məhkəməsinin hökmü 
il
ə 8 il müddətinə azadlıqdan məhrum edilən Səid 
M
ətinpura, Azərbaycan türkcəsində çıxan həftəlik “Yarpaq” dərgisinin 
redaktoru olan c
əsarətli jurnalistə həsr edib. Fikrimcə, “Səkkiz boyaqlı 
yumurtalar” şeirinin adı Azərbaycanımızın dövlət atributlarından olan 
58 
 


59 
 
gerbimizin s
əkkiz guşəsinə bir işarə-təlmihdir... Şairin “yeni il səkkiz 
boyaqlı yumurtalarıyla Sultaniyyədə, Dəyirman Arxında başqa bir 
olasılıqla...iydə ağacında yenicə gülləmiş bir quş yuvasıdır və bunu kəsin 
bilir
əm ki, Zəncanlıdır bu il, Evin zindanının xarabalarında bir quş 
yuvasıdır, çatlayır beton duvarları yumurtaların, tökülür dəmir qapılar, 
əriyir qollardakı qandallar, ayaqlardakı kələfçələr, cırım-cındalaşır 
zindan paltarları, Səid! özgürlük cəsur, əsrük, ətcə gözlərini açır 
yumuşaq! Zəncanda toy var”, - deyən Hadi nikbindir, umudludur və 
düşünür ki, azadlığın havası artıq duyulmaqdadır, çünki At ili türkün 
ilidir, tarix
ən türkün murada yetməsində əsas köməkçisi, yaxın dostu olan 
At onları da arzularına qovuşduracaq, muradına yetirəcəkdir: 
Bu il n
ə olursa olsun, yenə zənganlıdır 
At ili bizim ilimizdir, sevgili S
əid...  
umudlarımız yalında yellənir 
ist
əklərimiz buğlanan əsrük soluğunda səslənir 
qırımımız dırnaqları altında 
at ili bizim ilimizdir S
əid! (41) 
59 
 


60 
 
Çağdaş roman, hekayə-öykü yazarı  kimi tanınmış nasir Vali Gözətən də 
“B
ir neçə söz” adı ilə yazdığı kiçik qoşuqda günahsız tutuqlanaraq 
zindanda cəza çəkən milli fəalların durumundan duyduğu üzüntünü şeirə 
çeviri
r və bu əsərində işgəncələrdən, mənəvi və fiziki ağrılardan əziyyət 
çəkən, susayan əzabkeşlərə, eyni zamanda, qurumaqda olan Urmu gölünü 
fəlakətdən qurtarmaq üçün də Makudan daşdan süzülən bir ovuc su 
göndərilməsini, Güneyimizə isə qocaman özgürlük arzularını dilə gətirir:  
Bir cam, 
sərin də olmasa su verin mənə,  
Əkbər Azadam mən, dustaqda! 
 
İbrahim Rəşidiyəm, 
Bir dulum sözcük 
göndərin mənə 
Səid Mətinpuram bir avıc bağımsızlığı gözətlirəm…  
Bəhmən Nasirzadəyəm mən!  
Maku
dan mənə daşlı su göndərin,  
susadım işgəncələr altında!  
Yonus Süleymaniyəm, Kərimiyəm,  
nə versəniz qoşuqlanacaq ürəyimdə 
60 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə