Güney Az ərbaycanda 2013-cü ilin


Dölündə Ölüm adlı bir yaratıq



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə11/20
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32533
1   ...   7   8   9   10   11   12   13   14   ...   20

51 
 
Dölündə Ölüm adlı bir yaratıq 
Mitray doğulan çağ deyil 1391-ci günəş ili 
Yasasız, Ayın-oyunsuz bir törən… (21) 
X
osrov Barışanın “Duzlu gəlinim” şeirində də motiv eynidir, amma 
yanaşma tərzi fərqli səpkidədi… Şeiri oxuyur və şahid olursan ki, 
Urmunun real durumu h
ər bir qələm sahibi kimi, gənc şair Xosrovu da 
düşündürməyə bilmir. “Ey səni özgə özgəyə pay verən”, - deməklə tarixə 
ekskurs ed
ən gənc şair “Paydan pay olmaz” atalar sözünü xatırlayaraq 
Türkm
ənçay müqaviləsilə iki imperiya - Rusiya ilə İran arasında pay-
pürüş edilən, “özgənin özgəyə pay verdiyi” gözəlin cəhənnəmə 
m
əhkumluğuna, məhv edilməsinə üzülür. Onun kədəri misralara hopur, 
d
uzluluğu duzlağa dönüşən, ahının burulğanında bir yarın, bir gələcək 
dağılan, yəni, sabahı məhv edilən Urmunun-doğmasının, əzizinin, var-
yoxunun düşdüyü çarəsiz duruma yanıb-yaxılır: 
Ey s
əni özgə özgəyə pay verən 
Damo b
əzək duzlu gəlinim; 
Gözl
ərin göm-göy bir dəniz... 
51 
 


52 
 
O(Bu) yen
ələnən heçlaqda 
G
ərdəyə girəcəksən! 
Qızlığı getmiş bir kəniz. 
Yumruqların izindən 
Göm-göy bir b
əniz...  
D
ərd çox, həmdərd yox,yanıram... 
Ağlaya bilməyirsən, yağıram. 
“Sevgilisiz ögey bir dul kimi 
korlanacağına, hətta turşuyacağına” 
üzül
ən və obrazlı təhkiyə sərgiləyən şair “Adını Urmu qoyduğum 
Sevgilimi qurtarmağa” getmək - fədakarlığına da hazırdır, təki “bağrı 
çatlamış... qəbir gözlü gözəli”, sevgilisi-Urmu gölü ölümdən qurtulsun... 
Yoxsa şeirinin gəmisi kapitansız qalacaq Xosrovun, düşüncə dalğaları 
dodu-dodu dolanacaq... V
ə nəhayətdə, “Duzlu gəlinim” şeirinin son 
misrala-
rında Xosrovun apardığı orijinal paralellik-canlı metafora və 
tragedik açıqlama xəncər tək birbaşa ürəyə saplanır: “Sevişmək artıq 
yasaqdır. Gəlinlik var, Gəlin yox!”(22. s.31)  
52 
 


53 
 
Bütün bu nümun
ələrdən də göründüyü kimi, Urmu gölünə son dərəcə həssas 
münasib
ətin, şəninə neçə-neçə şeir və poemaların həsr edilməsi təsadüfi 
xarakter daşımır və bu fikir son illərin elmi axtarışlarında bir daha öz 
t
əsdiqini tapdı. Arxeoloji qazıntılar zamanı Urmu gölünün sahilində yerləşən 
Urmiya şəhərinin kənarındakı Həsənli qəbiristanlığında toplu məzarların aşkar 
edilm
əsi 1918-ci ildə erməni cəlladlarının 150 mindən çox Azərbaycan 
türkünü q
ətlə yetirməsini əyani olaraq aşkara çıxardı. Tarixi faktlar təsdiqləyir 
ki, Az
ərbaycan türklərinin qanuni ata-baba torpaqlarını zəbt edərək 
burada “
əzəmətli” Ermənistan yaratmaq istəyən ermənilərin türklərə qarşı 
soyqırğını əməliyyatı İrəvan, Göyçə və Zəngəzurdan başlasa da, 
Az
ərbaycanın nə quzeyindən, nə də güneyindən yan keçməyib. “Həmin 
qanlı olayların izləri Dağlıq Qarabağa qarşı ermənilərin qətl və qarətlərlə 
dolu yürüşləri, bugünkü olaylarla təzələnmişdi. 1918-ci ildə türklərə qarşı 
erm
ənilərin Qərbi Azərbaycanda İrəvandan əlavə, 211 yaşayış 
m
əntəqəsində törətdiyi soyqırımda 300 min nəfər soydaşımız qətlə 
yetirilmişdirsə, Güney Azərbaycanda, təkcə Urmu və Səlmasda şəhid 
olanların sayı 130-150 min nəfər arasında göstərilir (23).”  
53 
 


54 
 
Dedi: Diş fırçan yoxmu sənin?Var – dedim. 
Dedi:-
Nədən böylə qoxuyur ağzın pişik ölüsü tək? 
Ah, dostum, dedim:-
İçimdə kəfənsiz bir ölü yaşayır  
Və günün bütün saatlarında 
içimə ağıları ilə yeyə vuran bir qara geyimli ana... 
Nə bir molla, nə də meyit namazı qılan insan. 
Yalnız damarlarındakı 
laxtalanmış qanı sümürən milçəklərin ziyafətidi 
və qorapalana döndərdikləri meyitdə 
yas düyüsü olan qurdların. 
Bir ölü yaşayır içimdə 
mənimsə əllərim qoynumdadır.   
 
G
ənc şair Elşən Böyükvəndə bu misraları yazdıran bütöv Azərbaycan 
torpaqlarında türkün düşmənlərinin qətlə yetirdikləri soydaşlarımızın 
neç
ə-neçə toplu məzarlıqlarının aşkara çıxarılması deyil, XX əsrin I 
rübünd
ən etibarən misli görünməmiş haqsızlıqlara uğradılan, hüquqları, 
ana dili, milli dild
ə eyitimi əlindən alınan bir xalqın-dilsiz bir elin 
54 
 


55 
 
düşürüldüyü mövcud durumudur. Vətəndaş şairimiz Bəxtiyar Vahabzadə 
dünyada özü bir varlıq kimi mövcud olmayan, lakin Latın adlı dilinin 
yaşadığını, toplum olaraq 50 mln-a yaxın nüfusa malik azman bir elin 
Güney parçasının dilinin bağlı-qadağan olduğundan, Quzeyində isə “qapı 
dal
ında” saxlanılıb küçümsədilməsindən yazırdı “Ana dilim” şeirində... 
Elşənin də dilsiz bir ölü misalı olan bəlalı elini və onu bu durumdan 
qurtara bilm
əyən çarəsiz bir yurddaş olduğunu “Bir ölü yaşayır içimdə, 
mənimsə əllərim qoynumdadır” misralarından daha təsirli necə demək 
olardı?! 
 Güney 
şairləri Quzey Azərbaycanın bir sıra rayonlarının 
quduzlaşmış işğalçı Ermənistan dövləti tərəfindən ələ keçirilməsinə, 
xalqın düşmən əsarətində olan Qarabağ dərdinə də laqeyd qalmır, bunu 
bütöv Az
ərbaycanın dərdi, problemi kimi qəbul edir və onun çözülməsi
ədalətin bərqərar olması uğrunda mübarizə aparırlar. Qarabağ 
problemini, h
ətta “dərdli Təbrizin qanı qurumayan yarası (M.Əzizpur)” 
bel
ə sayır, bu mövzuda yeni-yeni əsərlər qələmə alırlar. Mir Camal 
Hüseyni 
”Qarabağda” şeirini, adından da göründüyü kimi, Qarabağ 
55 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə