Güney Az ərbaycanda 2013-cü ilin



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə2/20
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32533
1   2   3   4   5   6   7   8   9   ...   20


 
yaz
ır: “Mirzə Mülküm xan 1833-cü ildə İsfahanda erməni ailəsində 
dünyaya göz açmışdır. Mülküm xan Fransada təhsil almış, İranda 
“F
əramuşxanə” adlı bir masson təşkilatı da qurmuşdur (3.s.3). “Qanun” 
q
əzetini nəşr edən Mülküm xan müasir cəmiyyət qurmaq məqsədini 
güdürdü. Fars mill
ətçiliyi onun təfəkküründə təməl prinsip hesab 
olunurdu. Onun bu f
əaliyyəti fars millətçiliyinin inkişafı üçün ilham 
qaynağı olmuşdur. Bu siyasəti yürüdən müasir fars millətçiləri üçün 
İranda böyük təhlükə türklər, sonra isə İslam və ərəblər idi. Fars dili və 
ari irqi İranın milli və tarixi kimliyi olaraq qəbul edilirdi. Berlində çıxan, 
İranın 40-a yaxın şəhərində oxunan və yaxşı tanınan “İranşəhr” 
d
ərgisinin yazdığına görə, İranın ən böyük problemi etnikçilik və 
regionçuluqdur: “Bu problem o q
ədər ciddidir ki, xaricdə yaşayan hər bir 
iranlıdan haralı olduğu soruşulduğu vaxt anadan olduğu yerin adını deyir. 
Biz regional firq
ələri, dilləri, geyimləri, adət və ənənələri məhv etməliyik 
(4.s.25.)  
M
əşrutə dövründə yaranmış modern ifadə olan “millət” termini sadə 
əməkçi insan-ların təmsil olunduğu rəiyyət (ərəbcə) ifadəsini əvəzlədi. 

 



 
Əlbəttə, Pəhləvi xanədanının “Modern millət” anlayışı əsasən milli ayrı-
seçkilik-nasionalizm, sekulyarizm, 
şahlıq-taxt-tac ənənələri, azad bazar 
i
qtisadiyyatı, əski İran tarixinə heyranlıq, eləcə də hərbçilik təməlləri 
üz
ərində boy verirdi və təbii ki, İranda yaşayan digər xalqların, həmçinin 
Az
ərbaycan türklərinin də əleyhinə idi. Çünki bu heyranlıq nəticəsində 
Türk dili v
ə Türk kimliyi köşəyə sıxışdırılırdı... 
 
 
 
 
Bu gün 
Güneydə Türkcə yazmaq özü-özlüyündə bir savaşdır... 
 
Bu qadağalar 1945-46-cı illərdə qurulmuş Milli Hökumət zamanında 
tamamil
ə aradan qaldırılıb çağdaş fars millətçiliyinin inlişafı prosesi 
dayandırılsa da, bir il keçməmiş Güney Azərbaycanın intəhasız 
üfüql
ərində doğmuş azadlıq günəşi qan içində boğuldu. Milli Hökumət 
l
əğv edildi və türkcə yenidən buxovlandı... Təxminən 9 il sonra, 1954-cü 

 



 
ild
ə ustad Şəhriyarın “Heydərbabaya salam” poemasının nəşr olunması 
sükut buzunu sındırdı. Daha sonra Həbib Sahirin silsilə şeirlərinin, 
S
əhəndin “Sazımın sözü”, “Dədəmin kitabı” və “Qardaş andı” 
trilogiyasının, Səməd Behrəngi, Oxtay, Səhər, Mərziyə Üskülü, Həmid 
Nitqi, 
Haşım Tərlan, Qulamhüseyn Səidi, Sönməz, Savalan, M.H.Kərimi, 
Yalqız, Haray, Yanar, Əli Daşqın kimi neçə-neçə yazarın qadağalara 
r
əğmən davamlı olaraq bədii yaradıcılıqla məşğul olmaları daha güclü, 
daha iti, s
ərrast təfəkkürlü, cəsarətli gənclərin təmsil olunduğu yeni 
ədəbiyyat dalğasının yaranmasına gətirib çıxardı. Lakin ana dilinin 
yasaqlanması Türkcənin inkişafını ləngidirdi və bu ləngimə nəticəsində 
d
ə təhsilini yad dildə-farsca alan gənclər çaş-baş qalırdılar. Məhz bu 
çaşqınlıq Güney yazarlarının bir qisminin Anadoluda yayqın olan 
Türkiy
ə türkcəsini, bir qisminin Quzey Azərbaycanda mövcud olan ütülü 
ədəbi dili, bir qismininsə klassik şeir dilini əsas götürərək yazıb-
yaratmalarına nədən olmuşdur. Maraqlıdır ki, çağdaş dövrdə Güneydə 
yet
işmiş yeni nəsil Hadi Qaraçayın: “Bu gün Türkcə yazmaq, içində 
bulunduğumuz bu siyasal, bu toplumsal kontekstlərin gərəksimi, 

 



 
zərurətidir. Bu gün Türkcə yazmaq, siyasal savaşımızdan qazanmaq 
istədiyimiz bir huquq, bir keyfiyətdir. Bu gün Türkcə yazmaq, həm də bir 
çoxlarına “Türkcə də yazmaq olar,” - gerçəyini aşılamaqdır, bu həqiqəti 
anlayaraq mübarizə, mücadilə yoluna çıxmaqdır. Çünki dil – ruhaniliyin 
(insaniliyin) ifad
əsidir, bu səbəbdən də o, zamandan, gerçəklikdən, 
quruluşdan üstündür. Dil uğrunda savaş əslində ulusal müəyyənlik 
uğrunda savaşdır (5). 
Kiyan Xiyav
ın “Tanqosuz Təbriz” adlı modern səpkili poemasında 
sərgilənən fikirlər də Hadi bəyin “Bu gün Türkcə yazmaq, özü-özlüyündə 
bir savaşdır,” – gerçəyini yansıtmaqdadır: 
Dil-dil öt
ən bu dil dəm aldığım dildir, görürsənmi? 
Bu dil T
əbrizin ağzında quruyan Acı çayın dili 
Bu dil Araz qulağında dalğaların batan səsi 
Bu dil Urmu gölünd
ə flaminqo qanadından düşən  
umud l
ələyi 
Bu dil q
əm pəncərəsində, 
Mirz
ə Cəlilin gözündən qaçan ışıq iyidir. 

 


10 
 
V
ə dil şovaliyyələrin qorxduğu dost 
V
ə dil diktatorların qənimidir. 
V
ə dil mənəm...(6) 
Ana dilinin yasaqlığından, elinin əsarət altında olmasından doğan 
k
ədər, üzüntüdür Məsud Haraya yenicə dünyaya gəlmiş qızına: “Sevimli 
qızım Burla Xatın! Sən yaşa-mımıza umud, Işıq gətırdın qızım, Ama 
s
ənə laylalar oxuduğum dilin bu məmləkətdə, məktəblərdə yasaq 
olduğunu deməkdən utanıram”ı söylədən... Biz başı bəlalı bir millətin 
evladıyıq. Bizə düşman gərəkmir, içimizdə nə qədər özünü alçaq bilən 
varsa, düşmanımız var özümüzdən demək. Bizi dərd etdirən yara yabancı 
dırnaqlarıyla cızılmayıb, yaramız aramızda yaşayan içi boş olanlardan 
yaranıb. Qızım! Bu dərdlərə dərman tapmaq, artıq ağıllı olmağından, 
özünü, kimliyini iyi bilm
əyindən asılı olacaqdır. Bu uzun və daşlı yollara 
çıxmaq yürəyimin qıdıvıdısı deməkdir. Yolun açıq olsun və millətimizin 
g
ələcəyi aydınlıq” – tövsiyələrini dedirdən... Şərifə Cəfəri Dənizə 
uşaqlığından, özünü anlayandan işlək Ana dili üzərinə xəyallar qurduran: 
10 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə