Güney Az ərbaycanda 2013-cü ilin



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə19/20
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32533
1   ...   12   13   14   15   16   17   18   19   20

91 
 
g
ənclərlə birlikdə ideoloji mübarizəyə və savaşa başlayan insanlar da 
meydana çıxırlar. Bu rejimlərə qarşı silahlı mübarizə aparan 
q
əhrəmanlarla yanaşı, heç bir günahları olmayan, sadəcə düşünərək 
yaşayan insanlar da işgəncəyə və edama məruz qalırlar. Diktator 
rejiml
ərin təşkil etdikləri qaranlıq, edam, işgəncə və qorxu mühitində 
q
əhrəmanların düşüncələri də qarışıqdır, nə istədiklərini bilmirlər; öz 
x
əyalları yolunda mübarizə aparır, döyüşürlər.” (34) 
Orijinal t
əhkiyə tərzi, tarixi və milli koloriti əks etdirmək baxımından 
Ruqiyy
ə Kəbirinin Marksizm fəlsəfəsinə, şamanizm və Mirəli Seyidovun 
“Qam-
şaman” əsərindəki bilgilərə söykənərək, həmçinin Modern 
romançılığın qaydalarına əsasən qələmə aldığı “Evim” romanı ilin ən 
yaxşı romanlarından biridir. N.Əzhərinin obyektiv şair adlandırdığı 
Ruqəyyə Kəbirinin əsərlərindən o da yansıyır ki,  xanım yazar nə qədər 
özünə qapanıq olsa da, duyğularının gözü ilə real həyata baxa, röyalarını 
ayıqlıqda da görə bilir. Ruqiyyə xanım maraqlı təhkiyə qurur, romanda 
ölkəsinin siyasi görüşlü qız və qadınlarının durumunu xarakterizə edən 
tam bir mənzərə yarada bilir. Əsərin baş qəhrəmanı olan qız çağımızdan 
91 
 


92 
 
30 il önc
ə yenilmiş, məğlubiyyətə uğradılmış və zindanların küncünə 
atılmış siyasətçi, solçu xarakterli gəncləri təmsil edir. Ancaq romanda 
t
əsvir olunan olaylar marksist-leninçi gənc bir qızın keçmiş həyatının 
capcanlı bir bölümünü özündə qapsayır. Bu ədəbi qəhrəman Ruqiyyə 
xanımın bəlkə də özünün prototipidir. Çünki özəlliklə onun öz kişisəl 
personası, xanım yazarın-əsas obrazın xarakter cizgiləri də bu romanın 
s
ətirləri arasından aydınca müşahidə olunur. Əsərin sonlarına doğru baş 
q
əhrəmanın uşaqlıq çağlarında necə yoxsul bir ailədə yaşadığı ilə 
üzl
əşirik.  
“Evim” d
ə şamanizm, marksizm və cəhənnəmin qızğın soyuğu 
(Rüq
əyyə Kəbirinin “Evim” romanı üzərinə bir baxış” adlı məqaləsində 
istedadlı şair Kiyan Xiyav baş qəhrəmanın düşdüyü durumu ustalıqla 
şərh edərək yazır: “Sözsüz ki, böylə bir durumda, böylə bir yoxsulluqla 
yaşamaq, insanı bir tür solçu edib, din qonusuna belə pessimistcə 
davranmağa sürükləyib, toplumsal savaşqanlığa itələyib, sonunda da 
zindan bucaqlarına götürər. Solçu xarakter artıq zindana dözə bilmir və 
zindandan qurtarıb evə dönərsə, din və məzhəbə olan alergiyasını belə 
92 
 


93 
 
aradan qaldırmağa çalışacağını düşünüb-daşınır. Zindandan yorulub, 
dir
əniş gücü sarsılıb və artıq hansısa bir savaşı düşünmür. Və öz bacısı 
kimi, ana sözün
ə baxan klasik düşüncəli bir qız olsaydı,-deyə diləyir.“  
“Evim” romanı bütünlüklə toplumun aşağı qatında yaşayan, uşaqkən 
atasını itirən və öksüz qalan bir qızın qarşılaşdığı yoxsulluq və aclıqdan, 
sürün
ə-sürünə yaşamaqdan qurtulmaq üçün solçuluğa yol alan və bu 
s
əbəbdən də zindana düşən gənc bir qızın yaşam öyküsü, həyat 
hekay
əsidir. Roman marksist-leninçi bir qızın, yaxud qadının həyat 
s
əlnaməsi kimi də qəbul oluna bilər. Zindan əzablarından bezib-usanan, 
“Evin”d
ə özünün xəyali evini-dünyasını qurmaqla fiziki və mənəvi 
ağrılardan, işgəncələrdən qurtulmağa can atan bu qız dövlət 
qulluqçularına, məmurlara yalan danışsa da, vicdanına-özünə yalan deyə 
bilmir: 
“Atası öləndən bəri, yemək yüngül olsun deyir... indi yaxşıca 
düşünür ki yüngül yemək, yoxsulluq, parasızlığa bəhanə uydurmaq 
dem
əkdir. Öz-özüylə and içir. Evə dönürsə... aclığa belə dodağını 
büzm
əyəcək. Hətta küçə başındakı məscidin minarələrindən qalxan azan 
s
əsinə darınıb-darıxmayacaq... Hardan başlandı, nədən sol düşüncələrin 
93 
 


94 
 
ç
ərçivəsinə girdi? Niyə bacısı kimi anasının sözə baxan qızı ola bilmədi? 
N
ədən gənc bir qız kimi oturub qapını döyən elçiləri gözləmədi? Nədən 
gizli-
gizli kitabların içinə cumdu?... Məmurların önündə susub bəzən 
yalan danışsa da, yaxşıca bilir ki, özlüyünə yalan söyləyə bilməz...” 
(35.s.87)”  
Adətən, ədəbiyyatda yeni janrlar kiçik, yığcam əsərlərlə təşəkkül 
tapır. 2013-cü ilin çap məhsulları içərisində bu sıradan olan nəsr əsərləri 
də özünəməxsus yer tutur. Onlardan ikisinin üzərində bir az ətraflı 
dayanmaq istəyirəm. Ramin Cahangirzadənin “Qapı (Öykücük)” 
miniatür hekay
əsində hakim rejimin məhkəmə qərarına əsasən gülələnmə 
c
əzasına məhkum edilmiş bir insanın ölümdən qabaqkı düşüncələri 
insanın ürəyini üşüdür, acı gerçəyin lakonik bədii təcəssümü və 
“c
əzalının” cəsarətlə verdiyi ölüm qərarı damarlarda qanı dondurur. İki 
abzaslıq kiçik bir essedə təhkiyə nöqtəsinin dəqiqliyi və şair qələminin 
görüntü yaratmaq gücü heyr
ət doğurur: “Üç qədəm o yana! Üç qədəm 
bu yana! S
əhər açılıncaq addımladı... üç nəfərin addım səsini eşidib, 
dayandı. qapıya zillənərkən, titrədi bədəni. Addımlar yaxınlaşdıqca, 
94 
 


95 
 
bütün b
ədəninə yayılırdı qorxu. Bir addım! İki addım! Üç addım! 
Birinci qapının açılmasının səsi, beyninə düşdü.  
Bir addım! İki addım! Üç addım! İkinci qapının səsini eşidib, 
qulaqlarını tutdu. Gözlərini yumub, ağladı.  Bir addım! İki addım! Üç 
addım! Bir an addımların səsi kəsildi. Sonuncu qapı açıldı. Üç nəfər 

əri keçdı. Gözləri, gözlərinə sataşdı. Udxunub yerində qurudu, gom – 
göy oldu. D
ərin skuta gedərkən, gözləri doldu. Üzünü tutub o üç 
n
əfərə, Özünü sındırmadı. Sinəsini qabağa verib başını dik tutdu - mən 
hazıram, apara bilərsiz!-dedi.” 
Xosrov 
Barışanın şifahi xalq yaradıcılığı nümunəsi əsasında yazdığı 
“Balta” hekay
əsini 2013-cü ildə uşaqlar üçün nəzərdə tutulmuş nəsr 
əsərləri içərisində ən uğurlusu hesab etmək olar. Əfsanənin məzmununa 
yeni çalarlar 
əlavə edən Xosrov meşənin ən qoca ağacı olan “Girdəkən 
dədə”nin dili ilə balaca oxucularını insanı məhvə sürükləyən paxıllıq, 
h
əsəd, xəbislik, lovğalıq, etibarsızlıq kimi hisslərdən uzaq olmağa 
s
əsləyir, sanki onlara yaşayış, həyat dərsi verir, davranışlarında düşüncəli 
olmağı, dost və düşməni yaxşı tanımağı, öz soydaşlarına, doğmalarına, 
95 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə