Güney Az ərbaycanda 2013-cü ilin



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə15/20
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32533
1   ...   12   13   14   15   16   17   18   19   20

71 
 
güclü bir m
əqamı vurğulayır: Güney şairlərinin bütün sevgiləri Təbrizlə-
Az
ərbaycanla bağlıdır:  
...el
ə sevməyə məcburam... nə olur...  
Şahgölünü bulaşdırmayın! 
 
“Şeir sıravi bir dil deyil. Şeir nəsrə çevrilə bilməyən dildir," - deyən 
Əhməd Haşimin nə qədər haqlı olduğu göz önündə... Bu kimi poeziya 
örn
əklərini oxuyarkən yenə də Bülent Özcanın “Heç bir şey yox idi 
şeirdən öncə... Və şeir insanı yaratdı!..(14)” formuluna könlündə 
q
ətiyyən şübhə yeri qalmır. İnsanı bu dünyadan qoparıb göy qurşağının 
yeddi r
ənginə boyadığı üfüqün ənginliklərinə qaldıran və acı gerçəklərə-
h
əyatın dibinə endirən şeirin insanı formalaşdırdığına və yaratdığına 
inanmaya bilmir-s
ən... Süleyman Cəfərlinin “Şəhərim”,  “Gözlərin 
kimi”, “Tör
əmiz“ şeirlərinin yaratdığı kimi... 
Bir az bulud, bir az yağmur 
S
əsi yaşlı olur, gözlərin kimi... 
əsmər bir gəlindir gecə, muncuq düzmüş tellərinə, 
qonaq g
əlib şəhərimə... 
71 
 


72 
 
s
ənsən, mənəm, bir də bəy durmaq istəyən bu şəhər... 
s
ən tellərinə ulduz düzmüsən gözlərinə yağmur 
m
ən içi dolu qaldırım, içi dolu küçə, 
içi dolu ev-evcik, içi dolu T
əbriz, bir şəhərəm 
s
ən Bütün günəşlərimin ölüm çağında içimə dolursan. 
M
ən, Bir qurtum yağmurun yanğısı, 
Ür
əyimdə aysız gecələrin qorxusu 
Saxta ışıqlardan doğulmuş kölgələrə səslənirəm: 
“Əl dəyməyin gecəmizə!”  
Gec
ə mənim, gecə sənin, biz gecənin 
Burax yatsın kölgələrin günəş bildikləri gəlin...(26)  
Bu şeirdə oxucunu heyrətə salan təptəzə epitetlər - “əsmər bir 
g
əlindir gecə muncuq düzmüş tellərinə”, “bəy durmaq istəyən bu şəhər”, 
“Bütün gün
əşlərimin ölüm çağında”, “mən içi dolu qaldırım, içi dolu 
küç
ə, içi dolu ev-evcik, içi dolu Təbriz, bir şəhərəm”, “kölgələrin gecəni 
gün
əş bildikləri gəlin” kimi metaforik ifadələr təşbehlərdə epik 
t
əhkiyənin ekspressiv-emosional üslubu müəyyənləşdirilir və şairin 
72 
 


73 
 
dünyanı qavrayışın-dakı özünəməxsusluğu təşbehləndirmə vasitəsilə 
estetik d
əyərləndirmədə özünü büruzə verir. “Törəmiz“ şeirində 
v
ətənsevər insanların Ana torpaq dedikləri müqəddəs məkana-Ata 
yurduna-V
ətənə dəyər münasibəti təşbehlərdə parlaq ifadəsini tapır. 
Süleyman C
əfərli predmetlərə və hadisələrə xas əlamətləri verərkən 
h
əmin əlamətlərin özünə həssaslığını da təsirli biçimdə nümayiş etdirir. 

İllər öncə “Bağdad”da, “Samirə”də, daha öncə də Tanrı dağlarında, 
görmüşdüm gözlərini, Səni tanıyırdım ...Yurdumun dağlarında, 
qayalarında, gün doğan zirvələrində görmüşdüm səni. Başı uca, dik 
yürürdün. Göyl
ərə baxıb qonşu şairin sözlərini düşünərdin,-“Göy üzü 
s
ənindir, Mənimdir, hər kəsindir...” Quşlarla bölüşürdün göy üzünü, Kim 
n
ə qədər uça bilirsə” bölüşülən şeylərə bənzəməyən, hətta “Gecə 
çör
əyindən gərəkli” müqəddəs bir nəsnə-Topraq da var ki: 
 “bölünm
əz, pay verilməz, Namus kimidir... 
Qara olsa da, sudan aydındır, aydan ışıqlı”- deyərdin. 
Inanmışdın toprağa, topraq da sənə 
Güv
ənmişdin qollarının gücünə. 
73 
 


74 
 
Qollarını tanıyırdım!!! 
K
ələfçəyə alışmışlardır 
Dağlarda yoğrulmuşlardı. Qurd əli kimi... 
Uğurlu, verimli, bərəkətli! (26) 
B
ədii ifadə vasitələri-metafora, epitet, mübaliğə, təşbeh yaradıcılığı, 
metaforlaş-dırma, təşbehləndirmə əsasən şairin dünyagörüşü, 
düşüncələrinin dərinliyi, məlumatlı-lığı, mənəvi aləminin zənginliyi ilə 
bağlı ədəbi bir prosesdir. Təbiətin və cəmiyyətin qavranması, ətraf 
mühitin d
ərk olunması dövrün ümumi səviyyəsi ilə sıx ilişgidə baş verir. 
Milli-etnik t
əfəkkürlə, xalqın həyat tərzi ilə şərtlənir. Güney şairlərinin 
yaradıcılı-ğında da təşbehlər qəhrəmanların portreti, onların fəaliyyəti, 
ayrı-ayrı situasiyalarda davranışları ilə bağlı yaranır. Onların bir qismi 
V
ətəndən uzaqlarda, siyasi mühacir ömrü yaşayır və heç birinin könlü 
ist
ədiyində yurda dönmək, Ana torpağın qoxusunu almaq, nemətlərindən 
dadmaq şansı yoxdur, çünki bu dönüşdə zindanlar, qəsri-qacarlar onları 
udacaq... Öldükl
ərində isə bu qadağalar qüvvədən düşmüş olur. Törələrə 
gör
ə isə qürbətdə dünyaya “Əlvida!” deyənlərin gözlərini yummazlar, 
74 
 


75 
 
açıq qalan gözlərə isə yalnız Vətən torpağı qoyulduqda qapanır. Çox 
ağrılı bir bədii yorumla milli faciənin poeziyada fərqli ifadəsini yaradıb 
Süleyman C
əfərli:  
İndi isə qayıtmısan,  
Yen
ə də başı uca,  
Qurd kimi, qartal kimi,  
Yenilm
əz, güclü, açıq gözlə 
Bilir
əm törəmizdir 
Qurb
ətdə ölənin gözünü yummazlar... 
N
ə qədər sıxıntılı, ağrılı həyat yaşasalar da, onların işıqlı, aydın bir 
günün g
ələcəyinə, səhərin açılacağına olan böyük ümidləri, inamları yol 
yoldaşları olur və bu yolun başında bir ümid işığı yanır daim... Behruz 
Dövlətabadinin 2013-cü ildə qələmə aldığı ”Insanın əbədi işıgı” şeirində 
oxucu bu böyük 
ümidin işığına bürünür, real həyatın poeziyada əks-
sədasını eşidir: 
N
ə qədər gecə uzun olsa yenə səhər açılacaq. 
nə qədər ufuq tutgun olsa... 
75 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə